
            A B C Ç D E  Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- XANÇALLI (XANCARLI) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, dəniz səviyyəsindən 2110 metr yüksəklikdə  azərbaycanlılar yaşamış kənd.  Azərbaycanlı əhalisi 1905-ci ildə 290, 1914-cü ildə 392, 1931-ci ildə 2 dəfə azalaraq 187 nəfər olub.  Kənd ötən əsrin 30-cu illərində ləğv edilib və əhalisi  yaxınlıqdakı Balıxlı  kəndinə köçürülüb. 
 
 
- XANCIĞAZ (İBRAHİMLİ, 1940-cı ildən  GÖZƏLDƏRƏ, 1991-ci ildən AZNAVADZOR) - Ermənistan SSR Quqarq (Kirovakan – Böyük Qarakilisə) rayonunda, Kirovakan şəhərindən  12 km şimal-qərbdə, Bazum dağının ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 33, 1897-ci ildə 509, 1905-ci ildə  523, 1914-cü ildə 650, 1926-cı ildə  706, 1931-ci ildə  880, 1979-cu ildə 1091 nəfər olub.  Sovet İttifaqı qəhramanı Xıdır Mustafayev bu kənddə doğulmuşdur. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
 
 
- XARABA AKERAK ( XARABA ƏKƏRƏK, ƏKƏRƏK TALIŞ) - İrəvan quberniyası Eçmiadzin qəzasının  Aşağı  Ağcaqala  kənd icması tərkibində,  Ermənistan SSR Talin rayonunda, Araqadz (Alagöz) dağının  cənub ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 70, 1873-cü ildə 301, 1905-ci ildə 284, 1914-cü ildə 284 nəfər olub.  1918-1920-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri  soyqırımdan sonrakı rəsmi sənədlərdə   kənddə azərbaycanlıların yaşaması barədə  məlumat yoxdur.  Ermənilər bu kəndə 1920-ci ildə  Sasun və Taron vilayətlərindən gətirilmişlər. 1931-ci ildə onların sayı 550 nəfər olub.
 
 
- XARABA KOLANI( 1935-ci ildən  KOLANLI)- Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən  10 km cənub-şərqdə  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 360, 1914-cü ildə 516, 1931-ci ildə 167 nəfər olub. Əhalinin 3 dəfə azalması 1918-1920-ci il soyqırımının təzahürüdür.  Kənd ötən əsrin 30-cu  illərinin sonunda ləğv edilib və əhalisi Azərbaycana köçürülüb.
 
 
- XARABA KATANLI - İrəvan quberniyası  İrəvan qəzasında, Allahəkbər  dağı ətəyində, Dvin - Aysoru kənd icması tərkibində,  Ermənistan SSR Ararat (Vedi) rayonunda,  azərbaycanlılar yaşamış kənd.  Azərbaycanlı əhalisi 1873-cü ildə 64, 1886-cı ildə  105, 1905-ci ildə 174, 1914-cü ildə 219 nəfər olub.  1918-ci ildə erməni daşnaklarının təcavüzünə məruz qalmış  əhali kənddən qovulmuşdur.  Sonralar kənddə kürdlər məskunlaşmışdılar. 1931-ci ildə  29 nəfər kürd var idi. Kənd ötən əsrin 30-cu illərində ləğv olunmuşdur.
 
 
- XARABA SARVANLAR- İrəvan quberniyasının İrəvan qəzasında,   Ermənistan  SSR İrəvan şəhərindən 5 km məsafədə, İrəvan-Eçmiadzin şosse yolunun  sol tərəfində, Hrazdan (Zəngi) çayının sağ sahilində  azərbaycanlılar yaşamış kənd. İrəvanda aparılmış tikinti altında qalmışdır.  Azərbaycanlı əhalisi 1873-cü ildə 48, 1905-ci ildə 95, 1914-cü ildə  62 nəfər olub. 
 
 
- XARTLUQ – İrəvan quberniyası  Nor-Bayazet qəzasında, Ermənistan  SSR Martuni(Aşağı Qaranlıq)  rayonunda, Geğhovid (Qaranlıq) kəndi yaxınlığında, Şahbulaq dağı ətəyində  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə  260, 1914-cü ildə  282 nəfər olub. 1918-1920-ci illərdə erməni quldurlarının azərbaycanlılara  qarşı soyqırımında kənd bütünlüklə dağıdılıb və sonradan bərpa olunmayıb.
 
 
- XATUNARX (AŞAĞI XATUNARX, 1978ci ildən QAY)- Ermənistan  SSR Eçmiadzin rayonunda, Eçmiadzin şəhərindən  6 km cənubda azərbaycanlılar yaşamış kənd. Əsası 1670-1680-cı illərdə qoyulmuşdur. İrəvan xanı Səfiqulu xanın və onun arvadı  Xatun xanımın  təşəbbüsü ilə   bölgədə olan iki kənd  arasında suvarma kanalı çəkildiyindən  kəndlərin  inkişafına, çəltik əkin sahələrinin  genişləndirilməsinə, beləliklə də əhalinin  maddi-məişət şəraitinin yaxşılaşmasına  təkan vermişdi.  İndiyədək də həmin  arxdan istifadə edilir.  Əhali minnətdarlıq əlaməti olaraq  suvarma axınını  xanımın şərəfinə Xatunarx adlandırmışdır.  Bölgədəki həmin kəndlərə Yuxarı Xatunarx və Aşağı Xatunarx adları verilmişdir. 1831-ci ildə  Aşağı Xatuarx kəndinin azərbaycanlı əhalisi  298 nəfər idi. 1828-18290-cu illərdə  İrandan gətirilmiş  662 erməni ailəsi  bu kənddə yerəşdirilmişdi.  Beləliklə də azərbaycanlıların kənddə sıxışdırılıb  çıxarılmasının  başlanğıcı qoyulmuşdu.  1978-ci ildə  kəndə  türklərə qarşı vuruşmalarda iştirak etmiş könüllü dəstələrdən   birinə başçılıq edən  Qay Bykyanın  adı verilmişdir.  Rusiya müharibədə məğlub olandan sonra  geri çəkilən erməni  hərbi hissələri  Ararat vadisində  bir çox azərbaycanlı kəndlərini viran qoymuşdu. Azərbaycanlılara qarşı soyqırımın əsas təşkilatçılarından biri  Qay idi. YUXARI XATUNARX  kəndi isə 1878-ci ildə Haykaşen adlandırılmışdı. 
 
 
- XAÇAPARAX (HAÇAPARA, 1935-ci ildən ZƏHMƏT, 1991-ci ildən   XAÇPAR) - Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən  8 km  şimal-qərbdə, Hrazdan (Zəngi) çayının  sağ sahilində azərbaycanlılar yaşamış kənd.  Azərbaycanlı əhalisi 1831-ci ildə 326, 1897-ci ildə 753, 1905-ci ildə 992, 1914-cü ildə 1135, 1931-ci ildə 759 nəfər olub. Əhali soyqırıma məruz qalıb, 1988 ildə isə azərbaycanlılar bütünlüklə qovulub.
 
 
- XACƏ YARALI (XOCAYAR)- İrəvan quberniyası  Eçmiadzin qəzasında, Ermənistan SSR  Hoktemberyan (Sərdarabad – Qurdqulu)   rayonu ərazisində Araz çayının sol sahilində, Şəhriyar kənd icması tərkibində  azərbaycanlılar yaşamış kənd.  Azərbaycanlı əhalisi 1831-ci ildə 85, 1873-cü ildə   176, 1905-ci ildə 236, 1914-cü ildə 222 nəfər olub. Kənd 1918-ci ildə erməni quldurları tərəfindən dağıdılandan sonra yenidən bərpa olunmayıb.
 
 
- XEYİRBƏYLİ (1967-ci ildən ERVANDAŞAD)- Ermənistan SSR Hoktemberyan (Sərdarəbad – Qurdqulu) rayonunda, Araz və Axuryan (Qərbi Arpa) çaylarının qovuşduğu  yerdə, rayon mərkəzindən 36 km  qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi  1831-ci ildə 301, 1914-cü ildə  414, 1931-ci ildə 332 nəfər olub.  Azərbaycanlılar kəndi erməni millətçilərinin  təzyiqi altında  ötən  əsrin 30-cu illərində tərk etmişlər. Xaricdən gətirilmiş ermənilər 1918-ci ildən  bu kəndi məskunlaşdırmışlar. Kənddə 1931-ci ildə 119 nəfər erməni var idi. 
 
 
- XƏLƏC - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 4 km şimal-şərqdə  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 510 nəfər, 1931-ci ildə 114 nəfər olub. Əhalinin 5 dəfə azalması məlum soyqırımların təzahürüdür. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
 
 
- XƏLİSƏ ( XALİSA, 1991-ci ildən NOYAKERD)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, rayon mərkəzindən 19 km cənub-qərbdə  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 149, 1897-ci ildə 960, 1906-cı ildə 957, 1914-cü ildə  975, 1931-ci ildə  588 nəfər olub. Əhalinin   azalması 1918-1920 illər soyqırımının təzahürüdür. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
 
 
- XƏRRƏTLİ (XARRATLI, 1978-ci ildən sonra AREVABYUR)-Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən  7 km cənub-qərbdə, hazırda işləməyən İrəvan-Naxçıvan dəmir yolu üstündə azərbaycanlılar yaşamış kənd.  Azərbaycanlı əhalisi 1831-ci ildə 183, 1879-cu ildə 202, 1905-ci ildə 373,1914-cü ildə 571, 1931-ci ildə 136 nəfər olub. Ermənilər bu kəndə 1918-ci ildən sonra gətirilmişlər. 1931-ci ildə 59 nəfər erməni var idi. Yerli azərbaycanlılar təzyiq altında   40-cı illərində deportasiya edilmişlər.
 
 
- XNUT- İrəvan quberniyası  İrəvan qəzasındakı  Armik kənd icması tərkibində, Ermənistan SSR Ararat (Vedi) rayonu  Qarabağlar bölgəsində, Çığın dərəsində,  azərbaycanlılar yaşamış kənd.  Azərbaycanlı əhalisi 1905-ci ildə 315, 1914-cü ildə 318  olub. 1918-1920-ci illərdə erməni quldurlarının azərbaycanlılılara qarşı soyqırımından sonrakı rəsmi sənədlərdə  kəndin adı çəkilmir. 
 
 
- XOSROV- Ermənistan SSR Ararat (Vedi)  rayonunda , Küsqayasu  çayı sahilində  azərbaycanlılar yaşamış kənd. Əvvəllər Qarabağlar rayonu  tərkibində idi.   Azərbaycanlı əhalisi 1905-ci ildə 199, 1914-cü ildə 388, 1931-ci ildə 31 nəfər olub. Əhalinin 10 dəfə! azalması 1918-1920 illər soyqırımın təzahürüdür. Kənd ötən əsrin 40-cı illərində  ləğv edilmişdir.
 
A B C Ç D E  Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
            