1988-ci ildən bəri Ermənistanda yaşamış azərbaycanlılar, onların sayı, inzibati-ərazi bölgüləri üzrə yerləşməsi haqqında çap olunmuş məqalələr və kitablarda ilkin məxəzlər bilərəkdən “unudulmuş” və müəlliflər uydurma, əsassız rəqəmlər gətirmişdirlər. Onların əsas məxəzi 1926 ildə ilk dəfə çapdan çıxmış Böyük Sovet Ensiklopediyasıdır. Söhbət həmin nəşrin 3-cü cildində işıq üzü görmüş, rus şərqşünası V.Qurko-Kryajinin "Erməni məsələsi" məgaləsindən gedir.
Həmin məqalədə deyilir: "Daşnakların Ermənistan Respublikası müttəfiqlərdən Qars vilayətini, lrəvan quberniyasının 1918-ci ildə qəsb edilmiş hissələrini geri aldı ki, bu da Ermənistan ərazisinin 17500 ingilis kvadrat milinə, əhalisinin 1510000 nəfərə (795000 nəfər erməni, 575000 nəfər müsəlman, 140000 nəfər digər millət) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərınə və Azərbaycanın tərkibindəki Qarabağa, Naxçıvan diyarına, keçmiş Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərın Zaqafqaziyanı işğal etdikləri dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, ganlı mübarizəyə səbəb oldu. Nəticədə mübahisəli rayonların əhalisi 10-30 faiz azaldı və bir sıra yaşayış məntəqələri, sözün əsl mənasında, yerlə yeksan edildi".
Göründüyü kimi, məqalədə lrəvan quberniyasında, Zəngəzurda, Qarabağda daşnaklar tərəfindən dağıdılmış azərbaycanlı kəndləri haqqında söz açılmır. Əksinə, hadisələr elə qələmə verilir ki, guya daşnak hökuməti qonşuların təcavüzünə məruz qalmış Ermənistan Respublikasının müdafiəsinə qalxmışdır.
Bu da məqalənin ermənipərəst, antitürk mövqeyini aşkarlayır. Daşnak partiyası sovet quruluşuna zidd olduğuna görə tənqid edilsə də, tarixi faktlar təhrif olunmuş, ağ yalan olaraq 1918-20-ci illər qırğınlarının səbəbkarı kimi Türkiyə, Azərbaycan, Müsavat hökuməti göstərilmişdir.
Ümumiyyətlə, "Erməni məsələsi" məqaləsinin 1990-cı ildə 150 min nüsxə tirajla (Azərbaycan və rus dillərində) heç bir əsaslı şərh vermədən, Azərbaycanda ayrıca kitabça halında çap olunmasına, "müəllif o qədər dəqiq və parlaq şəkildə yazmışdı ki..." kimi qiymətləndirilməsınə ehtiyac yox idi. Hər halda məqalədə gətirilən faktlar və fikirlər belə bir nəticə çıxarmağa əsas vermir. Məsələn, "Daşnak partizanlarının möhkəm qərar tutduqları Qarabağda xüsusilə amansız mübarizə gedirdi: yalnız Müsavat hakimiyyətinin süqutu və Bakıda Sovetləşmə (27.IV.1920) Qarabağ ermənilərini tamamilə məhv olmaqdan xilas etdi".
Müsavat partiyası haqqında məqalədəki bu fikirlə Erməni Sovet Ensiklopediyasının yazdığı üst-üstə düşür: "Azərbaycanda müsavatçıların və Ermənistanda daşnakların hakimiyyəti dövründə (1918-20) iki ölkə arasında münasibətlər ciddi surətdə kəskinləşmişdi. Ərazi ixtilafları üzündən silahlı toqquşmalar baş verdi. Azərbaycanın Müsavat hökuməti öz silahlı qüvvələrinin 34-nü Ermənistanla sərhəd rayonlarında mərkəzləşdirmişdi. Azərbaycanda erməni əhalisinin qırğını, talanı baş verdi. Qarabağda 1920-ci ilin yayında Şuşa xarabalıqlara çevrildi, bir çox erməni kəndləri yerlə yeksan olundu, əhali məhv edildi" (Erməni Sovet Ensiklopediyası, 8-ci cild, səh.88).
"Erməni məsələsi"ndə oxuyuruq: "Elə 1917-ci ilin yayında Tiflisdə kəndlilərin qurultayında ermənilər əleyhinə gürcü-müsəlman ittifagı müəyyənləşdi...". "1918-ci ildə Zaqafqaziya Respublikası üç dövlət qurumuna - Gürcüstan, Azərbaycan va Ermənistan respublikalarına bölünəndə Ermənistan türklərin özbaşınalığı altına düşdü...".
"Ermənistanın sərhəd boyunca yaşayan əhalisi türk qoşunlarının təkrar basqınları zamanı ağır itkilərə məruz galdı. Qars və İrəvan vilayətlərinin, Azərbaycanın erməni əhalisi xüsusilə zərər çəkdi...". "Bu güclü divandan sonra Türkiyə Ermənistanı əslində ermənilərsiz qaldı". "Beləliklə, daşnakların Ermənistan Respublikası sahibsiz qaldı: Qərb imperialistləri var-yoxdan çıxmış miskin Ermənistanı yenidən taleyin felinə buraxdılar".
Bu kimi əsassız fikirləri açılmış arxiv sənədləri ifşa və təkzib edir. Faktlar sübut edir ki, heç vaxt daşnak va Sovet Ermənistanı "taleyin felinə" buraxılmayıb. Həmişə Rusiyanın, Avropa ölkələrinin, ABŞ-ın, sonra isə SSRİ-nin himayəsi altında inkişaf edib, qonşu ölkələrın ərazisini zəbt etmək xülyası ilə yaşayıb. Yoxsa keçmiş SSRİ ərazisinin 0,13 faizini təşkil edən Ermənistan ekspansiya mərkəzinə çevrilə bilməzdi.
Məqalədə göstərilənləri indiki Ermənistanın ərazisinə şamil etmək, əhalisini, ərazisini, kəndlərin sayını şişirdmək daşnakların iddialarına cavab verən və haqq qazandıran təzahürdür.
"Erməni məsələsi" məqaləsində gətirilən rəqəmlərin mənbəyini araşdırarkən onları 1916-cı il yanvarın 1-nə olan rəsmi məlumatlarla tutuşdurduq. 1918-ci ilin məlumatlarına ona görə əsaslanmadıq ki, həmin il Zaqafqaziyada cərəyan edən qanlı hadisələr ucbatından əhalinin sayı haqqında mötəbər rəsmi məlumatlar dərc olunmamış, təqribi rəqəmlər göstərilmişdir. 1918-ci ildə daşnakların Ermənistan Respublikası adlandırdıqları, lakin heç bir dövlət tərəfindən tanınmayan respublikanın əhalisi 1916-cı ildə aşağıda göstərilən kimi olmuşdur:
Buradan aydın olur ki, 1916-cı ilin rəsmi rəqəmləri ilə V.Qurko-Kryajinin gətirdiyi rəqəmlər üst-üstə düşür. Əmələ gələn fərq 2 il ərzində əhalinin təbii artımının 1916-cı il rəqəmlərınə əlavə olunmasının nəticəsidir. "Erməni məsələsi" məgaləsındə gətirilən faktlar Ermənistanın indiki ərazisınə yox, Irəvan və Qars vilayətlərinin əhalisinin cəminə aiddir. Bu rəqəmləri götürüb Ermənistanın hazırki sərhədləri daxilındə yaşamış əhalinin sayı kimi verərək tarixi təhrif etmək olmaz! Onda belə çıxır ki, Sürməli və Naxçıvan qəzaları, Naxçıvanın Şərur bölgəsi 1918-1920-ci illərdə Ermənistan Respublikasının ərazisi olub?!
Erməni rəsmi məlumatlarında Ermənistan əhalisinin ən yüksək sayı 1913-cü il rəqəmləri ilə göstərilir. Bu əsasda da baş verən dəyişikliklərə münasibət bildirilir. Rəsmi məlumatlara görə Ermənistanın indiki ərazisində 1913-cü ildə bir milyon bir inin nəfər əhali olmuşdur. Təbiidir ki, beş il ərzində əhali 50 faiz artıb 1milyon 510 min nəfərə çata bilməzdi. 1920-ci ildə isə Ermənistanın əhalisi 720 min nəfər olmuşdur. Bu azalmanın səbəblərini erməni məxəzlərində bu cür əsaslandırırlar: "1918-20-ci illərdə türk goşunlarının və başıpozuq grupların yeni qirğınları, aclıq va Rusiyaya kömək nəticəsində Ermənistan SSR-nin indiki ərazisində əhalinin sayı azalmış və 1920-ci ildə cəmi 720 min nəfər təşkil etmişdir" (Bax: “Sovet Ermənistanı” məcmuəsi, səh.23. Yerevan, 1987).
Göründüyü kimi, Ermənistanda yaşayan azərbaycanlıların daşnak hakimiyyəti dövründə bütünlüklə qovulub məhv edilməsi barədə bircə kəlmə də olsun söz açılmır. Əslində əhalinin 280 min nəfər azalması azərbaycanlıların qovulması va məhv edilməsinin nəticəsində baş vermişdir. Məqalədə həqiqətin göstərilməməsi ermənilər tərəfindən həyata keçirilən cinayəti ört-basdır etmək məqsədini güdmüşdür.
Ermənistan SSR əhalisi 1922-ci ildə 781011 nəfər (ermənilər 85,98 faiz, türklər və iranlılar (azərbaycanlılar -H.R.) 9,8 faiz, ruslar 2,45 faiz), 1926-cı ildə 881,3 min nəfər (o cümlədən ermənilər 84,3 faiz, azərbaycanlılar 10,01 faiz, ruslar 2,5 faiz), 1939-cu ildə 1milyon 281 min nəfər (o cümlədən ermənilər 82,8 faiz, azərbaycanlılar 10,2 faiz, ruslar və ukraynalılar 4,4 faiz) təşkil etmişdir. (Bax: Böyük Sovet Ensiklopediyası, III cild, 1926-cı il nəşri, səh.418-419. Böyük Sovet Ensiklopediyası, III cild, 1950-ci il nəşri, səh.55).
Göründüyü kimi, azərbaycanlıların xüsusi çəkisi təbii artım hesabına artıb ermənilərın xüsusi çəkisinin artımını üstələmiş, 1922-ci ildəki 9,8 faizdən 1939-cı ildə 10,2 faizə çatmışdır. Bu müddət ərzində ermənilərin xüsusi çəkisi 85,98 faizdən 82,8 faizə enmişdir. Bu kimi vəziyyət erməni-daşnak-kommunist iqtidarını razı sala bilməzdi. Sonrakı hadisələr göstərdi ki, ermənilər azərbaycanlıların sayının belə artmasının qarşısını alrnaq üçün məkrli siyasətlərini ustalıqla davam etdirmişlər.
Ermənistan SSR-də əhalinin sayı, milli tərkibi, kəndlərin miqdarı haqqında hesablamalar aparıb mühakimə yürüdərkən belə bir üsuldan istifadə etmək olar.
Əvvəlcə İrəvan quberniyasına aid olan faktlar götürülməli, sonra bu faktlardan heç vaxt Ermənistan SSR tərkibinə daxil olmadan Naxçıvan və Sürməli qazalarına, Şərur-Dərələyəz gəzasının Şərur bölgəsinə aid olan faktlar çıxarılmalıdır. Beləliklə, İrəvan quberniyasından Ermənistan SSR-ə keçən əraziyə aid faktlar alınacaq. Sonra bu faktlara 1920-ci ildən Ermənistan SSR-ə birləşdirilən aşağıdakı bölgələrə aid olan faktlar əlavə edilməlidir. Bu bölgələr aşağıdakılardır: Qazax qəzasının İcevan, Dilican, Krasnoselsk, Şəmşəddin rayonları, Tiflis quberniyasının Lori-Pəmbək bölgəsi, Tumanyan, Stepanavan, Kalinino, Noyemberyan rayonları, Qars vilayəti Ağbaba bölgəsindəki Amasiya rayonu; Yelizavetpol quberniyası Zəngəzur qəzasından Qafan, Gorus, Sisyan, Meğri rayonları. Bir sıra müəlliflər Zəngəzur qəzasını bütünlüklə Ermənistana aid edirlər. Bu, tam yanlışdır, çünki qəzanın tərkibində olan Laçın, Qubadlı, Zəngilan rayonları Azərbaycan ərazisidir
Ermənistan dedikdə 1920-ci il noyabrın 29-dan etibarən Ermənistan SSR adlanan ərazi nəzərdə tutulur ki, rayonlar üzrə bölgüsü aşağıdakılardır: Keçmiş İrəvan quberniyasının Irəvan, Eçmiadzin, Nor-Bayazet, Dərələyəz, Aleksandropol qəzalarının əhatə etdiyi rayonlar (Qərbi Azərbaycan ərazilərinə sonradan verilən müasir erməni toponimlərini sadalayırıq:Kotayk, Artaşat, Eçmiadzin, Əştərək, Hoktemberyan, Abaran, Masis, Talin, Araqats, Bağramyan, Hrazdan, Sevan, Kamo, Martuni, Vardenis, Yeğeqnadzor, Vayk, Axuryan, Artik, Quqark, Spitak, Ani, Nairi, Qukasyan; Qars vilayətındən ilhaq olunmuş Amasiya rayonu, Yelizavetpol quberniyası Zəngəzur qəzasının Qafan, Gorus, Sisyan, Meğri rayonları, Qazax qəzasından lcevan, Krasnoselsk, Şəmşəddin rayonları, Gürcüstandan Ermənistana verılmiş Taşir, Tumanyan, Stepanavan, Noyemberyan rayonları.
Ermənistan dedikdə bu ərazi dairəsindən kənara çıxmaq sırf falsifikasiya deməkdir! Bununla əlaqədar xüsusi vurğulayırıq ki, "Erməni məsələsi" məqaləsində göstərilən ərazi, kəndlərin miqdarı da Ermənistana deyil, bütünlüklə İrəvan quberniyası və Qars vilayətınə aid olan ərazilərın cəmidir.
İrəvan quberniyasının ərazisi 23194,79 kv.verst və ya 26397,06 kv.kilometr, Qars vilayətınin ərazisi isə 16466,15 kv.verst va ya 18739,46 kv.kilometr, hər ikisinin ərazisi birlikdə 39660,94 kv.verst və ya 45136,52 kv.kilometr təşkil etmişdir ki, bunları da ingilis kvadrat milinə çevirdikdə alınan rəqəm V.Qurko-Kryajinin məqaləsində göstərilən sahəyə bərabər olur.
Qeyd: 1918-ci ilə nisbətən 1931-ci ildə Eçmiadzin qəzasında yaşayış məntəqələrinin artması əvvəllər İrəvan qəzasına daxil olan Zəngibasar rayonunun bütünlüklə Eçmiadzin qəzasına daxil edilməsi səbəbindən olmuşdur.