Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • NADEJDİNO(ŞOR ALI, 1935-ci ildən ŞORCA) - Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 13 km cənub-qərbdə, Sevan (Göycə) gölü sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 140 nəfər olub. 1830-cu ildən sonra Rusiyadan gələn mordvalılar həmin kənddə yerləşdirilmişdir. Əhalisi 1905-ci ildə 429, 1914-cü ildə 581 nəfər mordvalı, 1931-ci ildə 396 nəfər azərbaycanlı olub. 1970-ci ildən sonra azərbaycanlılar sayca çoxluq təşkil edirdi. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • NECİLİ (AŞAĞI NECİLİ, 1978-ci ildən SAYAT NOVA)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, Hrazdan(Zəngi) çayı sahilində . Masis dəmiryol vağzalı yaxınlığında, rayon mərkəzindən 2 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 411, 1897-ci ildə 1147, 1905-ci ildə 1430, 1914-cü ildə 1252, 1931-ci ildə 4 dəfə azalaraq 379 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • NECİLİ (YUXARI NECİLİ, 1978-ci ildən NİZAMİ)- Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 1,5 km şimalda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 155, 1897-ci ildə 654, 1905-ci ildə 933, 1914-cü ildə 995, 1931-ci ildə 379 nəfər olub. Əhalinin 3 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur.
  •  

  • NƏZİRVAN (NAZRAVAN, NƏZİR-AVAN, 1991-ci ildən KAZARAVAN)- Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 7 km şimal-qərbdə, Araqadz (Alagöz) dağının cənub-şərq ətəklərində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 194, 1905-ci ildə 553, 1914-cü ildə 613, 1931-ci ildə 152 nəfər olub. Əhalinin 4 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur.. Ermənilər bu kəndə 1920-ci ildə gəlmiş, azərbaycanlılar isə kəndi ötən əsrin 40-cı illərində məcburi tərk etmişlər.
  •  

  • NOVLAR- İrəvan quberniyası Şərur Dərələyəz qəzasının Keşişkənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 285, 1914-cü ildə 285 nəfər olub. Kənd 1918-1920-ci illərdə erməni vandalların azərbaycanlılara qarşı qanlı soyqırım əməliyyatlarında dağıdılıb.
  •  

  • NOVLU - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Keşişkənd kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor(Mikoyan – Keşişkənd) rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 398, 1914-cü ildə 121 nəfər olub. 1918-1920-ci illərdə ermənilərin törətdiyi qırğınlardan sonra kənd ləğv edilib.
  •  

  • NOVRUZLU- Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1837-ci ildə 7, 1905-ci ildə 205 nəfər olub. Azərbaycanlılar kəndi ötən əsrin 40-cı illərində erməni hakimiyyət dairələrinin təzyiqi altında tərk ediblər.
  •  

  • NORAŞENİK- Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında, Oxtar kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonunda Noraşenik kənd sovetliyinin mərkəzi, rayon mərkəzindən 19 km məsafədə, azərbaycanlılar yaşamış kənd. Rəsmi sənədlərdə bu kənddə 1886-cı ildə 60 nəfər azərbaycanlının, 421 nəfər erməninin yaşadığı göstərilmişdir. Sonrakı illərdə kənddə nə qədər azərbayücanlının yaşadığı barədə rəsmi məlumat yoxdur.
  •  

  • NURNUS - Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, Hrazdan (Zəngi) çayının sahilində, rayon mərkəzindən 11 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 457, 1914-cü ildə 512, 1931-ci ildə 96 nəfər olub. Ermənilərin düşmənçilikdən doğan aramsız təcavüzləri nəticəsində azərbaycanlıların sayı 5 dəfə azalmış, onlar ötən əsrin 40-cı illərində deportasiya edilmişlər.
  •  

  • ! NÜVƏDİ ( 1994-cü ildən NONADZOR) – Ermənistan SSR Meğri (Miğri) rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 771, 1914-cü ildə 1072, 1931-ci ildə 2 dəfə azalaraq 596 nəfər olub. 1988-ci il in faciəli olaylarına mərdliklə sinə gərən kənd əhalisi bütün azərbaycanlılar Ermənistandan qovulandan sonra 3 il, yəni 1991-ci ilə qədər erməni ekstremistlərinə müqavimət göstərmiş, lakin həmin ilin avqust ayında kəndi tərk etməli olmuşlar.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova