A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- CAĞATAY- İrəvan quberniyasının Şərur- Dərələyəz qəzasındakı Martiros kənd icması tərkibində, Ermənstan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda Şərqi Arpaçay sahilində azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 70, 1905-ci ildə 94 nəfər əhalisi olub. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
- CADQRAN ( ÇATQRAN) Ermənistan SSR Ararat (Vedi) rayonunda,
Vedi çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 243 nəfər olub. Kənd 1935-ci ildə Şirazlı kəndi ilə birləşdirilmişdi.
- CADQRAN( ÇATQRAN, 1957-ci ildən BAZMAVAN, 1962-ci ildən NOR-GEĞİ) – Ermənistan SSR Əştərək rayonunda (1972-ci ildən Nairi rayonu tabeliyində), Hrazdan (Zəngi) çayının sağ sahilində, rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 18, 1905-ci ildə 667, 1914-cü ildə 807, 1931-ci ildə 88 nəfər olub. 9,5 dəfə azalmanın səbəbi 1918-1920-ci illərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımdır. Ermənilər bu kəndə 1918-ci ildə gətirilmişlər. 1931-ci ildə 25 nəfər erməni var idi.
- CAMIŞBASAN(AŞAĞI CAMIŞBASAN, 1935-ci ildən ƏZİZKƏND)- Ermənistan SSR (Vedi) rayonunda, rayon mərkəzindən 20 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 51, 1905-ci ildə 266, 1926-cı ildə 50, 1931-ci ildə 60, 1939-cu ildə 140 nəfər olub. 1905-1906-cı il soyqırımı nəticəsində əhali 5 dəfə azalmışdır. Kənd 1949-cu ildə ləğv edilib.
- CANI(CANİ)- Ermənistan SSR Ye¬ğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Ələyəz çayı yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 86, 1905-1914-cü illərdə 160, 1931-ci ildə 111 nəfər olub. Kənd 1931-cu ildə ləğv edilib.
- CANFİDƏ- Ermənistan SSR Hoktemberyan (Sərdarabad – Qurdqulu)
rayonunda, rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 283, 1873-cü ildə 999, 1897-ci ildə 1165, 1905-ci ildə 1172, 1914-cü ildə 1318, 1931-ci ildə 6 nəfər olub. Əhalinin 1312 nəfər, və ya 220 dəfə azalması göstərir ki, 1918-1920-ci illərdə erməni quldurların azərbaycanlılara qarşı soyqırımında əhali bütünlüklə məhv edilmişdi. Bu kəndə 1918-ci ildə Türkiyənin Qars vilayətindən 1700 nəfər erməni gətirilmişdir.
- CEYRANLI- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında Qndevaz kənd icması tərkibində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Muradtəpəsi çayı sahilində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 123, 1914-cü ildə 123 nəfər olub. 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı zamanı kənd dağıdılmışdı.
- CERMUK- Ermənistan SSR ərazisində respublika tabeliyində şəhər. Əsası 1961-ci ildə, azərbaycanlılar yaşamış İSTİSU kəndinin yerində qoyulub. İrəvandan 173 km məsafədə kurort şəhəridir. Bu şəhərdə başqa xalqların nümayəndələri ilə yanaşı azərbaycanlılar da yaşayıb işləmişlər. Azərbaycanlı əhali 1931-ci ildə 215, 1959-cu ildə 329 nəfər, 1970-ci ildə 627 nəfər (ümumi şəhər əhalisinin 12,3 faizi) olub.
- CƏBƏÇİLİ (1960-cı ildən CRAHOVİD)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 7 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1871-ci ildə 135, 1905-ci ildə 355,1914-cü ildə 575, 1931-ci ildə 131 nəfər olub. Əhalinin 1914-cü ildən sonra 4 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Ermənilər bu kəndə 1918-ci ildə gətirilmişlər. 1931-ci ildə kənddə 113 erməni var idi. Azərbaycanlılar ötən əsrin 40-cı illərində məcburi deportasiya edilmişlər.
- CƏNNƏTLİ ( 1940-cı ildən ZOVAŞEN, 1967-ci ildən LANCAZAD)- Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 12 km şimal-şərqdə, Gərni çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 59, 1905-ci ildə 84, 1914-cü ildə 228, 1931-ci ildə 114 nəfər olub. Ermənilər bu kəndə 1930-cu ildə gətirilmişlər. 1931-ci ildə 136 nəfər erməni var idi. Azərbaycanlılar kəndi ötən əsrin 30-cu illərində məcburi tərk etmişlər.
- CƏFƏRLİ (CƏFƏRLİ GÜNNÜT)- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 400, 1914-cü ildə 402, 1931-ci ildə 2,5 dəfə azalaraq 156 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
- CİBİLİ (CİBİKLİ, CİBİLLİ)- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 90, 1914-cü ildə 160, 1931-ci ildə 2 dəfə azalaraq 77 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- CİVRİŞ( CRVEJ)- İrəvan quberniyasının İrəvan qəzasında, Qırxbulaq çayı sahilində, Kənəkir kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 16 km məsafədə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 43, 1886-cı ildə 31, 1905-ci ildə 34 nəfər olub. Sonrakı illərin rəsmi sənədlərində bu kənddə azərbaycanlıların yaşaması barədə məlumat yoxdur. Ermənilər əzəli Azərbaycan kəndinə Türkiyənin müxtəlif vilayətlərindən gətirilmişlər (1873-cü ildə 301 nəfər). 1914-cü ildə kənddə 723 nəfər, 1931-ci ildə 835 nəfər erməni var idi.
- CİL- Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək)
rayonunda, Sevan gölü sahilində, rayon mərkəzindən 21 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Tarixi mənbələrdə kəndin XII-ci əsrdə salındığı göstərilmişdir. Azərbaycanlı əhalisi 1831-ci ildə 265, 1897-ci ildə 587, 1905-ci ildə 975, 1914-cü ildə 1035, 1931-ci ildə 1041 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- CİRMANİS- İrəvan quberniyasının İrəvan qəzasında Qarabağlar bölgəsi, Ərmik kənd icması tərkibində, Ermənistan SSR Ararat (Vedi)
rayonunda, Qızılverən dağın ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 105, 1873-cü ildə 545, 1905-ci ildə 728, 1914-cü ildə 720 eəfər olub. 1918-1920-ci illərdə erməni quldurların azərbaycanlılara qarşı soyqırımı zamanı kənd dağıdılmışdır. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
- CİĞİN QARAQOYUNLU(1935-ci ildən QARAQOYUN) – Ermənistan SSR Ararat (Vedi) rayonunda Armik(Ərmik) kənd sovetliyi tərkibində (əvvəllər mövcud olmuş Qarabağlar rayonu ərazisinə daxil idi), Vediçay sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 178, 1905-ci ildə 551, 1914-cü ildə 561, 1931-ci ildə 119 nəfər olub. Əhalinin 4,7 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Əhali ötən əsrin 40-cı illərində Azərbaycana köçürüldükdən sonra kəndin ərazisi ermənilərin malqarası üçün örüş yerinə çevrilmişdir.
- COMƏRDLİ (COMARTLI, 1991-ci ildən TANAAT)- Ermənistan SSR Sisyan( Qarakilsə) rayonunda, rayon mərkəzindən 14 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd.Azərbaycanlı əhalisi 1914-cü ildə 405, 1931-ci ildə 149 nəfər olub. Əhalinin sürətlə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Qalan hissəsi 1988-ci ildə qovulmuşdu.
- CRAXOR-Ermənstan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 34 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
- CUL ( 1950-ci ildən ARTAVAN) - Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı)rayonunda, rayon mərkəzindən 10 km cənub-şərqdə, Çul çayının sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 117, 1897-ci ildə 899, 1905 və 1914-cü illərdə 1222 , 1931-ci ildə 950 nəfər olub. Xarici ölkələrdən gətirilmiş erməniləri yerləşdirmək bəhanəsi rəhbər tutulmaqla 1948- 1950-ci illərdə İttifaq hökumətinin ədalətsiz qərarına əsasən yerli əhali Azərbaycana köçürülmüş, rayonun Artavan kəndinin erməni əhalisi bu kənddə –Cul kəndində yerləşdirilmişdi. Məlumat xatirinə deyək ki, Artavan kəndinin erməni əhalisi 1828-1829-cu illərdə İranın Xoy və Salmas bölgələrindən gətirilmiş ermənilərin törəmələri idi.
- CÜCƏKƏND ( 1935-ci ildən QIZIL ŞƏFƏQ)- Ermənistan SSR Taşir (Kalinino - Vorontsovka – Qaraisa) rayonunda, rayon mərkəzindən 15 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1907-ci ildə 210, 1914-cü ildə 468, 1931-ci ildə 623 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z