Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- ZABALZADUR- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasındakı Sisyan kənd icması tərkibində, Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 143, 1914-cü ildə 120 nəfər azərbaycanlı olub. Kənd 1918-ci ildə dağıdılmışdır.
- ZAR( ZƏR)- Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 12 km şimal-şərqdə, Hadis dağının cənub-şərq ətəyində azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 89, 1905-ci ildə 697, 1914-cü ildə 1337, 1931-ci ildə 93 nəfər azərbaycanlı əhalisi var idi. 1918-1920-ci il faciəsindən sonra əhali 14,5 dəfə azalmış, sağ qalmış azərbaycanlılar 40-cı illərdə deportasiya edilmişlər. Ermənilər bu kəndə 1875-ci ildən sonra gəlmişlər. 1905-ci ildə 316 nəfər, 1931-ci ildə 1112 erməni var idi.
- ZEYVƏ TÜRKİ (TÜRK ZEYVƏSİ, 1978-ci ildən TAVONİK) -Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 6 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 234 nəfər, 1873-cü ildə 492, 1905-ci ildə 550, 1914-cü ildə 383 nəfər azərbaycanlı. 1918- 1920-ci illər faciəsindən sonra burada azərbaycanlıların yaşaması qeydə alnmamışdır. Kənddə 1915-1916-cı illərdə Alaşkertdən gələn ermənilər yerləşdirilmişdi. Türk Zeyvəsi kəndi yaxınlığında digər kənd - Erməni Zeyvəsi kəndi də var.
- ZEYNAL AĞALI (ZEYNAL ABDİN, ZEYNAL, ALEKSANDROVKA, 1946-cı ildən ÇKALOVKA)- İrəvan quberniyası Nor-Bayazet qəzasında, Ermənistan SSR Sevan (Yelenovka) rayonunda, Sevan (Göycə) gölü sahilində, azərbaycanlılar yaşamış kənd. 1826-1828-ci illərdəki Rusiya- İran müharibəsi zamanı bu kənd dağıdıllmışdır. 1831-ci ildə 10 evdə 45 nəfər azərbaycanlı əhalisi qalmışdı. Sonrakı illərdə azərbaycanlılar kəndi tərk etmiş, orada Rusiyadan köçürələn molokanlar yerləşdirilmişdir. 1873-cü ildə 171 nəfər, 1914-cü ildə 386 nəfər molokan, 1931-ci ildə 288 nəfər molokan, 211 nəfər erməni olmuşdur.
- ZƏRZİBİL (1935-ci ildən ZƏRKƏND, 1991-ci ildən KUT) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 15 km şərqdə azərbaycanlılar yaşamış kənd. Əsası 1801-ci ildə qoyulub. 1831-ci ildə 202, 1897-ci ildə 680, 1914-cü ildə 841, 1931-ci ildə 808 nəfər azərbaycanlı yaşayırdı. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- ZEYTƏ (1991-ci ildən ZEDEA) -Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Vayk dağ silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 67, 1905-ci ildə 580, 1931-ci ildə 228, 1970-ci ildə 236 nəfər azərbaycanlı yaşayırdı.
1918-1920-ci illər soyqırımı nəticəsində azərbaycanlı əhali 2 dəfə azalmışdır. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- ZOD ( 1991-ci ildən SOTK) - Emənistan SSR Vardenis (Basarkeçər)
rayonunda, Zod çayı sahilində, Zod qızıl mədəninə gedən yol üstündə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 67, 1897-ci ildə 1088, 1905-ci ildə 1717, 1914-cü ildə 1988, 1931-ci ildə 1599 nəfər azərbaycanlı yaşayırdı. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
- ZİMMİ- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Keçmiş Qarabağlar rayonundakı Armik (Ərmik) kəndi yaxınlığında yerləşir. 1905-ci ildə 259, 1914-cü ildə 263, 1918-1920-ci illər faciəsindən sonrakı dövrdə, yəni 1931-ci ildə 8,5 dəfə azalaraq 31 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1930-cu illərdə ləğv olunmuşdur.
- ZİRƏK- Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Qndevaz kəndinin yaxınlığında 1831-ci ildə 43, 1905-ci ildə 394, 1914-cü ildə 394, 1931-ci ildə 545 nəfər azərbaycalı yaşamış kənd. Azərbaycanlılar 1948-1950-ci illərdə zorla Azərbaycana köçürülmüşdü.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z