Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • LEYLİKÖÇƏN (LEYLİQAÇAN)-İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Qndevaz kənd icması tərkibində, Ermənistan SSR Vayk( Əzizbəyov – Paşalı) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 384, 1914-cü ildə 384 nəfər olmuşdur. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-1920-ci il qırğınlarından sonra rəsmi sənədlərdə kəndin adı çəkilmir. Xarabalıqları Köçbək çayı sahilində idi.
  •  

  • LEHYAZ - Ermənistan SSR Meğri(Miğri) rayonunda , rayon mərkəzindən 6 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd.Əhalisi 1907-ci ildə 525, 1914-cü ildə 836, 1931-ci ildə 471 nəfər idi. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • LENİNAKAN(1837-ci ilədək GÜMRÜ, KUMAYRİ, 1837-ci ildən ALEKSANDROPOL, 1924-cü ildən LENİNAKAN, 1990-cı ildən KUMAYRİ)- Ermənistan SSR-də 1926-cı ildən respublika tabeliyində olan şəhər. 1840-cı ildən şəhər. Burada digər xalqların nümayəndələri ilə yanaşı azərbaycanlılar da yaşayırdı. Azərbaycanlı əhalisi 1931-ci ildə 316, 1959-cu ildə 103, 1970-ci ildə 259 nəfər olub. . 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • LƏMBƏLİ (1960-cı ildən DEBEDAŞEN, 1972-ci ildən BAQRADAŞEN)- Ermənistan SSR Noyemberyan (Barana) rayonunda, Debet çayının sağ sahilində, Noyemberyan qəsəbəsindən 15 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 400, 1914-cü ildə 493, 1931-ci ildə 1034 nəfər olmuşdu. 1948-ci ildə azərbaycanlı əhali Sovet İttifaqı rəhbərliyinin göstərişi ilə Azərbaycana deportasiya edilmiş, 1950-ci ildə geri qayıdaraq yeni qəsəbə salmışdılar. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.
  •  

  • LOR- Yelizavetpol(Gəncə) quberniyası Zəngəzur qəzasındakı Darabas kənd icması tərkibində, Ermənistan SSR Sisyan(Qarakilsə) rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 455, 1914-cü ildə 414 nəfər olmuşdur. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı qırğından sonra kənd ləğv olunmuşdur.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova