Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • ULUXANLI (1935-ci ildən Nərimanlı, 1937-1953-cü illərdə Zəngibasar, 1953-ci ildən MASİS)- Ermənistan SSR İrəvan şəhərindən 20 km məsafədə çox qədim zamanlardan azərbaycanlılar yaşamış qəsəbə. Masis 1969 ildən sonra rayon mərkəzi, 1971-ci ildən şəhər tipli qəsəbə olub. Azərbaycanlı əhalisi 1831-ci ildə 1737, 1897-ci ildə 3062, 1905-ci ildə 3171, 1914-cü ildə 3200, 1931-ci ildə 1781 nəfər olub. Son onilliklər ərzində azərbaycanlılar ermənilər tərəfindən dəfələrlə təcavüzə məruz qalıb. 1918-1920-ci illərdə erməni daşnaklar tərəfindən törədilmiş qırğın zamanı əhali 1500 nəfərdən artıq itki verərək kənddən qovulmuşdur. Ötən əsrin 30-cu illərində sağ qalmış əhali yenidən kəndə qayıtmış və təsərrüfatının bərpası ilə məşğul olmuşdu. 1948-1949-cu illərdə xarici ölkələrdən gətirilən erməniləri ərazidə yerləşdirmək bəhanəsi ilə əhalinin bir hissəsi İttifaq hökumətinin qərarı ilə Azərbaycana köçürülmüşdü. 1988-ci ildə erməni quldurların Azərbaycan torpaqlarına sahib çıxmaq iddiası ilə törətdikləri cinayətlər azərbaycanlıların üçüncü dəfə öz qədim ata-baba yurdlarından didərgin salınmasına şərait yaratmışdı. Ermənilər bu əzəli Azərbaycan kəndinə 1947-ci ildən sonra Ermənistanın dağ kəndlərindən gətirilmişdilər. 1931-ci ildə cəmi 5 nəfər erməni yaşamış bu kəndin erməni əhalisi artaraq 1970-ci ildə 4000 nəfərdən çox olmuşdur.
  •  

  • URUT( URİD, RUT, 1968-ci ildən VOROTAN)- Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən 8 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 435, 1914-cü ildə 409, 1931-ci ildə 340 nəfər olub. 1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.
  •  

  • UŞİ - Ermənistan SSR Əştərək rayonunda, Araqadz (Alagöz) dağının cənub-qərb ətəyində, rayon mərkəzindən 4 km şimalda, İrəvan-Aparan şosse yolunun üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 167, 1914-cü ildə 1359, 1931-ci ildə 33 nəfər olub. Əhalinin sayının 1914-cü ildəkinə nisbətən 1300 nəfərdən artıq azalması 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın acı nəticələridir. Ermənilərin terrorçuluq əməllərindən sonra sağ qalmış azərbaycanlılar ötən əsrin 30-cu illərində kəndi tərk etmişlər. Ermənilər bu kəndə 1918-ci ildən sonra Türkiyənin Qars, Sürməli, Bəyazid vilayətlərindən gətirilmişlər. 1931-ci ildə kənddə 754 erməni var idi.
  •  

  • UÇAN - Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 14 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 62, 1905 və 1914-cü illərdə 300 nəfər olub. Aleksadropol - İrəvan yolu üçtündə olan bu kənd 1918-ci ildə ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Sonrakı illərin rəsmi sənədlərində həmin kənddə azərbaycanlıların yaşaması barədə məlumat verilməmişdir. Türkiyənin Qars, Sürməli, Bəyazid qəzalarından gətirilmiş ermənilər bu əzəli Azərbaycan kəndində yaşamağa başlamışlar. 1931-ci ildə kənddə 754 erməni var idi. 1960-cı ildə bu kənddə Azərbaycan xalqının qatil düşməni tayqulaq Andranik Ozanyana heykəl qoyulmuşdur.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova