Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

İkinci mərhələnin saciyyəvi məqamları

Azərbaycanlıların yüksək xüsusi çəkiyə malik olması Çar Rusiyasının Yaxın Şərq siyasətinə uyğun gəlmirdi. Buna görə də demoqrafik mütəna­sibliyi xristian olan ermənilərin xeyrinə dəyişmək üçün hələ I Pyotrun vaxtından nəzərdə tutulmuş planların dərhal həyata keçiırilməsinə başlandı. Aşağıdakı faktlar bunu sübut edir, və rus diplomatiyasının pərdəarxası fəaliyyətinin uzaqgörənliyindən, çəvikliyindən, məkrliyindən xəbər verir. 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi bağlanır, cəmi 16 gün sonra, fevralın 26-da isə Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən Iranın ermənilər yaşayan ərazilərindən ermənilərin küt­ləvi surətdə köçürülüb İrəvan və Naxçıvan xanlıqlarında, Zən­gəzurda və Qarabağda yerləşdirilməsinə başlanır. Ermənilər əsasən müharibə zamanı  azərbaycanlı əhalisi qovulmuş kəndlərdə yerləşdirilir. I828-ci ilədək bütünlükdə azərbaycanlılar yaşayan və Rusiya-İran müharibələri zamanı dağıdılan, əhalisi pərən-pərən salınan kəndlərdə Gülüstan mü­qaviləsindən sonra, I828-I830-cu illərdə İrandan və Türkiyədən köçürülmüş ermənilər məskunlaşmışdır.

 

 

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova