Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • MAQDA (MAXTA, 1949-cu ildən LERNAROD)- İrəvan quberniyası Eçmiadzin qəzasında Araqatz (Alagöz) dağının cənub ətəklərində, Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 22 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 38, 1905-ci ildə 268, 1914-cü ildə 268 azərbaycanlı, 1931-ci ildə 268 dəfə azalaraq 1 nəfər olmuşdur. 1918-1920-ci illərdə baş vermiş azərbaycanlı qırğını zamanı kənd viran qoyulmuş, sonralar Türkiyədən gətirilmiş ermənilərlə məskunlaşdırılmışdır.
  •  

  • MAĞARACIQ- Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 11 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 480, 1914-cü ildə 539, 1931-ci ildə 490, 1970-ci ildə 860 nəfər olmuşdur. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • MALİŞKA- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 5 km cənub-şərqdə, azərbaycanlılar yaşamış( 1831-ci ildə 18 nəfər) kənd. Ermənilər bu kəndə 1828-1829-cu İrandan (243 nəfər ) köçürülmüşlər. Azərbaycanlılar Malışka kəndini XIX əsrin birinci yarısında məcburi tərk etmişlər.
  •  

  • MAMEDABAD (MƏMMƏDABAD)- İrəvan quberniyasının İrəvan qəzasındakı İmanşallı kənd icması tərkibində, Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 72, 1914-cü ildə 121, 1931-ci ildə 19 nəfər olmuşdur. Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi dəhşətli qırğınlar zamanı əhali 6 dəfə azalmış, kənd ləğv olunmuşdur.
  •  

  • MARALZƏMİ - Ermənistan SSR Meğri (Miğri) rayonunda, Meğri çayının sol sahilində, rayon mərkəzindən 12 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 98 nəfər olmuşdur. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşdur.
  •  

  • MARTİROS- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Vayk (Əzizbəyov- Paşalı) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 95 nəfər olmuşdur. Ermənilər (206 nəfər) bu kəndə 1828-1929-cu illərdə İrandan köçürülmüşlər.
  •  

  • MASTARA (MƏSDƏRƏ) - İrəvan quberniyasının Eçmiadzin qəzasında, Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 3 km şimalda, azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə bu kənddə 7 nəfər azərbaycanlı qalırmış. Ermənilər Mastara kəndinə Muşdan və Ələşkertdən köçürülmüşlər. 1841-ci ildə erməni əhalisi 416 nəfər olmuşdur.
  •  

  • MAHMUDLU(1940-cı ildən ÇAYKƏND)- Ermənistan SSR Qafan rayonunda, Geği çayının sağ sahilində, rayon mərkəzindən 28 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 596 nəfər, 1931-ci ildə 170 nəfər olmuşdur. Əhalinin sürətlə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşdur.
  •  

  • MİĞRİ ( MEHRİ, MİQRİ)- Ermənistan SSR Meğri (Miğri) rayonunda kənd, Meğri çayının aşağı axarının sağ sahilində eyniadlı rayonun mərkəzi. 1959-cu ildə 314, 1970-ci ildə 230 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • MEHRİBAN (1950-ci ildən KATNAXBYUR)- Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 4 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəklərində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 75 nəfər, 1905-ci ildə 493 nəfər, 1914-cü ildə 493 nəfər olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı qanlı terrorundan sonra bu kənddə onların yaşaması barədə məlumat yoxdur.Ermənilər bu kənddə 1917-ci ildə məskunlaşmışlar.
  •  

  • MƏDİNƏ- Ermənistan SSR Martuni (Aşağı Qaranlıq) rayonunda, rayon mərkəzindən 40 km cənub-qərbdə, Əyriçay( Adyamançay) çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 429, 1914-cü ildə 752, 1931-ci ildə 61 nəfər olub. Əhalinin sürətlə 12 dəfə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Azərbaycanlılar kəndi 1930-cu illərdə tərk etmişlər.
  •  

  • MƏZRƏ (BÖYÜK MƏZRƏ, 1991-ci ildən METS MASRİK)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 5 km şimal-şərqdə, Məzrə çayının sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 293, 1905-ci ildə 1842, 1914-cü ildə 1970, 1931-ci ildə 867 nəfər olub. Əhalinin 1100 nəfər azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Ermənilər bu kəndə 1918-1920-ci illərdə gəlmişlər. 1931-ci ildə burada 1199 erməni var idi. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • MƏZRƏ (KİÇİK MƏZRƏ, 1991-ci ildən POKR MASRİK) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 9 km şimalda, Kiçik Məzrə çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 227, 1905-ci ildə 1658, 1914-cü ildə 1373, 1931-ci ildə 912 nəfər olub. Əhalinin sürətlə azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • MƏLİKLİ( BERDİ QALACIK, MƏLİKLƏR)- Yelizavetpol (Gəncə) Zəngəzur qəzasındı, Şəki kənd icması tərkibində, Ermənistan SSR Sisyan(Qarakilsə) rayonunda Məliklər, 1939-cu ildən Spandaryan kəndi) azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 209, 1905-ci ildə 282, 1914-cü ildə 249 nəfər olub. 1918-ci ildə kəndə basqın edən daşnak ermənilər kəndi dağıtmış, əhalisini qırğına məruz qoymuşdular.
  •  

  • MƏMMƏRZƏ (MƏMMƏRZƏ GIŞLAĞI)- Ermənistan SSR Vayk ( Əzizbəyov- Paşalı) rayonunda azərbaycanlılar yaşamış kənd.Azərbaycanlı əhalisi 1905-ci ildə 104, 1914-cü ildə 141, 1931-ci ildə 104 nəfər olub. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
  •  

  • MƏNGİZ( MƏNKUS) Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, Gırxbulaq çayının mənbəyi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 60, 1905-ci ildə 420, 1931-ci ildə 77 nəfər olub. 1918-1920-ci illərin azərbaycanlılara erməni vəhşiliklərindən sonra əhalinin sayı 6 dəfə azalıb, kənddə yaşamaq mümkünsüz olduğundan əhali kəndi tərk etmişdir.
  •  

  • MƏNGÜK- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 163, 1914-cü ildə 166, 1931-ci ildə 135 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilmişdir.
  •  

  • MƏRZKİT( MERZİQİT)- Zəngəzur qəzası Alıdərə milis şöbəsi ərazisində, Ermənistan SSR Meğri(Miğri) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 301, 1905-ci ildə 766, 1914-cü ildə 751, 1931-ci ildə 29 nəfər olub. 1918-1920-ci illərdə erməni daşnakların törətdikləri qırğınlardan sonra əhali 26 dəfə azalmış, azərbaycanlılar yaşayışı daim təhlükə altında olduğundan onlar kəndi ötən əsrin 30-cu illərində tərk etmişlər.
  •  

  • MƏRƏTUZ ( MARADUZ QIŞLAĞI)- İrəvan quberniyasının Şərur-Dərələyəz qəzası Martiros kənd icması tərkibində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 32, 1905-ci ildə 248 nəfər olub. 1918-1920-ci illərin qanlı olayları zamanı daşnaklar kəndi tamam dağıtmışlar.
  •  

  • MƏSİMLİ( 1949-cu ildən AYQEPAD)-Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 6 km şərqdə, İrəvan-Artaşat yolunun sol tərəfində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 62, 1873-cü ildə 360, 1905-ci ildə 448, 1914-cü ildə 594, 1931-ci ildə 276 nəfər olub. Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər. Həyat şəraiti ildən-ilə pisləşən azərbaycanlılar 1940-cı ildə Azərbaycan SSR-ə deportasiya edilmişlər.
  •  

  • MİRZƏ HÜSEYN- İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR–in Eçmiadzin rayonundakı Xatınarx kəndi yaxınlığında, azərbaycanlılar yaşamış kənd.1831-ci ildə 23 evdə 193 azərbaycanlı əhali olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində bu kəndin adı çəkilmir.
  •  

  • MOZ- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında Keşişkənd kənd icması tərkibində, Şərqi Arpaçayın sahilində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonu Malişka kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 80, 1886-cı ildə 86, 1914-cü ildə 161 nəfər olub. 1918-ci ildən sonrakı rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • MOLLA DURSUN( 1935-ci ildən ŞAUMYAN) –Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 5 km şimalda, Eçmiadzin-Əştərək yolu üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 75, 1905-ci ildə 154, 1914-cü ildə 185, 1931-ci ildə 10 dəfə azalaraq 18 nəfər azərbaycanlı olub. Axırıncı azərbaycanlı ailəsi bu kəndi 1954-cü ildə tərk etmişdir. Ermənilər buraya 1831-ci ildən sonra köçürülmüşlər. 1931-ci ildə 223 nəfər erməni var idi.
  •  

  • MOLLA QIŞLAQ ( 1978-ci ildən GÜLLÜDƏRƏ)- Ermənistan SSR Qukark (Kirovakan – Böyük Qarakilisə) rayonunda, Kirovakan şəhərindən 8 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1916-cı ildə 167, 1926-cı ildə 156, 1931-ci ildə 163, 1959-cu ildə 118,1979-cu ildə 190 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • MOLLA ƏHMƏD (1931-ci ildən OTLAQ)- İrəvan quberniyası İrəvvn qəzasında Molla Əhməd bulağı yanında, Dvin-Aysoru kənd icması tərkibində, Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 28, 1886-cı ildə 34, 1905-ci ildə 51, 1914-cü ildə 88, 1931-ci ildə 8 dəfə azalaraq 10 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilmişdir.
  •  

  • MOLLA MUSA (1935-ci ildən MUSAKAN, 1946-cı ildən VASKEHASK)- Qars vilayəti Qars dairəsi Şoragəl bölgəsindəki Qarakilsə kənd icması tərkibində, Ermənistan SSR Axuryan (Düzkənd) rayonunda, rayon mərkəzindən 15 km məsafədə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 462, 1905-ci ildə 645, 1914-cü ildə 762 nəfər olub. Azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən kənddən qovulmuş, Qars vilayətindən köçürülmüş ermənilərlə məskunlaşdırılmışdır.
  •  

  • MOLLALI (MOLLALAR) - Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 272, 1931-ci ildə 46 nəfər azərbaycanlı əhalisi olub.Kənd 1930-cu ildə ləğv edilmişdir.
  •  

  • MUĞAMLI (MUĞAM, 1931-ci ilədək BUĞAMLI)- Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Mxçyan( İmanşallı) kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. 1906-cı ildə 373, 1914-cü ildə 811, 1931-ci ildə 28 nəfər azərbaycanlı əhalisi olub. Əhalinin 28 dəfə ! azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Azərbaycanlılar bu kəndi ötən əsrin 30-cu illərində tərk etməli olduqdan sonra, həmin ərazi ermənilərlə məskunlaşdırılıb.
  •  

  • MUMUXAN- Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, dəniz səviyyəsindən 2135 metr yüksəklikdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 144, 1914-cü ildə 229, 1931-ci ildə 2 nəfər əhalisi olub. Erməni quldurların 1918-1920-ci illərdə törətdikləri qanlı olaylardan sonra əhali 114 dəfə! azalmış, sağ qalan azərbaycanlılar kəndi tərk etmiş, kənd Türkiyədən köçürülmüş ermənilər tərəfindən məskunlaşdırılmışdır. Kənd 1931-ci ildə ləğv edilmişdir.
  •  

  • MURQUZ(MURXUZ)-Ermənstan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən 31 km cənubda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1914-cü ildə 190, 1931-ci ildə 177 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • MUSLUXLU- Qars vilayəti Qars dairəsinn Ağbaba məntəqəsində, Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 253, 1914-cü ildə 317 nəfər olub. Kənd 1918-ci il erməni vəşiləri tərəfindən dağıdılmışdır.
  •  

  • MUXTARABAD- İrəvan quberniyası İrəvan qəzasındakı Noraqavit kənd icması tərkibində, Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 66, 1914-cü ildə 81 nəfər olub. Kənd 1918-1920-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğın nəticəsində dağıdılmışdır.
  •  

  • MUÇES NOVRUZÇU- Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasındakı Ujanis kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əşhalisi 1905-ci ildə 303, 1914-cü ildə 377 nəfər olub. Kənd 1918-1920-ci illərdə erməni quldurları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğındlardan sonra ləğv edilmişdir.
  •  

  • MÜLK- Ermənistan SSR Meğri(Miğri) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1914-cü ildə 96, 1931-ci ildə 78 nəfər olub. Kənd 1930-cu ildə ləğv edilmişdir.
  •  

  • MÜRTEYİL( 1979-cu ildən ÇİÇƏKBULAQ, 1991-ci ildən QEXATAP)- Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 24 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 161 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.
  •  

  • MÜSƏLLƏM - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 17 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 104 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova