Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- GOMUR ( 1991-ci ildən QOMK)- Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, rayon mərkəzindən 14 km cənub-şərqdə, Şərqi Arpaçayın sol qolu olan Axtaçayın sol sahilində azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 27, 1897-ci ildə 353, 1914-cü ildə 363, 1929-cu ildə 200, 1931-ci ildə 316, 1979-cu ildə 745 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı düşmənçilik hərəkətləri nəticəsində yerli əhali qovulmuşdur.
- GORAVAN( 1944-cü ildən YENİ KƏND, 1968-ci ildən sonra yenidən GORAVAN) – Ermənistan SSR Ararat (Vedi) rayonunda, Vedi çayı sahilində azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 59, 1897-ci ildə 330, 1914-cü ildə 646, 1931-ci ildə 466 nəfər azərbaycanlı əhalisi olub. Əhalinin azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1948-1950-ci illərdə əhali məcburi Azərbaycana köçürülüb. Ermənilər bu kənddə ilk dəfə 1914-1917-ci illərdə Muş, Şadax, Van vilayətlərindən gətirilərək məskunlaşmışlar. 1931-ci ildə 135 nəfər erməni var idi.
- GOXT( AŞAĞI GOXT, TÜRK GOXTU)- Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda Gərni çayının yuxarı axarı yaxınlığında azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 40, 1873-cü ildə 68, 1904-cü ildə 81, 1914-cü ildə 169, 1922-ci ildə 55, 1931-ci ildə 56 nəfər azərbaycanlı əhali olub. 1950-ci ildə ermənilər yaşayan Koxt kəndi ilə birləşdirildikdən sonra azərbaycanlılar məcburi deportasiya olmuşlar.
- GÖDƏKLİ ( AŞAĞI GÖDƏKLİ) - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 11 km şimal-şərqdə, Qafan-Gorus yolu üstündə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 26, 1897-ci ildə 123, 1926-cı ildə 60, 1931-ci ildə 70, 1970-ci ildə 447, 1979-cu ildə 249 nəfər azərbaycanlı əhalisi olub. Məlum 1988-ci il hadisələri zamanı onlar kənddən qovulub.
- GÖDƏKLİ(YUXARI GÖDƏKLİ) – Ermənistan SSR Qafan rayonunda, Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 201, 1926-cı ildə 118, 1931-ci ildə 163, 1974-cü ildə 381 nəfər azərbaycanlı əhali olmuşdur. 1988-ci ildə azərbaycanlılara qarşı törədilmiş terror hadisələri zamanı onlar kənddən çıxarılmışlar.
- GABUT( 1991-ci ildən KAPUYT)- Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 35, 1914-cü ildə 140, 1931-ci ildə 181, 1970-ci ildə 368 nəfər azərbaycanlı əhalisi olub. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri genosid siyasətinin nətcəsində azərbaycanlılar kəndi tərk etmişlər.
- GEĞİ (KİÇİK SOFULU)- Ermənistan SSR Qafan rayonunda, Geği çayının sağ sahilində, rayon mərkəzindən 25 km qərbdə azərbaycanlılar yaşamış kənd. İri heyvandarlıq sovxozu bu kənddə yerləşirdi. 1831-ci ildə 131, 1897-ci ildə 215, 1905-ci ildə 970, 1931-ci ildə 2,5 dəfə azalaraq 380, 1979-cu ildə 1115 nəfər azərbaycanlı əhalisi vardı. 1988-ci ildə azərbaycanlılara qarşı törədilmiş terror hadisələri zamanı onlar kənddən çıxarılmışlar.
- GEDATAĞ - Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən cənub-şərqdə, Vorotan (Bazarçay) çayının sağ qolu, Loradzor çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 43, 1897-ci ildə 215, 1905-ci ildə 415 nəfər azərbaycanlı əhali olmuşdur. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri genosid siyasətinin nətcəsində azərbaycanlılar kəndi tərk etmişlər.
- GENDƏRƏ- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Qarmraşen (Kotanlı) kəndindən 4 km şimal –şərqdə, azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 152 nəfər,1897-ci ildə 330 nəfər, 1905-ci ildə 503 nəfər, 1918-ci ildə 78 nəfər azərbaycanlı əhali olub. Əhalinin 6,5 dəfə sayca azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin nəticəsi təsir göstərib.
- GENALI- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Areni kəndindən 12 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 96 nəfər, 1905-ci ildə 169 nəfər, 1914-cü ildə 169 nəfər, 1922-ci ildə 49 nəfər azərbaycanlı əhali olmuşdur. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri genosid siyasətinin nətcəsində azərbaycanlılar kəndi tərk etmişlər. Yelpin çayı sahilində kəndin xarabalıqları qalıb.
- GİLANLAR (BÖYÜK GİLANLAR, GİLƏNAR) - Ermənistan SSR Artaşat(Qəmərli) rayonunda, Artaşat şəhərindən 28 km şimal-şərqdə, Əlincə çayının sağ tərəfində azərbaycaqlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 143, 1897-ci ildə 314, 1905-ci ildə 212, 1914-cü ildə 389, 1926-cı ildə 2 dəfə azalaraq 186, 1939-cu ildə 339, 1955-ci ildə 314 nəfər olmuşdur. 1988-ci ildə azərbaycanlılara qarşı törədilmiş terror hadisələri zamanı onlar kənddən qovulmuşlar.
- GİLANLAR(KİÇİK GİLANLAR, KİÇİK GİLƏNAR)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, Artaşat rayonundakı Böyük Gilanlar kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 96, 1879-cu ildə 178, 1905-ci ildə 183, 1914-cü ildə 198, 1926-cı ildə 45 nəfər olmuşdur. Əhalinin sürətlə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım nəticələri səbəb olmuşdur .Kənd 1950-ci ildə ləğv olunmuş, əhalisi isə Azərbaycana köçürülmüşdür.
- GİRƏTAĞ (YUXARI GİRƏTAĞ)- Ermənistan SSR-in Qafan şəhərindən 13 km şimal-şərqdə, Oxçu çayının sol sahilində, Aşağı Girətağ kəndindən 3 km aralıda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1897-ci ildə 328, 1905-ci ildə 666, 1926-cı ildə 225, 1931-ci ildə 396, 1979-cu ildə 120 nəfər idi. Əhəlinin 3 dəfə azalmasının səbəbi 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş erməni vəhşilikləri ilə izah olunmalıdır.
- GİRƏTAĞ(AŞAĞI GİRƏTAĞ)- Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 10 km cənub-qərbdə, Oxçu çayının sol sahilindən, Yuxarı Girətağ kəndindən 3 km aralıda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1897-ci ildə 87, 1905-ci ildə 289, 1926-cı ildə 87, 1931-ci ildə 126, 1979-cu ildə 143 nəfər olmuşdur. Kənd Lernadzor (Kürəkənd) sovxozu ilə birləşdirilmişdi. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı düşmənçilik hərəkətləri və 1988-ci ildə Azərbaycan torpaqlarını mənimsəmək iddiaları onların(azərbaycanlıların) doğma kəndlərindən qovulmaları üçün zəmin yaratmışdı.
- GÖZƏLDƏRƏ (TÜRK GÖZƏLDƏRƏSİ, 1946-cı ildən GEĞNADZOR)- İrəvan quberniyası Qırxbulaq mahalında, Ermənistan SSR Nairi rayonunda, Artik şəhərindən 16 km şərqdə, Araqadz (Alagöz) dağının şimal ətəyində, Qarabulaq çayının sahilində azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə azərbaycanlı əhalisi 68, 1873-cü ildə 313, 1886-cı ildə 509, 1905-ci ildə 732, 1914-cü ildə 894 nəfər olmuşdur. Azərbaycanlılar kənddən 1915-ci ildə qovulmuşlar. Muş vilayətindən köçürülmüş ermənilər həmin il kənddə yerləşdirilmişlər. 1926-cı ildə kəndin erməni əhalisi 623 nəfər olmuşdur. İndiki Araqadz rayonu ərazisində (keçmiş Aleksadropol qəzasında) digər Gözəldərə kəndi də olmuşdur. 1946-cı ildən Geğadir adlandırılan Gözəldərə kəndinə ermənilər Qars vilayətindən köçürülmüşlər.
- GÖYABBAS - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Şərqi Arpaçayın sol qolu olan Her-Her çayının Bolbulaq çayı ilə qovuşduğu yerdə, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonu ərazisində azərbaycanlı kəndi. 1914-cü ildə bu kənddə 223 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918-ci ildə ləğv edilmişdir.
- GÖYƏRÇİN- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Martiros kənd icması tərkbində, Şərqi Arpaçay sahilində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisinin sayı 1905-ci ildə 60, 1914-cü ildə 60 nəfər olmuşdur. 1918-1920-ci illərdə ermənilər tərəfəindən azərbaycanlılara qarşı törədilmiş genosid nəticəsində kənd bütünlüklə dağıdılmışdır.
- GÖYƏRÇİN- Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1897-ci ildə 257, 1926-cı ildə 271, 1931-ci ildə 205, 1939-cu ildə 237 nəfər olub. 1950ci ildə yaxınlıqdakı Salah kəndi ilə birləşdirilmişdi.
- GÖYKİLİSƏ ( 1935-ci ildən KAPUTAN)- Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 365 nəfər azərbaycanlı, 436 nəfər erməni, 1914-cü ildə 495 nəfər azərbaycanlı, 895 nəfər erməni, 1931-ci ildə 170 nəfər azərbaycanlı, 1258 nəfər erməni əhalisi olub. Ermənilər bu kəndə 1875-ci ildə gətirilmişlər. 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən börədilmiş soyqırım nəticəsində və daha sonralar azərbaycanlı əhalinin yaşayışı mümkünsüz olduğundan onlar 1940-cı ildə kəndi tərk etmək məcburiyyətində qalıblar.
- GÖYKÜMBƏT(TÜRK GÖYKÜMBƏTİ, 1944-cü ildən GEĞANİST)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 23 km şimal-qərbdə, Hrazdan (Zəngi) çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 21, 1897-ci ildə 295, 1905-ci ildə 252, 1914-cü ildə 280, 1947-ci ildə 174 nəfər olmuşdur. Azərbaycanlılar bu kənddən Azərbaycan SSR-ə məcburi deportasiya ediləndən sonra oranı Türkiyədən və İrandan gətirilmiş ermənilərlə məskunlaşdırmışlar.
- GÖYSU- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 12 km şimal-şərqdə, Sevan gölünün(Göycəgölün) cənub-şərq sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1897-ci ildə 187, 1905-ci ildə 233, 1914-cü ildə 360, 1926-cı ildə 227, 1939-cu ildə 314, 1959-cu ildə 264, 1979-cu ildə 531 nəfər olub. 1988-ci ildə azərbaycanlılara qarşı törədilmiş terror hadisələri zamanı onlar kənddən qovulmuşlar.
- GÖL - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Əştərək rayonu Koş kəndi yaxınlığında, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 62 nəfər azərbaycanlı əhalisi olub. Sonrakı illərin rəsmi dövlət sənədlərində kəndin adı çəkilmir.
- GÖYLAYSOR( GÖYOASOR,GÖYLƏSOR) _ Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Dəvəgözü çayının yuxarı axarı yaxınlığında azərbaycanlılar yaşamış kənd.1931-ci ildə 62 , 1873-cü ildə 240, 1905-ci ildə 366 nəfər azərbaycanlı ,1914-cü ildə 604 nəfər azərbaycanlı, 351 nəfər aysor, 1931-ci ildə 304 nəfər azərbaycanlı, 183 nəfər aysor əhalisi olub.Kənd 1950-ci ildə ləğv edilmiş .əhəlisi naməlum yerlərə köçürülmüşdür.
- GÖLLÜ(1991-ci ildən ARDENİS) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 18 km şimal-şərqdə, Qərbi Arpaçayın sol sahilində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 284, 1907-ci ildə 313, 1914-cü ildə 403, 1931-ci ildə 334, 1959-cu ildə 470, 1979-cu ildə 757 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım əməlləri zamanı azərbaycanlılar qovulub.
- GÖLCIĞIN( CIĞIN, CIĞINDƏRƏ, CIĞIN QARAQOYUN)- Ermənistan SSR Ararat (Vedi) rayonunda (əvvəllər Qarabağlar rayonu tərkibində olmuşdur), Vedi çayının yuxarı axarı yaxınlığında, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 238, 1905-ci ildə 559, 1926-cı ildə 92, 1931-ci ildə 135, 1939-cu ildə 194 azərbaycanlı əhalisi olub. Ermənilərin 1905-ci və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri millət qırğınından sonra əhali 6 dəfə azalmışdır. 1949 ildə azərbaycanlılar məcburi deportasiya olunub, kənd isə ləğv edilib.
- GÖLKƏND(QARAQOYUNLU, 1991-ci ildən AYQUT) –Ermənstan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Gedik çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. 1988-ci ildə azərbaycanlılar doğma kəndələrindən qovulublar.
- GÜMÜŞ ( 1991-ci ildən KARENİS) - Ermənistan SSR Hrazdan (Dərəçiçək – Axta) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə, Hrazdan(Zəngi) çayının sol sahilində azərbaycanlılar yaşamış kənd.Azərbaycanlı əhalisi 1831-ci ildə 48, 1906-cı ildə 439, 1914-cü ildə 796 nəfər olub. 1918-1920-ci illərdə erməni qəsbkarları azərbaycanlılara divan tutmuş, onları məhv etmiş və doğma kəndlərindən qovmuşdur. Azərbaycanlıların ata-baba yurdları 1918-ci ildə İran və Türkiyədən köçürülmüş 330 erməniyə qalmışdır.
- GÜMÜŞXANA- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Qndevaz kəndindən cənub istiqamətdə, Arpaçayın sol qolu Gümüşxana çayı sahilində azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 35, 1897-ci ildə 203, 1906-cı ildə 360, 1914-cü ildə 360, 1922-ci ildə 74 nəfər azərbaycanlı əhalisi olmuşdur. Azərbaycanlıların sayca 5 dəfə azalmasının səbəbi 1918- 1922-ci illərdə ermənilərin soyqırıma yönəlmiş düşmənçilik hərəkətləridir. Kənd 1920-ci ildə ləğv edilmişdir.
- GÜLLÜBULAQ (TÜRK GÜLLÜBULAĞI, QARAPAPAQ)- Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, Axuryan (Qərbi Arpa) çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əşalisi 1886-cı ildə 673, 1897-ci ildə 958, 1907-ci ildə 1020, 1914-cü ildə 1137, 1931-ci ildə 1268,1970-ci ildə 2459, 1979-cu ildə 2580 nəfər olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- GÜLLÜDÜZ (GÜLÜDÜZ, 1991-ci ildən VARDANOVİD)- Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 22 km şimal-şərqdə, Yeğekis çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 115, 1886-cı ildə 217, 1914-cü ildə 151, 1926-cı ildə 5 dəfə azalaraq 32, 1931-ci ildə 190, 1959-cu ildə 256, 1979-cu ildə 369 nəfər olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- GÜLLÜDÜZ( YUXARI GÜLÜDÜZ)- Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd.Əhalisi 1897-ci ildə 263, 1926-cı ildə 108 nəfər olmuşdur. 1950-ci ildə Aşağı Güllüdüz kəndi ilə birləşdirilmişdir.
- GÜLLÜCƏ - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölü sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 193, 1897-ci ildə 288, 1907-ci ildə 324, 1914-cü ildə 378, 1931-ci ildə 576, 1959-cu ildə 594 , 1979-cu ildə 985 nəfər olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- • GÜLLÜCƏ ( 1978-ci idən ZOVK) - Ermənistan SSRAbovyan (Kotayk – Ellər) rayonunda, Aramus kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 516, 1914-cü ildə 846 nəfər olmuşdur. 1918-1920-ci illərdə erməni vəhşiliyindən sonra azərbaycanlıların yaşaması barədə məlumat yoxdur. Ermənilər bu kəndi 1918-ci ildən sonra məskunlaşdırmışlar. Kənddə 1931-ci ildə 375 nəfər erməni olması qeydə alınmışdır.
- GÜNEYVAZ(GÜNEYVANK)- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Ələyəz kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd.Əhalisi 1831-ci ildə 58, 1905-ci ildə 124, 1914-cü ildə 124 nəfər olmuşdur. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində kənd viran qoyulmuşdur.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z