Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi
QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • ƏKƏRƏK (AQARAK) - İrəvan quberniyası İrəvan qə¬zasında, Gərniçay çayının yaxınlığında, Aramyus kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk - Ellər) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 114, 1886-cı ildə 155, 1905-ci ildə 170 nəfər azərbaycanlı. Sonrakı illərdə rəsmi sənədlərdə kəndin adı çəkilmir. (Bu kənd Əştərək rayonundakı Əgərək kəndi ilə qarışdırmamalı).
  •  

  • ƏLƏYƏZ (ALAQYAZ, ALAGÖZ, MƏZRƏ KƏRİM¬XAN, 1991-ci ildən YEĞEGİS) - Ermənistan SSR Yeğeqnad¬zor (Mikoyan – Keşişkənd) rayonunda, Yeğegis (Alagöz) çayının sağ tərəfindən Yeğeqnadzor-Gülüdüz yolu üstündə rayon mərkəzindən 22 km şi¬mal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 32, 1905-ci ildə 524, 1931-ci ildə 353, 1979-cu ildə 963 nəfər azərbaycanlı əhalisi var idi. 1905-1931 illər ərzində əhalinin azalması 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımın nəticəsidir. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
  •  

  • ƏMİRXEYİR (1991-ci ildən KALAVAN) - Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şi¬mal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
  •  

  • ƏRİKLİ N 2 – Yelizavetpol(Gəncə) quberniyası Zəngəzur qəzasında, Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 126, 1914-cü ildə 214 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən gırğın nəticəsində kənd dağıdılmış, yenidən bərpa edilməmişdir.
  •  

  • ƏRİKLİ N 1 – Yelizavetpol(Gəncə) quberniyası Zəngəzur qəzasında, Ermənistan SSR Sisyan (Qarakilsə) ra¬yonunda, Şağat kəndindən 5 km qərbdə, Vorotan çayının sağ qolu Ərikli çayı sahilində azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 150, 1914-cü ildə 325 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illərdə kənd dağıdılmış, bir daha bərpa edilməmişdir.
  •  

  • ƏHƏNGÇİ (ƏHƏKÇİ, AĞAKİÇİK, 1978-ci ildən DZOVASAR) - Ermənistan SSR Talin rayonunda, rayon nıər¬kəzindən 15 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1905 və 1914-cü illər siyahısında kəndin 313 nəfər azərbay¬canlı əhalisi olduğu qeyd olunmuşdur. 1918-1920-ci illərdə azərbaycanlılar kənddən qovulmuş, xeyli hissəsi həlak olmuş¬dur. Sasundan və Tarondan köçürülən ermənilər kəndə sahib ol¬muşlar.
  •  

  • ƏLİRZALAR (1935-ci ilədək ÇƏNKLI) - Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 103, 1914-cü ildə 161, 1931-ci ildə 53 nəfər azər¬baycanlı. Əhalinin 2 dəfə azalmasının səbəbi 1918-1920 illərin soyqırımıdır. Kənd 30-cu illərdə ləğv olunmuşdur.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov  | Əlagə: Şəlalə Həsənova