Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • SABUNÇU (ŞAH, ŞEYX SABUNÇU, 1978-ci ildən ARAKSAVAN)-Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Artaşat şəhərindən 6 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 479, 1905-ci ildə 1397, 1931-ci ildə 319 nəfər olub. 1000 nəfər azalma daşnakların soydaşlarımıza qarşı törətdikləri genosidin miqyasından xəbər verir.
  •  

  • SADANAXAÇ ( SATAN AĞAC, 1935-ci ildən GÜNEY, 1991-ci ildən AREQUNİ) – Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 132, 1897-ci ildə299, 1914-cü ildə 639, 1931-ci ildə 6 dəfə azalaraq 111,1939-cu ildə 481 1979-cu ildə 823 nəfər olub.
  •  

  • SAĞMOSAVANK - Ermənistan SSR Əştərək rayonunda, Abaran(Kasax) çayı sahilində, rayon mərkəzindən 12 km şimalda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 220, 1914-cü ildə 248, 1931-ci ildə 65 nəfər olub. Əhalinin sürətlə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Azərbaycanlı əhali ötən əsrin 30-cu illərində ermənilərin təcavüzündən sonra kəndi tərk etmək məcburiyyətində qalıb.
  •  

  • SALAH(1991-ci ildən AKAVNAVANK) - Ermənistan SSR İcevan (Karvansara) rayonunda, Gedik çayı sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • SALLI- Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Səlim çayı sahilində, rayon mərkəzindən 14 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 77, 1897-ci ildə 560, 1905-ci ildə 624, 1914-cü ildə 624. 1931-ci ildə 242 nəfər olub. Ermənilər bu kəndə 1918-ci ildə gətirilmişlər. Kənddə 1931-ci ildə 102 nəfər erməni yaşayırdı.
  •  

  • SAMANQAR (SAMAĞAR, 1978-ci ildən GEĞAKERT)- İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 2 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 80 nəfər azərbaycanlı, 320 nəfər erməni əhalisi olub. Sonrakı illərdə azərbaycanlılar kənddən qovulmuşlar.
  •  

  • SANCARAVAZ (SƏNCƏRAVAZ)- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 30 nəfər idi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilmişdir.
  •  

  • SARAL - Ermənistan SSR Spitak (Hamamlı) rayonunda, rayon mərkəzindən 7 km şərqdə, Pəmbək çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 539, 1905-ci ildə 951, 1914-cü ildə 1111, 1931-ci ildə 975 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • SARİAR (SARİYAR, SIRIYER, 1991-ci ildən APAVEN)- Ermənistan SSR Taşir (Kalinino - Vorontsovka – Qaraisa) rayonunda, rayon mərkəzindən 12 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 105, 1914-cü ildə 97, 1931-ci ildə 181 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • SARVANLAR (SARVANLAR ULİYA, 1991-ci ildən SİS)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 6 km cənub-qərbdə, Hrazdan (Zəngi ) çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 153, 1873-cü ildə 970,1905-ci ildə 1465, 1914-cü ildə 1910, 1931-ci ildə 404 nəfər olub. Əhalinin 1500 nəfər, və ya 5 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • SARIYAQUB (1991-ci ildən DJAQATSADZOR)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 10 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 585, 1914- cü ildə 675, 1931-ci ildə 168 nəfər olub. Əhalinin sürətlə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • SARCALAR( SARACALAR, SARAC ALAR)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, Kalinin adına sovxozun ərazisində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 107, 1905-ci ildə 638, 1914-cü ildə 811, 1931-ci ildə 168 nəfər olub. Əhalinin 650 nəfər, və ya 6 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Əhali Sovet İttifaqı rəhbərliyinin rəsmi göstərişi ilə ötən əsrin 48-49-cu illərində Azərbaycanın şoranlıq ərazilərindən birinə köçürülmüşdü. Yeni təbii şəraitə dözməyən əhali qayıdıb Kalinin adına sovxozda işləməyə başlamışdı. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • SARIXANLI - İrəvan quberniyası İrəvan qəzasında Dəvəli kənd icması Tərkibində, Ermənistan SSR Ararat (Vedi) rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 288, 1886-cı ildə 338, 1905-ci ildə 160, 1914-cü ildə 161 nəfər olub. Əhali 1905-ci və 1918-ci illərdə erməni təcavüzünə məruz qalmışdı. 1919-ci ildən sonrakı sənədlərdə kəndin adı gösətrilmir.
  •  

  • SAXQUNQ( DZAXQUNK)- İrəvan quberniyası Dərəçiçək Mahalında, Ermənistan SSR Sevan (Yelenovka) rayonunda, rayon mərkəzindən 9 km şimalda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 18 nəfər olub. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Qazax, Dilican- Sevan-İrəvan nəqliyyat yolu üstündə olan bu kəndin azərbaycanlı əhalisinin xeyli hissəsi tələf edilmiş, sağ qalanlar isə ev-eşiklərindən didərgin salınmışdılar. 1831-ci ildə İran və Türkiyədən köçürülmüş ermənilər( 392 nəfər) bu kənddə məskunlaşdırılmışdı.
  •  

  • SEYİD KETANLI (SEYİD KOTANLI, 1931-ci ildən VERİN KETANLI)-Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 228, 1914-cü ildə 377, 1931-ci ildə 3 dəfə azalaraq 106 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilmişdir.
  •  

  • SEYİDLƏR-KAMANLI (SEYİDLƏR) - Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında, Xələc kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886- cı ildə 178, 1905-ci ildə 425, 1914-cü ildə 75 nəfər olub. Əhalinin 5,5 dəfə azalmasına 1905-1906-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1918-ci ildən sonrakı rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • SEYİDKƏND ( 1935-ci ildən ŞURAKƏND)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda Kalinin adına sovxoz ərazisində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 113, 1905-ci ildə 410, 1914 ildə 705, 1931-ci ildə 6 dəfə azalaraq 118 nəfər olub. 1948-1949-cu illərdə əhali Azərbaycanın şoranlıq ərazilərinə köçürüldükdən sonra kənd ləğv olunmuşdu. Yeni yaşayış yerinin təbii şəraitinə dözməyən əhali 1952-ci ildə geri qayıdıb Kalinin adına sovxoz qəsəbəsində yaşamışdı. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • SELDAĞILAN- Qars vilayəti Qars dairəsi Ağbaba məntəqəsində, Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 418, 1914-cü ildə 414 nəfər olub. Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım zamanı kənd dağıdılmışdır.
  •  

  • SƏRİNCAN( SOYUQBULAQ) - İrəvan quberniyası Nor-Bayazet qəzasında Tayçarıx kənd icması tərkibində, Ermənistan SSR Hrazdan (Dərəçiçək– Axta) rayonu ərazisində, Hrazdan(Zəngi) çayının sol qolu Marmarik(Misxana) çayı sahilində, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə kəndin 8 evində 43 nəfər azərbaycanlı, sonrakı illərdə kənddə 1873-cü ildə 71, 1914-cü ildə 362, 1936-cı ildə 306 nəfər kürd yaşamışdır. Ötən əsrin 40-cı illərində kənd ləğv olunmuşdur.
  •  

  • SİZNƏK - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 13 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd.1931-ci ildə 121 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • SİRKATAS ( 1935-ci ildən XDRANTS)- Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 414, 1914-cü ildə 390 nəfər olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım zamanı azərbaycanlı əhali kənddən qovulmuş, kənd ermənilərin əlinə keçmişdir.
  •  

  • SİSİAN (SİSYAN, 1940-cı ildən HATSAVAN) – Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən 7 km cənub-qərbdə, Sisyan çayının sol sahilində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 633, 1905-ci ildə 850, 1907-ci ildə 850, 1914-cü ildə 1300 nəfər olub. 1926 və 1931-ci illərdə əhalinin siyahıya alınması zamanı kənddə azərbaycanlı əhali olmamışdır. Bu, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım əməllərinin nəticəsidir. Zəngəzur qəzasında (Sisyan rayonunda) Sisyan adlı iki kənd olmuşdur. Bu kəndlərin birində azərbaycanlılar, digərində ermənilər yaşamışlar. Azərbaycanlılar yaşamış kənd siyahıyaalma zamanı qəsdən unudulmuşdur.
  •  

  • SİÇANLI - İrəvan quberniyası Nor-Bayazet qəzasında, Ermənistan SSR Martuni (Aşağı Qaranlıq) rayonundakı Geğhovid (Garanlıq) kəndi yaxınlığında, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 499, 1914-cü ildə 532 nəfər olub. 1918-1920-ci illərdə erməni millətçilərinin soyqırım basqınları zamanı kənd dağıdılmışdır.
  •  

  • SNIX - Qars vilayəti Qars dairəsi Ağbaba məntəqəsində, Ermənistan SSR Amasiya(Ağbaba) rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 104, 1914-cü ildə 201 nəfər olub. 1918-1920-ci illərdə kənd millətçi erməni daşnakları tərəfindən dağıdılmışdır.
  •  

  • SOYUQBULAQ ( 1991-ci ildən PAKAXPYUR)- Ermənistan SSR Taşir (Kalinino – Vorontsovka – Qaraisa) rayonunda, Qaraxaç dağı ətəyində, rayon mərkəzindən 11 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 230, 1914-cü ildə 125,1931-ci ildə 422 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • SOLAK- İrəvan quberniyası Dərəçiçək mahalında (Ermənistan SSR Hrazdan ( Dərəçiçək -Axta) rayonunda, rayon mərkəzindən 5 km cənub-qərbdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 94 nəfər azərbaycanlı əhalisi olub. Kənddə yaşayan ermənilərin əcdadları 1829-1930-cu illərdə Türkiyədən gətirilmişlər( 269 nəfər). Azərbaycanlılar kəndi X1X əsrin ikinci yarısındı tərk etmişlər. Kəndin erməni əhalisi 1931-ci ildə 2179 nəfər olub.
  •  

  • SOFİABAD- İrəvan quberniyası Eçmiadzin qəzasındakı Xatınarx kənd icması tərkibində, Ermənistan SSR Hoktemberyan (Sərdarabad – Qurdqulu) rayonunda, Böyük Qarasu çayının sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 49, 1905-ci ildə 203, 1914-cü ildə 234 nəfər olub. 1918-1920-ci illərin ermənilərin azərbaycanlılara qarşı soyqırımından sonra rəsmi sənədlərdə kənddə azərbaycanlıların yaşaması barədə məlumat verilmir.
  •  

  • SOFLU (SOFULU, SOFULA) - Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən 18 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 970 nəfər azəərbaycanlı əhalisi olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • SÖYLƏN(SOYLAN, SÖYLƏNLİ, 1956 –cı ildən ildən ƏZİZBƏYOV)- Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, İrəvan şəhərindən 139 km məsafədə kənd. 1831-ci ildə 58 nəfər azərbaycanlının yaşaması barədə məlumat var. Sonrakı illərdə bu kənddə azərbaycanlıların yaşaması barədə məlumata təsadüf edilmir.
  •  

  • SÖYÜTLÜ- Qars vilayəti Qars dairəsinin Ağbaba məntəqəsində, Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 80, 1914-cü ildə 158 nəfər olub. 1918-1920-ci illərdə vəhşiləşmiş ermənilərin aramsız basqınları zamanı kənd dağıdılıb.
  •  

  • SUBATAN (1991-ci ildən GEXAKAR) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 7 km cənubda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 368, 1914-cü ildə 429, 1931-ci ildə 284 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • SULTANABAD (1935-ci ildən ŞURABAD) -Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, Arpa gölü bəndi yaxınlığında, rayon mərkəzindən 20 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 262, 1914-cü ildə 384, 1931-ci ildə 257, 1970-ci ildə 219 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • SULTANƏLİ QIŞLAĞI( 1935-ci ildən CANƏHMƏD, 1968-ci ildən GÜNƏŞLİ, 1991-ci ildən KUTAKAN)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 14 km şimal-şərqdə, Ağ Yoxuş aşırımı ətəyində azərbaycanlılar yaşamış kənd.Azərbaycanlı əhalisi 1873-cü ildə 245, 1897-ci ildə 442, 1906-cı ildə 422, 1914-cü ildə 523, 1931-ci ildə 383, 1939-cu ildə 339, 1979-cu ildə 589 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • SYUNİK ( SÜNİK)- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisinin sayı Qafan şəhərinin əhalisinin tərkibinə daxil edilmişdi. Buna görə də 1931-ci ildə kənddə 21 nəfər azərbaycanlının yaşadığı göstərilib.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova