6-cı cədvəldən göründüyü kimi, 1918-ci il ərəfəsində Ermənistanın hazırki ərazisində 1349, 1931-ci ildə 1242, 1986-cı ildə 957 kənd qeydə alınmışdır. Yalnız 1918-20-ci illərdə daşnakların hakimiyyəti dövründə, ümumiyyətlə, 107 kənd, 1931-ci illə 1986-cı illər arasında isə 285 kənd azalmışdır. Lakin 1918-20-ci illərdə azərbaycanlılar yaşayan l 95 kənd, 1931-ci illə 1986-cı illər arasında isə 295 kənd sıradan çıxmışdır. Deməli, azərbaycanlılar qovulan kəndlərdə ermənilər məskunlaşmışdır.
Ümumiyyətlə, Rusiya imperiyasının dağılması ərəfəsində Ermənistanın hazırki ərazisində 1349 kənddən 608 kənddə (45 faiz) azərbaycanlılar, 560 kənddə (41,5 faiz) ermənilər, 115 kənddə (8,5 faiz) kürdlər, 66 kənddə (4,9 faiz) ruslar və başqa millətlərin nümayəndələri yaşamışlar. Yalnız 1828-1829-cu illərdəki köçürülmə zamanı İrəvan quberniyasında əvvəllər azərbaycanlılar yaşayan 208 kənddə ermənilər məskunlaşmışdır. Bununla əlaqədar geyd etmək vacibdir ki, İrəvan xanlığının Rusiyaya birləşdirilməsi ərəfəsində buradakı 526 kənddən yalnız 63-də ermənilər yaşamışlar.
Beləliklə, 1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər ərazinin 50-55 faizini, ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə etmişdir. Kəndlərın sayının çox olmasına baxmayaraq, erməni əhalisinin əksər hissəsi Ararat vadisinin və Şoragəlinin (Aleksandropol qəzası) məhdud bir sahəsində yerləşmişdir.
Ermənilərin Ararat vadisi ərazisində toplanması Sovet dövründə də davam etmiş, burada yaşayan azərbaycanlılar deportasiya edilmişdir. Ermənistan SSR ərazisinin 26,7 faizini təşkil edən Ararat vadisi ərazisində 1986-cı ildə respublika əhalisinin 58,8 faizi toplanmışdır. Bu bölgədə 1916-cı ildə azərbaycanlılar 114 kənddə yaşayırdılar. 1986-cı ildə bu rəqəm 11-ə enmişdir.
7-ci cədvəldə azərbaycanlılar yaşayan kəndlərin istilasının dinamikasını, 8-ci cədvəldə verilən faktlar isə azərbaycanlılara məxsus ərazilərin zəbt edilməsini göstərir.
Sevan gölünün 141 min hektar sahəsi rayonlar üzrə bölünmədiyi üçün bu cədvələ daxil edilməyib. Cədvəldəki rəqəmlərdən aydın olur ki, İran və Türkiyədən ermənilərin köçürülüb İrəvan xanlığı ərazisində yerləşdirilməsi ilə azərbaycan əhalisinin kəndlərinin və torpaq sahələrinin zəbti başlanmışdır.
1826-1828-ci illər Rusiya-.lran müharibəsi zamanı İrəvan xanlığının ərazisində azərbaycanlılar yaşayan 420 kənd bütünlüklə dağıdılmışdır. 1828-ci ildə həmin ərazidə azərbaycanlılar yaşayan 254, qarışıq 25, ermənilər yaşayan 38 kənd qalmışdır. 1828-1872-ci illərdə azərbaycanlılar yaşayan 146 kəndi ermənilər zəbt etmiş, azərbaycanlılar yaşayan daha 15 kənddə məskunlaşmışlar. 1873-cü illə 1914-cü illərdə bu proses səngimişdir. Lakin daşnak hökumətinin fəaliyyət göstərdiyi 1918-1920-ci illərdə azərbaycanlılar yaşayan 208 kənd dağıdılmış, əhalisi məhv edilmişdir. Yalnız qeyd olunan iki il ərzində ermənilər azərbaycanlılar yaşayan 157 kəndə bütünlüklə, 67 kəndə isə qismən sahib olmuşlar. 1931-ci illə 1988-ci il arasında bütünlüklə azərbaycanlılar yaşayan 61 kəndi, ermənilərlə birlikdə azərbaycanlıların yaşadığı 104 kəndi zəbt etmişlər. 1988-ci ilin sonunda isə qalan 72 kənd ermənilər tərəfindən zəbt olunmuşdur. 1989-cu il yanvarın 1-nə həmin ərazidə bircə nəfər də olsun azərbaycanlı qalmamışdır.
Kəndlərin zəbti onlara məxsus olan torpaq sahələrinin də zəbt olunması demək idi. İrəvan xanlığının Ermənistan SSR yaradılan ərazisi 1380600 hektar təşkil etmişdir. 1828-ci ildə ermənilər yaşayan kəndlərin ərazisi 46515 hektar, ümumi sahənin 3,37 faizi qədər olmuşdur. Azərbaycanlılara məxsus olan ərazi isə 1334085 hektar, ümumi ərazinin 96,63 faizi qədər olmuşdur. Ermənilər 1828-ci illə 1873-cü il arasında azərbaycanlılara məxsus olan 408 min hektar (29,6 faiz), 1918-1920-ci illər arasında 633 min hektar (45,79 faiz), 1931-ci illə 1986-cı illə arasında 160 min hektar (31,64 faiz), 1988-ci ildə isə qalan 131 min hektar (9,60 faiz) ərazini zəbt etmişlər. 1988-ci ildə zəbt edilən kəndlər aşağıdakı rayonlarda idi: Ararat (Vedi) rayonunda 4 kənd (2950 hektar ərazi), Vardenis (Basarkeçər) rayonunda 33 kənd (101100 hektar), Hrazdan (Axta) rayonunda qarışıq kəndlər (1030 hektar), Əzizbəyov rayonunda 8 kənd (6400 hektar), Yeğeqnadzor(Keşişkənd) rayonunda 15 kənd (8560 hektar), Masis (Zəngibasar) rayonunda 12 kənd (11400 hektar).