Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

Leninin ermənipərəst siyasəti və Azərbaycan toponimlərinin erməniləşdirilməsi

Bolşevik çevrilişi ərəfəsində  poçt və bankları qarət edən ermənilər Leninə güclü maddi yardım göstərmiş və bununla da onun silahdaşlarına çevrilmişlər.  V.Leninin razılığı ilə 1920 ildə onlar ərazi iddialarını təmin edə bilmişlər. Belə ki, azərbaycanlılar yaşayan Zən­gəzur və Göycə mahalları, Qazax qəzasının Dilican dərəsi Azərbaycandan qoparılıb Ermənistan respubükası yaratmaq naminə ermənilərə bağışlandı.
Ermənistan SSR-i yarandığından cəmi 15 gün sonra - 1920-ci il dekabrın 13-də V.Leninin göstərişi ilə RSFSR Xalq Komissarları Soveti Ermənistana təcili iqtisadi yardım göstərmək haqqında xüsusi qərar qəbul etdi. Bunun  əsasında Ermənistan 1921-ci ildən 1922-ci ilədək Sovet Rusi­yasından 3,5 milyon rubl qızıl pul, 426 inin pud taxıl və un, xeyli miqdarda balıq, düyü, şəkər, parça, dava-dərman, yana­caq, paltar, kənd təsərrüfatı malları və s. almışdı. Ermənistan Rusiyadan hər ay 166 min rubl qızıl pulla yardım, 110 vaqondan çox ta­xıl, 11 vaqon şəkər, 7 vaqon dava-dərman almışdı.
Sovet Ermənistanına toxuculuq fabriki üçün 18 miniyi olan qurğular, 25 vaqon parça, xeyli miqdarda başqa ərzaq məhsul­ları, material va qurğular göndərilmişdi.
Ermənistan Xalq Komissarları Sovetinin sədri A.Myasnik­yanla söhbəti zamanı V..Lenin demişdir: "Biz sizə yardım gös­tərəcəyik. Əgər pula ehtiyacınız olsa pul verərik, əgər mate­riallara ehtiyacınız olsa material alarsınız...".
Bu elə bir dövr idi ki, Rusiyada aclıqdan gündə minlərlə adam həlak olurdu. Ermənistana bu kimi yardım göstərən yüksək rütbəli şəxslər 1918-1920-ci illərdə ermənilərin törətdiklə­ri soyqırımın nəticəsində məhv edilmiş, 280 min nəfərdən çox azərbaycanlı əhalinin acı taləyini eyni nəzərlərinə belə almamışlar.
Şübhəsiz, Sovet quruluşunun 70 ildən artıq bir dövründə SSRI ərazisinin 0,13 faizi qədər ərazisi olan Ermənistana göstərilən bu kimi yardım kommunistlərlə erməni millətçilərinin həmrəyliyindən irəlı gəlirdi.
Erməni təcavüzkarları tarixə qarşı da genosid siyasətinə əl atdılar. Məlumdur ki, Ermənistan SSR yaranmamışdan onun zəbt etdiyi Qərbi Azərbaycanda  kəndlərin 95 faizdən çoxunun adi türk mənşəli olmuşdur.  Rusiya imperiyasının 90 illik hakimiyyəti ərzində bu ərazidə kəndlərdən yalnız bir neçəsinin adı çar ailə üzvlərinin şərəfinə dəyişdi­rilmişdir. Məsələn, Gümrü Aleksandropol adlandırılmışdır. Rusiyadan Zaqafqaziyaya köçürülmüş  duxoborları, ikinoborları, molokanları yerləşdirmək üçün Vorontsovka, Novo-Mixaylovka, Rus-Qerqer, Nikitino, Nadejdino, Yelenovka, Semyonovka, Konstantınovka, Bazarçay, Bori­sovka, Novo-Dilican, Qolovino adlı yeni kəndlər salınmışdır.
Bir sözlə, Rusiya imperiyasının hakim dairələri türk mənşəli qədim Azərbaycan toponimlərinə hörmətlə yanaşaraq onlara demək olar ki toxunmamışdır. Kommunist rejimi zamanı isə qısa vaxt kəsiyində azəri toponimləri tam erməniləşmişdir. Bu özü genosid siyasətinin bir istiqamətidir ki, Azərbaycan diyarı olan İrəvan xanlığının tarixdən və yer üzündən silinməsinə xidmət edirdi.
Belə ki, 1924-cü ildən həmin addəyişdirmə prosesi başlandı və ilk olaraq  Gümrü (Aleksandropol) Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1935-ci ildə 195 kəndin, 1945-ci ildə 39 kəndin, 1946-cı ildə 120 kəndin, 1947-1978-ci illərdə 400-dən çox kəndin, 1978-80-ci illərdə 300-dən çox kəndin, 1991-ci ildə isə qalan 94 kəndin adı dəyişdirildi.
Bir çox hallarda yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri ermənicəyə tərcümə olunmuş, ya da bir-iki hərf də­yişdirilmişdir. Diqqət yetirin: Dəmirçi-Darpnik, Ağqala-Berd­kunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik, Qaraqala-Sevaberd, Göykilsə-Kaputan, Oxça­berd-Voxçaberd, Yengicə-Norabats, Xaçaparaq-Xaçpar, Gül­lüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Almalı-Xizorud, Nəzrvan-Kazaravan, Ağbulaq-Axpurak, Bəriabad-Ba­rapet, Ağkilisə-Cermakavan, Acıbac-Acabac, Qovşud-Kavçut, Kərd-Kard, Ağudi-Aqitu, Aravus-Aravis, Bayandur-Baqatur, Yeni kənd-Nor-Gyuq, Gabut-Kapuyt, Molla Musa-Musakan, Piraqan-Byurakan, Daşqala-Karaberd, Bəzirxana-Dzithankov, Qızıltamur-Vosgevaz, Melik kənd-Melik gyuğ, Güllücə-Vardenis, Gözəldərə-Geqadir, Qamışqut-Yeğeqnut, Dərəkənd-Dzo­rakyuğ, Aqunk-Közlü, Qaradaş-Sevkar, Iydəli-Pşadavan, Güllü­bulaq-Vardağbyur, Göl-Lick va s. Sovet Ermənistanı ərazisində olan Azərbaycan mənşəli bütün toponimlərın - çayların, dağların, dəralərin, təpələrin, düzənliklərin adları belə dəyişdi­rilib erməniləşdirilmişdir. Buna baxmayaraq əcdadlarımızın qoyduğu müqəddəs adlar tarixin sə­hifələrındə, yeni nəsillərin yaddaşında silinməz adlar kimi qalacaq, düşmənlərimizə ölümcül zərbə vuracaq, Azərbaycan xalqinin haqq işinin qələbəsində mühüm rol oynayacaqdır.

Beləliklə, aydın olur ki, minilliklər ərzində Azərbaycan xalqının keçmişinin şahidi olan, tarixin keşməkeşlərinə si­nə gərən türk mənşəli kəndlərin hamısının adları cəmi 56 il ərzində erməni tacavüzünə məruz qalmışdır. Bütün bunlar Kommunist Parti­yasının hakimiyyəti dövründə baş verınişdir.

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova