Məhz Andranikin və Qayın başçiliq etdiyi könüllü birləşmələri türk cəbhəsində məğlubiyyətdən sonra lrəvan quberniyasına doğru üz tutmuş, yol boyu azərbaycanlılar yaşayan bütün kəndləri dağıtmış, əhalinin xeyli hissəsini məhv etmişdir. Yalnız 1917-ci ilin dekabrından 918-ci ilin mart ayına qədər İrəvan qəzasında 32 kənd (3015 ailədə 19005 nəfər), Eçmiadzin qəzasında 84 kənd (5493 ailədə 35784 nəfər), Nor-Bayazet qəzasında 7 kənd (668 ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılmışdır. Sonrakı iki ildə faciə daha böyük miqyas almışdır. Bu haqda aşağıda geniş məlumat veriləcək. Həmin dövrdə indiki Hoktemberyan, Eçmiadzin, Əştərək, Masis, Artaşat rayonlarında yerləşən Kerimarx kəndində 1700 nəfərdən çox, Yuxarı Qarxun (Crarad) kəndinda 1300 nəfərdən çox, Uşi və Ucan kəndlərinin əhalisi bütünlüklə erməni millətçi-talançılarının qurbanı olmuşlar.
Bu kitabın ikinci hissəsində Ermənistanda azərbaycanlılar yaşamış kəndlərin əksəriyyəti haqqında qrsa məlumat verilir. 1831, 1905, 1914 və 1931-ci illər üzrə əhalinin sayı göstərilir. 1905-ci və 1918-1920-ci il soyqırımlarından sonrakı illərdə azərbaycanlıların sayının azalması onların vəhşiliklə qırılmasına dəlalət edir. Məsələn, Talin rayonunda azərbaycanlılar yaşayan 18 kənddə 1914-cü ildə 5531 nəfər azərbaycanlı əhali olmuşdur. 1931-ci ildə siyahıyaalma zamanı yalnız Pirtikan kəndində bir nəfər azərbaycanlı galdığı qeydə almmışdır. Deməli, rayon ərazisində yaşamış azərbaycanlı ƏHALİNİN HAMISI ermənilərin törətdikləri genosid siyasətinin qurbanı olmuşdur.
1918-ci ilin fevralında Ərzurumun müdafiəsinin təşkili Andranikə tapşırılmışdı. Lakin türk qoşunlarının zərbəsinə tab gətirə bilməyən Andranikin qoşun birləşmələri Sarıqamış-Qars-Aleksandropol istiqamətində geri çəkilməyə məcbur olur, xeyli erməni əhalisinin köçürülüb İrəvan qubernyasında yerləşməsini təşkil edir. Sonra Dilicana üz tutur, yol boyu yerləşən azərbaycan kəndlərini darmadağın edir. Andranikin Dilicanda dincələn qoşun birləşmələri 1918-ci il iyunun 1-də Dilican-Yelenovka (Sevan) –Nor-Bayazet-Martuni-Dərələyəz istiqamətində hərəkət edərək iyunun 17-də Naxçıvana çatır. Bu dəfə yol boyu yerləşən Rəhmankənd, Bağli Hüseyn Saraclı, Hacı Muxan, Ağzıbir, Ayrıvəng, Başkənd, Alıçalı, Karvansaray, Yanıx, Mədinə, Siçanlı, Xartluq, Çamırlı, Aşağı Alıçalı, Tüskülü, Sadanaxaç, Böyük Məzrə kandləri və bir sıra digər yaşayış məntəqələri dağıdılır. Andranikin qoşun birləşmələri ilə Türkiyədən gətirilən ermənilər bu kəndlərdə yerləşdirilir.
Belə ki, Sevan gölünün şimal-qərb sahilində, Sevan şəhərindən 9 km cənub-qərbdə, Sevan-Nor-Bayazet daş yolu üstündə yerləşən Rəhman kəndində 1831-ci ildə 28 nəfər, 1906-cı ildə 479 nəfər, 1914-cü ildə 654 nəfər azərbaycanlı əhali olub. 1918-ci ildə isə kənd dağıdılıb, Qarsdan gətirilən ermənilər burada yerləşdirilib. 1931-ci ildə həmin kənddə 339 nəfər erməni, cəmi 10 nəfər azərbaycanlı qeydə alinib. Qırğınlardan qurtulub qalan bu 10 nəfər də qısa müddətdə kənddən sıxısdırılıb çıxarılıb.
Sevan-Nor-Bayazet yolu üstündə, Sevan şəhərindən 7 km məsafədə yerləşən Bağlı (Bağlı Hüseyn Saraclı) kəndində 1831-ci ildə 26 nəfər, 1873-cü ildə 356 nəfər, 1897-ci ildə 646 nəfər, 1906-cı ildə 658 nəfər, 1914-cü ildə 846 nəfər azərbaycanlı əhalisi olub. 1918-ci ildə isə kənd bütünlüklə dağıdılıb. Andranikin qoşun birləşmələri Dərələyəzdə, Naxçıvanda da azərbaycanlılar yaşayan xeyli kəndləri dağıdıb, İranın Xoy şəhəri üzərinə hücuma keçib, lakin türk qoşunlarının zərbəsinə tab gətirə bilməyərək geri çəkilib, Zəngəzura üz tutub, burada da "Zəngəzur qırğını" kimi tarixə düşən, vəhşicəsinə icra olunmuş qırğının ikinci mərhələsini həyata keçirib. Ermənilər özləri təsdiq edirlər ki, "Andranik burada təqribən 30 min nəfər erməni qaçqınlarının yerləşdirilməsini təşkil edib". (bax: Erməni Sovet Ensiklopediyası, I cild, səh.392).
Eçmiadzin qəzasına daxil olan indiki Eçmiadzin, Hoktemberyan, Əştərək, Abaran, Masis rayonları ərazisində 1916-cı ildə 41365 nəfər azərbaycanlı əhali yaşamış, 1926-cı ildəki siyahıyaalma zamanı isə bu raqəm 3247 nəfərə enmişdir. Şübhəsiz ki, əhalinin 10 il ərzində 32 min nəfərdən çox azalması 1918-1920-ci illərdə törədilən qırğının nəticəsi idi.
Qeyd etmək lazımdır ki, Andranikin qoşun hissələri Zəngəzur-Bazarçay-Vedi-Eçmiadzin yolu ilə qayıdarkən bu bölgədə yerləşən azərbaycanlılar yaşayan kəndləri yenidən darmadağın etmiş, birinci qırğından qurtulanları da soyqırım qurbanı etmişdir.
1914-cü ildə Şərur-Dərələyəz qəzasında 58476 nəfər azərbaycanlı əhali yaşadığı halda, 1926-cı ildə onların sayı 5941 nəfərə enmiş, yəni 52535 nəfər azalmışdır. Yalnız Əzizbəyov rayonunda azərbaycanlılar yaşayan 26 kəndin adı silinmiş, ləğv edilmişdir. Vedi rayonu ərazisində isə 35-dən çox kəndə həmin tale nəsib olmuşdur. Eyni fəlakət Elizavetpol quberniyası tərkibində olan Zəngəzur qəzasında yaşayan azərbaycanlıların da qismətinə düşmüşdür.
1918-1920-ci illərdəki İrəvan quberniyasına daxil olan beş qəzada (bunlar Ermənistanın tərkibinə daxil edilmişdir) azərbaycanlıların düçar olduqları faciənin miqyasını təsavvür ətmək üçün rəqəmlərə müraciət edirik (3-cü cədvəl).