Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi
QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

SON SÖZ ƏVƏZİ

Azərbaycan xalqının taleyində bir çox soyqırımlar yaşanmışdır ki, onların heç birisi dünya ictimaiyyəti tərəfindən hələ də lazımınca tanınmamış və siyası qıymətini almamışdır. Maiumdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı diviziyası ilə birlikdə hücuma kəçərək Xocalı şəhərini darmadağın etmişdilər. Rəsmi məlumata görə, şəhərin dinc əhalisindən 399 nəfər qət¬lə yetirilmiş, 921 nəfər yaralanmış, 344 nəfər girov götürül¬müş, 115 nəfər itkin düşmüşdür. Şəhərın dağıdılması və yandırılması nəticəsində dəyən zərər 3,5 milyard rubldan çox olub.

Bəli, Xocalı qırğıni XX əsrin böyük faciəsidir, lakin soydaşlarımız yaşadığı yega¬nə faciə deyildir. Bu kimi faciələr milli tariximizin ötən 200 ilə yaxın müddət¬ində çox olmuş, dəfələrlə təkrarlanmışdır. Bu əsərdə bunu təsdiqləyən xeyli fakt var. Tarixdən məlumdur ki, böyük dövlət¬lər öz mənafelərini qoruyub saxlamaq üçün həmişə sayca kiçik xalgları bir-birınə salışdırmış, ixtilaflar yaratmış, beləliklə, guya "kömək" maqsədi ilə öz qoşunlarını orada yerləşdirməyə nail olmuşlar. Bütün bunları vaxtilı Rusiya tərəfindən dəstəklənən erməni¬azərbaycan münaqişəsi müddətində müşaidə edirik.

XX əsrin əvvəllərində Çar Rusiyasını milli-azadlıq hərəka¬tı bürümüş, imperiya dağılmaq təhlükəsi qarşısında qalmışdı. Hakimiyyətin iki seçim yolu var idi. Birinci yol Yaponiya ilə müharibə aparmaq, müharibə zamanı milli¬azadlıq hərəkatının potensial daşıyıcıları olan gəncləri səfər¬bərliyə almaqla hərəkatıdan yayındırmaq; ikinci yol imperiya üçün daha tahlükəli olan bölgələrdə milli münaqişalərə rəvac verməklə millətlərarası birliyə yol verməmək, onları Rusiyanın “köməyinə” möhtac etmək idi. 0 dövrdə imperiyanın zəif halqalarından biri Zaqafqaziya idi. Məhz Çar Rusiyasinin xəfıyyələri burada erməni-nıüsəl¬man ixtilaflarını qızışdırırdı. Ən kəskin qarşıdurma 1905-1906-cı illərdə Qarabağda baş vermişdi. Erməni-tatar (azərbaycanlı) münaqişəsi zamanı (1905-1906-cı illərdə) da¬ğıdılmış kəndlər və ailələr haqqında S.Zavaryanın yuxarıda göstərdiyimiz kitabındakı faktlar şahidlik edir:

O, qeyd edirdi ki, Qarabağda baş ve¬rən hadisələr həm erməniləri, həm də tatarları (yəni azərbaycanlıları) böyük fəlakətə düçar etmişdir. 1905-1906-cı illərin faciəsi zamanı Qarabağın erməni icmaları yalnız silah almaq üçün 1,5-1,8 milyon rubl vəsait xərcləmişlər. Ümumiyyətlə, hər iki tərəfdən silahlanmaya 3-3,5 milyon rubl vəsait xərclənmişdir. Güllə ilə dolu bir tüfəngin qiyməti 150 rubldan çox olmuşdur. Bu qə¬dər vəsaiti əldə etmək üçün kəndli 5 inək və ya 30 qoyun satmağa məcbur idi. Müəllif qeyd etmişdi ki, ermənilərlə tatarların birgə yaşadıgları kəndlərdən birındə silah almaq üçün 120 erməni ailəsi 7000 rubl (hər evə 58 rubl), 80 tatar ailəsi 5000 rubl(hər evə 62,5 rubl) vəsait xərcləmişdi. O vaxtki rublun dəyərini nəzərə alsaq, bu çox böyük vəsait idi. Qeyd edək ki, söhbət gedən qəzalarda 1897-ci il əhalinin siyahıya alınması zamanı azərbaycanlılar yaşayan 789 kənddə 227,7 min nəfər azərbaycanlı, erməni yaşayan 257 kənddə isə 158,7 min nəfər erməni əhalisi olmuşdur. Azərbaycanlıların ermənilərdən xeyli çox olmasına baxmayaraq onlar arasında mütəşəkkilliyin olmaması, habelə hərbi səriştəsizlikləri üzündən onlann itkisi ermənilərdən çox idi. S.Zavaryan ermənilərin itkisinin çox olmasını əsaslandırma¬ğa cəhd göstərir, hər erməni ailəsində adamların sayını 7,5 nəfər, tatarlarda (azərbaycanlılarda) isə 6 nəfər götürür və belə nəticəyə gəlir ki, mü¬naqişə zamanı zərərçəkən və müflisləşən əhali - ermənilərdən 17750 nəfər, tatarlardan isə 20586 nəfər ola bilərdi. Həqiqətdə isə azərbaycanlıların itkisi göstərilən rəqəmdən xeyli çox olmuşdur. Onların ailə üzvlərinin sayı ermənilərinkindən heç də az deyildi, həm də onların döyüş aparmaq səriştəsi yox idi. Bu barədə müəllif özü yazır: "...Hərbi mükəlləfiyyətdə iştirak etmədiklərinə görə tatarlar ermənilərə nisbətən daha çox silah korlayır və daha çoxlu yersiz güllə sərf edirdilər". Müəllifin 1905-1906-cı illər hadisələrinə verdiyi qiymət və çıxardığı nəticələr də bugünümüzün reallığı baxımından diqqəti cəlb edir: "Lakin kim, həm ermənilərin, həm də tatarların təhlükəsizliyini təmin edər və deməli, müflisləş¬dirici silahlanmanı aradan qaldıra bilər? Kim bunları heç olma¬sa bu gün eda bilər? Həyat insan üçün hər şeydən qiymətlidir. Hökumətin cinayətkar səhlənkarlığı üzündən bu həyat təhlükə¬yə məruz qaldığına görə, həm erməni, həm tatar əhalisi silah¬lanır, qoyunlarını, inəklərini, öküzlərini satır, borc alır, dayanmadan silahlanır və iqtisadi cahətdən müflisləşir".Bu fikir kim tərəfindən deyilməsindən asılı olmayaraq bu gün də aktualdır. Nə səbəbdən bu kimi faciənin təkrar olunmasının qarşısını alan təd¬birlər görülməmişdir? M.S.Qorbaçovun azərbaycanlıların Ermənistandan qovulması və qondarma Dağlıq Qara¬bağ münaqişəsi başlanan zaman yeritdiyi siyasətin Çar Rusiya¬sının Zaqafqaziyada yeritdiyi siyasətlə üst-üstə düşməsi bunu sübut edir. . "Hökumətin cinayətkar səhlənkar¬lığı..." fikri Çar hökumətinə aid olduğu kimi, M.Qorbaçov hökumətinə eyniliklə aiddir. Bir daha XX əsrin əvvəllərindən xalqımızın həyatında baş vermiş qanlı olaylara nəzər salaq: 1905-1906-cı illərin Zəngəzur, Qarabağ faciə¬ləri, 1918-1920-ci illərdə daşnak başkəsənlərinin Qərbi Azərbaycanda törətdikləri soyqırım, 1988-ci ildə Ermənistandan azərbaycanlıların qovulması, Bakıda 20 Yanvar faciəsi, Xocalı soyqirimi... Əgər bunlardan birıncisınə vaxtındə siyasi qiymət veril¬səydi, cinayətkarlar məsuliyyətə cəlb olunsaydı, sonrakı faciələr də yəqin ki, baş verməz, faciə üstünə faciə gəlməzdi. Məlumdur ki, öz tarixinin faciəli anlarını unudan onların təkrarına məhkumdur. Bu baxımdan tarixin dərslərindən bəhrələnmək, hadisələri törədən səbəbləri askarlamaq vacibdir. Artıq tam aydındır ki, "Böyük Ermənistan" “bayraqı” altında türk xalglarına qarşı faciəli əməllərin təşkilatçıları erməni kilsəsi, daşnak partiyası və onların arxasındakı rus şovinist dairələridir. Erməni tarixçiləri və populist siyasətçiləri erməniləri ən qədim və mədəni xalq kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxır. Bəs onda özünü ən sivil hesab edən xalqın nümayəndələri azərbaycanlıların soyqırımını, Xocalıda, Quqarkda, Vardenisdə, yüzlərlə şəhər və kəndlərdə qanlı olayları, XXİ əsrin həndəvərində orta əsr vahşiliklərıni törədəndə hansı milli-mədəni məxəzlərdən ruhlanıblar?.. XIV əsrdən başlayaraq erməni kilsəsi bu istigamətdə məqsədyönlü iş aparmış, ermənilərin dini və ideoloji vəhdətinin təşkilində mühüm rol oynamışdır. Bu dini istiqamətin əsasını qoyan Qri¬qori Maarifçinin şərəfinə adlanan Qriqorian kilsəsinin məğzi məhz budur. Qəribə də olsa, hələ sovet dövründə bu rəsmi nəşrlərdə etiraf edilirdi. "Ermənistan öz dövlət müstəqilliyini itirdikdən sonra (14 əsr) erməni-qrigorian kilsəsi yeganə mərkəzləşdirilmiş milli təşkilat kimi qalırdı və dünyəvi ha¬kimiyyətin bir sıra funksiyalarını yerinə yetirirdi" (bax: "Большая Советская Энциклопедия»", Второе издание, 1950 , том 3, стр.49). Erməni kilsəsinin təsiri altında fəaliyyət göstərən Ermənistan SSR rəhbərliyi qatı millətçilik və qəsbkarlıq siyasətini davam etdirmişdir. Digər əks-azərbaycan tədbirləri ilə yanaşı sədası tarixin dərinliklərindən gələn Azərbaycan-türk mənşəli kəndlərin adları erməniləşdirilmişdir. Lakin dünyanın sirli sakral qanunlarına görə silinməz adlar, sağalmaz yaralar. Onlar gənc nəsillər üçün həyəcan təbili, daim sərvaxt olmağa, yekdilliyə, birliyə çağirişdir. Millətimiz əmindir ki, Qərbi Azərbaycanda - Zəngəzurda, Dərələyəzdə, Vedibasarda, Gərnibasarda, Zəngi¬basarda, Göyçədə, Ağbabada - aşıq Ələsgərin, Xanın, Bülbülün səsləri, sədaları ətrafa yayılacaq. “Güc özündən güclüdən qorxur” demışlər. Azərbaycan xalqı öz zəka gücünü, mənəvi- iq¬tisadi gücünü artıq səfərbər ertmiş və güclüdən güclü olmuşdur.

 

Bu kitabda aşaqıda göstərilən ədəbiyyata istinad edilir:

  • Azərbaycan SSR-də əhalinin siyahıyaalınmasına dair 1926-cı,. 1931 ci, 1939-cu, 1959-cu, 1970-ci, 1979-cu, 1989-cu il məlumatları.
  • Армения в единой семье народов СССР. Ереван, 1972.
  • Армянская ССР. Административно-территориальное деление. Ереван, издание 1-II-III-1V , V.
  • Большая Советская Энциклопедия. Т. III, 1926, 1950.
  • Глинка С. Описание переселения армян Аддербайджанских в пределы России. Москва, 1831
  • Qurko-Kryajin V. Erməni məsələsi. Bakı, 1990.
  • Демографический энциклопедический словарь. Москва, 1985.
  • Erməni Sovet Ensiklopediyası. C.c. 1-12, Yerevan, 1974-1984.
  • Ermənistanın mərkəzi qəzetlərində azərbaycanlılar yaşayan kəndlər haqqında dərc olunmuş materiallar.
  • Ermənistan SSR Ali Soveti Rəyasət Heyyətinin fərmanları; İnzibati-ərazi dayişikliklərinə və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə dair bölmələr.
  • Ermənistan SSR-də əhalinin siyahıyaalınmasına dair 1926-cı, 1931 ci, 1939-cu, 1959-cu, 1970-ci, 1979-cu, 1989-cu il məlumatları.
  • Заварян С. Экономические условия Карабаха в голод 1906-1907г.г. С- Петербург, 1907
  • Зейдлиц Н.Сборник сведений о Кавказе. Т II, V, VII. I X., Тифлис, 1872 , 1879, 1880, 1885
  • İrəvan quberniyasında əhalinin sayına dair 1831-ci, I873-cü, 1886-cı, 1897-ci, 1914-ci, 1916-cı il məlumatları. "Кавказский календарь», 1831, I873, 1886, 1897, 1914, 1916
  • Hay joğovrdi badmutyun (Erməni xalqının tarixi). C.c. IV-V-VI . Yerevan, 1980-1984, (erməni dilində)
  • Melkonyan H.. Hişoğutyan daşd(Yaddaş sahəsi). Yerevan, 1987, (erm.)
  • Народы мира. Историко-этнографический справочник. Москва, 1988
  • Население СССР. Статистический ежегодник. . Москва, 1989.
  • Пагирев Д. .Алфавитный указатель к пятиверстной карте Кавказского края. Издание Кавказского Военно-Топографического отдела. Тифлис, 1913.
  • Свод материалов по изучению экономического быта государственных крестьян Закавказского края.Т.т. 1-II-III-1V. Тифлис, 1887, 1888
  • Sovetakan Hayastan (“Sovet Ermənistanı” Ensiklopedik məcmua). Yerevan, 1987.
  • Социальное развитие СССР. Москва, 1991.
  • Шопен И. Исторический памятник состояния Армянской области в эпоху присоединения к Российской империи. С-Петербург, 1852

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov  | Əlagə: Şəlalə Həsənova