Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi
QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

Azərbaycanlıların Ermənistanda yaşadıqları dövrün mərhələləri

Azərbaycanlılar keçmiş Ermənistan SSR ərazisində dedik­də Azərbaycan xalqının qədimdən yaşadığı ərazi, doğma ata-­baba yurdu Qərbi Azərbaycan - 1920-ci il noyabrın 29-dan üzü bəri olan dövrdə Ermənistan SSR, hazırda  Ermənistan  Respublikası adlanan dövlətin ərazisi nəzərdə tutulur.
Məqsədimiz 1831-ci ildən bəri mövcud demoqrafik statistika əsasında erməni ekspansionistlərinin azərbaycanlılara qarşı törətdikləri genosid faktlarını gündəmə gətirmək, tarixçilərimi­zi bu məsələləri dərindən öyrənməyə sövq etməkdir. Bu məlumatlara Irəvan quberniyası tərkibinə daxil olmüş Naxçıvan və Sürməli qəzalarının əhalisi və kəndləri haqqında məlumat­lar daxil edilməmiş, çünki onlar Ermənistan SSR tərkibin­də olmamışdır. 1920-ci ildən sonra isə Ağbaba, Lori-Pəmbək bölgəsi, Qazax, Zəngəzur qəzaları ərazilərindən Ermənistan SSR tərkibinə daxil edilmiş ərazilərdə yaşayan azərbaycanlıların sayı ümumi məlumatlara əlavə edilmişdir.
Azərbaycanlıların Ermənistanda yaşadıqları dövrü şər­ti olaraq 3 mərhələyə bölmüşük ki, onların ayrı-ayrlıqda faciəli məqamları bir-birindən fərqlənir.
Birinci mərhələ Irəvan xanlığının süqutuna qədər - 1828-ci il fevralın 10-dək davam edərək 1826-I828-ci illər Rusiya-Iran müharibəsində İranın məğlubiyyəti ilə, I828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin bağlanması ilə başa çatdı. İrəvan və Naxçıvan xanlıqlarının ərazisi bütünlüklə Çar Rusiyasının hakimiyyəti altına keçdi.
Sonra Çar Rusiyası dərhal Türkiyə ilə müharibəyə başladı. 1828-1829-cu illər müharibə­si Rusiyanın qələbəsi ilə nəticələndi. İki müsəlman dövləti - İran və Osmanlı Türkiyəsi arasındakı ziddiyyət hər iki dövlə­tin məğlubiyyətinə gətirdi.
İkinci mərhələ  1828-ci il fevralın I0-dan I917-ci il noyabr ayına qədər davam etdi.
Üçüncü mərhələ  19I7-ci ilin sonundan tutmuş 1989-cu ili  əhatə edir.  1918-ci ildən 1920-ci il noyabrın 29-dək erməni daşnak hakimiyyəti və bundan sonra I989-cu ilədək kommunistlərin hakimiyyəti dövrlərini ona görə ayırmı­rıq ki, hər ikisinin müsəlmanlara qarşı yönəlmiş şovinist siyasət­ləri heç nə ilə fərqlənmirdi. Birincilər açıq surətdə, ikincilər isə gizlində Azərbaycan xalqına – azəri türklərinə qarşı soyqırım si­yasəti yeridirdilər.
Hər üç mərhələnin qısa xarakteristikasını, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı barədə məlumatları rəqəmlərin dili ilə təqdim edirik.

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov  | Əlagə: Şəlalə Həsənova