Azərbaycanlıların yüksək xüsusi çəkiyə malik olması Çar Rusiyasının Yaxın Şərq siyasətinə uyğun gəlmirdi. Buna görə də demoqrafik mütənasibliyi xristian olan ermənilərin xeyrinə dəyişmək üçün hələ I Pyotrun vaxtından nəzərdə tutulmuş planların dərhal həyata keçiırilməsinə başlandı. Aşağıdakı faktlar bunu sübut edir, və rus diplomatiyasının pərdəarxası fəaliyyətinin uzaqgörənliyindən, çəvikliyindən, məkrliyindən xəbər verir. 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi bağlanır, cəmi 16 gün sonra, fevralın 26-da isə Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən Iranın ermənilər yaşayan ərazilərindən ermənilərin kütləvi surətdə köçürülüb İrəvan və Naxçıvan xanlıqlarında, Zəngəzurda və Qarabağda yerləşdirilməsinə başlanır. Ermənilər əsasən müharibə zamanı azərbaycanlı əhalisi qovulmuş kəndlərdə yerləşdirilir. I828-ci ilədək bütünlükdə azərbaycanlılar yaşayan və Rusiya-İran müharibələri zamanı dağıdılan, əhalisi pərən-pərən salınan kəndlərdə Gülüstan müqaviləsindən sonra, I828-I830-cu illərdə İrandan və Türkiyədən köçürülmüş ermənilər məskunlaşmışdır.