
            A B C Ç D E  Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- KABARALI- İrəvan quberniyası Nor-Bayazet qəzasında Dəllər və Bjni kəndləri arasındakı sahədə,  Ermənistan SSR Hrazdan (Dərəçiçək– Axta) rayonunda, 22 nəfərdən ibarət 5 azərbaycanlı ailəsi  yaşamış kənd.  Sonrakı illərin rəsmi sənədlərində kəndin adı göstərilmir.
 
 
- KAVART- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə  580 nəfər, 1914-cü ildə təxminən 4 dəfə azalaraq 153 nəfər azərbaycanlı olub. Sonrakı illərin rəsmi sənədlərində  həmin kənddə azərbaycanlıların yaşaması barədə məlumat verilməmişdir.
 
 
- KALAŞAN – İrəvan quberniyasının Eçmiadzin qəzasındakı Yeğvard kənd icması tərkibində, Ermənistan SSR  Əştərək rayonunda,  azərbaycanlılar yaşamış kənd. Əhalisi  1828-ci ildə 28  nəfər, 1905-ci ildə 363  nəfər, 1914-cü ildə 417 nəfər azərbaycanlı olub. Sonrakı illərin rəsmi sənədlərində bu kəndin adı çəkilmir.
 
 
- KALAŞKƏND- İrəvan quberniyasının Eçmiadzin qəzasındakı  Yeğvard  kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda azərbaycanlılar yaşamış kənd. Onların sayı 1831-ci ildə 96, 1905-ci ildə 373, 1914-cü ildə  437 nəfər olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı terrordan sonrakı rəsmi sənədlərdə  kəndin adı çəkilmir.
 
 
- KARAVANK( QARA VƏNG)- İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasındakı Keşişkənd  kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalinin sayı 1831-ci ildə 80nəfər, 1905-ci ildə 514 nəfər, 1914-cü ildə 414 nəfər olub. Sonrakı illərin rəsmi dövlət sənədlərində kəndin adı çəkilmir.
 
 
- KARAVANSARAY( 1935-ci ildən ICEVAN)- Ermənistan SSR Martuni (Aşağı Qaranlıq) rayonunda  azərbaycanlılar yaşamış kənd. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə idi. Azərbaycanlı  əhalisi 1905-ci ildə 341, 1914-cü ildə 441, 1931-ci ildə  5 dəfə azalaraq 80 nəfər təşkil edirdi. Kənd 1931-ci ildə ləğv olunmuşdur. Ermənilər bu kəndə 1918-1920-ci illərin azərbaycanlılara qarşı törədilmiş qanlı hadisələrindən  sonra gəlmişdilər.
 
 
- KARAVANSARAY- İrəvan quberniyasının Eçmiadzin qəzasında, Araqatz (Alagöz) dağının cənub ətəyində, Koş kənd icması tərkibində, Ermənistan SSR  Əştərək rayonunda,  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlıların sayı 1873-cü ildə 136, 1886-cı ildə 155, 1905-ci ildə 140, 1914-cü ildə 140 nəfər olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində  kəndin adı çəkilmir. Eçmiadzin qəzasında  kürdlər yaşayan  Karavansaray adlı iki kənd də olmuşdur.
 
 
- KATAR(GATAR)- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasındakı Kavart kənd icması tərkibində, Ermənistan SSR  Qafan rayonunda,  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlıların sayı 1905-ci ildə 382, 1914-cü ildə 139 nəfər olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
 
 
- KAÇARAN (GEÇALAN) – Ermənistan SSR Qafan rayonu  tabeliyində şəhər. 1958-ci ildə salınmışdır.  Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Azərbaycanlıların  sayı 1959-cu ildə 1628, 1970-ci ildə 1657 nəfər təşkil etmişdir. 1988-ci ildə erməni daşnaklarının törətdikləri soyqırım  faciəsi nəticəsində  azərbaycanlılar  şəhərdən qovulublar.
 
 
- KEFAŞEN- Ermənistan SSR Qafan rayonunda  azərbaycanlılar yaşamış kənd. Mahmudlu(Çaykənd) kənd sovetliyi tərkibində  olan  bu kənddə 1931-ci ildə 136  nəfər azərbaycanlı olub. 1988-ci ildə baş vermiş düşmənçilik hadisələrindən sonra azərbaycanlılar həmin kənddən qovlublar.
 
 
- KETUZ (KOTUZ)- Ermənistan SSR Ararat (Vedi) rayonunda  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhali 1905-ci ildə 249, 1931-ci ildə  154 nəfər olub. Kənd məlum səbəblərdən  1930-cu ildə ləğv edilib.
 
 
- KETRAN ( 1948-ci ildən GETAMEC)- Ermənistan SSR Abovyan (Kotayk – Ellər)  rayonunda  azərbaycanlılar yaşamış kənd.  Abovyan rayon mərkəzindən  9 km aralıda yerləşən Nor-Hacn qəsəbə soveti tərkibində idi. 1831-ci ildə 27, 1905-ci ildə 236, 1914-cü ildə 352, 1931-ci ildə  14 nəfər azərbaycanlı əhalisi olub. Əhalinin 25 dəfə ! azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım   səbəb olmuşdur. Ermənilər bu kəndə 1915-1920—ci  illərdə  Arceş, Bitlis, Bulanıx, Manazkert, Muş və  Vandan köçürülmüşlər.
 
 
- KƏMAL(KEMAL)- İrəvan quberniyasının İrəvan qəzasındakı Aramus kənd içması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər)  rayonunda  azərbaycanlılar yaşamış kənd. Burada 1831-ci ildə 37, 1905-çi ildə 621, 1914-cü ildə 780  nəfər azərbaycanlı  olmuşdur. 1918-1920-ci illərin azərbaycanlılara qarşı törətdikləri  qanlı hadisələrindən sonra  kəndin adı rəsmi sənədlərdən çıxarılmışdır.
 
 
- KƏMƏRLİ (GÖZLÜ KƏMƏRLİ, QƏMƏRLİ, GÖZLÜ QƏMƏRLİ, 1946-cı ildən METSAMOR)- Erəmnistan  SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən   8 km cənubda  azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 127, 1905-ci ildə 411, 1914-cü ildə  352 nəfər azərbaycanlı əhalisi olub. Məlum 1918-1920-ci illər hadisəsi zamanı azərbaycanlı əhali kəndi məcburi tərk etmişdir. Ermənistanın Atom Elektrik Stansiyası bu kənddə inşa olunub.
 
 
- KƏRİMARX(1935-ci ildən SOVETAKAN)- Ermənistan SSR Hoktemberyan (Sərdarabad – Qurdqulu) rayonunda, rayon mərkəzindən 8 km  cənub - şərqdə  azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə kənddə 311, 1897-ci ildə 1700, 1914-cü ildə 1747, 1931-ci ildə 268 nəfər azərbaycanlı yaşayıb. 1918-1920-ci illərdə  ermənilərin soyqırım siyasəti nəticəsində əhali 6,5 dəfə azalmışdır. Azərbaycanlılar  kəndi ermənilərin təzyiqi altında 1930-cu ildə tərk etmişlər. Kənd İrandan və Türkiyədən köçürülmüş ermənilər hesabına məskunlaşdırılmışdır.
 
 
- KƏSƏMƏN(1978-ci ildən BAHAR, 1991-ci ildən ARPUNK)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 10 km şimalda, Şahdağ silsiləsinin cənub ətəyində azərbaycanlılar yaşamış kənd.  Azərbaycanlı əhali 1831-ci ildə  166  nəfər, 1897-ci ildə  671 nəfər, 1906-cı ildə 713 nəfər, 1914-cü ildə 966 nəfər, 1926-cı ildə 2,3 dəfə azalaraq  414 nəfər, 1931-ci ildə  569 nəfər, 1979-cu ildə 955 nəfər olmuşdur. 1988-ci ildə törədilmiş erməni vəhşilikləri əhalinin kəndi tərk etməsi ilə nəticələnmişdir.
 
 
- KƏNKAN ( 1978-ci ildən HADİS, HƏDİS) – Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, Hədis dağının şimal  yamacında, rayon mərkəzindən 11 km şimal-şərqdə  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhali 1897-ci ildə 722, 1905-ci ildə 939, 1914-cü ildə  1144, 1931-ci ildə 147 nəfərdən ibarət olmuşdur. 1918-1920-ci  illərdə erməni  millətçiləri tərəfindən  törədilən qırğın zamanı xeyli  azərbaycanlı əhali həlak olmuş, didərgin düşmüşdür, onların sayı 8 dəfə azalmışdır. Azərbaycanlılar 1826- 1828-ci illərdə  Rusiya-İran müharibəsi zamanı da kəndi erməni quldurların təzyiqi altında tərk etməli olmuşdular. 1940-cı ildə azərbaycanlı əhali  kəndi ikinci dəfə tərk etmək məcburiyyətində qalmışdı. Ermənilər bu kəndi 1918-1920-ci illərdə Bayazet və Vaspurakan vilayətlərindən köçürülmüş ermənilərlə məskunlaşdırmışdılar.  1931-ci ildə kənddə  698 erməni yaşamışdır.
 
 
- KƏRKİBAŞ ( 1967-ci ildən ŞƏFƏQ, 1991-ci ildən VANEVAN)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 5 km qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhali 1905-ci ildə 306, 1914-cü ildə 377, 1931-ci ildə 224 nəfərdən ibarət idi. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı  buradan qovulmuşdur.
 
 
- KƏRPİÇLİ(1935-ci ildən GEĞADİR)-Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 14 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Burada 1905-ci ildə 188, 1914-cü ildə 290 nəfər azərbaycanlı yaşayıb. 1918-1920-ci illərin azərbaycanlılara qarşı vəhşiliklərindən sonra  yerli əhali həmin kəndi tərk etmişdir. Ermənilər bu kəndə 1918-1920-ci illərdə  Vandan, Xnusdan, Qarsdan gətirilmişdir.
 
 
- KİROVAKAN (1935-ci ilə dək BÖYÜK QARAKİLSƏ) – Ermənistan SSR-də respublika tabeliyində olan şəhər. İrəvan şəhərindən 145 km  məsafədə yerləşir. 1931-ci ildə 31 nəfər, 1959-cu ildə 327 nəfər, 1970-ci ildə 748 azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin ermənilər tərəfindən azərbaycanlılara qarşı törətdikləri faciəli hadisələrdən sonra  şəhərdə bir nəfər də olsa azərbaycanlı qalmamışdır.
 
 
- KİRS - Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Gığı heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Burada 1886-cı ildə  130, 1931-ci ildə  104 nəfər azərbaycanlı yaşamışdı.  1988-ci ilin məlum hadisələrindən sonra  kənddə azərbaycanlı qalmamışdır.
 
 
- KİRƏŞLİ- İrəvan quberniyası Qırxbulaq mahalında, Ermənistan SSR  Nairi  rayonunda, Qarnıyarıxdağı ətəyində, Bujakan (Babakiş)i kəndi yaxınlığında  azərbaycanlılar  yaşamış kənd. Bu kənddə 1831-ci ildə 76,1897-ci ildə 744, 1905-ci ildə 1061, 1914-cü ildə 1196, 1931-ci ildə 136 nəfər azərbaycanlı yaşayırdı. 1918-1920-ci  illərdə erməni  millətçiləri tərəfindən  törədilən qırğın zamanı xeyli  azərbaycanlı əhali həlak olmuş,  onların sayı 9 dəfə azalmışdır. Kənd 1930-cu ildə ləğv olunmuşdur.
 
 
- KİÇİK VEDİ( VEDİ SUFLA) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, İrəvan-Naxçıvan yolu üstündə  azərbaycanlılar yaşamış kənd. Burada 1831-ci ildə 166, 1905-ci ildə 960, 1914-cü ildə 976 azərbaycanlı yaşamışdır.  1918-1920-ci illərdə erməni vəhşilikləri  nəticəsində  çox sayda azərbaycanlı qırılmış və didərgin salınmışdı. 1931-ci ildə kənddə  cəmi 373 nəfər azərbaycanlı  qalmışdı. 1940-cı illərdə  onlar da kəndi tərk etmişdilər. Ermənilər bu kəndə 1922-ci ildə Şadaxdan, Baludan, Moksdan, 1946-cı ildə isə İrandan köçürülmüşlər.
 
 
- KİÇİK KƏND- İrəvan quberniyasının  Eçmiadzin  qəzasında, Əştərək  kənd icması tərkibində,  Ermənistan SSR Əştərək rayonunda, Abaran çayı sahilində  azərbaycanlılar yaşamış kənd. Kənddə azərbaycanlıların sayı 1831-ci ildə 77 nəfər, 1905-ci ildə 316 nəfər, 1914-cü ildə  392 nəfər olmuşdur. Kənd 1919-1920-ci illərdə erməni daşnakları tərəfindən dağıdılmışdır.
 
 
- KİLİSƏ (YUXARI KİLİSƏ)- Ermənistan  SSR Guqark (Kirovakan – Böyük Qarakilisə)   rayonunda, rayon mərkəzindən 14 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd.Vahaqn  heyvandarlıq sovxozu ilə  birləşdirilmişdi.  Hallavar  Sovetliyi tərkibində olmuş  bu kənddə   1931-ci ildə 154 nəfər azərbaycanlı yaşayırdı. 1988-ci ildə ermənilər tərəfindən  azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən sonra kənddə azərbaycanlı  qalmamışdı.
 
 
- KİLİSƏ (AŞAĞI KİLİSƏ)- Ermənistan SSR  Quqark (Kirovakan – Böyük Qarakilisə)  rayonunda, Yuxarı Kilisə  kəndi yaxınlığında, Hallavar sovetliyi tərkibində azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 128 azərbaycanlı var idi.  1988-ci il məlum hadisələrindən sonra azərbaycanlılar kənddən qovulmuşlar.
 
 
- KOSALAR- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Ermənistan SSR Gorus  rayonunda,  azərbaycanlılar yaşamış kənd.  Bu kənddə 1905-ci ildə 358, 1914-cü ildə 66 nəfər  azərbaycanlı qalmışdı. Əhalinin 5 dəfə azalmasına 1905-1906-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım   səbəb olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı göstərilmir.
 
 
- KOTANLI (1935-ci ildən QARMRAŞEN) - Ermənistan SSR Vayk ( Əzizbəyov- Paşalı) rayonunda, rayon mərkəzindən 20 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə  611 nəfər, 1914-cü ildə  611, 1931-ci ildə 2 dəfə azalaraq  351 nəfər  azərbaycanlı qeydə alınıb.  Azərbaycanlılar  1949-1950-ci illərdə  məcburi deportasiya edilmişdir. Ermənilər həmin kəndə  1920-ci ildə gətirilmişlər.
 
 
- KÖMÜRLÜ- İrəvan quberniyası  Şərur-Dərələyəz  qəzasında Qozulca kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd)  rayonunda  azərbaycanlılar yaşamış kənd.  Əhalisi 1905- 1914-cü illərdə  205 nəfər olmuşdur. Kənd 1918-ci ildə erməni daşnakları tərəfindən dağıdılmışdır.
 
 
- KÖRPÜ QULAĞI- İrəvan quberniyası  İrəvan qəzasındakı  Baş Gərni kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda  azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 129 nəfər, 1905-ci ildə 215 nəfər, 1914-cü ildə 470 nəfər olmuşdur. 1918-1920-ci illər qırğınından sonra rəsmi sənədlərdə kəndin adı çəkilmir.
 
 
- KÖRPÜLÜ(YUXARI KÖRPÜLÜ) - Ermənistan SSR Noyemberyan (Barana) rayonunda, rayon mərkəzindən 6 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd.  1905-ci ildə 440, 1914-cü ildə 427, 1931-ci ildə 630 azərbaycanlı əhalisi olub. 1988-ci ildə azərbaycanlılara qarşı erməni quldurlarının apardıqları düşmənçilik siyasətindən sonra  azərbaycanlılar kəndi tərk etmişlər.
 
 
- KÖRPÜLÜ(AŞAĞI KÖRPÜLÜ)- Ermənistan SSR Tumanyan (Alaverdi) rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 319 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1940-cı ildə ləğv edilmişdir.
 
 
- KÖTƏKLİ (KOTANLI)- İrəvan quberniyası Eçmiadzin qəzasındakı  Parpi kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Bu kənddə 1831-ci ildə 80, 1905-ci ildə  175, 1914-cü ildə 203 nəfər azərbaycanlı əhali olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdukləri soyqırımdan   sonrakı rəsmi sənədlərdə kəndin adı çəkilmir.
 
 
- KÖÇBƏK ( KÖÇBƏY, 1991-ci ildən UĞEDZOR)- Ermənistan SSR  Vayk (Əzizbəyov – Paşalı)  rayonunda, Əzizbəyov-Sisyan yolu üstündə, dəniz səviyyəsindən 2000 metr  yüksəklikdə  yerləşən azərbaycanlılar yaşamış kənd. Saravan kolxozu ilə birləşdirilmişdi.  1831-ci ildə 25, 1905-ci ildə 425, 1914-cü ildə  425, 1931-ci ildə 365, 1970-ci ildə 564 nəfər azərbaycanlı yaşayıb.  1988-ci ildəki məlum hadisələrdən sonra  azərbaycanlılar həmin kənddən qovulub.
 
 
- KURUT- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Qeği  heyvandarlıq sovxozu ilə birləşdirilmişdi.  1931-ci ildə  220 nəfər azərbaycanlı ailəsi olub.  1918-1920 –ci illərdə törədilmiş erməni vəhşiliyi bu kəndin də taleyində acı iz buraxıb. 1988-ci il məlum hadisələrindən sonra əhali kəndi tərk edib. 
 
 
- KÜSÜZ- Ermənistan SSR Ararat (Vedi)  rayonunda azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 221, 1905-ci ildə 792, 1914-cü ildə 805, 1931-ci ildə  70 nəfər( 11,5 dəfə azalma 1918-1920-ci illər qırğınının nəticəsidir) azərbaycanlı əhalisi olub.  1940-cı ildə kənd ləğv edilmişdir.
 
 
- KÜZƏÇİK- İrəvan quberniyası İrəvan  qəzasındakı  Aramus kənd icması  tərkibində,  Ermənistan SSR Abovyan (Kotayk – Ellər)  rayonunda azərbaycanlılar yaşamış kənd.  Bu kənddə 1905-ci ildə 119 nəfər, 1914-cü ildə 138 nəfər azərbaycanlı yaşayıb. 1918-1920-ci illərdəki erməni vəhşiliklərinin nəticəsi özünü bu kənddə həmişə göstərib.
 
 
- KÜRDALI- Ermənistan SSR Əştərək rayonunda  azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 195, 1914-cü ildə 260, 1931-ci ildə 55 nəfər  azərbaycanlı əhalisi olub. Kənd 1930-cu ildə  ləğv edilib.
 
 
- KÜRDLƏR- Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında  Yayçı kənd icması tərkibində, Ermənistan SSR Gorus rayonunda,  azərbaycanlılar yaşamış kənd. 1886-cı ildə 123, 1905-ci ildə 215, 1914-cü ildə 130 nəfər azərbaycanlı əhalisi olub. Sonrakı illərin rəsmi sənədlərində kəndin  adı çəkilmir.
 
 
- KÜRƏKƏND ( 1978-ci ildən FERİK)- İrəvan quberniyasının Eçmiadzin qəzasında, Ermənistan SSR Eçmiadzin rayonunda  azərbaycanlılar yaşamış kənd.1831-ci ildə 47, 1905-ci ildə 470, 1914-cü ildə 556 nəfər azərbaycanlı əhalisi olub.1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş  soyqırım hadisələri  kənd əhalisinin sayca xeyli azalmasına gətirib çıxarmışdı.
 
 
- KYARD (GƏRD, KİRT, 1991-ci ildən KARD)-Ermənistan SSR Qafan rayonunda, Qafan şəhərindən 33 km qərbdə, Geği  çayının sol qolu  Gərd çayının sol sahilində  azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi  1897-ci ildə 60, 1926-cı ildə 71,  1931-ci ildə 115, 1970-ci ildə 61 nəfər olmuşdur. 1988-ci ildə erməni quldurların azərbaycanlı yerli əhaliyə qarşı  vəhşilikləri  nəticəsində  camaat kəndi tərk etmişdir. 
 
A B C Ç D E  Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
            