Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- TAĞAMİR- Ermənistan SSR Meğri(Miğri) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 194 , 1914-cü ildə 225, 1931-ci ildə 51 nəfər olub. 4 dəfə azalmanın səbəbi 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımıdır. Kənd ötən əsrin 30-cu illərində ləğv olunmuşdur.
- TAYTAN (1978-ci ildən VANAŞEN)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, Vedi çayının sahilində, rayon mərkəzindən 4 cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1906-cı ildə 262, 1914-cü ildə 255, 1931-ci ildə 217 nəfər olub. Ermənilər bu kəndə 1924-cü ildə (224 nəfər) gətirilmişlər. Azərbaycanlı əhali öz doğma kəndini erməni cəlladların təzyiqi altında ötən əsrin 40-cı illərində tərk etmişlər.
- TALİN TÜRK (TÜRK TALİNİ , 1978-ci ildən DAŞDADEM)- Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 5 km məsafədə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 376, 1914-cü ildə 376 nəfər olub. Azərbaycanlılar öz doğma kəndlərini erməni quldurların dəfələrlə basqınlarından sonra 1918-ci ildə tərk etmişlər.
- TALIŞ ( 1970-ci ildən ARUC)- Ermənistan SSR Əştərək rayonunda, rayon ərazisindən 21 km qərbdə, İrəvan-Gümrü (Leninakan) şose yolu üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 61, 1905-ci ildə 452 nəfər olmuşdur. 1918-1920-ci illərdə ermənilərin çoxsaylı basqınlarından sonra azərbaycanlı əhali kəndi tərk etmişlər. Ermənilər bu kəndə Türkiyənin Bəyazid vilayətindən gətirilmişlər.
- TARP- Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, rayon mərkəzindən 17 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 96, 1905-ci ildə 220, 1914-cü ildə 223, 1931-ci ildə 191 nəfər olmuşdur. Kənd əhalisi 1948-1949-cu illərdə İttifaq hökumətinin qərarı ilə Azərbaycana köçürülmüşdü.
- TATUL QIŞLAĞI- İrəvan quberniyasının Nor-Bayazet qəzasında, Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, Zərzibil kəndi yaxınlığında, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə əhalisi 29 evdə yaşayan 148 azərbaycanlıdan ibarət olub. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı qeyd olunmur.
- TĞİT( TİĞİT)-İrəvan quberniyasının Eçmiadzin qəzasında, Ermənistan SSR Əştərək qəsəbəsindən 10 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 92, 1905-ci ildə 488 nəfər olub. Kəndi 1918-1920-ci illərdə erməni cəlladlar viran qoyandan sonra , həmin kənddə Türkiyədən gətirilmiş ermənilər məskunlaşdırılmışlıar.
- TEĞUT(ATAKUT) - Ermənistan SSR Meğri (Miğri) rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə azərbaycanlı əhalisi 78 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv olunub.
- TEZXARAB- İrəvan quberniyasının Nor-Bayazet qəzasında, Hrazdan (Zəngi) çayı hövzəsində Kənkan kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 22, 1873-cü ildə 45, 1905-ci ildə 45 nəfər olub. Sonrakı illərin rəsmi sənədlərində bu kənddə azərbaycanlıların yaşaması qeyd olunmur. Kənd ötən əsrin 60-cı illərində ləğv edilmişdir.
- TEY( ACILI, HACILI)- Ermənistan SSR Meğri (Miğri) rayonunda, Lehvaz kəndinin yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 425, 1931-ci ildə 5 dəfə azalaraq 81 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
- TERP( 1960-cı ildən SARAVAN)- Ermənistan SSR Vayk (Əzizbəyov - Paşalı) rayonunda, rayon mərkəzindən 14 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 96, 1914-cü ildə 368, 1931-ci ildə 408 nəfər olmuşdur. 1949-cu ildə Azərbaycana köçürülmüş əhalinin bir hissəsi yenidən öz doğma kəndinə qayıtmışdı.
- TECADİN- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 32 nəfər olan bu kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
- TƏZƏKƏND- Qars vilayəti Qars dairəsinin Ağbaba məntəqəsində, Ermənistan SSR Amasiya (Ağbaba) rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 151, 1907-ci ildə 189, 1914-cü ildə 253 nəfər olub. Kənd 1918-ci ildə erməni quldurlarının aramsız basqınlarından sonra ləğv edilib.
- TƏKYƏLİ ( TƏKYƏRLİ, TƏKYƏLİK, 1991ci ildən ARTAVAZ)- Ermənistan SSR Hrazdan (Dərəçiçək–Axta) rayonunda, rayon mərkəzindən 20 km şimal-qərbdə, Marmarik(Misxana) çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 41, 1906-cı ildə 641, 1914-cü ildə 807, 1931-ci ildə 2 dəfə azalaraq 416 nəfər olub. Ermənilər bu kəndə 1918-ci ildən sonra gətirilmiş, azərbaycanlılar isə kənddən ötən əsrin 40-cı illərində çıxarılmışlar.
- TƏKİYƏ( TAKİYA, TƏKİYƏLİ, 1949-cu ildən BAZMAXBYUR)- Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 6 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 155, 1886-cı ildə 582, 1905-ci ildə 725, 1914-cü ildə 599, 1931-ci ildə 2,5 dəfə azalaraq 227 nəfər olub. Bu kəndə erimənilər 1918-1920-ci illərdə İranın Muş, Xoy, Xnut, Türkiyənin Van vilayətlərindən gətirilmişlər. 1931-ci ildə kəndin erməni əhalisi 288 nəfər idi. Azərbaycanlılar öz əzəli kəndlərindən ötən əsrin 40-cı illərində çıxarılmışlar.
- TƏPƏBAŞI MEHRAB- İrəvan quberniyası İrəvan qəzasında Gərniçaydan çəkilmiş suvarma kanalı yaxınlığında, Ermənistan SSR Artaşat(Qəmərli) rayonu Dvin-Aysoru kəndinin yanında, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 5 nəfər yerli azərbaycanlı, 40 nəfər İrəvandan gəlmə erməni yaşayıb. Ötən əsrin əvvəllərində kənd ləğv olunub.
- TƏPƏKÖY( BÖYÜK TƏPƏKÖY)- Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda Arpa gölünün şərq sahilində, rayon mərkəzindən 17 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 278, 1914-cü ildə 357, 1931-ci ildə 174, 1970-ci ildə 772 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- TƏPƏKÖY KİÇİK (KİÇİK TƏPƏKÖY) – Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 17 km şimal-qərbdə, Böyük Təpəköy kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 140, 1914-cü ildə 209, 1931-ci ildə 170 nəfər olub. Ötən əsrin 30-cu illərinin sonunda Böyük Təpəköy kəndi ilə birləşdirilmişdir.
- TƏRƏKƏMƏLƏR- İrəvan quberniyası İrəvan qəzasındakı Baş Gərni kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk - Ellər) rayonu ərazisində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 50, 1914-cü ildə 83 nəfər olub. Kənd azərbaycanlılara qarşı soyqırım nəticsində 1918-ci ildə dağıdılmışdır.
- TORPAQQALA (1949-cu ildən HNABERD)- Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci idə 40, 1905-ci ildə 415, 1914-cü ildə 296, 1931-ci ildə 197 nəfər olub. Azərbaycanlılar erməni sadistlərinin təzyiqləri nəticəsində kəndi ötən ilin 40-cı illəridə tərk etməyə məcbur olmuşlar. Kəndin erməni əhalisi 1918-ci ildə İran və Türkiyədən gətirilmişlər. Kənddə 1931-ci ildə 22 nəfər erməni var idi.
- TOSS (DOXS)- İrəvan quberniyası Eçmiadzin qəzasındakı Qızıl Tamur kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonu Voskevaz kəndi yaxınlığında, Abaran çayı sahilində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 48, 1905-ci ildə 420, 1914-cü ildə 534 nəfər olub. Kənddə erməni əhalisi də olmuşdur. 1918-1920-ci illərdə azərbaycaqlıara qarşı törədilmiş soyqırımından sonrakı rəsmi sənədlərdə kənddə azərbaycanlıların yaşaması barədə məlumat verilmir.
- TOXLUCA( 1991-ci ildən DRAXTİK)- Ermənistan SSR Krasnoselsk (Mixaylovrka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 296, 1897-ci ildə 681, 1908-ci ildə 1193, 1914-cü ildə 1373, 1931-ci ildə 1723 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- TULİ NƏBİ (TULNƏBİ, 1946-cı ildən SARALANC)- Ermənistan SSR Əştərək rayonunda, Nairi qəsəbəsindən 7 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 40, 1905-ci ildə 379, 1914-cü ildə 406 nəfər olub. 1918-1920-ci illərdə erməni sadistlərinin azərbaycanlılara qarşı soyqırımından sonra rəsmi sənədlərdə kənddə azərbaycanlıların yaşaması barədə məlumat verilməmişdi. Əzəli Azərbaycan kəndi Tuli Nəbidə 1931-ci ildə 291 nəfər erməni var idi.
- TUTİYA- Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, Aramus kəndi yaxınlığında, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Qırxbulaq çayının mənsəbində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 36, 1905-ci ildə 493, 1914-cü ildə 554 nəfər olub. 1918-1920-ci ilərin azərbaycanlılara qarşı qırğın hadisələrindən sonrakı rəsmi sənədlərdə yerli əhalinin( azərbaycanlıların) yaşaması barədə məlumat verilməmişdir. Kənd ötən əsrin 30-cu illərində ləğv edilmişdir.
- TURABLI(TURABXANLI)- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 123, 1931-ci ildə 27 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
- TÜRKMƏNLİ YUXARI (1935-ci ildən APAQA)- Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 8 km cənub-şərqdə, düzənlik ərazidə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 64, 1873-cü ildə 362, 1905-ci ildə 510, 1914-cü ildə 535, 1931-ci ildə 8 (səkkiz) nəfər olub. Belə 66 dəfə! azalmanın səbəbi 1918-1920-ci illərdə azərbaycanlılara qarşı düşmənçilik meyllərinin güclənməsi nəticəsində əhalinin sıxışdırılması ilə izah olunmalıdır. Ermənilər bu kəndə 1915-ci ildə Türkiyənin Sasun vilayətinin Motkan rayonundan gətirilmişlər.
- TÜSKULU(TÜSTÜLÜ)-Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda , Çaxırlı kəndindən 1 km aralıda, rayon mərkəzindən 4 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 440, 1906-cı ildə 444, 1914-cü ildə 490 nəfər olub. 1918-1920-ci illərdə ermənilərin törətdikləri soyqırımdan sonra rəsmi sənədlərdə bu kənddə azərbaycanlıların yaşaması qeydə alınmamışdır. Kənd Çaxırlı kəndi ilə birləşdirilmişdir. Ermənilər kəndə 1914-cü ildən sonra İrandan və Türkiyədən gətirilmişdir.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z