Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- BABAYAQUBLU – Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasındakı Gavart kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonunda, azərbaycanlılar yaşamış kənd. Rəsmi sanədlərdə kəndin adı 1825-ci ildən qeyd olunur. Əhalisi I886-cı ildə 145, 1917-ci ildə 190, 1914-cü ildə 179 nəfər azə'rbaycanlı olub. 1918-20-ci illər faciəsindən sonra kəndin adı rəsmi sənədlərdə göstərilmir.
- BABACAN (BABACAN DƏRİSİ, QIZIL BULAQ, QIZIL KƏND, 1991-ci ildən TSAPATAX) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, Sevan dağ silsiləsinin cənub-şərq ətəyində, rayon mərkəzindən 24 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 212, 1906-cı ildə 259, 1914-cü ildə 265, 1931-ci ildə 373 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- BABAKİŞİ (BUJAKAN) - Irəvan quberniyası Qırxbulaq mahalında, Ermənistan SSR Nairi rayonunda, Əştərək şəhərindən 27 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 72, 1905-ci ildə 483, 1914-cü ildə 573 nəfər azərbaycanlı olub. 1918-ci ildə kənd dağıdılmış, əhalisi böyük itki vermişdir. Bitlis, Alaşkert, Muş, Sasun, Xoy, Salmast rayonlarından gələn ermənilər 1922-ci ildə kəndə sahib olmuşlar.
- BAĞIRBƏYLİ – Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında, Həkəri çayının yuxarı axını yanında, Ermənistan SSR Gorus şəhərindən 21 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1907-ci ildə 836 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1918-20-ci illərdə dağıdılmış, sonradan bərpa olıınmamışdır.
- BAYANDUR (1940-cı ildən VAĞATUR) - Ermənistan SSR Gorus rayonunda, rayon mərkəzindən 9 km şimalda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 830, 1914-cü ildə 409 nəfər azərhaycanlı olub. 1918-20-ci illər soyqərəməndan sonra kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır. Ermənilər buraya 1918-ci ildən sonra gəlmişlər. Əhalisi 1931-ci ildə 533 nəfər erməni olub.
- BAYBURT - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 24 km şimal-şərqdə, Azad çayının qolu Mil çayı sahilində, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 96, 1887-ci ildə 329, 1914-cü ildə 284, 1926-cı ildə 164, 1931-ci ildə 140 nəfər azərbaycanlı olub. Əhali 1945-49-cu illərdə Azərbaycana məcburi köçürülmüş, kənd ləğv edilmişdir.
- BAYDAQ - Ermənistan SSR Qafan rayonunda, Qafan şəhərindən 5 km şərqdə, Oxçu çayı sahilində azərbaycanblar yaşamış kənd. 1831-ci ildə 13, 1897-ci ildə 118, 1907-ci ildə 193, 1926-cı ildə 28, 1931-ci ildə 32, 1939-cu ildə 37 nəfər azərbaycanlı əhalisi olub. 1918-20-ci illər qırğınında əhalinin sayı 7 dəfə azalmış, sağ qalanlar XX əsrin 40-cı illərində məcburi Azərbaycana köçürülmüşdür.
- BAYDAŞ (BEKDAŞ, BEYDAŞ, 1991-ci ildən XORDZOR) - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 5 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 37, 1905-ci ildə 100, 1914-cü ildə 230, 1928-ci ildə 27, 1931-ci ildə 40, 1959-cu ildə 60 nəfər azərbaycanlı əhalisi olub. 1914-cüildən sonra əhalinin 8,5 dəfə azalması1918-1920-ci illərin soyqırımı nəticəsində baş vermişdir. 1970-ci ildə kənd ləğv edilmişdir. Əhalisi Azərbaycana məcburi köçürümüşdür.
- BAYNAKAR - Ermənistan SSR Qafan rayonunda, Ujanis kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 98 nəfər azərbaycanlı əhalisi olub. Kənd əsrin əvvəllərində ləğv edilmişdir.
- BAYTAR (ALAKİLİSƏ, 1991-ci ildən OVTUN) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 9 km şimal-şərqdə, Axuryan (Qərbi Arpa) çayının sol sahilində kənd. Əhalisi 1831-ci ildə 27 nəfər azərbaycanl olub. Sonrakı illərdə azərbaycanlılarla yanaşı yunanlar da yaşamışdır. Ermənilər buraya 1918-1920-ci illərdə Qars vilayətinin Güleyran kəndindən gəlmişlər. 1979-cu ildə 235 nəfər erməni əhalisi olub.
- BALIXLI (1991-ci ildən ZORAKERT) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 21 km şimal-qərbdə, Axuryan (Qərbi Arpa) çayının qərb sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 205, 1905-ci ildə 372, 1914-cü ildə 474, 1922-ci ildə 119, 1931-ci ildə 171, , 1979-cu ildə 472 nəfər azərbaycanlı olub. Qonşu Xançallı kəndinin əhalisi 1930-cu illərdə köçüb bu kəndə gəlmişdir. (1918-20-ci illər soyqırımı zamanı əhali 3 dəfə azalmış, qırğından qurtulub kənddə qalanlar 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlılar bütünlüklə qovulmuşlar.
- BARABATUM - Ermənistan SSR Qafan rayonunda, Qafan şəhəri yaxınlığında, onun cənub-şərq tərəfində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 445, 1914-cü ildə 178 nəfər azərbaycanlı olub. Sonrakı illərdə kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır.
- BASARKEÇƏR (1969-cu ildən VARDENİS) - Ermənistan SSR Yerevan şəhərindən 163 km məsafədə, Sevan (Göycə) gölü sahilində şəhər tipli qəsəbə. 1831-ci ildə 31 ailə, 178 nəfər azərbaycanlı məskun idi. Ermənilər buraya Qafqaz canişini İ. Paskeviçin göstərişi ilə 1830-cu illərdə Türkiyənin Diadin əyalətindən gətirilib yerləşdirilmişlər. Tədricən ermənilərin sayı artmış, azərbaycanlılar isə başqa kəndlərə köçməyə məcbur olmuşlar. 100 il sonra, 1931-ci ildə burada cəmi 19 nəfər azərbaycanlı qalmışdı. 1970-ci ildə 90 nəfər azərbaycanlı, 8077 nəfər erməni var idi.
- BAXÇAÇIQ - Ermənistan SSR Talin rayonunda, Araqatz (Alagöz) dağının cənub-şərq ətəyində, Verin Sasunaşen kəndindən 4 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 40, 1905-ci ildə 101, 1914-cü ildə 101 nəfər azərbaycanlı olub. 1918-ci ilin soyqırımından sonra kəndin adı rəsmi sənədlərdə qeyd olunmamışdır.
- BAXÇACIQ (BAXÇALAR) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, Vedi qəsəbəsindən 23 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 263, 1897-ci ildə 373, 1905-ci ildə 618, 1914-cü ildə 568, 1926-cı ildə 130, 1931-ci ildə 240 nəfər azərbaycanlı olub. 1918-1920-ci illərin qırğınından sonra əhali 4 dəfə azalmış, sağ qalanlar 40-cı illərdə Azərbaycana köçmüşdü. Kənd 1959-cu ildə ləğv edilmişdir.
- BAXÇALI (BAĞÇALI) - Qars vilayəti Ağbaba bölgəsində, Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı. Kənd 1918-20-ci illərdə dağıdılmışdır.
- BAHARLI - Ermənistan SSR Qafan rayonunda, Qafan şəhərindən 24 km şimal-qərbdə, Geği çayının aşağı axınının sol sahilində azərbaycanlılar yaşamış kənd. Geği heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1831-ci ildə 62, 1897-ci ildə 74, 1907-ci ildə 132, 1926-cı ildə 113, 1931-ci ildə 122, 1979-cu ildə 358 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşl.
- BAHARLI - Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında Ermənistan SSR Qafan rayonunda, Dzav (Bəsit) çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 432, 1907-ci ildə 455, 1914-cü ildə 970 nəfər azərbaycanlı olub. 1918-1920-ci illərdə əhalinin böyük hissəsi həlak olmuş, kənd dağıdılmış, bir daha bərpa edilməmişdir.
- BAHARLI - Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında, Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, Sisyandan şərq tərəfdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 9, 1897-ci ildə 124, 1914-cü ildə 49 nəfər azərbaycanlı əhalisi olub. 1920-ci ildə Vağudi kəndi ilə birləşdirilmişdi.
- BACOĞLU (BACIOĞLU, 1945-ci ildən HAYKAVAN) – Ermənistan SSR Axuryan (Düzkənd) rayonunda, rayon mərkəzindən 15 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 391, 1905-ci ildə 546, 1907-ci ildə 600, 1914-cü ildə 698 nəfər azərbaycanlı olub. Azərbaycanlılar 1915-ci ildə qovulmuş, kənd ermənilərlə maskıınlaşd.
- BAŞKƏND (GÖYCƏ BAŞKƏNDİ, 1946-cı ildən GEĞARKUNİ) - Ermənistan SSR Kamo (Nor-Bayazet – Kəvər) rayonunda, rayon mərkəzindən 12 km cənubda azərbaycanlılar yaşamış kənd. Ermənilər buraya 1829-30-cu, habelə 1914-19-cu illərdə Türkiyənin Alaşkert, Bulanıx və başqa rayonlarından gəlmişlər. 1905-ci ildə 339 nəfər azərbaycanlı, 576 nəfər erməni, 34 nəfər kürd, 1914-cü ildə 349 nəfər azərbaycanlı, 675 nəfər erməni, 40 nəfər kürd, 1931-ci ildə isə 194 nəfər azərbaycanlı, 1156 nəfər erməni əhalisi olub. Azərbaycanlılar 30-cu illərdə Ermənistan SSR Qarabağlar rayonuna, rayon ləğv olunduqdan sonra isə Azərbaycana köçmüşlər.
- BAŞNALI (BAŞIN ALI, 1949-cu ildən BAQRAMYAN) -İrəvan quberniyası İrəvan qəzasında, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 30, 1905-ci ildə 68, 1914-cü ildə 71, 1931-ci ildə 7 nəfər azərbaycanlı olub. 1918-20-ci illərin soyqırımı zamanı əhali məhv edilmiş, 10 dəfə azalmış, sağ qalan azərbaycanlılar əsrin 30-cu illərındə kəndi məcburi tərk etmişlər. 1828-29-cu illərdə Xoydan və Salmastdan köçürülmüş 175 nəfər erməni bu kənddə məskunlaşmışdır.
- BAŞSIZ (BAYSIZ) - İrəvan quberniyası Eçmiadzin qəzasında Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 15 km şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831‑ci ildə 12 nəfər azərbaycanlı olub. XIX əsrin 30-cu illərində burada kürdlər məskunlaşdıqdan sonra azərbaycanlılar kəndi tərk etmişlər.
- BECAZLI (BƏYCİVAZLI, 1945-ci ildən VOSTAN) - İrəvan quberniyası İrəvan qəzasında Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 2 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 102, 1873-cü ildə 23, 1931-ci ildə 11 nəfər azərbaycanlı əhalisi olub. Onlar 30-cu illərdə kəndi məcburi tərk etmişlər. 1828-29-cu illərdə Xoydan və Salmastdan köçürülmüş 250 nəfər erməni kəndə sahib çıxmışlar.
- BƏDƏL (MOLLA BƏDƏL, SƏFİABAD, RƏHİMABAD, 1946-cı ildən YEĞEQNUT) - Ermənistan SSR Hoktemberyan (Sərdərabad – Qurdqulu) rayonunda, rayon mə-kəzindən 12 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 300, 1906-cı ildə 335, 1914-cü ildə 341 nəfər azərbaycanlı əhalisi olub. 1918-ci ildə kənd bütünlüklə dağıdılmış, əhalinin xeyli hissəsi həlak olmuşdur. Sağ qalanlardan heç kim bir daha bu kəndə gayıtmamışdır. Türkiyədən gələn ermənilər kəndə sahib olmuşlar.
- BƏRİABAD (1991-ci ildən BAREPAT) - Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 21 km şimal-qərbdə, İcevan-Krasnoselsk yolunun cənub tərəfində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 111, 1926-cı ildə 91, 1931-ci ildə 109, 1939-cu ildə 102, 1959-cu ildə 205 nəfər azərbaycanlı əhalisi olub. 1960-cı ildə Əmirxeyir kəndi ilə birləşdirilmişdi. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
- BZOVAND (AXUND BZOVAND, 1945-ci ildən BERDİK) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 9 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 137, 1897-ci ildə 341, 1907-ci ildə 322, 1914-cü ildə 385 nəfər azərbaycanlı, 1926-cı ildə 172 nəfər azərbaycanlı, 19 nəfər erməni olub. Ermənilər buraya Xoydan və Salmastdan gəlmişlər. 1918-20-ci illərin soyqırımı zamanı azərbaycanlılar məhv edilərək 2 dəfə azalmış, sağ qalanlar XX əsrin 40-cı illərdə kənddən çıxarılmışdır.
- BİLƏK (AŞAĞI ZİRƏK) - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Zirək çayı sahilində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Keçud su anbarından 3-4 km məsafədə, şimal-şərq istiqamətində xarabalıqları galmış kənd. 1873-cü ildə 244, 1897-ci ildə 357. 1914-cü ildə 536 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1918-ci ildə dağıdilmış, yenidən bərpa edilməmişdir.
- BİNA YERİ – Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında Bayandur kənd icması tərkibində, Ermənistan SSR Gorus rayonunda, azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 151, 1905-ci ildə 108, 1914-cü ildə 166 nəfər azərbaycanlı əhalisi olub. 1918-20-ci illər faciəsi zamanı kənd dağıdılmışdır.
- BİTLİCƏ (1945-ci ildən BARTSRAVAN) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Artaşat şəhərindən 15 km şimalda, Azad çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 198, 1931-ci ildə 85 nəfər azərbaycanlı əhalisi olub. Onlar 1940-cı illərdə Azərbaycana məcburi köçürülüb, kənd ermənilərlə məskunlaşıb.
- BIĞLI (BIĞLI HÜSEYN SARACLI) -İrəvan quberniyası Nor-Bayazet qəzasında, Ermənistan SSR Kamo (Nor-Bayazet – Kəvər) rayonundakı Lcap (Ağzıbir) kəndindən Sevan rayonu istiqamətində 14-15 km məsafədə, Sevan (Göycə) gölü sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 26, 1873-cü ildə 356, 1897-ci ildə 646, 1906-cı ildə 658, 1914-cü ildə 846, 1931-ci ildə 53 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı zamanı əhali məhv olaraq 15 dəfə ! azalmışdır. Qalanları kəndi 1930-cu illərin sonlarında tərk etmişlər. Kənd ləğv olunmuş, xarabalıqları qalmışdır.
- BOZQALA (ŞİNDİLƏR) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda azərbaycanlılar yaşamış kənd. 1908-ci ildə 139, 1914-cü ildə 159, 1926-cı ildə 55, 1931-ci ildə 94, 1939-cu ildə 104 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1940-cı ildə ləğv edilmişdir.
- BOZKOSA - İrəvan quberniyası İrəvan qəzasında Baş-Gərni kənd icması tərkibində, Üçtəpələr dağı ətəyində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, Aşağı Goxt kənd sovetliyi tərkibində, azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 99, 1886-cı ildə 141, 1905-ci ildə 154, 1914-cü ildə 225 nəfər azərbaycanlı əhalisi olub. 1918-ci ildə kənd dağıdılmış, 1931-ci ildə əhalinin siyahıyaalınmasından sonra bərpa olunmuş, 1940-cı illərdə ləğv edilmişdir.
- BUĞAKAR - Ermənistan SSR Meğri (Miğri) rayonunda, Rayon mərkəzindən 12 km şimal-şərqdə, Meğri çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1897-ci ildə 139, 1908-ci ildə 194, 1914-cü ildə 96, 1922-ci ildə 44, 1931-ci ildə 41, l 939-cu ildə 53 nəfər azərbaycanlı olub. Kənd 30-cu illərdə ləğv edilib, əhalisi Lehvaz kəndinə köçürülmüşdü.
- BULAXLAR - Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Her-Her kəndindən 4 km cənubda, bulaqlarla əhatə olunmuş təpədə yerləşən kənd. 1906-cı ildə 130, 1914-cü ildə 132, 1931-ci ildə 63 nəfər azərbaycanlı əhalisi olub. Onların Azərbaycana köçürülməsi ilə əlaqədar kənd 1949-cu ildə ləğv edilmişdir.
- BURCALI - Ermənistan SSR Qafan rayonunda, Kacaran şahərindən 3 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 97, 1931-ci ildə 93 nəfər azərbaycanlı əhalisi olub. Kacaran kombinatının genişlənməsi ilə əlaqədar kənd ləğv edilmişdir.
- BÜLBÜLOLAN (KAHA) - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Keşişkənd kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 67, 1905-ci ildə 398, 1914-cü ildə 378 nəfər azərbaycanlı olub. 1918-1920-ci illərin soyqırımından sonra kənd ləğv olunmuşdur.
- BCNİ (BJNİ)- Ermənistan SSR Hrazdan (Dərəçiçək - Axta) rayonunda, rayon mərkəzindən 13 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 232, 1873-cü ildə 426, 1905-ci ildə 826, 1914-cü ildə 1176, 1931-ci ildə 64 nəfər azərbaycanlı əhalisi olub. Kənddə 1831-ci ildə Türkiyənin Qars vilayətindən və Irandan köçürülmüş ermənilər də yaşamışdır. 1914-cü ildən sonra əhalinin 18 dəfə azalması azərbaycanlıların 1918-1920-ci illər soyqırımı zamanı kütləvi məhvinə dəlalət edur. Azərbaycanlılar kəndi XX əsrin 40-cı illərində məcburi tərk etmişlər.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z