A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- ÖKSÜZ( ÖYSÜZ, 1991-ci ildən DARİK) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 23 km şimal-qərbdə, dəniz səviyyəsindən 2165 metr yüksəklikdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 138, 1914-cü ildə 176, 1931-ci ildə 270, 1970-ci ildə 241 nəfər olub.Əhalinin bir hissəsi 1948-ci ildə məcburi qaydada Daşksənə deportasiya edilmişdi. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
- ÖRDƏKLİ - Qars vilayətinin Ağbaba bölgəsində Seldağıdan kənd icması tərkibində, Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 15 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 253, 1905-ci ildə 330, 1914-cü ildə 531 nəfər olub. 1918-ci ildə ermənilər tərəfindən dağıdılmış bu kənd sonradan bərpa olunmayıb.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z