Birinci Dünya Müharibəsində Rusiya imperiyasının məğlubiyyəti və sonrakl süqutundan başlayaraq təxminən 70 il davam edən müddəti əhadə edir. Bu dövrü Sovet Ermənistanı, sonra Ermənistan Respublikası adlanan ərazidə yaşayan azərbaycanlılar üçün sözün həqiqi mənasında soyqırım -genosid dövrü adlandırmaq olar.
Birinci dünya müharibəsində Rusiya imperiyasının məğlubiyyəti, Romanovlar sülaləsinin süqutu, Oktyabr çevrilişi Rusiya imperiyası ərazisində yeni milli dövlətlərin yaranmasına şərait yaratdı. Məlumdur ki, 1918-ci il aprelin 22-də Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəgilüyini elan etdi, həmin il mayın 26-28-də Seym ləğv olundu. Azərbaycana, Gürcüstana, Ermənistana Sovet İttifaqı tərkibində respublika statusu verildi. Bununla da keçmiş İrəvan xanlığının ərazisində təşkil olunmuş Ermənistan SSR-də azərbaycanlı üçün yeni faciənin başlanğıcı oldu.
Əgər İrəvan xanlığının zəbti və Çar Rusiyasına birləşdirilməsi ilə başlanan və 1918-ci ilədək davam edən 90 illik dövr azərbaycanlılar üçün fəlakət dövrünün başlanğıcından xəbər verirdisə, 1918 - 1988-ci illərdə davam edən 70 illik müddət Azərbaycan xalqı üçün həqiqi faciə, genosid dövrü kimi, erməni hakim dairələrinin dövlət səviyyəsində həyata keçirdikləri soyqırım dövrü kimi tarixdə qalmalıdır. Ermənistanda çap olunan xəritələrdə indiki İran, İraq, Suriya, Türkiyə, Zaqafqaziya ərazilərinin qədim Ermənistan ərazisi kimi göstərilməsi də ekspansionist məqsədlərdən xəbər verirdi
M.Qorbaçovun yenidənqurma siyasəti azərbaycanlılar üçün yenidənqırğın siyasətinə, yeni genosid dövrünə çevrildi. Vaxtilə xalqlar dostluğundan gen-bol dəm vuran Ermənistanın kommunist rəhbərliyi, Kreml igtidarı ətrafina toplaşan erməni mafiyası, Stavropolun erməni işbazları M.S.Qorbaçovu ələ aldılar, onun razılığı və vasitəsi ilə "Qarabağ problemini" ortaya ataraq ermənilər arasında şovinizm psixozunu alovlandırmağa, azərbaycanlılara qarşı nifrət hissini dərinləşdirməyə başladılar.
Həmişə olduğu kimi, Birinci Dünya Müharibəsi dövründə də Rusiyanın hakim dairələri erməniləra böyük dəstək və etimad göstərir, həlledici cəbhələrdə, xüsusilə Türkiyəyə qarşı döyüşlərdə onlardan geniş istifadə edirdi. Ermənilərin əsas marağı Rusiyanın Türkiyədən ələ keçirdiyi əraziləri lrəvan quberniyasına qatmaq, bununla da "Böyük Ermənistan" dövləti yaratmağa nail olmag idi..
Hələ 1914-cü il səntyabrın əvvəllərində İrəvan quberniyasında könüllü erməni birləşmələri təşkil olunmağa başlamışdı. Qısa müddətdə 7 könüllü erməni polku təşkil olunmuşdu ki, müharibə ərəfəsində onların tərkibində 6000 nəfərdən çox əsgər va zabit var idi. Bu birləşmələrə müxtəlif vaxtlarda Andranik Ozanyan, Arşak Qafafyan, Vardan Mehrabyan, Hamazasp Srvandzyan, Qriqor Avşaryan, Hayk Bjşkyan (Qay), Havsep Arğutyan komandanlıq etmişlər. Umumiyyətlə, Rusiya imperiyasında yaşayan ermənilərdən 250 min nəfərdan çox adam səfərbərliyə alınmışdı. Türklərə qarşı erməni könüllülərinin gəddarlıqla vuruşmaları haqgında onlarca faktlar vardır.
Erməni birləşmələri üçün Moskvada, Petroqradda, Bakıda, Tiflisdə maddi yardım toplanmağa başlamışdır. Təkcə 1915-ci ildə bu məqsəd üçün 1 milyon 444 min rubl vəsait toplanmışdı ki, bunun 1 milyon 20 min rublunu Rusiya imperiyasında yaşayan ermənilər yığmışdı (bax: Erməni xalqının tarixi, VI cild, səh.548).
Göründüyü kimi, ermənilərin taleyinə, bu gününə va gələcəyinə aid olan bütün məsələlərdə onlar birləşir, yekdil cəbhədə çixış edirlər. Son illərdəki hadisələr də bunu təsdigləyir. 79 il sonra Bakıda, Sumqayıtda, Gəncədə, Stepanakertdə ermənilər tərəfındən "Qarabağ" komitəsinə yardım üçün vəsait toplanması gözümüzün qarşısında baş verən hadisə idi.
Məlumdur ki, Birinci Dünya Müharibəsində, Türkiyə cəbhəsində məğlubiyyətə uğrayan Rusiya qoşunları türk qoşunlarına məğlub olub, əvvəllər zəbt etdikləri əraziləri buraxıb geri çəkilməyə məcbur olublar. Onlarla birlikdə döyüşən erməni könüllü birləşmələri də geriyə çakilərək iki əsas istigamətdə İrəvana doğru hərəkət edirdilər. Birinci istiqamət Qars-Aleksandropolidi ki, buraya toplanan birləşmələr iki hissəyə bölünmüşdür və bu marşrutlarla Irəvana yollanmışdılar: Aleksandropol-Qurduqulu-Yuxarı Qarxun-Uluxanlı və Aleksandropol-Talin-Əştərək-Eçmiadzin.
Erməni birləşmələrinin seçdiyi ikinci istiqamət İqdir-Kerimarx-Yuxarı Qarxun-Eçmiadzin-İrəvan idi. Cəbhədə daha da vəhşiləşmiş erməni əsgərlərinin məğlubiyyət yolu əsasən azərbaycanlı əhali yaşayan ərazilərdən keçirdi. Türk əsgərlərinin zərbəsinin dadını yadından çıxarmayan bhaşkəsənlər dinc azərbaycanlı əhalidən qisas almış, yol boyu azərbaycanlılar yaşayan bütün kəndləri darmadağın edir, insanları qılıncdan keçirir, evlərini talan edirdi.
İrəvana toplaşan müflisləşmiş şəhərdə dolana bilmir, kənd təsarrüfatı cəhətdən inkişaf etmiş bölgələrə - Zəngəzur va Şərur-Dərələyəz qəzalarına doğru hərəkət etməyə başladılar. İrəvan-Artaşat-Sədərək-Vedibasar istiqaməti ilə Dərələyəz bölgəsinə, digərləri isə İrəvan-Kotayk-Dərəçiçək-Sevan-Nor-Bayazet-Martuni-Basarkeçər istiqaməti ilə Zəngəzur və Şərur-Dərələyəz gəzalarına doğru üz tutdular.