Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • ŞABADİN (1991-ci ildən YEXEQ) - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 13 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1907-ci ildə 317, 1914-cü ildə 275, 1931-ci ildə 213 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞABADİN-OXÇU- Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Oxçu kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonunun Oxçu kəndi yaxınlığında, azərbaycanlılar yaşamış kənd. 1886-cı ildə 582, 1905-ci ildə 789 nəfər azərbaycanlı, 1914-cü ildə isə 516 nəfər erməni olub. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı göstərilmir. Kəndin azərbaycanlı əhalisi 1905-ci ildə erməni quldurların törətdikləri vəhşiliklər nəticəsində itkilərə məruz qalıb, eyni zamanda kənddən qovulub.
  •  

  • ŞAGARDA- Ermənistan SSR Taşir (Kalinino - Vorontsovka – Qaraisa) rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 24 nəfər azərbaycanlı əhalisi olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
  •  

  • ŞAGAP (ŞAQAPLI, ŞAHAPLI)- Ermənistan SSR Ararat (Vedi) rayonunda , rayon mərkəzindən 13 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 827, 1914-cü ildə 840, 1931-ci ildə 79 nəfər olub. 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən törədilən qırğın zamanı xeyli azərbaycanlı əhali həlak olmuş, didərgin düşmüşdür, onların sayı 10,5 dəfə! azalmışdır. Yerli azərbaycanlılar kəndi erməni millətçilərinin təkidli tələbləri ilə ötən əsrin 40-cı illərində tərk etmişlər. Ermənilər bu kəndə 1922-ci ildə Türkiyənin Şadax və Van vilayətlərindən gətirilmişlər. 1931-ci ildə kənddə 22 nəfər erməni olub.
  •  

  • ŞAMB- Ermənistan SSR Sisyan( Qarakilsə) rayonunda, rayon mərkəzindən 12 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 495, 1914-cü ildə 440, 1931-ci ildə 40 nəfər olub. Əhalinin 11 dəfə! azalması erməni quldurların1918-1920-ci illərdə törətdikləri qırğının nəticəsidir.
  •  

  • ŞAMLIQ- Ermənistan SSR Tumanyan (Alaverdi) rayonunda, rayon mərkəzindən 13 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 166, 1959-cu ildə 260, 1970-ci ildə 266 nəfər olub. Kənddə azərbaycanlılardan savayı yunanlar da yaşayıb. Ermənilər bu kəndə 1918-ci ildən sonra gətirmişlər. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞAMSIZ- Ermənistan SSR Gorus rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1914-cü ildə 186, 1931-ci ildə 2,5 dəfə azalaraq 52 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
  •  

  • ŞAHGƏLDİ QIŞLAĞI- İrəvan quberniyasının Şərur-Drələyəz qəzasında Ələyəz kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonu, Səlim çayı sahilində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 36,1873-cü ildə 80, 1905-ci ildə 133 nəfər olub. Kənd 1920-c ildə ləğv edilmişdir.
  •  

  • ŞAXVARUT (ŞAHVARUT, ŞAH VARİD, 1968-ci ildən HUŞAKERT)- Ermənistan SSR Hoktemberyan(Sərdarabad – Qurdqulu) rayonunda, rayon mərkəzindən 7 km məsafədə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 59, 1905-ci ildə 96, 1914-cü ildə 128, 1931-ci ildə 96 nəfər olub. Onlar kəndi erməni millətçilərinin aramsız təzyiqləri altında ötən əsrin 30-cu illərində tərk etmişlər. Kənddə ermənilər yerləşdirilmişlər.
  •  

  • ŞEYX HACI ( ŞIXQADJİ, 1935-ci ildən ŞQARŞİK)- Ermənistan SSR Talin rayonunda, Katnaxbur (Mehriban) kəndindən 4 km məsafədə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 19, 1905-ci ildə 337, 1914-cü ildə 337 nəfər olub. 1918-1920-ci illərdə daşnaklar tərəfəindən azərbaycanlılara qarşı törədilmiş soyqırımda yerli əhali qovulmuş, kənd ermənilərin ixtiyarına verilmişdir. 1931-ci ildə kənddə 352 nəfər erməni var idi.
  •  

  • ŞƏKİ- Ermənistan SSR Sisyan( Qarakilsə) rayonunda, rayon mərkəzindən 6 km şimal-qərbdə, İrəvan-Sisyan yolu üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 1605, 1914-cü ildə 1584, 1931-ci ildə 557 nəfər olub. Əhalinin 1000 nəfər azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞƏHƏRCİK (ƏRƏFSƏ)- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 395, 1914-cü ildə 180, 1931-ci ildə 425 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞƏHRİYAR- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 37 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilmişdir.
  •  

  • ŞİDLİ(1991-ci ildən YEĞEQNAVAN)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 263, 1897-ci ildə 823, 1905-ci ildə 777, 1914-cü ildə 790, 1931-ci ildə 465 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • ŞİNKAVİT (ŞİNKAVİT YUXARI, ŞİNKAVİT BAYAT) -İrəvan quberniyasının Zəngibasar mahalında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 75, 1931-ci ildə 9 nəfər olub. Yerevan şəhərinin genişlənməsi ilə əlaqədar 1935-ci ildə şəhər Sovetinin tabeliyinə verilmişdir.
  •  

  • ŞİRAZLI (1991-ci ildən VOSKETAP)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, rayon mərkəzindən 5 km cənub-qərbdə, İrəvan -Naxçıvan yolu üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1897-ci ildə 234, 1905-ci ildə 229, 1914-cü ildə 237, 1931-ci ildə 250 nəfər olub.Ermənilər bu kəndə 1930-cu ildən sonra gətirilmişlər. 1931-ci ildə 182 nəfər erməni var idi. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞİRAN- İrəvan quberniyasının İrəvan qəzasında Dvin - Aysoru kənd icması tərkibində,Ermənistan SSR Artaşat (Qəmərli) rayonu ərazisində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 80, 1914-cü ildə 185 nəfər olub. 1018-1920-ci illərdə daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırım zamanı kənd tamamilə dağıdılmışdı.
  •  

  • ŞİRVANŞAHLI- Yelizavetpol quberniyası Zəngəzur qəzasında, Xələc kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonu ərazisində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 68, 1905-ci ildə 125, 1914-cü ildə 98 nəfər olub. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımından sonrakı rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • ŞİŞQAYA( 1991-ci ildən QUKARİÇ)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, Şahdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 9 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 251, 1897-ci ildə 905, 1905-ci ildə 1041, 1914-cü ildə 1088, 1931-ci ildə 863 nəfər olub. Əhalinin surətlə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞİŞTƏPƏ- Qars vilayətiinin Qars dairəsindəki Ağbaba məntəqəsində, Ermənistan SSR Amasiya (Ağbaba) rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 151, 1907-ci ildə 189, 1914-cü ildə 253 nəfər olub. 1918-ci ildə erməni vəhşilikləri zamanı bütünlüklə dağıdılmış kəndin ərazisi erməni kəndlərinin malqarası üçün örüş yerinə çevrilib.
  •  

  • ŞIXLAR( 1968-ci ildən LUSARAD)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, Araz çayının sol sahilində, rayon mərkəzindən 10 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 802, 1914-cü ildə 815, 1931-ci ildə 167 nəfər olub. Əhalinin 5 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Erməni daşnaklarının təqib və təzyiqlərinə dözməyən azərbaycanlılar kəndi ötən əsrin 40-cı illərində tərk etməyə məcbur olmuşdular. rmənilər bu kənddə 1920-ci ildən sonra məskunlaşmışdılar.
  •  

  • ŞIXLAR( 1940-cı ildən QIZIL ŞƏFƏQ)- Ermənistan SSR Sisyan( Qarakilsə) rayonunda, rayon mərkəzindən 13 km cənuğ-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 590, 1914-cü ildə 585, 1931-ci ildə 411 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞORCA- İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Qozulca kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 31, 1886-cı ildə 56, 1905-ci ildə 76, 1914-cü ildə 75 nəfər olub. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
  •  

  • ŞORCA AŞAĞI ( AŞAĞI ŞORCA,YENİ KEYTİ, KEYTİ NOVIY)-Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 13 km cənub-şərqdə Keytidağın ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 721, 1914-cü ildə 910, 1931-ci ildə 617 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞORCA YUXARI (YUXARI ŞORCA) – Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 15 cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 248, 1914-cü ildə 283, 1931-ci ildə 295 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞOTANLI- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 49 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv olunub.
  •  

  • ŞÖLLÜ DƏMİRÇİ (ŞORLU DƏMİRÇİ ,BÖYÜK ŞÖLLÜ DƏMİRÇİ, ŞÖLLÜ 1978-ci ildən DAŞDAVAN)-Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 3 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 601 nəfər olub. Ermənilər bu kəndə ötən əsrin 30-cu illərində gətirilmiş, onlar sayca 1948-ci ildən, yəni azərbaycanlılar zorla Azərbaycana köçürüldükdən sonra artmışlar. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞÖLLÜ DƏMİRÇİ KİÇİK (ŞORLU DƏMİRÇİ KİÇİK, KİÇİK DƏMİRÇİ, DƏMİRÇİ, 1991-ci ildən DARBNİK)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 6 km şimal-qərbdə, Hrazdan(Zəngi) çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 338, 1897-ci ildə 1318, 1905-ci ildə 1433, 1914-cü ildə 2216, 1931-ci ildə 453 nəfər olub. Azərbaycanlıların 1914-cü ildən sonra 5 dəfə azalması 1918-1920-ci illər soyqırımının nəticəsidir. Əhalinin qalan hissəsi 1988-ci ildə erməni millətçiləri tərəfindən qovulmişdur.
  •  

  • ŞÖLLÜ MEHMANDAR (ŞORLU MEHMANDAR, 1935-ci ildənMEHMANDAR, 1991-ci ildən HOVDAŞAD)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 11 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 406, 1897-ci ildə 1432, 1905-ci ildə 1455, 1914-cü ildə 1632, 1931-ci ildə 700 nəfər azalmış və 966 nəfər olub. 1947-1950-ciillərdə İttifaq hökumətinin ədalətsiz qərarı ilə kənd əhalisi Azərbaycana köçürülmüş (xarici ölkələrdən gətirilmiş erməniləri yerləşdimək bəhanəsi ilə), lakin onları deyil, Ermənistanın Ağin və Artik rayonlarının dağ kəndəlrindən köçürülmüş ermənilərlə məskunlaşdırılmışdı.
  •  

  • ŞUQAİB- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 90, 1914-cü ildə 200, 1931-ci ildə 5 dəfə azalaraq 47 nəfər olub. Kənd 1930-cu ildə ləğv edilib.
  •  

  • ŞURNUX- Ermənistan SSR Gorus rayonunda, rayon mərkəzindən 17 km cənub-şərqdə, Gorus-Qafan yolu üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1906-cı ildə 117, 1914-cü ildə 104, 1931-ci ildə 123 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ŞÜKƏR -Yelizavetpol quberniyasının Zəngəzur qəzasındakı Şəki kənd icması tərkibində, Ermənistan SSR Sisyan( Qarakilsə) rayonunda, Şağat kənd sovetliyidə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 218, 1905-ci ildə 280 nəfər olub. Sonrakı illərin rəsmi sənədlərində kənddə azərbaycanlıların yaşaması barədə məlumat verilməmişdir. Kənddə 1931-ci ildə 140 nəfər erməni var idi. Bu yaşayış məntəqəsi ötən əsrin 40-cı illərində ləğv edilmişdir.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova