Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

Üçüncü mərhələnin saciyyəvi məgamları

Birinci Dünya Müharibəsində Rusiya imperiyasının məğlubiyyəti və sonrakl süqutundan başlayaraq təxminən  70 il davam edən müddəti əhadə edir. Bu dövrü Sovet Ermənistanı, sonra Ermənistan Respublikası ad­lanan ərazidə yaşayan azərbaycanlılar üçün sözün həqiqi mənasında soyqırım -genosid dövrü adlandırmaq olar.
Birinci dünya müharibəsində Rusiya imperiyasının məğlu­biyyəti, Romanovlar sülaləsinin süqutu, Oktyabr çevrilişi Rusi­ya imperiyası ərazisində yeni  milli dövlətlərin yaranmasına şərait yaratdı. Məlumdur ki, 1918-ci il aprelin 22-də Zaqafqazi­ya Seymi Zaqafqaziyanın müstəgilüyini elan etdi, həmin il ma­yın 26-28-də Seym ləğv olundu. Azərbaycana, Gürcüstana, Er­mənistana Sovet İttifaqı tərkibində respublika statusu verildi. Bu­nunla da keçmiş İrəvan xanlığının ərazisində təşkil olunmuş Ermə­nistan SSR-də azərbaycanlı üçün yeni faciənin başlanğıcı oldu.
       Əgər İrəvan xanlığının zəbti və Çar Rusiyasına birləşdiril­məsi ilə başlanan və 1918-ci ilədək davam edən 90 illik dövr azərbaycanlılar üçün fəlakət dövrünün başlanğıcından xəbər verirdisə, 1918 - 1988-ci illərdə davam edən 70 illik müddət Azərbaycan xalqı üçün həqiqi fa­ciə, genosid dövrü kimi, erməni hakim dairələrinin dövlət sə­viyyəsində həyata keçirdikləri soyqırım dövrü kimi tarixdə qalmalıdır.     Ermənistanda çap olunan xəritələrdə indiki İran, İraq, Suri­ya, Türkiyə, Zaqafqaziya ərazilərinin qədim Ermənistan ərazi­si kimi göstərilməsi də ekspansionist məqsədlərdən xəbər verirdi
M.Qorbaçovun yenidənqurma siyasəti azərbaycanlılar üçün yenidənqırğın siyasətinə, yeni genosid dövrünə çevrildi. Vaxtilə xalqlar dostluğundan gen-bol dəm vuran Ermənistanın kommunist rəhbərliyi, Kreml igtidarı ətrafina toplaşan erməni mafiyası, Stavropolun erməni işbazları M.S.Qorbaçovu ələ al­dılar, onun razılığı və vasitəsi ilə "Qarabağ problemini" ortaya ataraq ermənilər arasında şovinizm psixozunu alovlandırmağa, azərbaycanlılara qarşı nifrət hissini dərinləşdirməyə başladılar.
           Həmişə olduğu kimi, Birinci Dünya Müharibəsi dövründə də Rusiyanın hakim dairələri erməniləra böyük dəstək və etimad göstərir, həlledici cəbhələrdə, xüsusilə Türkiyəyə qarşı döyüşlərdə onlardan geniş istifadə edirdi. Ermənilərin əsas marağı Rusiya­nın Türkiyədən ələ keçirdiyi əraziləri lrəvan quberniyasına qat­maq, bununla da "Böyük Ermənistan" dövləti yaratmağa nail olmag idi..
          Hələ 1914-cü il səntyabrın əvvəllərində İrəvan quberniyasında könüllü erməni birləşmələri təşkil olunmağa baş­lamışdı. Qısa müddətdə 7 könüllü erməni polku təşkil olunmuşdu ki, müharibə ərəfəsində onların tərkibində 6000 nəfərdən çox əsgər va zabit var idi. Bu birləşmələrə müxtəlif vaxtlarda An­dranik Ozanyan, Arşak Qafafyan, Vardan Mehrabyan, Hama­zasp Srvandzyan, Qriqor Avşaryan, Hayk Bjşkyan (Qay), Hav­sep Arğutyan komandanlıq etmişlər. Umumiyyətlə, Rusiya im­periyasında yaşayan ermənilərdən 250 min nəfərdan çox adam səfərbərliyə alınmışdı. Türklərə qarşı  erməni kö­nüllülərinin gəddarlıqla vuruşmaları haqgında onlarca faktlar vardır.
        Erməni birləşmələri üçün Moskvada, Petroqradda, Bakı­da, Tiflisdə maddi yardım toplanma­ğa başlamışdır. Təkcə 1915-ci ildə bu məqsəd üçün 1 milyon 444 min rubl vəsait toplanmışdı ki, bunun 1 milyon 20 min rublunu Rusiya imperiyasında yaşayan ermənilər yığ­mışdı (bax: Erməni xalqının tarixi, VI cild, səh.548).
        Göründüyü kimi, ermənilərin taleyinə, bu gününə va gələcəyinə aid olan bütün məsələlərdə onlar birləşir, yekdil cəbhədə çixış edirlər. Son illərdəki hadisələr də bunu təsdig­ləyir. 79 il sonra Bakıda, Sumqayıtda, Gəncədə, Stepanakertdə ermənilər tərəfındən "Qarabağ" komitəsinə yardım üçün vəsait toplanması gözümüzün qarşısında baş verən hadisə idi.
        Məlumdur ki, Birinci Dünya Müharibəsində, Türkiyə cəbhəsində məğlubiyyətə uğra­yan Rusiya qoşunları türk qoşunlarına məğlub olub, əvvəllər zəbt etdikləri əraziləri buraxıb geri çəkilməyə məcbur olublar. On­larla birlikdə döyüşən erməni könüllü birləşmələri də geriyə çakilərək iki əsas istigamətdə İrəvana doğru hərəkət edirdilər. Birinci istiqamət Qars-Aleksandropolidi ki, buraya toplanan birləşmələr iki hissə­yə bölünmüşdür və bu marşrutlarla Irəvana yollanmışdılar: Aleksandropol-Qurduqulu-Yuxarı Qarxun-Uluxanlı və Aleksandropol-Talin-Əştərək-Eçmiadzin.
Erməni birləşmələrinin seçdiyi ikinci istiqamət İqdir-Kerimarx-Yuxarı Qarxun-Eçmiadzin-İrəvan idi. Cəbhədə daha da vəhşiləşmiş erməni əsgərlərinin məğlubiyyət yolu əsasən azərbaycanlı əhali yaşayan ərazilərdən keçirdi. Türk əsgərlərinin zərbəsinin dadını yadından çıxarmayan bhaşkəsənlər dinc azərbaycanlı əhalidən qisas almış, yol boyu azərbaycanlılar yaşayan bütün kəndləri darmadağın edir, insanları qılıncdan keçirir, evlərini talan edirdi.
     İrəvana toplaşan müflisləşmiş şəhərdə dolana bilmir,  kənd təsarrüfatı cəhətdən inkişaf etmiş bölgələrə - Zəngəzur va Şərur-Dərələ­yəz qəzalarına doğru hərəkət etməyə başladılar. İrəvan-Artaşat-Sədərək-Vedibasar istiqaməti ilə Dərələyəz bölgəsinə, digərləri isə İrəvan-Kotayk-Dərəçiçək-Sevan-Nor-Bayazet-Martuni-Basarkeçər istiqaməti ilə Zəngəzur və Şərur-Dərələyəz gəza­larına doğru üz tutdular.

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova