A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- PARBİ(PARPİ)- Ermənistan SSR Əştərək rayonunda, Araqadz (Alagöz) dağının cənub-şərq ətəklərində, rayon mərkəzindən 4 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 28, 1905-ci ildə 177, 1931-ci ildə 193 nəfər olub. Azərbaycanlılar bu kəndi ermənilərin aramsız təzyiqləri altında ötən əsrin 30-cu illərində tərk etmişlər. Kənd 1875-ci ildən sonra Türkiyədən köçürülmüş ermənilərin hesabına məskunlaşdırılmışdır.
- PATRİNC (1949-cu ildən VOSGEHAD)- Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 5 km cənub-qərbdə, Amberd (Məsdərə) çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 51, 1905-ci ildə 526, 1914-cü ildə 640 nəfər olub. Onlar kəndi məcburiyyət qarşısında tərk edəndən sonra oranı 1918-ci ildə Türkiyədən köçürülmüş ermənilər məskunlaşdırıb.
- PAŞAKƏND (DƏLİ PAŞA, 1935-ci ildən MARMARİK)- Ermənistan SSR Hrazdan (Dərəçiçək –Axta) rayonunda, rayon mərkəzindən 12 km şimal –qərbdə, Pəmbək dağının ətəklərində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 76, 1905-ci ildə 673, 1914-cü ildə 908, 1931-ci ildə 126 nəfər olub. Əhalinin 780 nəfər və ya 7 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Azərbaycanlılar kəndi erməni hökumət dairələrinin təzyiqi altında ötən əsrin 40-cı illərində tərk etmişlər. Ermənilər bu kəndə 1918-ci ildən sonra köçürülmüşlər.
- PAŞARACUR - Ermənistan SSR Gorus rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 124 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
- PERSİ (1929-cu ildən BURAVED)- Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 6 km şimalda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 76, 1873-cü ildə 228, 1905-ci ildə 323 nəfər olub. 1918-1920-ci illərdə kənd erməni daşnakları tərəfəindən dağıdılmış, əhalinin çox hissəsi qətlə yetirilmiş, sağ qalanlar didərgin düşmüşdülər. Ermənilər bu kəndə 1918-ci ildə gətirilmişlər.
- PƏMBƏK (QUŞÇU DƏRƏSİ)- Ermənistan SSR Vardenis (Basarkeçər)
rayonunda, Sevan (Göycə) gölü sahilində, rayon mərkəzindən 24 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 166, 1886-cı ildə 237, 1905-ci ildə 353, 1914-cü ildə 392, 1931-ci ildə 512 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- PƏYƏHAN- Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 31 km şimal-qərbdə, Geği çayının yuxarı axarında azərbaycanlılar yaşamış kənd.Azərbaycanlı əhalisi 1931-ci ildə 96 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
- PİRDİVAN- Yelizavetpol(Gəncə) quberniyası Zəngəzur qəzasında Oxçu kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 251, 1914-cü ildə 360 nəfər olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım əməliyyatlarında kənd büsbütün dağıdılmışdır.
- PİRMƏLƏK ( 1935-ci ildən AREQ)- Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 5 km qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 156, 1905-ci ildə 164,1914-cü ildə 164 nəfər olub. Kənd 1918-1920-ci illərdə vəhşiləşmiş daşnaklar tərəfindən dağıdılmışdır. Ermənilər bu kəndə 1918-ci Türkiyənin Qars vilayətinin Dzbni, Aqrak, Galal, Mavrak, Baqran kəndlərindən köçürülmüşlər. 1931-ci ildə kənddə 770 nəfər erməni yaşayırdı.
- PİRİLİ (AŞAĞI PİRİLİ, 1991-cu ildən GEĞAVANK) – Ermənistan SSR Qafan rayonunda, Geği çayı hövzəsində, rayon mərkəzindən 20 km qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 467, 1914-cü ildə 9 dəfə azalaraq 52, 1931-ci ildə 254 nəfər olub.
- PİRTİKAN (1940-cı ildən DZORAĞYUĞ)- Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 9 km şimalda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 153, 1914-cü ildə 153, 1931-ci ildə 1 nəfər olub. 153 dəfə azalma soydaşlarımıza qarşı törədilmiş genosidin təzahürüdür. Ermənilər bu kəndə 1818-ci ildə gətirilmişlər. 1931-ci ildə 156 nəfər erməni var idi.
- POLAD( POLAD AYRUM, 1991-ci ildən XAÇARDZAN ) - Ermənistan SSR İcevan (Karvansara) rayonunda, Polad çayının mənbəyi yaxınlığında, rayon mərkəzindən 18 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd.Azərbaycanlı əhalisi 1905-ci ildə 567, 1914-cü ildə 381, 1931-ci ildə 452 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar
- POR- İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, rayon mərkəzindən 10 km cənub-şərqdə, azərbpaycanlılar yaşamış kənd. 1831-ci ildə kəndin 5 evində 18 nəfər azərbaycanlı yaşayıb. Kəndə İrandan gələn ermənilər köçürülmüşdü. 1931-ci ildə 296 nəfər erməni vardı.
- PUSAK- Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 310, 1931-ci ildə 197 nəfər azərbaycanlı olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
- PULKƏND- Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasının Şəki icması tərkibində, Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 122, 1905-ci ildə 193, 1914-cü ildə 282 nəfər olub. Erməni daşnakların törətdikləri qırğından sonrakı rəsmi sənədlərdə kəndin adı göstərilmir.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z