Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- QABAXLI - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşa¬mış kənd. Qovuşuq heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1831-ci ildə 33, 1905-ci ildə 614, 1914-cü ildə 614, 1931-ci ildə 2 dəfə azalaraq 330 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı zamanı əhali məhv edilmiş və qovulmuşdur. 1988 il faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşdur.
- QABAXLI - Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda azərbaycanlılar yaşamış kənd. ,Əhalisi 1914-cü ildə 235, 1831-ci ildə 108 nəfər azərbaycanlı olub. Onlar 1948-ci illərdə məcburi Azərbay¬cana köçürülmüş, kənd ərazisi qonşu erməni kəndlərinin otlaq sahəsınə çevrilmişdir.
- QABAXLI - Ermənistan SSR Hrazdan (Dərəçiçək– Axta) rayonun¬da azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 181, 1914-cü ildə 431, 1931-ci ildə 3,3 dəfə azalaraq 128 nəfər azərbaycanlı olub. Kənd 1930-cu illərin sonunda ləğv edilmiş, əhali məcburi Azərbaycana köçü¬rülmüşdür.
- QAYABAŞ (QAYABAŞI, 1991-ci ildən GEĞAMA¬BAK) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 8 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1906-cı ildə 219, 1914-cü ildə 240, 1931-ci ildə 356 nəfər azərbaycanlı olub. Kənddə kürdlər də yaşamışdır. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- QAYALI - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Qndevaz kənd icması tərkibində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 40, 1905-ci ildə 240, 1914-cü ildə 240 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra kəndin adı sənədlərdə göstərilmir.
- QAYA XARABA - İrəvan quberniyası İrəvan qəzasında, Kenakir kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 29, 1905-ci ildə 106, 1914-cü ildə 174 azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra kəndin adı rəsmi sənədlərdə göstərilmir.
- QALADİBİ - Ermənistan SSR Ararat (Vedi) rayonunda, 1940-cı illərdə ləğv olunmuş Qarabağlar rayonu ərazisində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 242, 1914-cü ildə 399, 1931-ci ildə 189 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra əhalinin sayı 2 dəfə azalmışdır. XX əsrin 40-cı illərində əhalinin Azərbaycana məcburi köçürülməsi ilə əlaqədər kənd ləğv olunmuşdur.
- QALASAR (QALASER) - Ermənistan SSR Yeğeqnad¬zor (Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 17 km şimal-şərqdə, Yeğe¬kis çayının sağ sahilində, azərbaycanlılar yaşamış kənd. Qovu¬şuq heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1905-ci ildə 154, 1914-cü ildə 154, 1931-ci ildə 142 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- QANLI (QANLI ALLAHVERDİ, QAMIŞLI, TORFA¬VAN) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 3 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 99, 1905-ci ildə 445, 1914-cü ildə 476, 1931-ci ildə 287 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra əhalinin sayı 2 dəfə azalmışdır. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- QARABAĞLAR (AŞAĞI QARABAĞLAR, 1935-ci il¬dən ÇİMƏNKƏND, 1978-ci ildən Urtsadzor) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, rayon mərkəzindən 7 km şərqdə azər¬baycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 1803 nəfər azərbaycanlı, 12 nəfər kürd; 1914-cü ildə 1750 nəfər azərbaycanlı, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 nəfər erməni, 34 nəfər kürd olub. 1918-1920-ci illər soyqırımından sonra azərbaycanlıların sayı 2,5 dəfə azalmışdır. Qalan hissəsi kəndi 40-cı illərdə Qarabağlar rayonu ləğv edildikdən, ərazi Vedi rayonu tabeliyinə keçdikdən sonra tərk etmişlər.
- QARABAĞLAR (YUXARI QARABAĞLAR, QARA-BAĞLAR VERİN) –Ermənistan SSR Ararat (Vedi) rayonunda, Aşağı Qarabağlar kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 420, 1914-cü ildə 426 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı zamanı azərbaycanlılar kənddən qo¬vulmuşlar. Kənd 1930-cu illərdə ləğv olunmuşdur.
- QARABAŞ - Ermənistan SSR Qafan rayonunda azər¬baycanlılar yaşamış kənd. 1931-ci ildə 49 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1930-cu illərdə ləğv olunmuşdur.
- QARABULAQ (1991-ci ildən ŞAQİK) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, Arpa gölü sahilində, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Quzu¬kənd heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1905-ci ildə 295, 1914-cü ildə 382, 1931-ci ildə 4 dəfə azalaraq 94, 1970-ci ildə 215 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARAQAYA - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayo¬nunda, rayon mərkəzindən 25 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Gülüdüz (Güllüdüz) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1906-cı və 1914-cü ildə 177, 1931-ci ıldə 140 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARAQAYA (1991-ci ildən DZORAVANK) - Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, Gedik çayının sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARAQAYA (YUXARI QARAQAYA) - Er¬mənistan SSR Taşir (Kalinino – Vorontsovka - Qaraisa) rayonunda, rayon mərkəzindən 12 km cənub-qərbdə, azərbaycanlılar yaşamış kənd. İlməzli heyvan¬darlıq sovxozu ilə birləşdirilmisdi. Əhalisi 1905-ci ildə 205 nəfər, 1914-cü ildə 265 nəfər, 1931-ci ildə 175 nəfər azərbay¬canlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARAQAYA (1948-ci ildən SEVABERD) - Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 20 km qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 759, 1914-cü ildə 860, 1931-ci ildə 60 nəfər azərbaycanlı olub. 1918-ci ildə Qars vilayətindən köçürülmüş ermənilər kənddə məskunlaşmışlar. 1918-1920-ci illər soyqırımından sonra əhalinin sayı 14 dəfə azalması faciənin miqyasından xəbər verir. Azərbaycanlılar kəndi 1930-cu illərdə məcburi tərk etmişlər.
- QARAQALA - Ermənistan SSR Hrazdan (Də¬rəçiçək -Axta) rayonunda, Tayçarıx kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 76, I905-ci ildə 290, 1914-cü ildə 413, 1931-ci ildə 193 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra əhalinin sayı 2 dəfə azalmışdır. Kənd 1930-cu illərdə ləğv olunmuşdur.
- QARAQIŞLAQ (1978-ci ildən DOSTLUQ, 1991-ci il¬dən HAYANİST) - Ermənistan SSR Masis (Zəngibasar- Uluxanlı)) rayonunda, rayon mərkəzindən 8 km şimal-qərbdə, Hrazdan (Zəngi) çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 151, 1897-ci ildə 751, 1906-cı ildə 832, 1914-cü ildə 1123, 1931-ci ildə 850 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARAQOYUN (QARAQOYUNLU) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 72, 1906-cı ildə 432, 1914-cü ildə 439 nəfər azərbaycanlı, 1931-ci ildə 246 nəfər azərbaycanlı, 30 nəfər erməni olub. Ermənilər buraya əsrimizin əvvəllərində gəlmişlər. Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur.
- QARAQOYUNLU (KİÇİK QARAQOYUNLU) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 14 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 253, 1931-ci ildə 209 nəfər azərbaycanlı olub. Kənd Böyük Qa¬ragoyün kəndi ilə birləşdirilmişdi.
- QARAQOYUNLU (ELLİCƏ QARAQOYUN, BÖYÜK QARAQOYUN, 1935-ci ildən ƏZİZLİ, 1991-ci ildən NORA¬BAK) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 15 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 379, 1897-ci ildə 591, 1905-ci ildə 505, 1914-cü ildə 439, 1926-cı ildə 447, 1931-ci ildə 483, 1970-ci ildə 1140, 1979-cu ildə 1407 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARADAĞLI (1935-ci ildən DZAXKAŞEN, 1967-ci ildən MRKAVAN) Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbda, Yerevan-Artaşat yolu üstün¬də azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 128, 1905-ci il¬də 496, 1914-cü ildə 481, 1931-vi ildə 4 dəfə azalaraq 115 nəfər azərbaycanlı olub. Onlar kəndi 1940-cı ildə tərk etməyə məcbur olub. 1831-ci ildə buraya İrandan ermənilər köçürülmüşlər.
- QARAİMAN (1935-ci ilədək OĞRUCA, 1978-ci ildən SOVETKƏND, 1991-ci ildən KAXAKİ) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, Sevan dağ silsiləsinin cənub-¬şərq ətəyində, rayon mərkəzindən 13 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 207, 1897-ci ildə 569, 1905-ci ildə 1033, 1914-cü ildə 746, 1931-ci ildə 652 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARAİSA (1991-ci ildən MEĞVAHOVİD) - Ermənista¬n SSR Taşir (Kalinino – Vorontsovka - Qaraisa) rayonunda, rayon mərkəzindən 10 km cənub-qərbdə, azərbaycanlılar yaşamış kənd. İlməzli heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. 1988-ci ildə 196 nəfər azərbaycanlı əhalisi olub. Həmin ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARAKİLİSƏ (1935-ci ildən AXURİK, QARAKİLİSƏ TÜRKİ, TÜRK QARAKİLİSƏSİ) - Ermənistan SSR Axuryan (Düzkənd) rayonunda, rayon mərkəzindən 15 km cənub-qərbdə, Qümri (Le¬ninakan) şəhərindən 5 km məsafədə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 410, 1897-ci ildə 484, 1905-ci ildə 518, 1907-ci ildə 554, 1914-cü ildə 911 nəfər azərbaycanlı olub. 1918-ci ildə kənd dağıdılmış, azərbaycanlı əhali qovulmuşdur. Muşdan, Sasundan, Xoydan, Qarsdan kələn ermənilər burada məskunlaşmış, yeni kənd salmışlar. Türk Qarakilsəsi kəndinin xarabalıqları son vaxtlaradək qalırdı.
- QARALAR -İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Martiros kənd icması tərkibində,Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 49, 1905-ci ildə 108, 1914-cü ildə 105 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra sənədlər¬də kəndin adı göstərilmir.
- QARALAR (1978-ci ildən ARALEZ) - Ermənistan SSR Ararat (Vedi) rayonunda rayon mərkəzindən 8 km cənub-¬şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 49, 1897-ci ildə 557, 1906-cı ildə 257, 1931-ci ildə 297 nəfər azərbaycanlı, 292 nəfər erməni əhalisi olub. Ermənilər kəndə 1915-ci ildə Van vilayəti Ləzk kəndindən gəlmişlər. 1918-1920- ci illərdə azərbaycanlı əhali soyqırıma məruz qalmışdı.
- QARANAMAZ (1935-ci ildən YENİ YOL, 1991-ci il¬dən AĞVORİK) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 15 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1907-ci ildə 459, 1914-cü ildə 541, 1931-ci ildə 475, 1979-cu ildə 1072 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARATQA - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 10 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Noraşenik heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. 1931-ci ildə 125 nəfər azərbaycanlı əhalisi var idi. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARATƏPƏ - İrəvan quberniyası lrəvan qəzasındakı İmanşallı kənd icması tərkibində, Ermənistaıı SSR Masis (Zəngibasar – Uluxanlı) rayo¬nunda azərbaycanlılar yaşamış kənd. 1918- I920-ci illərdəki soyqırımdan sonra rəsmi sənədlərdə adı göstərilmir.
- QARATORPAQ - İrəvan quberniyası, Irəvan qəzasındakı Armik kənd icması tərkibində, Ermənistan SSR Ararat (Vedi) ra¬yonu Qarabağlar bölgəsində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 398, 1914-cü ildə 400, 1931-ci ildə 64 nə¬fər azərbaycanlı olub. Əhalinin 1914-cü ildən sonra 6,5 dəfə azalması 1918-1920-ci illər soyqırımının nəticəsidir. Kənd 1930-cu illərdə ləğv olunmuşdur.
- QARAXAÇ (1978-ci ildən LUSAŞOĞ) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, rayon mərkəzindən 24 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 94, 1905-ci ildə 430, 1914-cü ildə 430, 1931-ci ildə 13 nəfər azərbaycanlı olub. Əhalinin 1914-cü ildən sonra 33 dəfə azalması 1918-1920-ci illər soyqırımının nəticəsidir. 1940-cı illərdə burada ermənilər məskunlaşıblar.
- QARAHAMZALI (QARAHƏMZƏLİ, QARA QƏM¬ZƏLİ, 1946-cı ildən BURASTAN) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə kənd. 1831-ci ildə 55, 1905-ci ildə 244, 1914-cü ildə 301, 1931-ci ildə 165 nəfər azərbaycanlı olub. Azərbaycanlılar kəndi 1930-cu illərin so¬nunda məcburi tərk etmişlər. Yaxınlıqda yerləşən Tamamlı kəndi Qara¬həmzalı kəndi ilə birləşdirilmişdir. Tamamlıda 1905-ci ildə 27 nəfər azərbaycanlı olmuşdur. Birləşdirilmiş kəndlər Burastan adlandırılmışdır. Ermənilər buraya 1829-1830-cu illərdə İrəvandan gəlmişlər.
- QARAÇANTA (1935-ci ildən ƏZİZBƏYOV, 1991-ci ildən AREQNADEM) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 6 km cənub-qərbdə, Gümrü-Amasiya yolu¬nun sol tərəfində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1897-ci ildə 440, 1905-ci ildə 665, 1914-cii ildə 729, 1931-ci ildə 692, 1959-cu ildə 803, 1980-ci ildə 1940 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARAÇİMƏN (1991-ci ildən DİSTMAYRİ) - Ermə¬nistan SSR Qafan rayonunda, rayon mərkəzindən 4 km şimal¬-qərbdə azərbaycanlılar yaşamış kənd. Sünik heyvandarlıq sov¬xozu ilə birləşdirilmişdi.. Əhalisi 1907-ci ildə 376, 1914-cü ildə 216, 1931-ci ildə 212 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QARACALAR -İrəvan quberniyası Eçmiadzin qəza¬sındakı Qoş kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda, Araqatz (Alagöz) dağının cənub ətəyində azərbaycan¬lılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 104, 1905-ci ildə 360, l914-cü ildə 360 nəfər azərbaycanlı. 1918-1920-ci il faciəsindən sonra kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır. Ermənilər buraya 1918-ci ildən gəlmişlər, 1931-ci ildə 243 nə¬fər olmuşlar. Kənd 1940-cı illərdə ləğv edilmişdir.
- QARACÖRƏN (bəzi mənbələrdə QARACEYRAN ki¬mi də yazılıb. 1946-cı ildən ARAGYUĞ) – İrəvan quberniyası Qırxbulaq mahalında, Ermənistan SSR Nairi rayonunda, rayon mərkəzindən 10 km şimalda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 162, 1905-ci ildə 395, 1914-cii ildə 494, 1931-ci ildə 14 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı nəticəsində əhali 35 dəfə azalıb, sağ qalanlar 1930-cu illərdə kənddən çıxıblar. Ermənilər buraya 1878-ci ildə və 1914-1922-ci illərdə Türkiyənin Bayazet qəzasının Arazan kəndindən, habelə Qarsdan, İqdirdən və başqa yerlərdən gəlmişlər. 1905-ci ildə burada 550 nəfər erməni, 1931-ci ildə isə 1 183 nəfər erməni, 1 nəfər rus əhalisi olmuşdur.
- QARĞAQOVMAZ (YUXAR QARĞAQONMAZ, 1946-cı ildən VERİN SASUNAŞEN) - Ermənistan SSR Talin rayonunda, Araqadz (Alagöz) dağının cənub-qərb ətəyində, rayon mər¬kəzindən 10 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi l 831-ci ildə 49, 1905-c ildə 394, 1914-cü ildə 394 nə¬fər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır. Ermənilər bu¬raya 1915-ci ildən sonra gəlmişlər.
- QARĞAQOVMAZ (Aşağı QARĞAQONMAZ, 1946-cı ldən NERKİN SASUNAŞEN) - Ermənistan SSR Talin rayonunda, Araqadz (Alagöz) dağının qərb ətəyində, rayon mərkəzindən 9 km nıəsafədə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci il¬də 235, 1914-cü ildə 235 nəfər azərbaycanlı olub. 1918-1920-ci il¬lər soyqırımından sonra kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır. Ermənilər buraya 1915-ci ildə Sasundan, Taron¬dan, Muşdan gəlmişlər. 1931-c i ildə kənddə 452 nəfər erməni var idi.
- QARGABAZAR (1965-ci ildən HAYKAŞEN) - Ermənislan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 12 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1897-ci il¬də 602, 1905-ci ildə 688, 1914-cü ildə 618, 1931-ci ildə 3,5 dəfə azalaraq 168 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər qırğinından sağ qalan əhali Azərbaycana məcburi köçürülmüşdür. Ermənilər buraya 1940-cı illərdə gəlmişlər.
- QARXUN (YUXARI QARXUN, 1946-cı ildən CRA¬RAD) - Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkə¬zindən 9 km cənubda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 462, 1897-ci ildə 991, 1905-ci ildə 1153, 1914-cü ildə 1304 nəfər azərbaycanlı olub. 1918- I920-ci illər soyqırımından sonra kənddə azərbaycanlıların yaşaması qeydə alınmamışdır. Əhalinin xeyli hissəsi həlak olmuşdur. Kənddə Sürməli qəzasından ( Türkiyə, Araz çayının sağ sahili) gələn ermənilər məskunlaşmışlar.
- QARXUN (AŞAĞI QARXUN, ŞƏRİFABAD, 1946-cı ildən ARAKS) - Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 16 km cənubda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 318, 1897-ci ildə 586, 1905-ci ildə 568, 1914-cii ildə 595, 1931-ci ildə 2,8 dəfə azalaraq 212 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər qırğinından sağ qalan əhali 40-cı illərdə Azərbaycana məcburi köçürülmüşdür. Ermənilər buraya 1915-1920-ci illərdə Sürməli qəzasından ( Türkiyə, Araz çayının sağ sahili) gəlmişlər.
- QAFAN – Ermənistan SSR-də şəhər, eyniadlı rayonun mərkəzi. Əhalisi ermənilər, ruslar, azərbaycanlılar. 1931-ci il¬də 1746 nəfər erməni, 151 nəfər rus, 101 nəfər azərbaycanlı olub. 1959-cu ildə 2384 nəfər, 1970-ci ildə 3596 nəfər (ümumi şə¬hər əhalisinin 11,4 və 12 faizi) azərbaycanlı əhalisi var idi. 1988-ci ildə burada yaşayan təqribən 7000 nəfər azərbaycanlı qovulmuşlar.
- QAFARLI - İrəvan quberniyası Irəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) ra¬yonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 515, 1905-ci ildə 540 nəfər azərbaycanlı olub. Sonrakı illərdə rəsmi sənədlərdə kəndin adı çəkilmir.
- QƏDİRLİ (QADİLİ, 1968-ci ildən LANCANİST) - İrəvan quberniyası İrəvan qəzasında, Ermənistan SSR Ararat (Vedi) ra¬yonu Qaraxaç bölgəsində, rayon mərkəzindən 20 km cənub-¬şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 45, 1905-ci ildə 827, 1914-cü ildə 839 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı zamanı azərbaycanlılar kənddən qovulmuş, böyük hissəsi həlak olmuşdur. Kənddə ermənilər məskunlaş¬mışlar.
- QƏMƏRLİ (TÜRK QƏMƏRLİSİ) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Yerevan şəhərindən 28 km cənub-şərqdə, Araz çayı sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 167, 1905-ci ildə 870, 1914-cü ildə 835, 1931-ci ildə 272 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər faciasi zamani əhali 500 nəfərdən çox azalmışdır. 1828-1829-cu illər¬də İrandan ermənilərin kütləvi surətdə köçürülüb İrəvan xanlı¬ğı ərazisində yerləşdirilməsi zamanı Qəmərli kəndi yaxınlığında 2 yeni kənd salınmışdır. Onların birinə Aşağı Qəmərli, di¬gərinə isə Yuxarı Qəmərli adı verilmişdir. Ilk erməni köçkün¬ləri 54 və 241 nəfər olmuşdur. Onlar İranın Xoy və Salmast vilayətlərindən gəlmişdilər.1930-cu ildə hər üç Qəmərli birləşdirilib Qəmərli, 1945-ci ildə isə Artaşat adlandırılmış, eyniadlı rayonun mərkəzi olmuş¬dur. Azərbaycanlılar yaşayan NOVRUZLU kəndi də Artaşat şəhə¬rinə birləşdirilmişdi. Azərbaycanlılar buranı 1931-ci illərın so¬nunda məcburi tərk edib Azərbaycana köçmüşlər.
- QIVRAX - Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 111 nəfər azərbaycanlı əhalisi olub. Onlar kəndi 1930-cu illərdə tərk etmişlər.
- QIZQALA (QIZQALASI, 1935-ci ildən ASTXA¬BERD) Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, Abovyan qəsəbə¬sindən 26 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. 1906-cı ildə 197, 1914-cü ildə 345, 1926-cı ildə 2 dəfə azalaraq 169 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1950-ci illərdə ləğv olunmuş, əhali Azərbaycana məcburi köçürülmüşdür.
- QIZIL BULAQ (QIZIL BULAQ QAXRU, ÇAXIRLI, 1978-ci ildən SOVETA-KERT, 1991-ci ildən XAÇAXBYUR) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, Sevan (Göycə) gölünün cənub-¬şərq tərəfində, rayon mərkəzindən 3 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 212, 1905-ci ildə 1349, 1914-cü ildə 1653; 1931-ci ildə 700 nəfər azalaraq 975 azər¬baycanlı, 663 nəfər erməni olub. Ermənilər buraya 1917-ci ildə gəlmişlər. 1918-1920-ci illərdə əhali məhv edilib, qalan hissəsi 1988-ci ildə qovulub.
- QIZIL VƏNK (QIZILVƏNK, 1940-cı ildən ÇİÇƏKLİ, 1978-ci ildən MAKENİS) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonun¬da, rayon mərkəzindən 15 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 212, 1905-ci ildə 735, 1914-cü ildə 812; 1931-ci ildə 282 nəfər azərbaycanlı, 421 nəfər erməni əhalisi olub. Ermənilər kəndə 1918-1920-ci illərdə gəliblər. 1914-cü ildən sonra əhalinin 3 dəfə azalması sübut edir ki, 1918-1920-ci illərin soyqırımı zamanı əhali məhv edilib. Onların qalan hissəsi 1988-ci ildə qovulub.
- QIZILDAŞ (QIZILKİLİSƏ, 1991-ci ildən ARUNİ) - Ermənistan SSR Taşir (Kalinino – Vorontsovka – Qaraisa) rayonunda, rayon mərkəzindən 14 km şimal-şərqda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1914-cü ildə 265 nəfər, 1931-ci ildə 473 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar.
- QIZILDAŞ - Qars vilayətinin Ağbaba bölgəsində, Da¬laver kənd icması tərkibində, Ermənistan SSR Amasiya (Ağbaba) rayo¬nunda, rayon mərkəzindən 15 km cənub-qərbdə, azər¬baycanlılar yaşamış kənd. 1886-cı ildə 394, 1905-ci ildə 547, 1914-cü ildə 147 nəfər azərbaycanlı əhalisi olub. Əhalinin azalması 1905-1906-cı və 1918-ci illərdəki soyqırımın nəticəsidir. XX əsrin 40-cı illərində kənd ləğv olunmuşdur.
- QIZIL KİLİSƏ (TÜRK QIZIL KiLİSƏSİ, QIZIL KƏND) - Ermənistan SSR Amasiya(Ağbaba) rayonunda azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 230, 1914-cü ildə 339, 1931-ci ildə 2 dəfə azalaraq 162 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
- QIZILÖRƏN (1946-cı ildən ŞENAVAN) - Ermənistan SSR Spitak (Hamamlı) rayonunda, rayon mərkəzindən 7 km şimal-qərbdə, Bazum (Çubuxlu) dağ silsiləsinin cənub-qərb ətəyində azər¬baycanlılar yaşamış kənd. 1905-ci ildə 250, 1914-cü ildə 273, 1931-ci ildə 2 dəfə azalaraq 140 nəfər azərbaycanlı əhalisi olub. Onlar buranı 1940-cı illərdə məcburi tərk edib Azərbaycana köçüblər. Ermənilər kəndə 1917-1918-ci illərdə gəlmişlər.
- QIZIL TAMUR (QIZ.1L DƏMİR, 1935-ci ildən VOS¬KEVAZ) - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 8 km cənub-¬şərqdə, azərbaycanlılar yaşamış kənd. 1826-1828-ci illərdə Ru¬siya-İran müharibəsi zamanı bu kənd dağıdılmış, 1831-ci ildə cəmi 120 nəfər azərbaycanlı ahali qalmışdı. Sonrakı illərdə on¬lar da kəndi tərk etmişlər. İrandan gələn ermənilər kəndə sa¬hib olmuşlar. 1831-ci ildə 290 nəfər, 1931-ci ildə 1090 nəfər erməni var idi.
- QIZIL XARABA (2-ci QIZIL XARABA, ZAĞALI TATAR, ZAĞALI VERİN, YUXARI ZAĞALI, 1978-ci ildən AXPRADZOR) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 14 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 98, 1897-ci ildə 717, 1905-ci ildə 917, 1914-cü ildə 1018, 1931-ci ildə 206 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı nəticəsində azərbaycanlı əhali 5 dəfə azalmış, faciədən sonra Muşdan gəlmiş ermənilər kəndə sahib ol¬muşlar. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- QIZIL XARABA (1-ci QIZIL XARABA, ZAĞALI NERKİN, ZAĞALI AŞAĞI, 1946-cı ildən DZOVAK) - keçmiş Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 9 km qərbdə, Sevan (Göycə) gölünün cənub-şərq sahilində azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 215, 1914-cü ildə 421 nəfər azərbaycanlı; 1931-ci ildə 1291 nəfər erməni əhalisi olub. 1918-1920-ci illər soyqırımı zamani azərbaycanlı əhali bütünlüklə kənddən qovulmuş, gəlmə ermənilər kəndə sahib ol¬muşlar.
- QIZIL XARABA - İrəvan quberniyası Eçmiadzin qə¬zasındakı Yeğvard kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda, azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 50, 1914-cii ildə 57 nəfər azərbaycanlı əha¬lisi olub. 1918-1920-ci illər soyqırımından son¬rakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
- QISIR XARABA - İrəvan quberniyası Şərur-Dərələ¬yəz qəzasındakı Qndevaz kənd icması tərkibində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 105 nəfər azərbaycanlı əhalisi olub. Sonrakı il¬lərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
- QIZILCIQ (ABUL KƏND) -İrəvan quberniyası Nor-Bayazet qəzasında, Ermənistan SSR Kamo (Nor-Bayazet – Kəvər) rayonunda, Sevan-Nor-Bayazet poçt yolu ilə Əyrivəng kəndindən gələn yolun Göycə gölü sahilində kəsişdiyi yerdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 108 nəfər azərbaycanlı əhalisi olmuşdur. Sonrakı il¬lərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
- QIZILCIQ - Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən 7 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. İnzibati ərazi üzrə Sisyan şəhər Sovetinin tabeliyində idi. 1905-ci ildə 450, 1914-cü ildə 441, 1931-ci ildə 292 nəfər azərbaycanlı əhalisi olub. Onlar 1988-ci il faciəli olaylar zamanı kənddən qovulmuşlar.
- QILİNCLI -İrəvan quberniyası Şərur-Dərələyəz qəza¬sındakı Qndevaz kənd icnıası tərkibində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 97, 1914-cü ildə 115 nəfər azərbaycanlı əhalisi olub. Sonrakı il¬lərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
- QIRXBULAQ (1935.-ci ildən AKUNK) - İrəvan quberniyası Nor-Bayazet qəzasında, Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 2 km cənubda, Göycə gölünün cənub-şərq sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 247 nəfər azərbaycanlı. Ermənilər 1929-1930-cu illərdə Türkiyənin Bayazet bölgəsindən gəlib yerləşdikdən sonra azərbaycanlılar kəndi məcburi tərk edib qonşu kəndlərə dağılmışlar.
- QIŞLAQ (QIŞLAQ ABBAS) - Ermənistan SSR Ye¬ğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd. 1873-cü il¬də 337, 1914-cü ildə 300, 1931-ci ildə 7 dəfə azalaraq 45 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
- QNDEVAZ (QİNDİVAZ) - Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Şərqi Arpa çayının sol sahilində, rayon mərkəzindən 15 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 98 nəfər azərbaycanlı, 205 nəfər erməni, 1905-ci ildə 218 nəfər azərbaycanlı, 650 nəfər erməni, 1931-ci ildə 54 nəfər azərbaycanlı, 960 nəfər erməni əhalisi olub. Azərbaycanlılar buranı 1930-cu illərdə tərk ediblər.
- QOVUŞUQ (KAVŞUX, KAVUŞUQ, 1991-ci ildən YERMON) - Ermənistan SSR Ye¬ğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 96, 1914-cü ildə 172, 1931-ci ildə 325 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşdur.
- QOVŞUD (KOVŞUT, 1991-ci ildən KAVÇUT) - Ermənistan SSR Qafan rayonunda, Geği çayı sahilində, rayon mərkəzindən 17 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Lernadzor heyvandarlıq sovxozu ila birləşdirilmişdir. 1931 -ci ildə 123 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşdur.
- QOZLUCA (QOZULCA -İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Ye¬ğeqnadzor (Mikoyan – Keşişkənd) rayonun¬da, Qozluca kənd icmasının mərkəzi, Uluyurd çayı yaxınlığın¬da, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 60, 1873-cü il¬də 342, 1905-ci ildə 647, 1914-cii ildə 592 nəfər azərbaycan¬lı əhalisi olub. 1918-1920-ci illər soyqırımından sonra rəsmi sə¬nədlərdə kəndin adı çəkilmir.
- QOYTUL - Ermənistan SSR Əştərək rayonunda, Koş kəndi yaxınlığında, Araqatz (Alagöz) dağı ətəyində kənd. 1831-ci ildə 28 nəfər, 1905-ci ildə 210 nəfər, 1914-cii ildə 210 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illər soyqırımından sonra kənddə azərbaycanlıların yaşaması qeydə alınmamışdır. Ermənilər bu¬raya 1918-ci ildən sonra gəlmişlər.
- QOMARAN (GOMARAN, KOMARAN) - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 5 km cənub-şərqdə, Meğri (Miğri) dağı ətəyində, Oxçu çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 158, 1914-cü ildə 138, 1926-cı ildə 2,6 dəfə azalaraq 52, 1931-ci ildə 68, 1970-ci ildə 183, 1979-cu ildə 163 nə¬fər azərbaycanlı əhalisi olub. Kənd qonşu Geğanuş kəndi ilə birləşdirilmişdir. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşlar.
- QONCALI (1935-ci ilədok ÖRDƏKLİ, QONÇALI, 1991-ci ildən ZARİMAT) - Ermənistan SSR Amasiya (Ağbaba) rayon mərkəzindən 14 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 330, 1914-cü ildə 531 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illərdə azərbaycanlılar kənddən qo¬vulmuş, Türkiyədən gələn ermənilər yerləşdirilmişdir. 1970-1980-ci illərdə ermənilərin əksər hissəsi Leninakana (Gümri) köçmüş, təsərrüfatda başqa kəndlərdən gələn azərbaycanlılar çalışmış¬lar. Qonşu İbiş kəndi bu sovxoza birləşdirilmişdi. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşlar.
- QORUX GÜNEY (1935-ci ildən KARMİRHOVİD) - Ermənistan SSR Hrazdan (Dərəçiçək – Axta) rayonunda, Marmarik (Misxana) çayının sahilində azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 40, 1905-ci ildə 259, 1914-cü ildə 327 nəfər azərbaycanlı əhalisi olub. 1918-I920-ci il¬lər soyqırımından sonra kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır.
- QORÇULU (QORÇLU, ALLAHVERDİ, KORÇALI) - Ermənistan SSR Hrazdan (Dərəçiçək –Axta) rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Marma¬rik (Mərmərik) kənd kolxozu ilə birləşdirilmişdi. Əhalisi 1831-ci ildə 82, 1905-ci ildə 300, 1914-cü ildə 440, 1931-ci ildə 195 nəfər azərbaycanlı olub. 1918-1920-ci il soyqırımından sağ qalanlar 1940-cı illərdə oradan məcburi köçmüşlər. Ermənilər buraya 1920-ci illərdə gəlmişlər.
- QOTURVAN (GƏDİKVƏNK, QODUXVANK) - Ermənistan SSR Ye¬ğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 24 km şimal-şərqdə, Gədikvənk çayı sahilində azərbaycanlılar yaşamış kənd. Gülüdüz heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1873-cü ildə 142, 1886-cı ildə 201, 1905-ci ildə 126, 1922-ci ildə 71, 1931-ci ildə 170, 1979-cu ildə 537 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- QOŞ (KOŞ, KƏŞ) - Ermənistan SSR Əştərək rayonun¬da, rayon mərkəzindən 18 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 62 nəfər azərbaycanlı, 28 nəfər erməni, 1873-cü ildə 211 nəfər azərbaycanlı, 317 nəfər erməni, 1905-ci ildə 220 nəfər azərbaycanlı, 435 nəfər erməni, 1931-ci ildə 1120 nəfər erməni, 220 dəfə! azalaraq 1 nəfər azərbaycanlı, 2 nəfər kürd olub. Azərbaycanlı əhalinin heçə endirilmiş sayı 1918-1920-ci il soyqırımının təzahürüdür.
- QOŞABULAQ (1991-ci ildən ŞATRCEK) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 6 km cənub-¬şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 117, 1905-ci ildə 596, 1914-cü il¬də 672, 1931-ci ildə 2 dəfə azalaraq 383 nəfər azərbaycanlı, 95 nəfər kürd olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşdur.
- QOŞABULAQ - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, Şatrcek (Qoşabulaq) kəndi yaxınlığında azərbaycanlılar yaşa¬mış kənd. 1905-ci ildə 262, 1914-cü ildə 203 nəfər azərbaycanlı və kürd əhalisi olub. 1920-ci ildə Şatrcek (Qoşabulaq) kəndi ilə birləşdirilmiş, əhali oraya köçürülmüşdür.
- QOŞA BULAQ - İrəvan quberniyası Eçmiadzin qəzasındakı Parpi kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 211, 1914-cü ildə 203 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər faciəsindən sonra rəsmi sənədlərdə kəndin adı çəkilmir.
- QRAMPA (1978-ci ildən DZİADZAN) - Ermənistan SSR Eçmiadzin rayonunda, Kasax çayının sağ sahilində, rayon mərkəzindən 3 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 90, 1905-ci ildə 160, 1914-cü ildə 340 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra kənddə azərbaycanlıların yaşaması qeydə alınmamışdır. 1831-ci ildə Türkiyədən gələn 25, 1905-ci ildə 130, 1914-cü ildə 291, 1931-ci ildə 491 nəfər erməni kənddə məskunlaşmışdır.
- QUZUKƏND (1935-ci ilədək XOZIKƏND) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, Arpa gölü sahilində, rayon mərkəzindən 25 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci il¬də 372, 1914-cü ildə 455, 1931-ci ildə 474, 1970-ci ildə 865 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşdur.
- QUYLU (QUYULU) –Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda azərbaycanlılar yaşamış kənd. 1905-ci il¬də 334, 1914-cü ildə 396, 1931-ci ildə 81 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illər soyqırımı nəticəsində azərbaycanlı əhali 5 dəfə azalmış, həmin illərdə buraya köçmüş ermənilər kəndə sahib çıxmışlar. Kənd 1940-cı ildə ləğv olunmuşdur.
- QULDƏRVİŞ (1935-ci ildən VOSKETAS) - Ermənistan SSR Talin rayonunda, Araqadz (Alagöz) dağının cənub-¬qərb ətəyində, rayon mərkəzindən 8 km şimal-şərqdə azərbay¬canlılar yaşamış kənd. 1905-ci ildə 327, 1914-cü ildə 327 nəfər azərbaycanlı; 1931-ci ildə 452 nə¬fər erməni əhalisi olub. 1918- 1920-ci illər soyqırımından sonra kənddə azərbaycanlıların yaşaması qeydə alınmamışdır. Ermənilər kəndə 1918-ci ildən sonra gəlmişlər.
- QULUBƏYLİ AŞAĞI - İrəvan quberniyası Eçmiadzin qəzasında, Böyük Qarasu çayı sahilində, Ermənistan SSR Eçmiadzin ra¬yonunda, azərbaycanlılar yaşamış kənd. 1886-cı ildə 421, 1905-ci ildə 518, 1921-ci ildə 436 nəfər azərbaycan¬lı əhalisi olub. 1918-1919-cu illərdə kənd dağıdılmış, sağ qalan azərbaycan¬lılar ata-baba yurdlarını tərk etmişlər. 1920-ci ildə kənddə ye¬zidi kürdlər məskunlaşmışlar. 1931-ci ildə Aşağı və Yuxarı Qulubəyli kəndlərinda 875 nəfər kürd əhalisi olmuşdur. Kənd 1940-cı illərdə ləğv edilmişdir.
- QULUBƏYLİ (YUXARI QULUBƏYLİ) -İrəvan quberniyası Eçmiadzin qəzasında, Böyük Qarasu çayının yuxarı axını sahilində, Ermənistan SSR Eçmiadzin rayonunda, azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 338, 1886-cı ildə 397, 1905-ci ildə 197, 1914-cü ildə 201 nəfər azərbaycanlı əhalis olub. Kənd 1918-1919-cu illərdə dağıdılmış, sağ qalan əhali kəndi tərk etmişdir. 1920-ci ildə kənd kürdlərlə məskunlaşmışdır; 1940-cı ildə ləğv olunmuşdur.
- QULUCAN - Ermənistan SSR Masis (Zəngibasar –Uluxanlı) rayonunda, Araz va Hrazdan (Zəngi) çaylarinin kəsişdiyi ərazi sahəsində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 63, 1914-cü ildə 81, 1931-ci ildə 59 nəfər azərbaycanlı. Əhali 1950-ci ildə Azərbaycana məcburi köçürülmüşdü. Onların xeyli hissəsi geri qayıdıb, həmin ərazi¬də təşkil olunmuş Kalinin adına tərəvəzçilik sovxozunda çalışırdılar. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- QURBANKƏSİLƏN -İrəvan quberniyası Şərur-Dərə¬ləyəz qəzasındakı Keşişkənd icması tərkibində, Ermənistan SSR Ye¬ğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Arxac dərəsi yaxınlığında azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 427, 1914-cü ildə 427 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illər soyqırımından sonra rəsmi sə¬nədlərdə kəndin adı göstərilmir.
- QURBAĞALI -İrəvan quberniyası İrəvan qəzasındakı Baş Gərni kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) ra¬yonunda, İncəsu bulaqları yanında, Qızıldağ ətəyində azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 203, 1914-cü ildə 415 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illər soyqırımından sonra rəsmi sə¬nədlərdə kəndin adı göstərilmir.
- QURDQULAQ (QURDQULAX) - Ermənistan SSR Gorus rayonunda, Şurnux kənd Soveti tərkibində, rayon mərkəzindən 26 km cənub-şərqda azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 54, 1931-ci ildə 49 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- QURDQULAX (1946-cı ildən BOLORABERD) - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Qnişik kəndindən 5 km şərqdə azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 336, 1897-ci ildə 471, 1905-ci ildə 690, 1914-cü ildə 690, 1931-ci ildə 66 nəfər azərbaycanlı əhalisi olub. Azərbaycanlıların sayının 10 dəfə azalması göstərir ki, 1918-1920-ci illər soyqırımı zamanı onlar qovulmuş və məhv edilmişdir. 1920-ci ildə qonşu Qandzaq (Yengicə) kəndindən köçmüş ermənilər kəndə sahib ol¬muşlar. Qırğından qurtulmuş azərbaycanlı əhali kəndi XX əsrin 30-cu illərində məcburi tərk etmiş¬dir.
- QURSALI - Ermənistan SSR Spitak (Hamamlı) rayonunda, rayon mərkəzindən 7 km cənub-şərqdə, Pambək çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 824, 1914-cü ildə 999, 1931-ci ildə 1033 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- QUŞÇULU (QUŞÇU) - Ermənistan SSR Qafan rayo¬nunda azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 93 nəfər, 1931-ci ildə 50 nəfər azəıbaycanlı əhalisi olub. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z