Məlumdur ki, XVI əsrdən başlayaraq Rusiyanın iddiası Baltik dənizinə, Sakit okeana, Qara dəniz vasitəsilə Aralıq dənizinə, habelə İran körfəzinə çixış yolunu təmin etmək idi. Xüsusilə Çar Rusiyasının Qafqaz siyasəti burada əsas yer tuturdu. Məqsəd Qafgazı bütünlüklə zəbt etmək, ilk növbədə müsəlmanlar yaşayan ərazilərdə xristianlardan ibarət bufer zona yaratmaq idi. Məhz bu məqsədlə Romanovlar sülaləsinin hakimiyyəti dövründə Rusiya Türkiyəyə qarşı 11 dəfə, İrana qarşı 3 dəfə geniş miqyaslı müharibələr aparmış, onlara qalib gəlmiş və yeni-yeni əraziləri zəbt etmişdir. Qafqaz istiqamətində aparılan müharibələrin əsasını I Pyotr qoymuşdur. Onun hakimiyyətinin 29 ilinin 28 ilini Rusiya müharibələrdə keçirmişdir. Zaqafqaziyanı zəbt etmək üçün aparılan müharibədə erməni kartından məharətlə istifadə edilir, ermənilərin ərazi iddiaları və təklifləri Rusiyanın hakim dairələri tərəfindən dəstəklənirdi.
Osmanlı Türkiyəsində, İran şahlığında yaşayan ermənilər arasında milli psixoz ruhu alovlandırılır, daxili iğtişaşlar təşkil edilirdi. Bu sahədə İranda yaşayan Hakop Cuğalı, Rusiyanın yüksək dairələrində dəstəklənən Israil Ori xüsusi fəallıq göstərirdilər. Onların məqsədi Zaqafqaziyada milli erməni dövləti üçün baza yaratmaq idi, və bu işdə onlar, “xristianlıq bayrağı altında birləşmək” şuarını məharətlə istifadə edərək, həm Rusiya, həm də Avropa ölkələrinin yardımından faydalanırdılar. Hadisələrin xronologiyasını izləyək:
1667-ci il. Çar hökuməti ilə erməni tacirləri arasında ticarət müqaviləsi bağlanır və bununla Rusiya dövləti ərazisində ipək ticarəti erməni tacirlərinin monopoliyasına keçirilir.
1699-cu il. İsrail Ori Angeğakotda ( Sisyan rayonu, rayon mərkəzindən I0 km şimal-şərqdədir, I831-ci ildə cəmi 276 nəfər erməni əhalisi olub) Sünik məlikləri ilə gizli müşavirə keçirir. Orada Ermənistanı azad etmək xahişi barədə I Pyotra müraciət qəbul edilir.
1701-ci il. I Pyotr İsrail Ori ilə görüşür, ermənilərə hərtərəfli yardım göstərməyə təminat verir.
I724-cü il 10 noyabr. I Pyotr erməni xalqını öz himayəsinə almaq haqqında fərman imzalayır. Bundan sonra Şimali Qafqazda və Kaspi ətrafı rayonlarinda yaşayan ermənilərə xüsusi imtiyazlar verilir.
1735-ci ildə Gizlyarda, 1763-cü ildə Mozdokda, Həştərxanda iri erməni icmaları yaranır. Rusiya ərazisində erməni icmalarının yaradılması geniş vüsət alır.
1768-ci il. İİ Yekaterina erməniləri Rusiyanın himayəsinə almaq haqqında fərman imzalayır.
1769-cu il. Movses Safaryan tərəfindən tərtib edilmiş Ermənistanın azadlıq Proqramı rus hakimiyyət orqanlarına təqdim olunur.
I781-ci il. S-Peterburqda Qriqor Xaldaryanın mətbəəsi təşkil olunur ki, bu da erməni şovinizminin formalaşmasında, müsəlmanlara qarşı nifrət hissinin gücləndirilməsində mühüm rol oynayır.
I781-I786-cı illər. Rus qoşunları vasitəsilə Ermənistanı azad etmək haqqında erməni siyasi xadimləri ilə Rusiya arasında yazışmalar və danışıqlar aparılır.
I783-cü il. H.Arğutyan və H.Lazaryan tərəfindən təşkilatlanmış rus-erməni ittifaqının ilk layihəsi rus hökumətinə təqdim olunur. Bələliklə, İran və Türkiyə ərazilərinə yaxın sahələrdə beşinci kolonna təşkil olunur, ideoloji, iqtisadi baza yaradılır.
1796-cı il. Rus qoşunlarının Zaqafqaziyaya hücum əməliyyatları başlanır.
1801-ci il. I Aleksandrın I2 sentyabr tarixli manifestinə əsasən Şərqi Gürcüstan, habelə, Lori, Qazax, Borçalı bölgələri də Rusiyaya birləşdirilir.
1804-I8I3-cü illər. Rusiya-İran müharibəsi.
1804-cü ilin may ayı. Rus qoşunlarının İrəvana birinci yürüşü.
1805-ci il 14may Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiyaya birləşdirilir.
I806-I8I2-ci illər. Rusiya – Türkiyə müharibəsi.
1808-ci il. Rusiya qoşunlarının Irəvana ikinci yürüşü.
1808-ci il. Rus qoşunları Naxçıvanı zəbt edir.
1813-cü il. Gülüstan müqaviləsi bağlanır.
1826-I828-ci illər. Rusiya - İran müharibəsi.
I826-cı il 13 sentyabr. Rus qoşunları Gəncə cəbhəsində qələbə qazanır.
1827-ci il mart-may ayları. Tiflisdə erməni könüllü birləşmələri təşkil edilir. Onlar Irana qarşı müharibədə iştirak edirlər.
1827-ci il 2 aprel. Rus qoşunlarının İrəvan üzərinə üçüncü yürüşü.
1827-ci il 13 aprel rus qoşunları Eçmiadzini zəbt edirlər.
1827-ci il 27 setyabr. Rus qoşunları İrəvanı mühasirəyə alırlar
1827-ci il 1 oktyabr. Rus qoşunları İrəvanı zəbt edir.
1828-ci il 10 fevral. Türkmənçay müqaviləsi bağlanır. İrəvan və Naxçıvan xanlıqları, Ordubad diyarı Rusiyanın hakimiyyəti altına keçir.
1828-I829-cu illər. Rusiya – Türkiyə müharibəsi.
1829-cu il 2 sentyabr. Adrianopolis sülh müqaviləsi bağlanır. Qars vilayətinin bir hissəsi Rusiyanın tabeliyinə keçir.
Hadisələrin xronologiyasını verməkdə məqsədimiz onların Qərbi Azərbaycan torpağında yaşamış azərbaycanlıların taleyinə acınacaqlı təsiri haqqında tam təsəvvür yaratmaqdır.
Çar Rusiyasının əsas məqsədlərindən biri ilk növbədə İrəvan xanlığını zəbt etmək idi. 1826-I828-ci illərdə bu istiqamətdə gedən vuruşmalar azərbaycanlılar yaşayan kəndlərdən keçmişdir.Nəticədə onların əksəriyyəti dağıdılmış, əhalisi didərgin salınmışdı. Bu barədə aşağıda ətraflı danışılacaqdır.
İranla apardığı müharibədə Çar Rusiyasının qələbəsi İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində Azərbaycan-türk milli-dövlət qurumunun ləğvinə gətirib çıxartdı. Çar hakimiyyət orqanları xanlıqların inzibati ərazi bölgüsündə dərhal ciddi dəyişikliklər apardılar. I828-ci il 2I mart tarixli dekretlə Erməni vilayəti (məhz Ermənistan vilayəti yox, Erməni vilayəti, yəni Armyanskaya oblast) təşkil edildi. Söhbət gedən ərazidə Erməni vilayəti yaratmaqla Çar Rusiyası hakim dairələrinin məqsədi müsəlman Yaxın Şərqi ilə xristian Rusiyası arasında bufer zona yaratmaq, ermənilərin məqsədi isə etnopsixoloji xülya olan “Böyük Ermənistan"ın özülünü qoymaq idi.