Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

Azərbaycanlı kəndlərinin istilası

6-cı cədvəldən göründüyü kimi, 1918-ci il ərəfəsində Ermənistanın hazırki ərazisində 1349, 1931-ci ildə 1242, 1986-cı ildə 957 kənd qeydə alınmışdır. Yalnız 1918-20-ci illərdə daşnak­ların hakimiyyəti dövründə, ümumiyyətlə, 107 kənd, 1931-ci illə 1986-cı illər arasında isə 285 kənd azalmışdır. Lakin 1918-20-ci illərdə azərbaycanlılar yaşayan l 95 kənd, 1931-ci illə 1986-cı illər arasında isə 295 kənd sıradan çıxmışdır. Deməli, azərbaycanlılar qovulan kəndlərdə ermənilər məskunlaşmışdır.

Ümumiyyətlə, Rusiya imperiyasının dağılması ərəfəsində Ermənistanın hazırki ərazisində 1349 kənddən 608 kənddə (45 faiz) azərbaycanlılar, 560 kənddə (41,5 faiz) ermənilər, 115 kənddə (8,5 faiz) kürdlər, 66 kənddə (4,9 faiz) ruslar və baş­qa millətlərin nümayəndələri yaşamışlar. Yalnız 1828-1829-cu illərdəki köçürülmə zamanı İrəvan quberniyasında əvvəllər azərbaycanlılar yaşayan 208 kənddə ermənilər məskunlaşmış­dır. Bununla əlaqədar geyd etmək vacibdir ki, İrəvan xanlığının Rusiyaya birləşdirilməsi ərəfəsində  buradakı 526 kənddən yalnız 63-də ermənilər yaşamışlar.

 

CƏDVƏL № 7

 

Beləliklə, 1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər ərazinin 50-55 faizini, ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə etmişdir. Kəndlərın sayının çox olmasına baxmayaraq, erməni əhalisinin əksər hissəsi Ararat vadisinin və Şoragəlinin (Aleksandropol qəzası) məhdud bir sahəsində yerləşmişdir.
Ermənilərin Ararat vadisi ərazisində toplanması Sovet döv­ründə də davam etmiş, burada yaşayan azərbaycanlılar depor­tasiya edilmişdir. Ermənistan SSR ərazisinin 26,7 faizini təşkil edən Ararat vadisi ərazisində 1986-cı ildə respublika əhalisinin 58,8 faizi toplanmışdır. Bu bölgədə 1916-cı ildə azərbaycanlılar 114 kənddə yaşayırdılar. 1986-cı ildə bu rəqəm 11-ə enmişdir.

7-ci və 8-ci cədvəllərdə verilən faktlar isə Ermənistan SSR adlanan respublikanın tərkibinə keçən lrəvan quberniyasının Irəvan, Eçmiadzin, Nor-Bayazet, Dərələyəz qəzalarına aiddir. Bu faktlar azərbaycanlılara qarşı ermənilərın törətdiyi genosidi tam sübut edir.

 

CƏDVƏL № 8

 

7-ci cədvəldə azərbaycanlılar yaşayan kəndlərin istilasının dinamikasını, 8-ci cədvəldə verilən faktlar isə azərbaycanlılara məxsus ərazilərin zəbt edilməsini göstərir.
Sevan gölünün 141 min hektar sahəsi rayonlar üzrə bölün­mədiyi üçün bu cədvələ daxil edilməyib. Cədvəldəki rəqəm­lərdən aydın olur ki, İran və Türkiyədən ermənilərin köçürü­lüb İrəvan xanlığı ərazisində yerləşdirilməsi  ilə azərbaycan əhalisinin kəndlərinin və torpaq sahələrinin zəbti baş­lanmışdır.    
    1826-1828-ci illər Rusiya-.lran müharibəsi zamanı İrəvan xanlığının ərazisində azərbaycanlılar yaşayan 420 kənd bütün­lüklə dağıdılmışdır. 1828-ci ildə həmin ərazidə azərbaycanlılar yaşayan 254, qarışıq 25, ermənilər yaşayan 38 kənd qalmışdır. 1828-1872-ci illərdə azərbaycanlılar yaşa­yan 146 kəndi ermənilər zəbt etmiş, azərbaycanlılar yaşayan daha 15 kənddə məskunlaşmışlar. 1873-cü illə 1914-cü illərdə bu proses səngimişdir. Lakin daşnak hökumətinin fəaliyyət göstərdiyi 1918-1920-ci illərdə azərbaycanlılar yaşayan 208 kənd dağıdılmış, əhalisi məhv edilmişdir. Yalnız qeyd olunan iki il ərzində ermənilər azərbaycanlılar yaşayan 157 kəndə bütünlüklə, 67 kəndə isə qismən sahib olmuşlar. 1931-ci illə 1988-ci il arasında bütünlüklə azərbaycanlılar yaşayan 61 kəndi, ermənilərlə bir­likdə azərbaycanlıların yaşadığı 104 kəndi zəbt etmişlər. 1988-ci ilin sonunda isə qalan 72 kənd ermənilər tərəfindən zəbt olunmuşdur. 1989-cu il yanvarın 1-nə həmin ərazidə bircə nəfər də olsun azərbaycanlı qalmamışdır.
Kəndlərin zəbti onlara məxsus olan torpaq sahələrinin də zəbt olunması demək idi. İrəvan xanlığının Ermənistan SSR yaradılan ərazisi 1380600 hektar təşkil etmişdir. 1828-ci ildə ermənilər yaşayan kəndlərin ərazisi 46515 hektar, ümumi sa­hənin 3,37 faizi qədər olmuşdur. Azərbaycanlılara məxsus olan ərazi isə 1334085 hektar, ümumi ərazinin 96,63 faizi qədər ol­muşdur. Ermənilər 1828-ci illə 1873-cü il arasında azərbaycanlılara məxsus olan 408 min hektar (29,6 faiz), 1918-1920-ci il­lər arasında 633 min hektar (45,79 faiz), 1931-ci illə 1986-cı illə arasında 160 min hektar (31,64 faiz), 1988-ci ildə isə qa­lan 131 min hektar (9,60 faiz) ərazini zəbt etmişlər. 1988-ci ildə zəbt edilən kəndlər aşağıdakı rayonlarda idi: Ararat (Vedi) rayonunda 4 kənd (2950 hektar ərazi), Vardenis (Basarkeçər) rayonunda 33 kənd (101100 hektar), Hrazdan (Axta) rayonunda qarışıq kəndlər (1030 hektar), Əzizbəyov rayonunda 8 kənd (6400 hektar), Yeğeqnadzor(Keşişkənd) rayonunda 15 kənd (8560 hektar), Masis (Zən­gibasar) rayonunda 12 kənd (11400 hektar).

Beləliklə, azərbaycanlılara məxsus bütün kəndlər və onlara aid olan torpaq sahələri ermənilər tərəfindən zəbt olunmuşdur. Yuxarıda gətirilən faktlara əsasən  nəticəyə gəlirik ki,  I828-ci ildən 1988-ci ilədək, yəni l60 il ərzində ermənilər həm Çar Rusiyası dövründə, həm daşnak hakimiyyətinin 2 ili, Sovet dövlətinin 70 ili ərzində azərbaycanlılara garşı eyni ardı­cıllıg və gəddarlıqla genosid  törətmişdir. Daşnakların və kommunistlərin azərbaycanlılara qarşı milli siyasətlərində heç bir fərq olmamışdır. Hətta daşnaklar ­azərbaycanlıları öz əzəli torpaqlarında tamamilə qova bilmədiyi halda, bunu  Ermənistan kommunist partiyasının başçıları məharətlə icra etmişlər.

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova