Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi
QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • HAQQIXLI (1978-ci ildən SƏMƏD VURQUN, 1991-ci ildən HOVK)- Ermənistan SSR İcevan (Karvansara) rayonunda, Ağstafa çayı dərəsinin sol yamacında, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 463, 1931-ci ildə 412 nəfər olub. Əhali 1988-ci il faciəli olaylar zamanı kənddən bütünlüklə qovulub.
  •  

  • HAYDARLI (HEYDƏRLİ) - Ermənistan SSR Quqark (Kirovakan – Böyük Qarakilisə) rayonunda, rayon mərkəzindən 14 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1914-cü ildə 461, 1931-ci ildə 398 nəfər olub. Onlar 1988-ci il faciəli olaylar zamanı kənddən bütünlüklə qovulub.
  •  

  • HALLAVAR- Ermənistan SSR Quqark (Kirovakan – Böyük Qarakilisə) rayonunda, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 1062, 1914-cü ildə 1283, 1931-ci ildə 902 nəfər olub. Onlar 1988-ci il faciəli olaylar zamanıkənddən bütünlüklə qovulub.
  •  

  • HAMAMLI- Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 10-12 km şimalda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ciildə 600, 1914-cü ildə 611, 1931-ci ildə 151 nəfər olub. Əhalinin 4 dəfə azalması 1918-1920 illər soyqırımının təzahürüdür. Kənd ötən əsrin 30-cu illərində ləğv edilmişdir.
  •  

  • HAND(AND)- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 273, 1924-cü ildə 297, 1931-ci ildə 73 nəfər olub. Əhalinin 4 dəfə azalması 1918-1920 illərdəki soyqırımın təzahürüdür. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
  •  

  • HAXS (AXIS METS, BÖYÜK HAXS)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, keçmiş Qarabağlar rayonu ərazisində, Vedi çayının sol qolu Haxıs çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 928, 1931-ci ildə 92 nəfər olub. Əhalinin 10 dəfə! azalması iki məlum soyqırımın təzahürüdür. Azərbaycanlılar kənddən ötən əsrin 40-cı illərində məcburi deportasiya edilmişlər. Kənd ləğv olunandan sonra ərazisi erməni kəndlərinin otlaq yerinə çevrilib.
  •  

  • HACI BAYRAM ( 1935-ci ildən BAXÇALAR, 1968-ci ildən BAKARAN)- Ermənistan SSR Hoktemberyan (Sərdarabad – Qurdqulu) rayonunda, Araz çayının sol sahilində, rayon mərkəzindən 27 km qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 332, 1905-ci ildə 436, 1914-cü ildə 815, 1931-ci ildə 403 nəfər olub. 1914-cü ildən sonra əhalinin 2 dəfə azalması 1918-1920-ci illərdə baş vermiş soyqırımın nəticəsidir. Azərbaycanlıları kəndi 1948-ci ildə tərk etməyə məcbur ediliblər. Ermənilər buraya 1918-ci ildə İranın Bakaran vilayətindən gətiriliblər. 1931-ci ildə 31 nəfər erməni var idi.
  •  

  • HACI QARA(1935-ci ildən AYGEŞAD) - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 9 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 27 nəfər olub. Sonrakı illərdə azərbaycanlıların yaşaması barədə məlumat verilmir. Bu kəndə 1829-cu ildə İranın Xoy əyalətindən 114 nəfər erməni gətirilmişdir. 1931-ci ildə kənddə 613 nəfər erməni var idi.
  •  

  • HACI ELLƏZ( HACI ELYAS)- Ermənistan SSR Masis (Zəngibasar - Uluxanlı) rayonunda, rayon mərkəzi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 445, 1873-cü ildə 1095, 1905-ci ildə 1079, 1914-cü ildə 1149, 1931-ci ildə 2 dəfə azalaraq 680 nəfər olub. 1918-1920-ci illərdə və 1988-ci ildə azərbaycanlı əhali erməni quldurların təzyiqləri ilə üzləşiblər.
  •  

  • HACI MUXAN( 1935-ci ildən MUXAN, 1978-ci ildən DZOVAZARD)-Ermənistan SSR Kamo (Nor-Bayazet- Kəvər) rayonunda, rayon mərkəzindən 17 km şimal-şərqdə, Sevan gölü sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 1034, 1914-cü ildə 719, 1931-ci ildə 195 nəfər olub. Əhalinin 3,5 dəfə azalması soyqırımlar səbəbindən baş vermişdir. Azərbaycanlılar kəndi ötən əsrin 40-cı illərində erməni quldurların aramsız basqınlarından sonra tərk etmək məcburiyyətində qalıblar. Ermənilər bu kəndə 1918-ci ildən sonra Nor-Bayazet və Matuni rayonlarının kəndlərindən gətirilmişlər. 1931-ci ildə 1064 nəfər erməni var idi. Kəndin ilk adı Hacı Mumu Xan olub. Sonralar Mumuxan Muxan şəkli alıb.
  •  

  • HACILAR (1935-ci ildən MRKASTAN)- İrəvan quberniyasının Eçmiadzin qəzasında, Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 5 km şimal-qərbdə, Abarançay sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 61, 1905-ci ildə 220, 1914-cü ildə 218 nəfər olub. 1918-1920-ci illərdə erməni daşnak ünsürləri tərəfindən törədilən qırğınlar zamanı azərbaycanlı əhali xeyli itkilərə məruz qalmışdır. Bu kəndə 1828-11829-cu illərdə İrandan 124 nəfər erməni gətirilmişdir.
  •  

  • HER-HER( HERHER, GƏR-GƏR, QAR-QAR) - Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Her-Her çayının sağ sahilində, rayon mərkəzindən 17 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd.Azərbaycanlı əhalisi 1831-ci ildə 213, 1905-ci ildə 1014, 1914-cü ildə 1114, 1931-ci ildə 278 nəfər olub. Əhalinin 836 nəfər, və ya 4 dəfə azalması 1918-1920 illər soyqırımının nəticəsidir. Erməni millətçilərinin aramsız hücümları və təxribatlarından sonra azərbaycanlılar kəndi 1948-ci illərin sonlarında tərk etmişlər. Ermənilər bu kəndə XİX əsrin 80-ci illərində İranın ermənilər yaşayan vilayətlərindən gətirilmişlər.
  •  

  • HEŞİN - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Yelpin çayının sol qolu Heşinçayın sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalinin sayı 1831-ci ildə 62, 1905-ci ildə 237, 1914-cü ildə 237, 1931-ci ildə 164 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
  •  

  • HƏBİL KƏND( ABUL-KƏND)- Ermənistan SSR Masis (Zəngibasar-Uluxanlı) rayonunda, Hrazdan(Zəngi) çayının aşağı axarı yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 85, 1873-cü ildə 183, 1905-ci ildə 256, 1914-cü ildə 376 nəfər olub, 1931-ci ildə cəmi 75 nəfər qalıb. Əhalinin 5 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycnlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Bölgədə olan Həbil,Qulucan,Həsənli, Sarcalar, Seyidkənd kəndlərinin əhalisi 1948-1949-cu illərdə SSRİ hökumətinin ədalətsiz qərarı ilə Azərbaycana köçürülmüşdü. Onların bir hissəsi əvvəlki ata-baba kəndlərinə qayıtdıqdan sonra 1988-ci ildə erməni quldurlarının basqınlırınadək ərazidə yeni təşkil olunmuş Kalinin sovxozunda çalışırdı.
  •  

  • HƏSƏNLİ- Ermənistan SSR Artaşat rayonunun Mxçyan kəndi yaxınlığında, Hrazdan(Zəngi) çayı sahilində, Araz çayının yaxınlığında azərbaycnlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1906-cı ildə 501, 1914-cü ildə 608, 1931-ci ildə 122 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
  •  

  • HORBATEQ( XORVADİX)- Ermənistan SSR Yeğeqnadzor(Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 13 km şimal-qərbdə azərbaycnlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 35, 1905-ci ildə 592, 1924-cü ildə 592, 1931-ci ildə 5,5 dəfə azalaraq 100 nəfər olub. Azərbaycanlıları kəndi ötən əsrin 40-cı illərində tərk etmək məcburiyyəti qarşısındı qoyublar. Erməniləri buraya 1918-ci ildə gətirmişlər. 1931-ci ildə kənddə 227 nəfər erməni yaşayırdı.
  •  

  • HORS - Ermənstan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 9 km şimal şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 26, 1905-ci ildə 571, 1914-cü ildə 971, 1931-ci ildə 234 nəfər olub. Əhalinin 4 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Azərbaycanlılar kəndi ötən əsrin 40-cı illərində tərk etmək məcburiyyəti ilə üzləşmişdilər. Ermənilər bu kəndə ötən əsrin əvvəllərində gətirilmişlər.
  •  

  • HOSTUN- Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisinin sayı 1905-ci ildə 125 olub, 1931-ci ildə 43 nəfərə enib. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
  •  

  • HORTAGİZ( QARTİQIZ) - Yelizavetpol quberniyası Zəngəzur qəzasında, Şıxlar kənd icması tərkibində, Alışar kəndi yaxınlığında, Ermənistan SSR Sisyan (Qarakilsə) rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 495, 1914-cü ildə 770 nəfər olub. 1918-1920-ci illərdə erməni quldurların azərbaycanlılara qarşı töərətdikləri soyqırımdan sonra rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • HÜSEYNQULU AĞALI( 1935-ci ildən NƏRİMANLI, 1991-ci ildən ŞATVAN)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 10 km şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 778, 1914-cü ildə 1207, 1931-ci ildə 719 nəfər olub. 1918-1920-ci illərdə erməni quldurların azərbaycanlılara qarşı töərətdikləri soyqırımdan sonra əhalinin sayı təxminən 500 nəfər azalıb. Kənddə qalanlar 1988-ci ildə ata-baba yurdlarından qovulublar.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov  | Əlagə: Şəlalə Həsənova