Yuxarıda adları çəkilən 5 qəzadan - Aleksandropol, Nor-Bayazet, Eçmiadzin, İrəvan, Şərur-Dərələyəz - qəzalarından başqa Yelizavetpol quberniyasına daxil olan Zəngəzur gəzası (sonralar Qafan, Sisyan, Gorus, Meğri rayonları), Qars vilayətinə daxil olan Ağbaba bölgəsi (sonralar Amasiya rayonu), Tiflis quberniyasına daxil olan Lori-Pəmbək bölgəsi (sonralar Alaverdi, Stepanavan, Kalinino, Noyamberyan rayonları), Yelizavetpol quberniyası Qazax qəzasının Dilican dərəsi (sonralar Şəmşəddin, İcevan, Dilican rayonlarının ərazisi, habelə Krasnoselsk rayonu Axstafa (Gedikçay hövzəsinin azərbaycanlılar yaşayan kəndləri) birləşdirilərək Ermənistan Sovet Sosialist Respublikası təşkil edildi.
Azərbaycanlılar yaşayan yeni bölgələrin Ermənistan SSR-ə birləşdirilməsi həmin ərazidə azərbaycanlıların sayına təsir etməyə bilməzdi. Bələ ki, müasir sərhədlər daxilində yaşayan azərbaycanlıların sayının 1916-cı ildə 333 min nəfərdən çox olduğu müəyyənləşdirilmişdir.
(4-cü cədvəldə bu barədə geniş məlumat verilir).
Ümumiyyətlə, hazırki sərhədlər daxilində Ermənistan əhalisi 1831-ci ildə 161,7 min nəfər, 1879-cu ildə 797,9 min nəfər, 1913-cü ildə 1000,1 min nəfər, 1920-ci ildə 720 min nəfər, 1922-ci ildə 782 min nəfər, 1926-cı ildə 881,3 min nəfər olmuşdur. 1926-cı il əhalinin siyahıyaalınması göstərmişdir ki, həmin ərazidə 84,5 min nəfər azərbaycanlı əhali yaşamışdır. Azərbaycanlıların xüsusi çəkisi 9,5 faizə enmişdir. Bunların 60 min nəfərə yaxını 1920-ci ildən sonra əvvəlki yurdlarına qayıdanlar idi.
Ermənistanın hazırki sərhədləri daxilində azərbaycanlıların 1916-cı ildə 333 min nəfərdən 1926-cı ildə 84,5 min nəfərə enməsi göstərir ki, ermənilərin 1918-20-ci illərdə lrəvan quberniyasında törətdikləri soyqırım Zəngəzur qəzasından və digər bölgələrdən də yan kəçməmişdir. Deməli, ermənilər tərəfindən planlaşdırılıb həyata keçirilən qenosid siyasəti nəticəsində azərbaycanlıların itkisi 260 min nəfərdən çox olmuşdur. Ona görə də belə naticəyə gəlirik ki, 1916-26-cı illər arasında azərbaycanlı əhalinin artımı ən azı 10-12 min nəfər ola bilərdi. Bu rəqəm 1926-cı ildəki mövcud saydan çıxarılıb tələf olanların və qaçqınların sayına əlavə olunmalıdır. Göstərilən rəqəm və faktlardan aydın olur ki, həqiqətən də müasir sərhədlər daxilində o zaman Ermənistanda əhalinin sayı 280 min nəfər azalmışdır. Bunu heç kim, hətta ermənilər də inkar etmir. Lakin onu qeyd edirik ki, Ermənistan rəsmi məlumatlarında bu azalma başqa yerə yozulur, gödtərilir ki, əhalinin bu qədər azalması "1918-1920-ci illərdə türk qoşunlarının və başıpozuq qrupların təşkil etdikləri yeni qırğının nəticəsində baş vermişdir". (Bax: Erməni Sovət Ensiklopediyasının “Sovet Ermənistanı” cildi, səh.23).
Bu, tamamilə yalandır, ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən vəhşiliyin üstünü ört-basdır etməkdir. Yuxarıda qeyd olunan və aşağıda qəzalar və rayonlar üzrə əhalinin sayı barədə verilən 5-ci cədvəldə göstərilən rəgəmlərdən aydın olur ki, Ermənistanın müasir sərhədləri daxilində azərbaycanlıların sayı o zaman 260 min nəfərdən çox azalmış, bu da əhalinin azalmasının ümumi sayına uyğun gəlir. Deməli, o zaman erməni əhalisi azalmamış, əksinə ermənilər azərbaycanlı əhalini qırmış, qovmuş, kəndlərini dağıtmışdır. Erməni rəsmi sənədlərində isə ümumi əhalinin azalmasını ermənilərin azalması kimi göstərmişlər. Əhalinin azalması azərbaycanlılara qarşı törədilən genosid siyasətinin icrası sayəsində baş vermişdir!
4-cü cədvəldəki rəqəmlər Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq naminə azərbaycanlılara qarşı törədilən soyqırımın təzahürüdür. Bu faktlar rəsmi dövlət sənədlərində əks olunmuşdur.
Məlumdur ki, Azərbaycan silah gücünə Rusiyaya birləşdirildikdən sonra diyarda, xüsusilə, Bakıda qeyri müsəlman əhalisi sürətlə artmağa başlamışdır. Humanist ruhda köklənmiş və hər zaman tolerantlılığı ilə seçilən azərbaycanlılar gəlmələrin əmin-amanlıq şaraitində yaşamasına hər vachlə imkan yaradırdılar. Məsələn, 1914-cü ildə Bakı şəhər polis bölməsi ərazisində 9281 nəfər daimi, 47875 nəfər müvəqqəti yaşayan, Balaxanı-Sabunçu polis bölməsi ərazisində isə 12694 nəfər müvəqqəti yaşayan erməni olduğu qeydə alınmışdır. Bakıda ermənilərin məskunlaşması əsasən neft sənayesinin inkişafi ilə əlaqədardır. 1828-1830-cu, habelə 1874-1875-ci illərdə İran və Türkiyədən köçürülüb İrəvan quberniyası ərazisində, Zəngəzur və Yuxarı Qarabağ bölgələrində yerləşdirilmiş ermənilər öz maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün kəndlərdə mövsüm işləri qurtaran kimi müvəqqəti dolanışıq axtarışında olaraq Bakıya axışırdılar. 1914-cü ildə Balaxanı va Sabunçu ərazilərində müvəqqəti yaşayan 60 min nəfərdən çox erməninin olması bunu sübut edir.
Xüsusilə, 1920-ci ildən sonra ermənilərin Bakıya və digər bölgələrə axını sürətlənmiş, Bakıda ermənilərin sayı 1970-ci ildə 207,5 min nəfərə, 1979-cu ildə 215,8 min nəfərə çatmış, artım 1914-cü ildəki daimi yaşayanlara nisbətən müvafiq surətdə 22,3 dəfə və 23,3 dəfə təşkil etmişdir. Halbuki bu müddət ərzində Bakı şəhər əhalisinin artımı daimi yaşayanlara nisbətən 9,1 dəfə, 11,1 dəfə təşkil edirdi.
Bakıda yaşayan ermənilərin xüsusi çəkisi 1914-cü ildəki 6,7 faizdən artıb 1970-ci ildə 16,4 faizə, 1979-cu ildə 14,1 faizə çatmış və başqa millətlərin artımını üstələmişdir. Artıq onlar hər işə qatlaşmış zavallı əcdadlarımdan fərqli olaraq nüfüzlu mövqeyə sahib olmuş, əsasən qazanc gətirən xidmət, ticarət, ictimai iaşə, yüngül və yeyinti sənayesi sahələrində, dövlət aparatında, elmi və səhiyyə idarələrində yerləşmişdilər.
Ümumiyyətlə, Sovet guruluşu dövründə Azərbaycan SSR-də ermənilərin sayı və xüsusi çəkisi artmış, 1926-cı ildə 282,1 min nəfər, 1959-cu ildə 442, l min nəfər, 1970-ci ildə 488,5 min nəfər, 1979-cu ildə 475,5 min nəfər olmuşdu. Bu rəqəm də təkzibolunmaz surətdə sübut edir ki, Azərbaycanda və onun paytaxtında ermənilər xüsusi qayğı ilə əhatə olunmuşlar, onlar heç vaxt sıxışdırılmamışlar.
Lakin Sovet Ermənistanında və Yerevanda azərbaycanlıların vəziyyəti acınacaqlı idi. Faktlar göstərir ki, orada soydaşlarımız daim təzyiq altında yaşamış, 1988-ci ildə isə ermənilər tərəfindən törədilən genosid siyasətinin qurbanı olmuşlar. İrəvan xanlığının mərkəzi olan İrəvan şəhəri əhalisinin sayına ötəri nəzər salaq. 1830-cu ilin əvvəlində İrəvanda 7331 nəfər azərbaycanlı, 2369 nəfər daimi yaşayan erməni əhalisi olmuş, azərbaycanlıların xüsusi çəkisi 75,6 faiz təşkil etmişdir. Əslində soydaşlarımızın sayı daha çox olmuşdur. Göstərilən rəqəm ikiillik müharibə zamanı şəhəri tərk etmiş azəriləri əhatə etmir. Sonrakı illərdə İrəvanın erməni əhalisi təbii artım həsabına deyil, köçkünlər həsabına artınış, azərbaycanlılar isə sıxışdırılıb çıxarılmışdırlar. Belə ki, İrəvan xanlığı Rusiyaya birləşdirildikdən sonra yalnız bir il ərzində İran və Türkiyədən gətirilən 1763 nəfər erməni İrəvanda yerləşdirilmiş, beləliklə də 1931-ci ildə azərbaycanlıların xüsusi çəkisi 63,9 faizə enmişdir.
Yerevanda azərbaycanlıların sayı, xüsusi çəkisi 1914-cü ildən sonra kəskin surətdə azalmış, 1914-cü ildəki 39,2 faizdən 1970-ci ildə 0,3 faizə enmişdir. 1988-ci ilin dəkabrından sonra isə şəhərdə, ümumiyyətlə, Ermənistanda bir nəfər də olsa azərbaycanlı qalmamışdır. Yerevan şəhərində yaşayan azərbaycanlıların sayını əvvəlki illərlə müqayisə edərkən nəzərə almaq lazımdır ki, 1950-ci ildən sonra hər il Yerevan Kənd Təsərrüfatı Texnikumunda müxtəlif yerlərdən gəlmiş 600 nəfərdən çox azərbaycanlı tələbə təhsil alırdı. Yerevan hərbi qarnizonunda 500 nəfərə yaxın azərbaycanlı əsgər qulluq edirdi. Ümumi siyahıya daxil olan bu rəqəmlər çıxarılsa şəhərdə azərbaycanlıların sayının 1970-ci ildə 1914-cü ilə nisbətən 7,1 dəfə azaldığı, xüsusi çəkisinin 0,2 faiz təşkil etdiyi aşkar olar. Halbuki həmin müddət ərzində Bakıda ermənilərın sayi 22,3 dəfə artmış, xüsusi çəkisi 16,4 faizə gədər yüksəlmişdir.
Sovet hakimiyyətinin yalnız ilk illərində milli mimasibətlərdə nisbi sakitlik yaranınışdı. Bu da qaçqınların qayıtmasına, əhalinin təbii artımına təkan vermişdi. Məsələn, 1926-1931-ci illərdə azərbaycanlı əhalinin mütləq artımı 22 min nəfər təşkil edib, 1931-ci ildə 106728 nəfərə çatmışdır. Yəni 5 il ərzində ümumi artım 26,3 faiz, orta illik artım isə 5,5 faiz olmuşdu.