Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- EVLİ (MOLLA EYUBLU, 1991-ci ildən DZORA¬MUT) - Ermənistan SSR Taşir (Kalinino – Vorontsovka – Qaraisa) rayonunda, rayon mərkəzindən 4 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci il¬də 100, 1914-cü ildə 127, 1931-ci ildə 382 nəfər azərbaycanlı. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- ELLƏR OYUĞU (1931-ci ildən ELLƏR) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 26 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Dəniz seviyyəsindən 2140 metr yüksəklikdə yerlaşir. Əhalisi 1905-ci ildə 286 nəfər, 1914-cü ildə 437 nəfər, 1931-ci ildə 294 nəfər, 1970-ci ildə 292 nəfər azərbaycanlı. 1914-1931 illər kəsiyində əhalinin təxminən 2 dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımın nəticəsidir. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- ERTİŞ (ERTİC) - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 70, 1886-cı ildə 234, 1905-ci ildə 298, 1914-cü ildə 258, 1931-ci ildə 53 nəfər olub. Ermənilər bu kəndə 1818-1920-ci illrdə gətirilmişlər. Əhalinin 5 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1943-cü ildə erməni əhalisi 143 nəfər idi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilmişdir.
- ERNADZOR (EYNAZUR, YERNAZIR) -Ermənistan SSR Meğri (Miğri) rayonunda azərbaycanlılar yaşamış kənd. 1886-cı ildə 204, 1905-ci ildə 238, 1931-ci ildə 219 nəfər azərbaycanlı əhalisi olub. Kənd 30-cu illərdə ləğv edilmişdir.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z