1996-cı ildə Ermənistan Respublikasında rayon bölgüsü ləğv edilib və ərazi 10 marza, yəni vilayatlərə bölünüb: Araqatsotn, Ararat, Armavir, Vayots Dzor, Geğarkunik, Kotayk, Lori, Sünik, Tavuş, Şirak və marz hüquqlu Yerevan. Beləliklə, demək olar ki, İrəvan xanlığı dövrünün inzibati-ərazi bölgüsü bərpa edilib, yalnız ”mahal” sözü “marz” ilə əvəz olunub. Yeri gəlmişkən, “mərz” türk sözüdür və “əkin yeri” mənasını daşıyır. Bu kitabda ona görə Ermənistan SSR-nin inzibati vahidləri göstərilir ki, azərbaycanlılar 1988-ci ildə oradan qovulana gədər o dövrün adlarını daşıyan ərazilərdə yaşayıblar. Bununla əlaqədar aşağıda marzlar üzrə deyil, Ermənistan SSR-nin rayonları üzrə məlumatları veririk.
ABOVYAN rayonu ( hazırda Kotayk marzının tərkibindədir) –qədim adı Ellər. Bu Ermənistan ərazisində ən qədim türkmənşəlı toponimdir. Er.əv. VIII əsrin Urartu mənbəsində qeyd olunur. 1930-cu ildə təşkil olunub. 1930-1961-ci illərdə Kotayk, sonra Abovyan, 1990-cı ildən yenidən Kotayk rayonu adlandırılıb. 1931-ci ildə 204, 195-cu ildə 204, 1970-ci ildə 198 nəfər azərbaycanlı yaşayıb. Bu, ümumi rayon əhalisinin müvafiq surətdə 3,1, 0,6 , 0,3 faizinə bərabərdəir. 1931-ci ildə azərbaycanlılar yaşamış 17 kənd olub, bu rəqəm 19986-cı ildə 0-a enib.
AMASİYA RAYONU (hazırda Şirak marzının tərkibindədir) –qədim adı Ağbaba. Qərbdən Türkiyə ilə, cənubdan Gürcüstan ilə həmsərhəddir. 1930-cu ildə təşkil olunub. Azərbaycanlı əhalisi 1931-ci ildə 8824, 1959-cu ildə 9261, 1970-ci ildə 15002 nəfər təşkil edib. Bu, rayon əhalisinin müvafiq surətdə 70,3 faizinə, 70,6 və 80,9 faizinə bərabərdir. Rayonda 1931-ci ildə 26, 1986-cı ildə 19 azərbaycanlı kəndi olub.
ARARAT RAYONU (hazırda Ararat marzının tərkibindədir) - Qərbdən Türkiyə ilə, cənubdan Naxçıvan ilə həmsərhəddir. 1930-cu ildə təşkil olunub. 1930-1968-ci illərdə Vedi, 1968-ci ildən Ararat rayonu adlanıb. Rayonda 1931-ci ildə 10524 nəfər, 195cu ildə 5559 nəfər, 1970-ci ildə 85,1 nəfər azərbaycanlı yaşayıb. Bu, rayon əhalisinin müvafiq surətdə 48, 8, 14,4 və 12, 2 faizinə bərabərdir. 1931-ci ildə 50, 1986 –cı ildə 4 azərbaycanlı kəndi olub.
ARTAŞAT RAYONU (hazırda Ararat marzının tərkibindədir)- 1930-cu ildə təşkil olunub. Qərbdən Türkiyə ilə həmsərhəddir. 1930-1945-ci illərdə Qəmərli adlanıb ki, bu ad qədim terkmənşəli tayfanın adını əks etdirir. Rayonda 1931-ci ildə 3410 nəfər, 1959-cu ildə 210 nəfər, 1970-ci ildə 300 nəfər azərbaycanlı yaşayıb. Bu, rayon əhalisinin ( 92,5 min nəfər) müvafiq surətdə 10,2 , 0,4 , 0,4 faizinə bərabərdir. 1931-ci ildə azərbaycanlılar yaşamış 29 kənd olub. Bu rəqəm 1986-cı ildə 0-a enib.
EÇMİADZİN RAYONU (hazırda Armavir marzının tərkibindədir) -respublikanın qərbində yerləşir, cənubdan qədər azərbaycanlı yaşayıb. Azərbaycanlılar yaşamış kəndlərin sayı 1931-ci ildə 7; 1986-cı Türkiyə ilə həmsərhəddir. 1930-cu ildə təşkil olunub. 1827-ci ildə Eçmiadzin, 1940-ci ildən Vağarşabat, 1945-ci ildən Eçmiadzin, hazırda yenidən Vağarşabat adlanır. Bu rayonda 1931-ci ildə 1029 nəfər, yəni ümumi rayon əhalisinin 3,5 faizi ildə isə 0 olub.
ƏŞTƏRƏK (hazırda Araqatsotn marzının tərkibindədir) - 1931-ci ildə təşkil olunub. Bu rayonda 1931-ci ildə 912, 1959-cu ildə 171, 1970-ci ildə 111 nəfər azərbaycanlı yaşayıb. Bu, rayon əhalisinin müvafiq surətdə 2,8; 0,4 və 0,2 faizinə bərabərdir. 1931-ci ildə 12 kənddə azərbaycanlılar yaşayıb. 1986-cı ildən azərbaycanlı əhali yaşayan kənd qalmamışdır.
GORUS RAYONU (hazırda Sünik marzının tərkibindədir) – respublikanın şərqində yerləşir, Azərbaycanla həmsərhəddir. 1930-cu ildə təşkil olunub. İndi Qoris adlanır. Azərbaycanlı əhalisi 1931-ci ildə 452 nəfər, 1959-cu ildə 801 nəfər, 1970-ci ildə 1184 nəfər olub. Bu, rayon əhalisinin müvafiq surətdə 1,7; 2,7 ; 3,4 faizinə bərabərdir. Gorus şəhərində 1959-cu ildə 38 nəfər, 1970-ci ildə 57 nəfər azərbaycanlı yaşayıb. 1931-ci ildə 5 , 1986-cı ildə 3 kənd azərbaycanlı kəndi idi.
HOKTEMBERYAN RAYONU (hazırda Armavir marzının tərkibindədir) – qədim adı Qurduqulu. Türkiyə ilə həmsərhəddir. 1930-cu iildə təşkil olunub. Müxtəlıf vaxtlarda Sərdarabad, Armavir, Hoktemberyan adlandırılıb. 1992-ci ildən rayona Armavir adı verilib. 1931-ci ildə 1187 nəfər azərbaycanlı əhalisi olub, bu da rayon əhalisinin 4,6 faizini təşkil edib. Azərbaycanlılar yaşamış kəndlər 1931-ci ildə 6, 1986-cı ildə 0 olub.
HRAZDAN RAYONU (hazırda Kotayk marzının tərkibindədir) - respub¬likanın mərkəzi bölgəsində, qədim Dərəçiçək mahalının ərazisində 1930-cu ildə Axta rayonu adı ilə təşkil olunub. 1959-cu ildən rayona Hrazdan adı verilib. 1931-ci ildə 1859, 1959-cu ildə 1779, 1970-ci ildə 2089 nəfər azərbaycanli əhalisi olub. Bu da rayon əhalisinin müvafiq surətdə 3,6; 6,9; 4,9 faizinə bərabərdir. Azərbaycanlılar yaşamış kəndlər 1931-ci ildə 9, 1986-cı ildə 0 olub.
İCEVAN RAYONU (hazırda Tavuş marzının tərkibindədir)- qədim adı Karvansara. Respublikanın şimal-şərqində Azərbaycanla həmsərhəddir. 1930-cu ildə təşkil olunub.1931-ci ildə 1508 nəfər, 1950-cu ildə 2120, 1970-ci ildə 3022 nəfər azərbaycanlı yaşayıb .Bu, rayon əhalisinin müvafiq surətdə 5,6; 7,6; 8,1 faizinə bərabərdir. İcevan şəhərində 1959-cu ildə 64 nəfər, 1970-ci ildə isə 48 nəfər azərbaycanlı yaşayıb. Azərbaycanlılar yaşamış kəndlərin sayı 1931-ci ildə 7, 1986-cı ildə 6 olub.
KAMO RAYONU (hazırda Geğarkunik marzının tərkibindədir) - qədim adı Kəvər Xəzərlərin Kəbər tayfasının adı ilə bağlıdır. Respub¬likanın mərkəzində yerləşir. 1930-cu ildə təşkil olunub. 1930-1959-cu illərdə Nor-Bayazet, 1959-cu ildən Kamo, hazırda Qavar adlanır. 1931-ci ildə 982, 1959-cu ildə 200, 1970-ci ildə 56 nəfər azərbaycanli əhalisi olub. 1931-ci ildə bu ra¬yon əhalisinin 2,9 faizinə bərabər idi. Azərbaycanlılar yaşamiş kəndlərin sayı 1931-ci ildə 7, 1986-cı ildə 0 olub.
KRASNOSELSK RAYONU (hazırda Geğarkunik marzının tərkibindədir) –qədim adı Çəmbərək (Azərbaycan türkçəsində “dağ döşündə böyük hamar yer” mənası daşıyır).1920-ci ildə Mixaylovka, 1937-ci ildə Xl Qızıl Ordunun şərəfinə Krasnoselo, 1972-1991-ci illərdə Krasnoselsk adlandırılıb. 1991-ci ildən yenidən Çəmbərək adı verilib. Respublikanın şərqində Azərbaycanla həmsərhəddir. 1931-ci ildə 7373, 1959-cu ildə 9283, 1970-ci ildə 13352 nəfər azərbaycanli əhalisi olub. Бу, район ящалисинин мцвафиг сурятдя 23,5; 38,7; 50,8 faizinə bərabərdir.Azərbaycanlılar yaşamış kəndlar 1931-ci ildə 13, 1986-cl iildə 13 olub.
QAFAN RAYONU (hazırda Sünik marzının tərkibindədir) - respublikanın cənub-şərqində Azərbaycanla həmsərhəddir. 1930-cu ildə təşkil olunub. 1990-cı ildən Kapan adlandırılır. Rayonun azərbaycanlı əhalisi 1931-ci ildə 5713, 1959-cu ildə 11146, 1970-ci ildə 13522 nəfər təşkil edib. Bu, rayon əhalisinin müvafiq surətdə 21,5, 33,1 və 37,3 faizinə bərabərdir. 1931-ci ildə 50 kəndin, 1986-cı ildə 21 kəndin əhalisi azərbaycanlılardan ibarət olub.
QUQARK RAYONU (hazırda Lori marzının tərkibindədir) - respublikanın şimalında yerləşir. 1930-cu ildə təşkil olunub. 1930-1935-ci illərdə Böyük Qarakilisə, 1935-1964-cü illərdə Kirovakan, 1964-cü ildən Qukark, 1993-cü ildən Vanadzor adlanır. Rayonda 1931-ci ildə 2738 nəfər, 1959-cu ildə 5156 nəfər, 1970-ci ildə 7990 nəfər azərbaycanlı yaşayıb. Bu, rayon əhalisinin müvafiq surətdə 12,7 faizinə, 20,8 faizinə və 27,3 faizinə bərabərdir. 1931-ci ildə 9 kəndin, 1986-cı ildə 8 kəndin əhalisi azərbaycanlılardan ibarət olub.
MAS1S RAYONU (hazırda Ararat marzının tərkibindədir) – qədim adı Uluxanlı. “Zəngi” toponimi türkləşmiş qədim kürd tayfasının adı ilə bağlıdır. 1937-ci ildə Zəngibasar rayonu adı ilə təşkil olunub, 1953-cü ildə ləğv olunub, 1965-ci ildə Masis rayonu adı ilə bərpa olunub. Cənub-qərbdə Türkiyə ilə həmsərhəddir. Районда 1931-ci ildə 9485, 1959-cu ildə 9850, 1970-ci ildə 13576 nəfər азярбайжанлы йашайыб. Бу, rayon əhalisinin müvafiq surətdə 68,8 faizinə, 34 faizinə və 29,4 faizinə bərabərdir. Azərbaycatılılar yaşamış kəndlər 1931-ci ildə 25, 1986-cı ildə 12 olub.
MEĞRİ RAYONU (hazırda Sünik marzının tərkibindədir) – qədim adı Miğri dağ adı ilə bağlıdır. Respublika¬nın cənub-şərqində Naxçıvanla, cənubda İranla həmsərhəddir. 1931-ci ildə 2334, 1959-cu ildə 3351, 1970-ci ildə 3852 nəfər azərbaycanli əhalisi olub. Бу, rayon əhalisinin müvafiq surətdə 24,3 faizinə, 28,5 faizinə və 27 faizinə bərabərdir. Azərbaycanlılar yaşamış kəndlər 1931-ci ildə 17, 1986-cı ildə 6 olub.
NOYEMBERYAN RAYONU (hazırda Tavuş marzının tərkibindədir) – qədim adı Barana Qaraqoyunluların Barani tayfasının adını əks etdiri. 1937-ci ildə bu adla təşkil olunub, 1938-ci ildən Noyemberyan adlandırılıb. Respublikanın şimal-şərqində yerləşir, Azərbaycan və Gürcüs¬tanla həmsərhəddir.. 1931-ci ildə 2007, 1959-cu ildə 3087, 1970-ci ildə 4450 nəfər azərbaycanli əhalisi olub. Бу, müvafiq surətdə rayon əhalisinin 7 faizinə, 13,3 faizinə və 14,9 faizinə bərabərdir. Azərbaycanlılar yaşamış kəndlər 1931-ci ildə 2, 1986-cı ildə 2 olub.
SİSYAN RAYONU ( hazırda Sünik marzının tərkibindədir) - respubli¬kanın cənub-şərqində Azərbaycanla həmsərhəddir. 1930-cu ildə təşkil olunub. 1935-ci ilə qədər Qarakilsə, 1940-cı iləcən Sisavan, sonra Sisyan adlandırılıb. Azərbaycan əhalisi 1931-ci ildə 4008, 1959-cu ildə 6212, 1970-ci ildə 7526 nəfər olub. Бу, müvafiq surətdə rayon əhalisinin 15,3 faizinə, 21,6 faizinə və 23,9 faizinə bərabərdir. Azərbaycanlilar yaşamış kəndlər 1931-ci ildə 15, 1986-cı ildə 10 olub.
SPİTAK RAYONU (hazırda Lori marzının tərkibindədir) -. respublikanın şimalında yerləşir. 1937-ci ildə təşkil olunub. 1939-cu ilədək Hamam¬lı adlanıb. 1939-cu ildən Spitak adı verilib. Azərbaycanlı ящалиси 1931-ci ildə 3241, 1959-cü ildə 2796, 1970-ci ildə 4036 nəfər olub. Bu, müvafiq surətdə rayon əhalisinin 9,4 faizi, 7,9 faizi və 9,4 faizini təşkil edir. Azərbaycanlılar yaşamış kəndlər 1931-ci ildə 3, 1986-cı ildə 2 olub.
STEPANAVAN RAYONU (hazırda Lori marzının tərkibindədir) – qədim adı Cəlaloğlu. Respublikanın şimalında yerləşir. 1930-cu ildə təşkil olunub. Azərbaycanlı ящалиси 1931-ci ildə 68, 1959-cu ildə 973, 1970-ci ildə 1482 nəfər olub. Bu, müvafiq surətdə rayon əhalisinin 0,2 faizi, 3,8 faizi və 4,1 faizini təşkil edirdi. Stepanavan şəhərində 1950-ci ildə 450, 1970-ci ildə 772 nəfər azərbaycanlı əhali yaşayıb. Rayonun ya¬şayış məntəqələri - 1931-ci ildə 18, 1986-cı ildə 19. Azərbay¬canlılar kompakt yaşayan kəndlər olmayıb.
TUMANYAN RAYONU (hazırda Lori marzının tərkibindədir) - 1930-cu ildə təşkil olunub və 1959-cu ilədək Alaverdi rayonu adlanıb. 1959-cu ildən Tumanyan adı verilib. Şimaldan Gürcüstanla həmsərhəddir. Азярбайжанлы ящалиси 1931-ci ildə 1117, 1959-cu ildə 1856, 1970-ci ildə 2358 nəfər olub. Bu, müvafiq surətdə rayon əhalisinin 4,2 faizinə, 4,7 faizinə və 5,8 faizinə bərabərdir. Alaverdi şəhərində 1959-cu ildə 211 nəfər, 1970-ci ildə 278 nəfər azərbaycanlı yaşayıb. Azərbaycanlılar yaşamış kəndlər 1931-ci ildə 7, 1986-cı ildə 7 olub.
TAŞİR RAYONU (hazırda Lori marzının tərkibindədir) - qədim adı Qaraisa, 1937-ci ildə təşkil olunub. Müxtəlif vaxtlarda Vorontsovka, sonra Kalinino adlandırılıb. Respublikanın şimalında yerləşir. 1990-cı ildən Taşir rayonu adlanır. Azərbaycanlı əhalisi 1931-ci ildə 3128 nəfər, 1959-cu ildə 4958, 1970-ci ildə 7786 nəfər olub.Bu, rayon əhalisinin müvafiq surətdə 15; 19,7; 24,5 faizinə bərabərdəir. Kalinino qəsəbəsində 1970-ci ildə 764 nəfər azərbaycanlı yaşayıb.1931-ci ildə 10, 1986-cı ildə 8 kəndin əhalisi azərbaycanlılardan ibarət olub.
VARDENİS RAYONU (hazırda Geğarkunik marzının tərkibindədir) -1930-cu ildə təşkil olunub. Respublikanın şərqində yerləşir. 1930-1969-cu illərdə Basarkeçər rayonu adlanıb, 1969-cu ildə Vardenis adı verilib. Basarkeçər toponimi qədim yaşayış məntəqəsi Bazar və türkmənşəli Kuçar tayfasının adlarının birləşməsindən yaranıb. 1931-ci ildə 17306 nəfər, 1959-cu ildə 17632 nəfər.1970-ci ildə 25781 nəfər azərbaycanlı yaşayıb. Bu, rayon əhalisinin müvafiq surətdə 57.0; 49.5 və 52,7 faizinə bərabərdir. 1931-ci ildə 33, 1986-cı ildə 33 azərbaycanlı kəndləri olub.
VAYK RAYONU (hazırda Vayots Dzor marzının tərkibindədir)- qədim adı Paşalı. 1931-ci ildə təşkil olunmuş rayona Əzizbəyov adı verilib. Bu rayonda 1931-ci ildə 5061, 1959-cu ildə 2250, 197-ci ildə 4082 nəfər azərbaycanlı yaşayıb.Bu, rayon əhalisinin müvafiq surətdə 33; 19,6; 24 faizinə bərabərdir. 1931-ci ildə 21, 1986-cı ildə 8 azərbaycanlılar yaşamış kənd olub.
YEĞEQNADZOR RAYONU (hazırda Vayots Dzor marzının tərkibindədir)- respublikanın cənub-şərqində yerləşir. 1931-ci ildə təşkil olunub. 1931-1935-ci illərdə Keşişkənd, 1935-1957-ci illərdə Mikoyan rayonu adlanıb. 1957-ci ildən Yeğeqnadzor rayonu adlanır. Bu rayonda 1931-ci ildə 4052, 1959-cu ildə 3967, 1970-ci ildə 5192 nəfər azərbaycanlı yaşayıb. Bu, rayon əhalisinin müvafiq surətdə 18,8, 15,1 və 15,7 faizinə bərabərdir. 1931-ci ildə 26, 1986-cı ildə 15 kəndin əhalisi azərbaycanlılardan ibarət olub.
YEREVAN (İRƏVAN, ERİVAN) – Irəvan xanlığının 1828-ci ilədək pay¬taxtı. 1828-1840-cı illərdə Erməni Vilayətinin, 1840-1849-cu il¬lərdə İrəvan qəzasının, 1849-1917-ci ilərdə İrəvan quberniya¬sının mərkəzi. l828-ci ilədək üç məhəllədən – Şəhər, Təpəbaşı və Dəmir¬bulaq məhəllələrindən ibarət olub. 1831-ci ilin siyahıyaalınma¬sı zamanı şəhərin hər üç məhəlləsində birlikdə 7331 nəfər azərbaycanlı-türk, 2369 nəfər yerli erməni əhalisi yaşayıb. Azərbaycanlıların xüsusi çəkisi 75,6 faiz təşkil edib. Irəvan xanlığının süqutundan sonra qısa müddətdə İrandan va Türki¬yədən köçürülmüş 1763 nəfər erməni yerləşdirilib. Beləliklə, azərbaycanlıların xiisusi çəkisi 63,9 faizə enib.
Aşa¬ğıdakı cədvəldə Yerevan əhalisinin sayı və xüsusi çəkisi haqqında rəqəmlər göstərilir:
|
|
0 cümlədən: |
|||
İllər |
Cəmi |
Ermənilər |
azərbaycanlılar |
||
|
|
sayı |
% |
sayı |
|
1828 |
9700 |
2369 |
24,4 |
7331 |
75,6 |
1831 |
11463 |
4131 |
36,1 |
733 l |
63,9 |
1886 |
14738 |
7142 |
48,4 |
7238 |
49,1 |
1897 |
29033 |
12526 |
43,1 |
12539 |
43,1 |
1905 |
28533 |
12912 |
46,9 |
12393 |
45,0 |
1914 |
29366 |
15531 |
52,8 |
11500 |
39,2 |
1916 |
51286 |
37204 |
72,5 |
12557 |
24,4 |
1926 |
64613 |
57259 |
88,6 |
4968 |
7,6 |
1931 |
95372 |
83906 |
87,9 |
6656 |
6,9 |
1959 |
499172 |
463311 |
92,8 |
3382 |
0,7 |
1970 |
775028 |
738045 |
95,2 |
2721 |
0,4 |
1989 |
1199000 |
1175000 |
98,0 |
0 |
0,0 |
Yerevan əhalisinin belə sürətlə artması təbii artım deyil, mexaniki artım hesabına başa gəlmişdir. "Bir milyonluq paytaxt" kon¬sepsiyasının həyata keçirilməsi, başqa yerlərdən əhalinin köçü¬rülüb Yerevanda yerləşdirilməsi səbəbindən baş vermişdir. Hətta Arpa-Sevan tunelinin tikintisində çalışan ermənilər üçün yaşayış binaları Yerevanda inşa olunurdu. Əhalinin buraya axınının artması kəndlərin dağılmasına səbəb olmuşdur.
Əgər 1931-ci ildə Ermənistanda 1242 yaşayış məntəqəsi var idisə, bunların sayı 1995-ci ildə 952 olmuş, yəni 290 kənd da¬ğıdılmışdır. Əsasən ermənilər yaşayan dağ kəndləri dağıdılmış, əhalisi azərbaycanlılar yaşayan, münbit torpaqları olan kəndlər¬də yerləşdirilmişdir. Ermənistan rəhbərliyi sönmüş 290 kəndin dirçəlməsi məsələsini həll et¬mək əvəzinə Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir, təcavüzü davam etdirirdi.