Həmin illər Kotayk(Ellər) rayonu üzrə Başkəndə -9, Şahaba I34, Aramusa 228, Avana I74, Möhübə 50; Zəngibasar(Uluxanlı) rayonu üzrə Behbudbada 866, Aıtaşat rayonu üzrə Toxanşahlıya 176, Tamamlıya 8I, Kiçik Dəllərə 134, Artaşata 370, Mehrablıya I18; Talin rayonu üzrə Dadəliyə 36, Yeni Talinə 166, Gözlüyə 64, Yeni Görməzəliyə 22, Quldərvişə 95, Adyamana 70, Köhnə Talinə 166, Söyütlüyə 262; Eçmiadzin rayonu üzrə Haytağa 339, Xznauza 192; Abaran rayonu üzrə Hovannavanka 229, Böyük Karpiyə 649, Kiçik Karpiyə I5, Sağmosavanka 131, Akinageğə 376, Kalaçaya 93, Qumbaza (Kümbəz) 123, Bazarcığa 182, Şirə Qalaya 314, Camışlıya 397, Təkərliyə 1I8, Bulxeyirə 397, Qara Kilsəyə I78, Asvatsinqala I29, Quşçuya 72, Kiçik Əliyə 531, Çamırlıya 264, Molla Qasıma 203, Damçılıya 252, Saçlıya 146, Əmirliyə 146, Gülabdıya 310, Sarı Bulağa 83, Souma Dərvişə 177, Güllücəyə 248, Melkumkəndə 89, Hacı Bağıra 96, Qaranlığa I57, Baş Abarana 386, Damagirməzə I49, Mirəyə 210, Məlikkəndə 309, Quru Boğaza 129, Qondaxsıza 323, Carcaisə (Yarcais) 544, Çoban Görükməzə 278, Şirə Qalaya 43, Cəngiyə 373; Dərəçiçək (Axta) rayonu üzrə, Kaxsıya 246, Ağparaya 184, Aşağı Axtaya 339, Yuxarı Axtaya 349, Qarnıyarığa 4I8, Rındamala 790, Zincirliyə 87, Fərruğa 156, Babakişiyə 230, Tayçarığa 336; Sevan (Yelenovka) rayonu üzrə, Yaycıya 335, Tutmaşenə 468, Şəhrizə 422, Çırçıra I26, Böyük Ördəkliya 379, Samakaberdə 25, Çubuxluya 845; Nor-Bayazet(Kəvər) rayonu üzrə, Nərədüzə 605, Qışlağa 179, Kəvərə 1346, Qul Alıya 709, Kosa Məmmədə 489, Paşakəndə 464, Dəliqardaşa 700, Küzəciyə 266, Baş Kəndə 178; Martuni(Aşağı Garanlıq) rayonu üzrə, Hatəm xana 169, Vəliağalıya 322, Təzəkəndə 77, Dəlikdaşa I72, Gölkəndə 273, Aşaği Adıyamana 331, Yuxarı Adıyamana 94, Əbdülağalıya 96, Gözəl Dərəyə 560, Ağ Qraxa 180, Aşağı Qaranlıqa 289, Yuxarı Qaranlıqa 303, Zolağaça 289, Kolagirənə 15I; Yeğeqnadzor (Keşişkənd) rayonu üzrə, Yelpinə 135, Keşişverənə 43, Koytula 201, Yengicəyə 42, Keşişkəndə 332, Ortakəndə 128, Başkəndə 9I, Taratuna 56, Kələkliyə 121, Həsənkəndə 92, Erdapina 172; Əzizbəyov(Paşalı) rayonu üzrə, Azadekə 166, Paşalıya 98 nəfər erməni köçürülmüşdür. Bu kəndlərin bir nəçəsində sonrakı illərdə az sayda azərbaycanlılar da yaşamışdır. Illər kəçdikcə onlar da geri qayıtdıqları kəndləri tərk etmişlər. Əgər bu kəndləri köçüb gələn ermənilər salsaydılar, onlara erməni mənşəli adlar verərdilər. Məhz kəndlərin adlarının türk mənşəli olması da göstərir ki, bu yerlərdə qədimdən azərbaycanlılar yaşamış va buranı yalnız müharibələr, etnik soyqırımlar zamanı tərk etmişlər.
1828-I829-cu illər Rusiya-Türkiyə müharibəsi Türkiyənin məğlubiyyəti ilə nəticələndi. Türkiyənin Qars, Bayazet, İqdır, Ərzurum vilayətlərindən ermənilərin Zaqafqaziyaya, o cümlədən Yelizavetpol (Gəncə) quberniyasına köçürülüb yerləşdirilməsi başlandı. Ermənilər qısa müddət ərzində İrəvan və Naxçıvan xanlıqları ərazilərində məskunlaşdırıldı. Erməni vilayətinin yuxarıda adları çəkilən mahallarında İrandan köçürülən 23098 nəfər, Türkiyədən köçürülən 20324 nəfər, cəmi 43422 nəfər erməni yerləşdirildi. Əvvəllər azərbaycanlılar yaşayan kəndlərdə yerləşdirilən ermənilərin sayı daimi yaşayan ermənilərin sayından 3 dəfə çox oldu. Beləliklə, İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlıların xüsusi çəkisi 77,9 faizdən 46,7 faizə enmişdir. Ermənilər əsasən münbit torpagları geniş otlaq sahələri olan və asan nəqliyyat yoluna malik kəndlərdə yerləşdirilmişdir. Aşağıdakı I cədvəl I83I-ci ildə İrəvan xanlığı üzrə əhalinin siyahıyaalınması materialları əsasında tərtib olunmuşdur. Demoqrafik dəyişikliklər haqqında müstəqil fikir yeridə biləcəyini nəzərə alaraq faktları geniş şərh etmir, bunu oxucuların öhdəsinə qoyuruq. Yalnız onu qeyd etmək istəyirik ki, demoqrafik mütənasiblikdə baş verən hər bir dəyişiklik Azərbaycan xalgının başına gətirilən faciəni dərinləşdirirdi.
CƏDVƏL № 1
Irəvan xanlığı ərazisində yaşamış azərbaycanlıların sayı haqqında mühakimə yürüdərkən nəzərə almaq lazımdır ki, 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı bölgədə 420-dən artıq azərbaycanlı kəndi dağıdılmış, xeyli əhali tələf olmuş, ya da ərazini məcburi olaraq tərk etmişdir.
Gəlmə ermənilərin yerli ermənilərdən üç dəfə çox olması, ermənilərin ümumi sayının azərbaycanlıların sayını üstələməsi faktı sonrakı faciələrin başlanğıcı kimi səciyyələndirilməlidir. Faktlar göstərir ki, Çar Rusiyasının hakim dairaləri ilə erməni millətçilərinin milli siyasəti üst-üstə düşür, bir-birini tamamlayırdı. Məlumdur ki, Türkiyə və İrana qarşı apardığı müharibələrdə Rusiya həmişə erməni millətçilərinə arxalanır, onlarla ittifaqda çıxış edirdi. Hətta Sovetlər Birliyində ermənilərə imkan yaradılmışdır ki, gatı millətçi daşnakların adlarını xalq qəhrəmanları kimi ucaldıb əbədiləşdirsinlər. "Erməni Sovet Ensiklopediyası"nda bu barədə açıq danışılır. Orada deyilır ki, "Erməni xalqı 1826-1828-ci illərin Rus-İran müharibəsində əməli surətdə iştirak etmişdir. Qriqor Manuçaryanın və Martiros Vakinyanın bölmələri xüsusi ilə gözə çarpırdı. Nerses Aştaragetsin və Harutyun Alamdaryanın təşəbbüsü və rus hakimiyyət orqanlarının yardımı ilə I827-ci ilin mart ayından erməni könüllü qoşun bölmələri təşkili başlandı. Erməni rayonlarında romantik ruh yüksəkliyi hökm sürürdü, çoxlarının gözünə rusun qəyyumluğu altında dirçəlmiş Ermənistan görsənird”.
Şərqi Ermənistanın azad edilməsi işində Qafqaza sürgün edilmiş dekabristlər - F.Laçınov, M.Puşşin, A.Bestujev-Marlinski, İ.Bestujev, P.Konovnitsin, İ.Burtsov mühüm rol oynamışlar". (Bax, ensiklopediyanın "Sovet Ermənistanı" cildi, səh.134)
Türkmənçay müqaviləsi bağlandıqdan cəmi I6 gün sonra İrandan ermənilərin kütləvi surətdə köçürülməsinə başlandı. Bu işin təşkilində rus goşunları ilə birlikdə Irana garşı vuruşan erməni zabitləri xüsusi canfəşanlıq və fəallıq göstərmişlər. Köçürmənin təşkili polkovnik Yeğizar Lazaryana tapşırılmışdı. Polkovnik Movsəs Arqutyan Yerkatnabazuk, mayorlar İvane Melikyan, Isahak Qazaryan, Davit və Aleksandr Qorqonyanlar onun köməkçiləri idi...
...1828-29-cu illər ərzində 8000-dən çox erməni ailəsi, təgribən 45000 nəfər Atrapatakandan köçürülüb İrəvan və Naxçıvan xanlıqlarında, habelə Qarabağda yerləşdirildi. ("Sovet Ermənistanı" cildi, səh.I34).
Ermənilərin İrandan köçürülüb İrəvan xanlığı ərazisində yerləşdirilməsinin əsas təşkilatçısı Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov olmuşdur. Türkmənçay müqaviləsinin mətninin müəllifı də A.S.Qriboyedov idi. Bu xidmətlərinə görə də əhalisi 1918-ci ilədək bütünlüklə azərbavcanlılardan ibarət olan Aralıx Kolanı (Eçmiadzin rayonu) kəndi Qriboyedov adlandırılmışdır.
Erməni millətçiləri Qarabağın ermənilərə məxsus olduğu və bu bölgənin ermənilərlə məskunlaşdığını iddia edir, öz təcavüzkarlıg siyasətlərinə bununla haqq qazandırmağa çalışırlar. Lakin çoxlu tarixi faktlar bunun əksini təsdigləyir. Həmin mənbələrdən birində, 1826-I828-ci il Rusiya-İran müharibələrinin və ermənilərin Zaqafqaziyaya köçürülməsinin şahidi olan Sergey Qlinkanın "Описание переселения армян Азербайджанских в пределы России” kitabında yazır: "Bu vaxt Lazarev göstəriş aldı ki, Naxçıvan və Yerevan xanlıqlarına gedən köçkünlərin yolunu Qarabağ xanlığına yönəltməyə çalışsın, çünki orada deyilənə görə, çoxlu və etibarlı ehtiyatlar var (səh.87)... 9 mart 1828-ci ildə axırıncı rus qoşunları Təbrizi tərk etdi... Türkmənçaya yanaşı olan müxtəlif kəndlərin erməniləri Qarabağa tərəf hərəkət etdilər" (sah.48)... 1828-ci ilin fevralın 26-da Lazarev Paskeviçə yazırdı: “Mən Siz Əlahəzrətlərdən Azərbaycanda məskünlaşan erməni və digər xristianları İrəvan, Naxçıvan və Qarabağ vilayətlərinə köçürmək haqqinda göstəriş aldım" (səh.1I5). Köçürülməyə başçılıq edən Lazarevin ermənilərə yazdığı müraciətdə deyilir: "Xristianlar, İrəvanda, Naxçıvanda və Oarabağda, özünüz istədiyiniz yerdə, qismən becərilmiş və onda bir hissəsi xəzinə üçün becərilən bol məhsuldar torpaqlardan alarsınız" (səh.108).Paskeviçin 16 fevral 1828-ci il tarixli, 275№-lı “Xristianların köçürülməsinə hazırlıq” adlı Göstərişinin 13-cü bəndində deyilir:"Ümumiyyətlə, xristianları razı salmaq gərəkdir ki, onlar Naxçıvan və Yerevan vilayətlərində xristian əhalisinin imkan daxilində artırılması üçün oraya köçsünlər. Bir sözlə, Üzümçü və ona yaxın olan 3 erməni kəndinin əhalisi yaxınlıqda yaşadığına görə Qarabağa köçmələri məsləhətdir" (səh.I03).Bunları Sergey Qlinka rəsmi sənədlərdən iqtibas edib kitabında şərh etmişdir.
İrandan və Türkiyədən köçürülən ermənilər aşağıdakı istiqamətlərdə aparılır və müharibə zamanı azərbaycanlılar govulmuş kəndlərdə yerləşdirilirdi:
1828-1829-cu illərdə Rusiya və Türkiyə ilə gedən müharibə zamanı Qafqaz canişini İ. Paskeviçin ən yaxın məsləhətçisi və köməkçilərindən biri milliyyətcə erməni olan Mkrtıç Ardzruni olmuşdur. Məhz Paskeviçin sərəncamına əsasən M.Ardzrunü 1829-cu ildə Türkiyənin Bayazet vilayətindən 600 erməni ailəsini köçürüb Göycə mahalının Nor-Bayazet (sonralar Kamo), Martuni, Basarkeçər( sonralar Vardenis) rayonlarında yerləşdirmişdir.
I829-cu ildə Türkiyənin digər vilayətlərində yaşayan ermənilərin kütləvi surətdə köçürülməsi geniş vüsət almışdır. "Bunun nəticəsində l4 mindən çox ailə (təqribən 100 min nəfər) köçürülüb Zaqafqaziyada yerləşdirilmişdi. Ərzurum paşalığından köçürülən ermənilər Axalsxa və Axalkələkdə, Qars paşalığından köçürülənlər Şirakda, Talində, Abaranda, Bayazetdən köçürülənlər Kəvərdə, Dərəçiçəkdə və Sürmalidə yerləşdirilmişdirlər. Qərbi Ermənistanda erməni əhalisinin azalması hesabına Şərqi Ermənistanda ermənilərin sayı artdı" (Bax: "Sovet Ermənistanı" cildi, səh. 128, 136).
Bu köçkünlərin bir hissəsi sonradan Yelizavetpol və Bakı quberniyalarında yerləşməyə başlamış, bu ərazilərdə də ermənilərin sayı artmışdır.
Erməni mənbələrindən gətirilən yuxarıdakı faktlardan da məlum olur ki, 1826-I828-ci illər Rusiya-İran müharibəsində İranın məğlub olması Irəvan və Naxçıvan xanlıqlarının, habelə Türkiyənin bir sıra paşalıglarının Rusiyaya birləşdirilməsi, İrandan va Türkiyədən ermənilərin köçürülüb Oğuz diyarında –Qərbi Azərbaycanda -yerləşdirilməsi soydaşlarımızın sonrakı talelərində kəskin mənfi nəticələrə gətirmişdir.
Bugünümüzün faciəsinin 1828-ci ildən başlandığını dəsək, heç də səhv etmərik. Əks halda 1828-ci ildə İrəvan xanlığı ərazisində yaşayan 14,3 min erməni əhalisi bu gün 3,5 milyon nəfərə çatmazdı.