Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- REHHANLI- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, Araz çayının sol sahili ilə Hrazdan (Zəngi) çayının sağ sahilinin kəsişdiyi yerdə, Kalinin qəsəbəsinin (1991-ci ildən Noramarq) yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 80, 1905-ci ildə 405, 1914-cü ildə 599, 1931-ci ildə 131 nəfər olub. Əhalinin 4,5 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Kəndin əhalisi 1948-ci ildə SSRİ rəhbərliyinin rəsmi göstərişi ilə Azərbaycanın şoran ərazilərinə köçürülmüşdü.
- RƏNCBƏR- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, Araz çayının sol sahilində, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 226, 1914-cü ildə 431, 1931-ci ildə 389 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
- RƏHMAN KƏND(ƏFƏNDİ, 1938-ci ildən NORAŞEN)- Ermənistan SSR Sevan (Yelenovka) rayonunda, Sevan (Göycə) gölünün şimal-qərb sahilində, rayon mərkəzindən 9 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 28, 1906-cı ildə 479, 1914-cü ildə 654, 1931-ci ildə 10 nəfər olub. Əhalinin 65,5 dəfə! azalmasının səbəbi 1918-1920-ci iilərdə törədilmiş soyqırımdır.
- RƏHİMABAD- İrəvan quberniyası Eçmiadzin qəzasında, Şöllü-
Mehmandar kəndi yaxınlığında, Ermənistan SSR Masis ( Zəngibasar – Uluxanlı) rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 131, 1914-cü ildə 223 nəfər olub. Kənd 1918-ci ildə ermənilər tərəfindən dağıdılıb.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z