Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

İrəvan quberniyası tərkibində təşkil olunmuş qəzalar

İkinci mərhələ həm də Erməni vilayətinin ləğvi və yeni inziba­ti ərazi sisteminin təşkili ilə başlanan dövrdür. 1840-cı ildə Er­məni vilayəti ləğv olunmuş, I849-cu il 19 iyun tarixli dekretlə Irəvan quberniyası, quberniya tərkibində isə mahallar əvəzinə qəzalar təşkil edilmişdir. Bu tədbirlərdə məqsəd idarəçilik üsulunu təkmilləşdirməklə yanaşı, azərbaycanlıların əksəriyyət təşkil etdiyi əraziləri ermənilər yaşayan ərazilərlə birləşdirib birinci­lərin təsir dairəsini azaltmaq, idarə aparatında ikincilərin nümayəndələrini yerləşdirmək, beləliklə, ərazini yavaş-yavaş ermə­niləşdirmək olmuşdur.
İrəvan quberniyası tərkibində aşağıda göstərilən qəzalar təşkil olunmuşdur:
1. Aleksandropol qəzası - buraya sonralar Axuryan-Artik, Ani, Qukasyan, Qugark, Spitak adlandırılmış rayonların əraziləri;

  1. Naxçıvan qəzası - müasir Naxçivan MR ərazisi;
  2. Nor-Bayazet qəzası - buraya sonralar Hraz­dan, Sevan, Nor-Bayazet, Martuni, Vardenis adlandırılmış rayonların, Kotayk rayonu Qırxbulaq bölgəsinin azərbaycanlılar yaşayan kəndlərin, habe­lə Krasnoselsk rayonunun Göyçə gölü ətrafı əraziləri;
  3. Sürməli qəzası - Araz çayının sağ sahili (hal-hazırda Türkiyə ərazisidir);
  4. Şərur-Dərələyəz qəzası - buraya sonralar  Yeğeqnadzor və Əzizbəyov adlandırılmış rayonların əraziləri, habelə Naxçıvan MR Sədərək rayonunun  kəndləri;
  5. İrəvan qəzası - buraya sonralar  Artaşat, Ararat, Masis,  Kotayk adlandırılmış rayonlarının əraziləri (Masis və  Kotaykın bir hissəsı);
  6. Eçmiadzin qəzası  - buraya Eçmiadzin, sonralar Masis, Hoktemberyan, Abaran, Əştərək, Talin, Araqadz adlandırılmış rayonları­n əraziləri daxil idi.

Qəzaların tərkibinin müasir rayonlarla müqayisəli şəkilda verilməsində məgsəd azərbaycanlı əhalinin o zaman bölgələrdə geniş miqyasda yerləşməsi barədə oxucuda  təsəvvür yaratmaqdır.
Söhbət əsasən Sovet Ermənistanının əksər his­səsini təşkil etmiş Aleksandropol, Nor-Bayazet, Şərur-Dərələ­yəz, İrəvan, Eçmiadzin qəzalarında yaşamış azərbaycanlıların sayı barədə gedəcəkdir. Çünki Sürməli və Naxçıvan qə­zaları, Şərur bölgələri Sovet Ermənistanının tərkibində olma­mışdır.
2-ci cədvəldə 1886-cı ildən 1917-ci ilədək İrəvan quberni­yasının 5 qzasında əhalinin yerləşməsi, sayı, demografık dəyişiklikləri haqqında məlumat verilir. Şəhərlərin əhalisi müva­fıq qəzaların əhalisi tərkibündə göstərilmişdir.
1877-78-ci illərin rus-türk müharibəsində Rusiyamn qələbə­si, Türkiyənin bir sıra vilayətlərinin Rusiyaya birləşdirilməsi İrəvan quberniyasında, habelə Zaqafqaziyanın bir sıra bölgəsin­də ermənilərin yerləşdirilməsi kütləvi xarakter aldı. İrəvan quberniyasında ermənilərin xüsusi çəkisi xeyli artmağa başladı.
Bu ınüharibədə ermənilərin fəal iştirakı Rusiyanın qələbə­sində mühüm rol oynadı. Ermənilər də rus goşunlarının qələ­bəsinə çox böyük ümid bəsləyir, belə hesab edirdilər ki, rus qoşunlarinın qələbəsi nəticəsində Türkiyə ərazisinin ermənilər yaşayan bəzi əyalətləri Rusiyanın əlinə kəçəcək, bununla da  "Böyük Ermənistan" mifinin reallaşması üçün şərait yaranacaqdır.

Onlar bu məqsədə çatmaq üçün hər vəchlə rus qoşunlarına yardım edirdilər. Belə ki, Tiflisdə, Yelizavetpolda, İrəvanda, hətta Bakıda, ermənilər yaşayan bölgələrdə nümayişlər keçirilir, "türk boyunduruğu” altında guya inliyən ermə­niləri “azad etmək üçün" könüllülər toplayıb rus goşunlarına yardım etməyə çağırırdılar.


CƏDVƏL № 2


Cədvəldəki rəqəmlərdən göründüyü kimi, azərbaycanlıların xüsusi çəkisi yalnız Aleksandropol qəzasında azlıq təşkil etmiş­dir. Bunun əsas səbəbi odur ki, Rusiyanın Türkiyəyə qarşı apardığı nıü­haribələr zamanı 98 kəndin azərbaycanlı əhalisi bölgəni tərk etmiş, Qars, Ərdəhan, Ərzurum bölgələrindən ermənilər gəlib bu ərazidə məskunlaşmışlar.
Hələ 1877-1878-ci illərin rus-türk müharibəsi başlamamış Zaqafqaziyanın müxtəlif bölgələrində könüllülərdən ibarət sək­kiz qoşun birləşməsi təşkil olunmuşdu. Onlar müharibənin ilk günlərindən döyüşlərdə iştirak etməyə başlamışdı. Rus hərbi komandanlığı da ermənilərin yardımına böyük ümid bəsləyirdi.

Aleksandropolda (Gümrüdə) yerləşən əsas qüvvənin komandanı M.T.Loris-Melikov idi. Bu birləşmənin tərkibində ilk aylarda 27434 nəfər erməni əsgər və zabiti, 92 top qurğusu var idi. Bu goşun birləşmələri Qars, Ərzurum istiqamətində hücum əmə­liyyatı aparırdı. Digər qoşun birləşmıəsinin qərargahı İgdirdə idi. İrəvan bölməsi adlanan bu qoşun hissələrinin komandanı da milliyyətcə erməni olan A.A.Ter-Qukasov idi. Bölmənin tərkibində 11675 nəfər əsgər və zabit, 32 top qurğusu var idi. Bu birləşmə Bayazet, Diyarbəkir, Ərzurum istiqamətində fəaliyyət göstərirdi. 4 istiqamətdə aparılan hücum əməliyyatından ikisinin komandanlığının ermənilərə tapşırılması Çar Rusiyası hakim dairələrinin onlara bel bağlamasını göstərən əsas faktlardan biridir. Ümumiyyətlə, Qafqaz cəbhəsində Türkiyəyə qarşı müharibədə 7 general (o cümlədən, M.T.Loris-Melikov, H.D.Lazarev, A.A.Ter-Qukasov, F.K.Alxazov, B.M.Şelkovnikov), 500 nəfərdən çox erməni zabiti fəal iştirak etmişdir. Məlumdur ki, Türkiyənin müharibə gedən bölgələrində yaşayan ermənilər Rusiya ordusunun zabitlərilə əlaqəyə girib türk qoşunları arxasında təxribatlar törədir, bələdçililk edir, rus qoşunlarının irəliləməsinə yardım göstərirdilər.

 

Nəticələr

2-ci cədvəldən aşağıdakı nəticələri çıxarmaq olar:

  1. Erməni şovinistlərinin və Çar Rusiyası hakim dairələri­nin millətçi siyasətinin üst-üstə düşməsi nəticəsində İrəvan xanlığı ərazisinə uyğun gələn İrəvan quberniyasının 5 qəzasında ermənilərin sayı 1831-ci ildəki yer­li ermənilərin sayından 14,3 min nəfərdən artıb 1916-cı ildə 570 min nəfərə çatmış, təqribən 40 dəfə artmış, bölgədə çox­luq təşkil etmiş, müsəlman aləmi ilə Rusiya arasında xristian­lardan ibarət bufer zona yaradılmışdır. Bu müddət ərzində azərbaycanlıların sayı isə vur-tut 4,6 dəfə artıb 246,6 min nəfərə çatmışdır.

  2. Erməni şovinistləri öz məqsədlərinə çatmaq üçün bir ne­çə addım da irəliləmiş, azərbaycanlıların əzəli yurdları olan Qərbi Azərbaycan torpaqlarına  sahib olmuş, öz dövlətlərini yaratmaq üçün baza hazırlaya bil­mişlər.

  3. Azərbaycanlı icmaların pərakəndəliyi, onların yüksək hakimiyyət orqanlarında təmsil edilməməsi üzündən get-gedə öz ictimai mövqelərini itirməyə başlamışlar. Bununla yanaşı qeyd etməliyik ki, bütün məhrumiyyətlərə və çətinliklərə baxma­yaraq 1828-1918-ci illər arasında İrəvan quberniyasında yaşayan azərbaycanlılar öz dilini, ənənələrini qoruyub saxlaya bil­mişdir. Bu müddət ərzində azərbaycanlı əhalinin sayı 5 dəfədən çox artaraq 246,6 min nəfərə çatmışdı. Əhalinin müt­ləq sayı da artmış, 1916-cı ildə 246,6 min nəfərdən çox olmuş­dur. 1886-cı illə 1897-ci il arasında, 11 il ərzində mütləq artım 123,2 faiz olmuş, illık artım orta həsabla 2,1 faizə çatmışdır. Bu müddət ərzində erməni köçkünlərinin çoxalmasına baxmayaraq, erməni­lərin artımı 116,4 faiz təşkil etmişdir.

  4. 1897-ci ildən sonra, xüsusilə, XIX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların xüsusi çəkisi və təbii artım sürəti azalmağa doğru getmişdi. 1905- -1908-ci illərin hadisələri özünü kəskin surətdə göstərmişdir. Əhalinin bir hissəsi yaşayış yerlərini tərk etmiş, doğum azalmış, ölüm halları isə çoxalmışdır. Bu kimi səbəblər üzündən 1905-ci illə 1916-cı il arasında artım 107,5 faiz, illik orta artım isə 0,7 faiz təşkil etmişdir. 1886-cı illə 1897-ci il arasındakı müddətdə azərbaycanlı əhalinin mütləq artımı təqribən 40 min nəfər təş­kil etdiyi halda, 1905-ci illə 1916-cı il arasındakı müddət ər­zində mütləq artım 17 min nəfər olmuşdur. Halbuki 1905-ci il­də azərbaycanlı əhalinin sayı 1886-cı ildəkindən 61 min nəfər çox idi. Ermənilərin mütləq artımı isə 1905-ci illə 1916-cı il arasında 139 min nəfərə çatmış, 132,1 faiz təşkil etmişdir.

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova