Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

Azərbaycanlılara qarşı törədilmiş genosidin təşkilatçıları

1918-1920-ci illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ganlı qenosid illəri idi. Faktlar və rəqəmlər təkzibolunmaz surətdə göstərir ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın  tayı-bərabəri olmayıb. Onların bir qismi bu kitabda da görtərilmişdir.  Bu, erməni şovinist­lərinin, daşnak ideologlarının ganlı siyasətinin nəticəsi idi. Qenosid siyasətinin təşkilatçılarından və iştirakçılarından ikisi barədə məlumat vermək istəyirik.
Çar Rusiyasının qələbəsi va üsul-idarəsinin möhkəmlənmə­si uğrunda türklərə qarşı vuruşlarda ən fəal erməni zabitləri Andranik Ozanyan və Hayk Bjşkyan (Qay) idi. Onların həyat yoluna nəzər saldıqda satqınlığın klassik nümunəsi,  bir cəbhədən əks cəbhəyə hoppanmaq şəriştəsi, erməni şovinistlərinin rəzil siması özünü göstərir.
Hayk Bjşkyan (Qay) 1915-ci ildən 6-cı erməni könüllü bir­ləsməsinin komandiri olmuşdur.. Onun başçılıq etdiyi hissələr Ərzurum və başqa istiqamətlərdə türklərə qarşı vuruşlarda həvəslə iştirak etmiş, bir sıra şəhər va kəndlərin zəbt olunmasında fəallıq göstərmişdir. Çar Rusiyasının maraqları naminə fəal mübarizə aparan, azərbaycanlılara qarşı genosid icraçılarından biri olan Qay Ermənistanda öz borcu­nu yerinə yetirdikdən sonra Moskvaya üz tutur, Romanovlar sülaləsinin ətəyini buraxıb Lenin sülaləsinin ətəyindən yapışır, indi də öz əvvəlki ağalarına, himayədarlarına qarşı mübarizəyə qoşulur. Qırmızı Ordunun taşkilatçılarından biri olur, N.Jukov­ski adına Hərbi-Hava Akademiyasında müharibələr tarixi və hərbi-sənət kafedrasının müdiri kimi yüksək vəzifə tutur.
Erməni rəsmi sənədlərində Qayın xidmətləri belə qiymət­ləndirilir: Sovet Rusiyasında vətəndaş müharibəsinin əfsanəvi gəhrəmanı, Qırmızı Ordunun görkəmli sərkərdəsi, hərbi akademiyanın professoru. Simbirsk şəhəri ağqvardiyaçılardan azad edildikdən sonra Qay V.Leninə göndərdiyi teleqramda yaz­mışdı: "Səvimli Vladimir İliç, Sizin doğma şəhərinizin azad edilməsi Sizin yaranıza cavabdır, ikincisinə cavab Samara ola­caqdır" (Bax: Erməni Sovet Ensiklopediyası, İİ cild, səh.675).
Nə qədər qəribə görünsə də, Qay Bakı neft mədənlərində işləmiş, fəhlə hərəkatında iştirak etmiş, Mantaşovun neft mədənlərindən başqa digər mədənlərdə tətillər təşkilatçısı olmuş, 1904-cü ildə Baki sosial-dəmokrat qəzetləri ilə əməkdaşlıq et­miş, 1908-ci ildə Bakıda "Neft istehsalı qulluqçuları ittifaqının" yaradılmasında iştirak etmişdir.  Azərbaycanın çörəyi ilə böyümüş Qay öz satqın xislətinə sadiqqalaraq bu xalqın qəddar cəlladın olmuşdur. 
Andranik Ozanyan 1914-cü il noyabrın 16-dan 1200  nəfər­lik əsgər və zabiti olan 1-ci könüllülər hissəsinə başçılıq etmiş və bu hissə ilə Salmast-Van istiqamətində döyüşlərdə iştirak etmişdir. Sonralar onun hissələri Başgalanın, Asur­lunun, Vanın, Aşnakın, Qoturun, Molla Hasənin, Muxancığın (Dilmanın) zəbt olunmasında fəallıq göstərmişdir. Rus goşun­larının komandanı Çernozubov (Andranikin goşun hissələri onun tabeliyində olmuşdur) erməni könüllülərinin, xüsusilə, Andranikin fəaliyyəti haqqında yazmışdır: "...hissə Andranikin başçılığı altında 1915-ci il aprelin 15-28-də Muxancığın (Dil­manın) məlum döyüşlərdə iştirak etmiş, bunun sayəsində də Qafqaz düşmənin yürüşündən qurtarmışdır. Mən Andranikin şəxsində həmişə alovlu vətənpərvəri, Ermənistanın azadlığı uğrunda vuruşan döyüşçünü və vətənini dərindən sevəni gör­düm" (bax: Erməni xalqının tarixi, VI cild, səh.549).
Andranik hələ Naxçıvanda olarkən oranı Sovet Rusiyasınm ayrılmaz hissəsi elan etmişdi.. O, 1918-ci il iyul ayının 14-də Bakıya - S.Şaum­yana vurduğu teleqramda öz qoşun birləşmələrini Rusiyanın mərkəzi hökumətinin sərəncamına verdiyini və ona tabe oldu­ğunu bildirir. S.Şaumyan isə Andranikin şəxsində "həgigi xalq qəhrəmanını" salamlayır,  Andranikin Sovet hakimiyyəti tərəfinə kəçməsini məmnuniyyətlə qeyd edir (bax: "İzvestiya" qəzeti, (1918-ci il, № 155/419).
Andranik bu hərəkəti ilə belə bir həqiqəti başa düşdüyünü bildirirdi ki, “Böyük Ermənistan" xülyasının hayata keçirilməsində Sovet Rusiyasına da arxalana bilər. Ona artıq aydın idi ki, Çar Rıısiyası ilə Sovet Rusiyasının geopolitik si­yasəti arasında heç bir fərq olmayacaq. Bələ də oldu. Yuxarıda göstərdiyimiz kimi, Sovet hakimiyyətinin ilk qünlərində Zəngəzur və Göyçə mahalları, Qazax qə­zasının Dilican dərəsi Azərbaycandan qoparıldı ki, ermənilərin eni yaradilan dövlətinə bağışlansın.
Andranik çox yaxşı bilir va dərk edirdi ki, Bakı kommuna­sının başında S.Şaumyanın durması və komissarların əksəriy­yətinın erməni və xristian olması gələcəkdə bütün Zagafqazi­yanı "Böyük Ermənistan" dövlətinə çəvirmək üçün baza, im­kan və şərait yaradacaqdır. Bakı kommunası süqut etdiyi üçün Andra­nikin bu xülyası çin olmadı. O, öz qoşun hissələri ilə birlikdə Zəngəzuru tərk edib Bazarçay-Dərələyəz-Vedi yolu ilə gedərək 1919-cu ilin aprelində Eçmiadzinə çatdı. Burada Andranik öz qoşun hissələrini buraxdı, türklərdən və azərbaycanlılardan talan etdiyi varidatı katolikosa bağışladı. Ozü isə uzaq xaricə yollandı.
Azərbaycanlılara qarşı qenosid siyasətinin qəddarcasına hə­yata keçirilməsinin təşkilatçı və iştirakçılarından olan Andrani­kin və Qayın "qəhrəmanlığı" Ermənistan Sovet hakimiyyəti tərəfındən yüksək qiymətləndirilmişdi. Andrani­ka Əştərək rayonundakı Ucan kəndində abidə ucaldılmış, Eçmiadzin rayonundakı Aşağı Xatunark kəndinə Qayın adı veril­mişdir. (Aşağı Xatunark və Yuxarı Xatunark kəndləri 1670-80-ci illərdə salınmış, kənd İrəvan xanı Səfi Quluxanın arvadı Xa­tun xanımın şarəfinə bu ada layiq görülmüşdür). Müqəssirlər cəzalandırılmaq əvəzinə yüksək şöhrətə layiq görüldülər. Məhz buna göra də erməni ekstremistlərinin cinayətləri get-gedə genişlə­nir, yeni-yeni bölgələri əhatə edir.

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova