Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi
QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • ÜLƏŞİK - Ermənistan SSR Hrazdan (Dərəçiçək –Axta) rayonunda, Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
  •  

  • ÜÇTƏPƏ ŞABAN AQİL- İrəvan quberniyasının İrəvan qəzasında Kənəkir kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonu ərazisində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 127, 1914-cü ildə 187 nəfər olub. Sonakı illərin rəsmi sənədlərində kəndin adı göstərilmir.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov  | Əlagə: Şəlalə Həsənova