Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • OĞURBƏYLİ (1945-ci ildən BERKANUŞ)- Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Artaşat şəhərindən 3 km şimal-qərbdə İrəvan-Artaşat yolu üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 87, 1905-ci ildə 124, 1931-ci ildə 25 nəfər olub. Əhalinin 5 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Ermənilər bu kəndə 1831-ci ildə İranın Xoy və Salmast qəzalarından köçürülmüşlər. Azərbaycanlı əhali kəndi ötən əsrin 30-cu illərində tərk etmişdir.
  •  

  • OĞBİN- Ermənistan SSR Vayk (Əzizbəyov–Paşalı) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 371, 1914-cü ildə 401, 1931-ci ildə 8 dəfə azalaraq 53 nəfər olub. Azərbaycanlı əhali kəndi ötən əsrin 30-cu illərində tərk etmişdir. Kənd ləğv olunmuşdur.
  •  

  • OZANLAR (ROVZANLAR, 1946-cı ildən AVAZAN) - Ermənistan SSR Hrazdan (Dərəçiçək –Axta) rayonunda, rayon mərkəzindən 10 km cənub- qərbdə, Zəngi çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 15, 1873-cü ildə 179, 1879-cu ildə 288, 1905-ci ildə 357, 1914-cü ildə 416 nəfər olmub.Azərbaycanlılara qarşı törədilmiş 1918-1920-ci illər soyqırım əməliyyatlırı nəticəində əhali kənddən qovulmuş və kənd 1918-ci ildən Türkiyədən köçürülmüş ermənilər hesabına məskunldaşdırılmışdır. Bu yaşayış məntəqəsi 1960-cı ildə ləğv olunmuşdur.
  •  

  • ORQOV(ERQOV)- Emənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 10 km şimal-şərqdə, Ambert (Məsdərə) çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 54, 1905-ci ildə 280, 1914-cü ildə 721 nəfər olub. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımdan sonra kənddə azərbaycanlıların yaşaması barədə məlumat yoxdur. Kənddə 1931-ci ildə 368 nəfər erməni yaşamışdır.
  •  

  • OXÇAPERT( 1935-ci ildən VOXÇABERD)- Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 11 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 73, 1905-ci ildə 156, 1914-cü ildə 298, 1931-ci ildə 28 nəfər olub. 1918-1920-ci illərin qanlı hadislərindən sonra əhali 10,5 dəfə azalmış, sağ qalmış azərbaycanlılar daim təzyiqlərə məruz qaldıqlarından kəndi 1930-cu ildə tərk etmişlər.
  •  

  • OXÇU - Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 1709, 1914-cü ildə 200 nəfər olub. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım zamanı və ondan sonra əhali 1509 nəfər həlak olmuş ya didərgin düşmüşdür. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımdan sonra kənddə azərbaycanlıların yaşaması barədə məlumat yoxdur. 1931-ci ildə burada 335 nəfər gəlmə erməni var idi. Kənd ötən əsrin 40-cı illərində ləğv edilib. Qafan rayonu ərazisində Oxçu kənd icması tərkibində azərbaycanlılar yaşayan 8 kəndin əhalisi 1907-ci ildə 4079 nəfər olub. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım zamanı həmin kəndlər büsbütün dağıdılmışdır.
  •  

  • OXTAR-Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Bu rayondə Aşağı Oxtar və Yuxarı Oxtar kəndələri olub. 1930-cu ildə onlar birləşdirilərək Oxtar adlandırılıb və orada 1931-ci ildə 164 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • OXÇUOĞLU (1991-ci ildən VAXÇI) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 16 km cənub-qərbdə, Qərbi Arpa (Axuryan) çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 854, 1914-cü ildə 980, 1931-ci ildə 873, 1970-ci ildə 1412 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova