Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- İBİŞ ( AYÇINQIL, 1991-ci ildən DARİK)- Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, eyniadlı rayon mərkəzindən 15 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Ərazisi Qonçalı heyvandarlıq sovxozunun ərazisinə qatılmışdı. 1906-cı ildə 460, 1914-cü ildə 568, 1931-ci ildə 2 dəfə azalaraq 280, 1970-ci ildə 382 nəfər azərbaycanlı yaşayırdı. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
- İYDƏLİ (PŞATAVAN)- Ermənistan SSR Hoktemberyan (Sərdarabad – Qurdqulu) rayonunda, Araz çayının sol sahilində, rayon mərkəzindən 12 km cənubda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 113, 1886-cı ildə 629, 1905-ci ildə 880, 1931-ci ildə 80 nəfər təşkil edirdi. 1918-1920-ci illər qırğınındın sonra əhali 11 dəfə azalmış, sağ qalan azərbaycanlılar 1930-cu illərdə kənddən çıxarılmış, onların əzəli torpaqlarına Qarsdan və Sürməlidən gələn ermənilər köçürülmüşdü.
- İLANLI( 1935-ci ildən ÇAYBASAR, 1891-ci ildən ARAVET) – Ermənistan SSR Amasiya(Ağbaba) rayonunda, rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpa çayı sahilində azərbaycanlılar yaşamış kənd. Düzkənd heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. 1905-ci ildə 250, 1914-cü ildə 453, 1931-ci ildə 2,5 dəfə azalaraq 201, 1970-ci ildə 501 nəfər azərbaycanlı yaşayırdı. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
- İLMƏZLİ- Ermənistan SSR Taşir (Kalinino – Vorontsovka – Qaraisa) rayonunda, rayon mərkəzindən 7 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1907-ci ildə 295, 1914-cü ildə 469, 1931-ci ildə 565 nəfər idi. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
- İLXI QORUĞU- İrəvan quberniyası İrəvan qəzasındakı İmanşallı kənd icması tərkibində, Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 215, 1914-cü ildə 375 nəfər azərbaycanlıdan ibarət idi. 1918-1920-ci illər faciəsindən sonra rəsmi sənədlərdə kəndin adı qeyd olunmur.
- İMANŞALLI (İMAMŞALLI, 1935-ci ildən MXÇYAN)- İrəvan quberniyası İrəvan qəzasında, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 31, 1905-ci ildə 7 nəfər olmuşdur. 360 nəfər erməni bu kənddə 1828-ci ildə Xoydan və Salmasdan köçürüləndən sonra məskunlaşmışlar.
- İMİRZİK- Ermənistan SSR Ararat (Vedi) rayonunda, əvvəllər mövcud olmuş Qarabağlar rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə kənddə 254, 1914-cü ildə 328, 1931-ci ildə 2 dəfə azalaraq 151 nəfər azərbaycanlı yaşayırdı. Kənd əhalisi 1940-cı ildə Azərbaycana məcburi köçürülmüş, kənd isə ləğv olunmuşdur.
- İNQALA- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə əhalisi 33 nəfər azərbaycanlıdan ibarət olan bu kənd ləğv edilmişdir.
- İNƏKDAĞ( İNƏK DAĞI, 1978-ci ildən YENİKƏND, 1991-ci ildən TRETUK)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 12 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Bu kəndin əhalisi 1906-cı ildə 520, 1914-cü ildə 674, 1931-ci ildə 383 nəfər olmuşdur. 1988-ci il faciəsindən sonra bu kənddə azərbaycanlı qalmamışdır.
- İNCİVAR- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd.Əhalisi 1905-ci ildə 140, 1914-cü ildə 89, 1931-ci ildə 45 nəfər azərbaycanlıdan ibarət olan bu kənd 1931-ci ildə ləğv edilmişdir.
- İPƏKLİ- İrəvan quberniyası İrəvan qəzasında, Ermənistan SSR Ararat (Vedi) rayonunda, Qaralar kənd icması tərkibində azərbaycanlılar yaşamış kənd.Əhalisi 1831-ci ildə 22 nəfər, 1905-ci ildə 185 nəfər, 1914-cü ildə 93 nəfər azərbaycanlıdan ibarət olan bu kənd 1918-1920-ci illər faciəsi zamanı dağıdılmışdır.
- İRİND- Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 10 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 29, 1905-ci ildə 239 nəfər azərbaycanlıdan ibarət idi. 1918-1920-ci soyqırımından sonra kənddə azərbaycanlı qalmamışdır. Ermənilər həmin kəndi 1918-ci ildən sonra məskunlaşdırmışlar. 1931-ci ildə kənddə 403 erməni yaşayırdı.
- İRİMİS ( AREVİS, ERİMİZ, GYURAMİS) - Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, Uz kəndindən 7-9 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 270, 1916-cı ildə 616 nəfər azərbaycanlı əhalisi olan bu kənd 1918-1920-ci illərdə erməni quldurlar tərəfindən dağıdılaraq yerlə yeksan edilmişdir.
- İSTİSU (CERMUK) - Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, indiki kurort şəhəri yerində, 1949-cu ilədək azərbaycanlılar yaşamış kənd. Kəndin azərbaycanlı əhalisi 1905-ci ildə 214, 1914-cü ildə 174, 1931-ci ildə 215 nəfər olmuşdur. Eyniadlı kurort şəhərciyi salınması bəhanəsi ilə kənd 1949-cu ildə ləğv edilərək əhalisi Azərbaycan SSR-ə köçürülmüşdür.
- İSKƏNDƏRABAD - İrəvan quberniyası İrəvan qəzasında Şirabad kənd icması tərkibində, Ermənistan SSR Eçmiadzin rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 214, 1914-cü ildə 113 nəfər olan bu kənd erməni quldurların törətdikləri 1918-1920-ci illər qırğınında xarabazara çevirilmişdir.
- İTQIRAN( AMARAT, 1935-ci ildən GÜLÜSTAN, 1991-ci ildən NOR-AZNABERD) – Ermənistan SSR Vayk (Əzizbəyov-Paşalı) rayonunda, rayon mərkəzindən 17 km cənub-şərqdə, Cəhri çayının yuxarı axarının sol tərəfində azərbaycanlılar yaşamış kənd. Kəndin şimal tərəfində, Cəhri çayı sahilində azərbaycanlılar yaşamış Yuxarı İtqıran kəndinin xarabalıqları var. 1831-ci ildə 157, 1897-ci ildə 235, 1906-cı ildə 490, 1914-cü ildə 535, 1926-cı ildə 5,5 dəfə azalaraq 96, 1931-ci ildə 127, 1979-cu ildə 253 azərbaycanlı yaşamış bu kənd 1918-1920-ci il ermənilər tərəfəindən törədilmiş soyqırıma məruz qalmışdı. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşdu.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z