Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi
QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

İrəvan xanlığı ərazisindəki mahallar

Çar hakimiyətinin I828-ci il 2I mart tarixli dekretilə Erməni vilayəti tərkibində İrəvan əyaləti (provinsiyası), Naxçıvan əyaləti və Ordubad dai­rəsi, onların tərkibində isə mahallar (nahiyələr) yaradılmışdır.
Bu mahalların təşkilində çay hövzələrinin əraziləri əsas meyar kimi nəzərdə tutulurdu. Aşağıda verilən siyahının sağ tərəfində həmin mahalların ərazisinə uyğun gələn Ermənistan SSR-in inzibati vahidləri göstərilir. Mahalların ərazisini Sovet dövrünün inzibati ərazi bölgüsü üzrə xır‑
dalamaqla məqsəd keçmiş mahallarda və sonra yaranmış rayonlarda
azərbaycanlıların yerləşməsi və sayı  haqqında ətraflı məlumat verməkdir:
1.Qırxbulaq mahalı ərazi­sində -  Kotayk-Abovyan rayonu 
2.Zəngibasar mahalı ərazisində -  Masis rayonu
3.Gərnibasar mahalı ərazisində -  Artaşad rayonu
4.Vedibasar mahalı ərazisində - Ararat rayonu
5.7. Dərəkənd- Parçenis mahalı ərazisində -  Əştərək və Araqadz rayonları
6.Saatlı mahalı ərazisində -  Hoktemberyan rayonunun bir hissəsi
7.Talin mahalı ərazisində -  Talin rayonu
8. Sərdərabad mahalı ərazisində -  Hoktemberyan rayonu
9.Karpibasar mahalı ərazisində -  Eçmiadzin rayonu və Əştərək rayonunun      
     bir hissəsi
10.Abran mahalı ərazisində -  Nairi (Abaran) rayonu
11.Dərəçiçək mahalı ərazisində - Hrazdan rayonu
    12.Göyçay-Göyçə mahalı ərazisində-Kamo,
       Vardenis, Martuni rayonları yaranmışdır.
13.Seyidli və Axsalı mahalı  - Əştərək, Talin, Aba­ran rayonlarının   
      həmsərhəd ərazisidir.
14. Şərur mahalı -  Naxçıvan MR (Sədərək rayonu) ərazisinə düşür.
    15.Sürməli mahalı - Araz çayının sağ sahili, hal-hazırda Türkiyə ərazisidir.

Naxçıvan əyaləti tərkibində 5 mahal, o cümlədən Dərələyəz mahalı təşkil olundu ki, bu da sonralardan Şərur mahalı ilə birləşdirilərək Şərur-Dərələyəz qəzası adı ilə İrəvan quberniyası tərkibinə daxil edildi. Müasir  Yeğeqnadzor( əvvəllər Keşişkənd, sonra Mikoyan) və Vayk (əvvəllər Paşalı, sonra Əzizbəyov) rayonlarının ərazilərinə uyğun gəlir. Qəzanın Şərur bölməsi Naxçıvan MR ərazisinə düşdüyündən onun haqqında müfəssəl məlumat verilmir. Bu yazıda söhbət yalnız Ermənistan SSR ərazisinə daxil edilən bölgələr haqqın­da gedəcəkdir.
Çar Rusiyasının hakim dairələri qələbədən dərhal sonra ələ keçirtdikləri “qənimətin inventarizasiyasını” - 183I-ci ildə ərazi­də olan əhalinin siyahıya alınmasını təşkil etdilər. 1 saylı cəd­vəldə İrəvan xanlığı ərazisində daimi yaşayan azərbaycanlı və erməni əhalisinin sayı haqqında 183I-ci il üzrə  məlumat­lar verilir. Ermənistan SSR ərazisinə düşən ərazi nəzərdə tutulduğuna görə Naxçıvan, Sürməli və Şərur mahallarının əhalisi buraya da­xil edilməmişdir.
      Təkcə 1826-1828-ci illərin Rusiya-İran müharibəsi zamanı İrə­van xanlığı ərazisində azərbaycanlılar yaşamış 420-dən çox kənd dağıdılmiş, bir çox kəndlərin adları tarix səhifəsindən si­linmişdir. Bu dağıdılan, əhalisi bütünlüklə məhv edilən və di­dərgin düşən kəndlər İrəvan istiqamətində hücuma keçən rus qoşunlarının yolu üstündə olmuşdur. Beləliklə, İrəvan şəhərinin zəbt edilməsi on minlərlə azərbaycanlı əhalinin məhv edilməsi hə­sabına başa gəlmişdir.
Təqribi həsablamalara görə, dağıdılmış kəndlərdə ən azı 30-40 min nəfər azərbaycanlı əhali yaşamışdır. Tabiidir ki, ınüharibənin teatr məydanına çəvrilən ərazidə qalan kəndlərdə də xeyli adam tələf olmuş, doğum azalmış, əhalinin xilas olmuş his­səsi yurd-yuvalarını tərk edib başqa ölkələrə üz tutmuşdur. Bunlar da nəzərə alınsa Rusiya tərəfindən ilhaq edilməsi ərə­fəsində İrəvan xanlığı ərazisində ən azı 130-150 min nəfər azərbaycanlı əhalinin yaşadığı aşkarlanır.

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov  | Əlagə: Şəlalə Həsənova