A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- VAQUDİ – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən 9 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhali heyvandarlıq və əkinçiliklə məşğul idi. Orta məktəbi, klubu, kitabxanası var idi. Əhalisi 1886-ci ildə 926, 1905-ci ildə 450, 1914-cü ildə 870 nəfər azərbaycanlı, 1931-ci ildə 436 nəfər azərbaycanlı, 322 nəfər erməni olub. 1918-1920-ci illərdə törədilmiş soyqırım siyasəti nəticəsində azərbaycanlıların sayı 2 dəfə azalmışdır. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlı əhali bütünlüklə qovulmuşdur.
- VARTANADZOR 1-ci (VARTANİZUR, VARTANA¬ZUR, VARDANADZOR) – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Ermənistan SSR Meğri (Miğri) rayonunda, Meğri çayının orta axınının sol sahilində, rayon mərkəzindən 9 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1906-cı ildə 439, 1914-cü ildə 1053, 1931-ci ildə 243 nəfər azərbay¬canlı olub. Məktəbi, kitabxanası, həkim məntəqəsi var idi. Əhalinin sayının 1914-cü ilə nisbətən 800 nəfər, və ya 4 dəfə azalması 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın acı nəticəsidir.
- VARTANADZOR 2-ci – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Ermənistan SSR Meğri (Miğri) rayonunda, Vartanadzor kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. 1906-cı ildə 951 nəfər azərbay¬canlı əhalisi olub. Həmin ildə baş vermiş soyqırımından sonrakı illərdə kəndin rəsmi sənədlərdə adı çəkilmir.
- VARTANES (VARDANES) - Ermənistan SSR Yeğeq¬nadzor (Mikoyan – Keşişkənd) rayonunda, Heşin çayı sahilində azərbaycanlılar yaşamış kənd. 1906-cı və 1914-cü illərdə 176, 1931-ci ildə 2 dəfə azalaraq 80 nəfər azərbaycanlı əhalisi olub. Kənd 40-cı illərdə ləğv edilmiş, əhali Azərbaycana məcburi köçürülmüşdür..
- VARTANLI - Qars vi¬layəti Şoragəl məntəqəsində Kimli kənd icmasında, Ermənistan SSR Axuryan (Düzkənd) rayonunda azərbaycanlılar yaşamış kənd. 1886-cı ildə 586, 1905-ci ildə 724, 1914-cü ildə 1039 nəfər azərbaycanlı əhalisi olub. 1918-ci ilin soyqırımından sonra kəndin adı rəsmi sənədlərdə çəkilmir.
- VARTANLI (VARDANLI) - Ermənistan SSR Quqark (Kirovakan- Böyük Qarakilisə) rayonunda kənd. 1905-ci ildə 217 nəfər azərbaycanlı, 201 nəfər erməni, 1914-cü ildə 786 nəfər azərbaycanlı, 729 nəfər erməni, 1931-ci ildə 3,5 dəfə azalaraq 220 nəfər azərbaycanlı, 918 nəfər erməni, 6 rus əhalisi olub. Azərbaycanlı əhali 1940-cı ildə məcburi deportasiya edilib. Kənd Kirovakan şəhərinin qəsəbəsinə çevrilib.
- VAHRAVAR (VAQRAVAR) - Ermənistan SSR Meğri (Miğri) rayo¬nunda, rayon mərkəzindən 6 km şimal-qərbdə, Vahravar çayı sahilində kənd. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olub. 1905-ci ildə 258 nəfər azərbaycanlı, 1931-ci ildə 64 nəfər azərbaycanlı, 300 nəfər erməni əhalisi olub. 1905-ci ildən sonra əhalinin 4 dəfə azalması həmin zaman baş vermiş genosidin təzahürüdür. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlı əhali bütünlüklə qovulmuşdur.
- VEDİ (VEDİ ULYA, BÖYÜK VEDİ) - Ermənistan SSR Ararat (Vedi) rayonunda Vedi çayının sağ sahilində, Ayqavan dəmir yolu stansi¬yasından 7 km məsafədə şəhər tipli qəsəbə (1963-cü il¬dən). 1831-ci ildə burada 799, 1905-ci ildə 2387 nəfər azərbaycanlı, 36 nəfər kürd, 1914-cü ildə 2464 nəfər azərbaycanlı əhalisi olub. 1931-ci ildə isə 2 dəfə azalaraq 1254 nəfər azərbaycanlı, 214 nəfər erməni var idi. 1918-1920-ci illər soyqırımından xilas olmuş azərbay¬canlı əhali buradan 1940-cı illərdə məcburi deportasiya edilmişdir.
- VƏRMƏZYAR (VARMAZYAR, 1946-cı ildən AREVAŞAD) - Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mər¬kəzindən 12 km cənub-şərqdə, Yerevan-Eçmiadzin yolunun sol tərəfində kənd. Əhalisi 1831-ci ildə 61, 1873-cü ildə 236 nə¬fər, onların əksəriyyəti azərbaycanlı olub. Azərbaycanlılar buranı XX əsrin əvvəllərində məcburi tərk etmişlər. Ermənilər 1828-1829-cu illərdə Xoydan va Salmastdan gəlib kənddə məskunlaşmışlar.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z