Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • XANÇALLI (XANCARLI) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, dəniz səviyyəsindən 2110 metr yüksəklikdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 290, 1914-cü ildə 392, 1931-ci ildə 2 dəfə azalaraq 187 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib və əhalisi yaxınlıqdakı Balıxlı kəndinə köçürülüb.
  •  

  • XANCIĞAZ (İBRAHİMLİ, 1940-cı ildən GÖZƏLDƏRƏ, 1991-ci ildən AZNAVADZOR) - Ermənistan SSR Quqarq (Kirovakan – Böyük Qarakilisə) rayonunda, Kirovakan şəhərindən 12 km şimal-qərbdə, Bazum dağının ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 33, 1897-ci ildə 509, 1905-ci ildə 523, 1914-cü ildə 650, 1926-cı ildə 706, 1931-ci ildə 880, 1979-cu ildə 1091 nəfər olub. Sovet İttifaqı qəhramanı Xıdır Mustafayev bu kənddə doğulmuşdur. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • XARABA AKERAK ( XARABA ƏKƏRƏK, ƏKƏRƏK TALIŞ) - İrəvan quberniyası Eçmiadzin qəzasının Aşağı Ağcaqala kənd icması tərkibində, Ermənistan SSR Talin rayonunda, Araqadz (Alagöz) dağının cənub ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 70, 1873-cü ildə 301, 1905-ci ildə 284, 1914-cü ildə 284 nəfər olub. 1918-1920-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımdan sonrakı rəsmi sənədlərdə kənddə azərbaycanlıların yaşaması barədə məlumat yoxdur. Ermənilər bu kəndə 1920-ci ildə Sasun və Taron vilayətlərindən gətirilmişlər. 1931-ci ildə onların sayı 550 nəfər olub.
  •  

  • XARABA KOLANI( 1935-ci ildən KOLANLI)- Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 10 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 360, 1914-cü ildə 516, 1931-ci ildə 167 nəfər olub. Əhalinin 3 dəfə azalması 1918-1920-ci il soyqırımının təzahürüdür. Kənd ötən əsrin 30-cu illərinin sonunda ləğv edilib və əhalisi Azərbaycana köçürülüb.
  •  

  • XARABA KATANLI - İrəvan quberniyası İrəvan qəzasında, Allahəkbər dağı ətəyində, Dvin - Aysoru kənd icması tərkibində, Ermənistan SSR Ararat (Vedi) rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 64, 1886-cı ildə 105, 1905-ci ildə 174, 1914-cü ildə 219 nəfər olub. 1918-ci ildə erməni daşnaklarının təcavüzünə məruz qalmış əhali kənddən qovulmuşdur. Sonralar kənddə kürdlər məskunlaşmışdılar. 1931-ci ildə 29 nəfər kürd var idi. Kənd ötən əsrin 30-cu illərində ləğv olunmuşdur.
  •  

  • XARABA SARVANLAR- İrəvan quberniyasının İrəvan qəzasında, Ermənistan SSR İrəvan şəhərindən 5 km məsafədə, İrəvan-Eçmiadzin şosse yolunun sol tərəfində, Hrazdan (Zəngi) çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. İrəvanda aparılmış tikinti altında qalmışdır. Azərbaycanlı əhalisi 1873-cü ildə 48, 1905-ci ildə 95, 1914-cü ildə 62 nəfər olub.
  •  

  • XARTLUQ – İrəvan quberniyası Nor-Bayazet qəzasında, Ermənistan SSR Martuni(Aşağı Qaranlıq) rayonunda, Geğhovid (Qaranlıq) kəndi yaxınlığında, Şahbulaq dağı ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 260, 1914-cü ildə 282 nəfər olub. 1918-1920-ci illərdə erməni quldurlarının azərbaycanlılara qarşı soyqırımında kənd bütünlüklə dağıdılıb və sonradan bərpa olunmayıb.
  •  

  • XATUNARX (AŞAĞI XATUNARX, 1978ci ildən QAY)- Ermənistan SSR Eçmiadzin rayonunda, Eçmiadzin şəhərindən 6 km cənubda azərbaycanlılar yaşamış kənd. Əsası 1670-1680-cı illərdə qoyulmuşdur. İrəvan xanı Səfiqulu xanın və onun arvadı Xatun xanımın təşəbbüsü ilə bölgədə olan iki kənd arasında suvarma kanalı çəkildiyindən kəndlərin inkişafına, çəltik əkin sahələrinin genişləndirilməsinə, beləliklə də əhalinin maddi-məişət şəraitinin yaxşılaşmasına təkan vermişdi. İndiyədək də həmin arxdan istifadə edilir. Əhali minnətdarlıq əlaməti olaraq suvarma axınını xanımın şərəfinə Xatunarx adlandırmışdır. Bölgədəki həmin kəndlərə Yuxarı Xatunarx və Aşağı Xatunarx adları verilmişdir. 1831-ci ildə Aşağı Xatuarx kəndinin azərbaycanlı əhalisi 298 nəfər idi. 1828-18290-cu illərdə İrandan gətirilmiş 662 erməni ailəsi bu kənddə yerəşdirilmişdi. Beləliklə də azərbaycanlıların kənddə sıxışdırılıb çıxarılmasının başlanğıcı qoyulmuşdu. 1978-ci ildə kəndə türklərə qarşı vuruşmalarda iştirak etmiş könüllü dəstələrdən birinə başçılıq edən Qay Bykyanın adı verilmişdir. Rusiya müharibədə məğlub olandan sonra geri çəkilən erməni hərbi hissələri Ararat vadisində bir çox azərbaycanlı kəndlərini viran qoymuşdu. Azərbaycanlılara qarşı soyqırımın əsas təşkilatçılarından biri Qay idi. YUXARI XATUNARX kəndi isə 1878-ci ildə Haykaşen adlandırılmışdı.
  •  

  • XAÇAPARAX (HAÇAPARA, 1935-ci ildən ZƏHMƏT, 1991-ci ildən XAÇPAR) - Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 8 km şimal-qərbdə, Hrazdan (Zəngi) çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 326, 1897-ci ildə 753, 1905-ci ildə 992, 1914-cü ildə 1135, 1931-ci ildə 759 nəfər olub. Əhali soyqırıma məruz qalıb, 1988 ildə isə azərbaycanlılar bütünlüklə qovulub.
  •  

  • XACƏ YARALI (XOCAYAR)- İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Hoktemberyan (Sərdarabad – Qurdqulu) rayonu ərazisində Araz çayının sol sahilində, Şəhriyar kənd icması tərkibində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 85, 1873-cü ildə 176, 1905-ci ildə 236, 1914-cü ildə 222 nəfər olub. Kənd 1918-ci ildə erməni quldurları tərəfindən dağıdılandan sonra yenidən bərpa olunmayıb.
  •  

  • XEYİRBƏYLİ (1967-ci ildən ERVANDAŞAD)- Ermənistan SSR Hoktemberyan (Sərdarəbad – Qurdqulu) rayonunda, Araz və Axuryan (Qərbi Arpa) çaylarının qovuşduğu yerdə, rayon mərkəzindən 36 km qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 301, 1914-cü ildə 414, 1931-ci ildə 332 nəfər olub. Azərbaycanlılar kəndi erməni millətçilərinin təzyiqi altında ötən əsrin 30-cu illərində tərk etmişlər. Xaricdən gətirilmiş ermənilər 1918-ci ildən bu kəndi məskunlaşdırmışlar. Kənddə 1931-ci ildə 119 nəfər erməni var idi.
  •  

  • XƏLƏC - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 4 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 510 nəfər, 1931-ci ildə 114 nəfər olub. Əhalinin 5 dəfə azalması məlum soyqırımların təzahürüdür. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • XƏLİSƏ ( XALİSA, 1991-ci ildən NOYAKERD)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, rayon mərkəzindən 19 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 149, 1897-ci ildə 960, 1906-cı ildə 957, 1914-cü ildə 975, 1931-ci ildə 588 nəfər olub. Əhalinin azalması 1918-1920 illər soyqırımının təzahürüdür. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • XƏRRƏTLİ (XARRATLI, 1978-ci ildən sonra AREVABYUR)-Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 7 km cənub-qərbdə, hazırda işləməyən İrəvan-Naxçıvan dəmir yolu üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 183, 1879-cu ildə 202, 1905-ci ildə 373,1914-cü ildə 571, 1931-ci ildə 136 nəfər olub. Ermənilər bu kəndə 1918-ci ildən sonra gətirilmişlər. 1931-ci ildə 59 nəfər erməni var idi. Yerli azərbaycanlılar təzyiq altında 40-cı illərində deportasiya edilmişlər.
  •  

  • XNUT- İrəvan quberniyası İrəvan qəzasındakı Armik kənd icması tərkibində, Ermənistan SSR Ararat (Vedi) rayonu Qarabağlar bölgəsində, Çığın dərəsində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 315, 1914-cü ildə 318 olub. 1918-1920-ci illərdə erməni quldurlarının azərbaycanlılılara qarşı soyqırımından sonrakı rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • XOSROV- Ermənistan SSR Ararat (Vedi) rayonunda , Küsqayasu çayı sahilində azərbaycanlılar yaşamış kənd. Əvvəllər Qarabağlar rayonu tərkibində idi. Azərbaycanlı əhalisi 1905-ci ildə 199, 1914-cü ildə 388, 1931-ci ildə 31 nəfər olub. Əhalinin 10 dəfə! azalması 1918-1920 illər soyqırımın təzahürüdür. Kənd ötən əsrin 40-cı illərində ləğv edilmişdir.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova