Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • KABARALI- İrəvan quberniyası Nor-Bayazet qəzasında Dəllər və Bjni kəndləri arasındakı sahədə, Ermənistan SSR Hrazdan (Dərəçiçək– Axta) rayonunda, 22 nəfərdən ibarət 5 azərbaycanlı ailəsi yaşamış kənd. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı göstərilmir.
  •  

  • KAVART- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 580 nəfər, 1914-cü ildə təxminən 4 dəfə azalaraq 153 nəfər azərbaycanlı olub. Sonrakı illərin rəsmi sənədlərində həmin kənddə azərbaycanlıların yaşaması barədə məlumat verilməmişdir.
  •  

  • KALAŞAN – İrəvan quberniyasının Eçmiadzin qəzasındakı Yeğvard kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1828-ci ildə 28 nəfər, 1905-ci ildə 363 nəfər, 1914-cü ildə 417 nəfər azərbaycanlı olub. Sonrakı illərin rəsmi sənədlərində bu kəndin adı çəkilmir.
  •  

  • KALAŞKƏND- İrəvan quberniyasının Eçmiadzin qəzasındakı Yeğvard kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda azərbaycanlılar yaşamış kənd. Onların sayı 1831-ci ildə 96, 1905-ci ildə 373, 1914-cü ildə 437 nəfər olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı terrordan sonrakı rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • KARAVANK( QARA VƏNG)- İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasındakı Keşişkənd kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalinin sayı 1831-ci ildə 80nəfər, 1905-ci ildə 514 nəfər, 1914-cü ildə 414 nəfər olub. Sonrakı illərin rəsmi dövlət sənədlərində kəndin adı çəkilmir.
  •  

  • KARAVANSARAY( 1935-ci ildən ICEVAN)- Ermənistan SSR Martuni (Aşağı Qaranlıq) rayonunda azərbaycanlılar yaşamış kənd. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə idi. Azərbaycanlı əhalisi 1905-ci ildə 341, 1914-cü ildə 441, 1931-ci ildə 5 dəfə azalaraq 80 nəfər təşkil edirdi. Kənd 1931-ci ildə ləğv olunmuşdur. Ermənilər bu kəndə 1918-1920-ci illərin azərbaycanlılara qarşı törədilmiş qanlı hadisələrindən sonra gəlmişdilər.
  •  

  • KARAVANSARAY- İrəvan quberniyasının Eçmiadzin qəzasında, Araqatz (Alagöz) dağının cənub ətəyində, Koş kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlıların sayı 1873-cü ildə 136, 1886-cı ildə 155, 1905-ci ildə 140, 1914-cü ildə 140 nəfər olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir. Eçmiadzin qəzasında kürdlər yaşayan Karavansaray adlı iki kənd də olmuşdur.
  •  

  • KATAR(GATAR)- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasındakı Kavart kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlıların sayı 1905-ci ildə 382, 1914-cü ildə 139 nəfər olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
  •  

  • KAÇARAN (GEÇALAN) – Ermənistan SSR Qafan rayonu tabeliyində şəhər. 1958-ci ildə salınmışdır. Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Azərbaycanlıların sayı 1959-cu ildə 1628, 1970-ci ildə 1657 nəfər təşkil etmişdir. 1988-ci ildə erməni daşnaklarının törətdikləri soyqırım faciəsi nəticəsində azərbaycanlılar şəhərdən qovulublar.
  •  

  • KEFAŞEN- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Mahmudlu(Çaykənd) kənd sovetliyi tərkibində olan bu kənddə 1931-ci ildə 136 nəfər azərbaycanlı olub. 1988-ci ildə baş vermiş düşmənçilik hadisələrindən sonra azərbaycanlılar həmin kənddən qovlublar.
  •  

  • KETUZ (KOTUZ)- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhali 1905-ci ildə 249, 1931-ci ildə 154 nəfər olub. Kənd məlum səbəblərdən 1930-cu ildə ləğv edilib.
  •  

  • KETRAN ( 1948-ci ildən GETAMEC)- Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda azərbaycanlılar yaşamış kənd. Abovyan rayon mərkəzindən 9 km aralıda yerləşən Nor-Hacn qəsəbə soveti tərkibində idi. 1831-ci ildə 27, 1905-ci ildə 236, 1914-cü ildə 352, 1931-ci ildə 14 nəfər azərbaycanlı əhalisi olub. Əhalinin 25 dəfə ! azalmasına 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Ermənilər bu kəndə 1915-1920—ci illərdə Arceş, Bitlis, Bulanıx, Manazkert, Muş və Vandan köçürülmüşlər.
  •  

  • KƏMAL(KEMAL)- İrəvan quberniyasının İrəvan qəzasındakı Aramus kənd içması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda azərbaycanlılar yaşamış kənd. Burada 1831-ci ildə 37, 1905-çi ildə 621, 1914-cü ildə 780 nəfər azərbaycanlı olmuşdur. 1918-1920-ci illərin azərbaycanlılara qarşı törətdikləri qanlı hadisələrindən sonra kəndin adı rəsmi sənədlərdən çıxarılmışdır.
  •  

  • KƏMƏRLİ (GÖZLÜ KƏMƏRLİ, QƏMƏRLİ, GÖZLÜ QƏMƏRLİ, 1946-cı ildən METSAMOR)- Erəmnistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 8 km cənubda azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 127, 1905-ci ildə 411, 1914-cü ildə 352 nəfər azərbaycanlı əhalisi olub. Məlum 1918-1920-ci illər hadisəsi zamanı azərbaycanlı əhali kəndi məcburi tərk etmişdir. Ermənistanın Atom Elektrik Stansiyası bu kənddə inşa olunub.
  •  

  • KƏRİMARX(1935-ci ildən SOVETAKAN)- Ermənistan SSR Hoktemberyan (Sərdarabad – Qurdqulu) rayonunda, rayon mərkəzindən 8 km cənub - şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə kənddə 311, 1897-ci ildə 1700, 1914-cü ildə 1747, 1931-ci ildə 268 nəfər azərbaycanlı yaşayıb. 1918-1920-ci illərdə ermənilərin soyqırım siyasəti nəticəsində əhali 6,5 dəfə azalmışdır. Azərbaycanlılar kəndi ermənilərin təzyiqi altında 1930-cu ildə tərk etmişlər. Kənd İrandan və Türkiyədən köçürülmüş ermənilər hesabına məskunlaşdırılmışdır.
  •  

  • KƏSƏMƏN(1978-ci ildən BAHAR, 1991-ci ildən ARPUNK)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 10 km şimalda, Şahdağ silsiləsinin cənub ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhali 1831-ci ildə 166 nəfər, 1897-ci ildə 671 nəfər, 1906-cı ildə 713 nəfər, 1914-cü ildə 966 nəfər, 1926-cı ildə 2,3 dəfə azalaraq 414 nəfər, 1931-ci ildə 569 nəfər, 1979-cu ildə 955 nəfər olmuşdur. 1988-ci ildə törədilmiş erməni vəhşilikləri əhalinin kəndi tərk etməsi ilə nəticələnmişdir.
  •  

  • KƏNKAN ( 1978-ci ildən HADİS, HƏDİS) – Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, Hədis dağının şimal yamacında, rayon mərkəzindən 11 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhali 1897-ci ildə 722, 1905-ci ildə 939, 1914-cü ildə 1144, 1931-ci ildə 147 nəfərdən ibarət olmuşdur. 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən törədilən qırğın zamanı xeyli azərbaycanlı əhali həlak olmuş, didərgin düşmüşdür, onların sayı 8 dəfə azalmışdır. Azərbaycanlılar 1826- 1828-ci illərdə Rusiya-İran müharibəsi zamanı da kəndi erməni quldurların təzyiqi altında tərk etməli olmuşdular. 1940-cı ildə azərbaycanlı əhali kəndi ikinci dəfə tərk etmək məcburiyyətində qalmışdı. Ermənilər bu kəndi 1918-1920-ci illərdə Bayazet və Vaspurakan vilayətlərindən köçürülmüş ermənilərlə məskunlaşdırmışdılar. 1931-ci ildə kənddə 698 erməni yaşamışdır.
  •  

  • KƏRKİBAŞ ( 1967-ci ildən ŞƏFƏQ, 1991-ci ildən VANEVAN)- Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 5 km qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhali 1905-ci ildə 306, 1914-cü ildə 377, 1931-ci ildə 224 nəfərdən ibarət idi. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • KƏRPİÇLİ(1935-ci ildən GEĞADİR)-Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 14 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Burada 1905-ci ildə 188, 1914-cü ildə 290 nəfər azərbaycanlı yaşayıb. 1918-1920-ci illərin azərbaycanlılara qarşı vəhşiliklərindən sonra yerli əhali həmin kəndi tərk etmişdir. Ermənilər bu kəndə 1918-1920-ci illərdə Vandan, Xnusdan, Qarsdan gətirilmişdir.
  •  

  • KİROVAKAN (1935-ci ilə dək BÖYÜK QARAKİLSƏ) – Ermənistan SSR-də respublika tabeliyində olan şəhər. İrəvan şəhərindən 145 km məsafədə yerləşir. 1931-ci ildə 31 nəfər, 1959-cu ildə 327 nəfər, 1970-ci ildə 748 azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin ermənilər tərəfindən azərbaycanlılara qarşı törətdikləri faciəli hadisələrdən sonra şəhərdə bir nəfər də olsa azərbaycanlı qalmamışdır.
  •  

  • KİRS - Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Gığı heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Burada 1886-cı ildə 130, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdı. 1988-ci ilin məlum hadisələrindən sonra kənddə azərbaycanlı qalmamışdır.
  •  

  • KİRƏŞLİ- İrəvan quberniyası Qırxbulaq mahalında, Ermənistan SSR Nairi rayonunda, Qarnıyarıxdağı ətəyində, Bujakan (Babakiş)i kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Bu kənddə 1831-ci ildə 76,1897-ci ildə 744, 1905-ci ildə 1061, 1914-cü ildə 1196, 1931-ci ildə 136 nəfər azərbaycanlı yaşayırdı. 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən törədilən qırğın zamanı xeyli azərbaycanlı əhali həlak olmuş, onların sayı 9 dəfə azalmışdır. Kənd 1930-cu ildə ləğv olunmuşdur.
  •  

  • KİÇİK VEDİ( VEDİ SUFLA) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, İrəvan-Naxçıvan yolu üstündə azərbaycanlılar yaşamış kənd. Burada 1831-ci ildə 166, 1905-ci ildə 960, 1914-cü ildə 976 azərbaycanlı yaşamışdır. 1918-1920-ci illərdə erməni vəhşilikləri nəticəsində çox sayda azərbaycanlı qırılmış və didərgin salınmışdı. 1931-ci ildə kənddə cəmi 373 nəfər azərbaycanlı qalmışdı. 1940-cı illərdə onlar da kəndi tərk etmişdilər. Ermənilər bu kəndə 1922-ci ildə Şadaxdan, Baludan, Moksdan, 1946-cı ildə isə İrandan köçürülmüşlər.
  •  

  • KİÇİK KƏND- İrəvan quberniyasının Eçmiadzin qəzasında, Əştərək kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda, Abaran çayı sahilində azərbaycanlılar yaşamış kənd. Kənddə azərbaycanlıların sayı 1831-ci ildə 77 nəfər, 1905-ci ildə 316 nəfər, 1914-cü ildə 392 nəfər olmuşdur. Kənd 1919-1920-ci illərdə erməni daşnakları tərəfindən dağıdılmışdır.
  •  

  • KİLİSƏ (YUXARI KİLİSƏ)- Ermənistan SSR Guqark (Kirovakan – Böyük Qarakilisə)  rayonunda, rayon mərkəzindən 14 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd.Vahaqn heyvandarlıq sovxozu ilə  birləşdirilmişdi. Hallavar  Sovetliyi tərkibində olmuş  bu kənddə  1931-ci ildə 154 nəfər azərbaycanlı yaşayırdı. 1988-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən sonra kənddə azərbaycanlı qalmamışdı.
  •  

  • KİLİSƏ (AŞAĞI KİLİSƏ)- Ermənistan SSR Quqark (Kirovakan – Böyük Qarakilisə) rayonunda, Yuxarı Kilisə kəndi yaxınlığında, Hallavar sovetliyi tərkibində azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 128 azərbaycanlı var idi. 1988-ci il məlum hadisələrindən sonra azərbaycanlılar kənddən qovulmuşlar.
  •  

  • KOSALAR- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Ermənistan SSR Gorus rayonunda, azərbaycanlılar yaşamış kənd. Bu kənddə 1905-ci ildə 358, 1914-cü ildə 66 nəfər azərbaycanlı qalmışdı. Əhalinin 5 dəfə azalmasına 1905-1906-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırım səbəb olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı göstərilmir.
  •  

  • KOTANLI (1935-ci ildən QARMRAŞEN) - Ermənistan SSR Vayk ( Əzizbəyov- Paşalı) rayonunda, rayon mərkəzindən 20 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 611 nəfər, 1914-cü ildə 611, 1931-ci ildə 2 dəfə azalaraq 351 nəfər azərbaycanlı qeydə alınıb. Azərbaycanlılar 1949-1950-ci illərdə məcburi deportasiya edilmişdir. Ermənilər həmin kəndə 1920-ci ildə gətirilmişlər.
  •  

  • KÖMÜRLÜ- İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında Qozulca kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905- 1914-cü illərdə 205 nəfər olmuşdur. Kənd 1918-ci ildə erməni daşnakları tərəfindən dağıdılmışdır.
  •  

  • KÖRPÜ QULAĞI- İrəvan quberniyası İrəvan qəzasındakı Baş Gərni kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 129 nəfər, 1905-ci ildə 215 nəfər, 1914-cü ildə 470 nəfər olmuşdur. 1918-1920-ci illər qırğınından sonra rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • KÖRPÜLÜ(YUXARI KÖRPÜLÜ) - Ermənistan SSR Noyemberyan (Barana) rayonunda, rayon mərkəzindən 6 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 440, 1914-cü ildə 427, 1931-ci ildə 630 azərbaycanlı əhalisi olub. 1988-ci ildə azərbaycanlılara qarşı erməni quldurlarının apardıqları düşmənçilik siyasətindən sonra azərbaycanlılar kəndi tərk etmişlər.
  •  

  • KÖRPÜLÜ(AŞAĞI KÖRPÜLÜ)- Ermənistan SSR Tumanyan (Alaverdi) rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 319 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1940-cı ildə ləğv edilmişdir.
  •  

  • KÖTƏKLİ (KOTANLI)- İrəvan quberniyası Eçmiadzin qəzasındakı Parpi kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonu ərazisində, azərbaycanlılar yaşamış kənd. Bu kənddə 1831-ci ildə 80, 1905-ci ildə 175, 1914-cü ildə 203 nəfər azərbaycanlı əhali olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdukləri soyqırımdan sonrakı rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • KÖÇBƏK ( KÖÇBƏY, 1991-ci ildən UĞEDZOR)- Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Əzizbəyov-Sisyan yolu üstündə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən azərbaycanlılar yaşamış kənd. Saravan kolxozu ilə birləşdirilmişdi. 1831-ci ildə 25, 1905-ci ildə 425, 1914-cü ildə 425, 1931-ci ildə 365, 1970-ci ildə 564 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ildəki məlum hadisələrdən sonra azərbaycanlılar həmin kənddən qovulub.
  •  

  • KURUT- Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Qeği heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. 1931-ci ildə 220 nəfər azərbaycanlı ailəsi olub. 1918-1920 –ci illərdə törədilmiş erməni vəhşiliyi bu kəndin də taleyində acı iz buraxıb. 1988-ci il məlum hadisələrindən sonra əhali kəndi tərk edib.
  •  

  • KÜSÜZ- Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 221, 1905-ci ildə 792, 1914-cü ildə 805, 1931-ci ildə 70 nəfər( 11,5 dəfə azalma 1918-1920-ci illər qırğınının nəticəsidir) azərbaycanlı əhalisi olub. 1940-cı ildə kənd ləğv edilmişdir.
  •  

  • KÜZƏÇİK- İrəvan quberniyası İrəvan qəzasındakı Aramus kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda azərbaycanlılar yaşamış kənd. Bu kənddə 1905-ci ildə 119 nəfər, 1914-cü ildə 138 nəfər azərbaycanlı yaşayıb. 1918-1920-ci illərdəki erməni vəhşiliklərinin nəticəsi özünü bu kənddə həmişə göstərib.
  •  

  • KÜRDALI- Ermənistan SSR Əştərək rayonunda azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 195, 1914-cü ildə 260, 1931-ci ildə 55 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1930-cu ildə ləğv edilib.
  •  

  • KÜRDLƏR- Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında Yayçı kənd icması tərkibində, Ermənistan SSR Gorus rayonunda, azərbaycanlılar yaşamış kənd. 1886-cı ildə 123, 1905-ci ildə 215, 1914-cü ildə 130 nəfər azərbaycanlı əhalisi olub. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
  •  

  • KÜRƏKƏND ( 1978-ci ildən FERİK)- İrəvan quberniyasının Eçmiadzin qəzasında, Ermənistan SSR Eçmiadzin rayonunda azərbaycanlılar yaşamış kənd.1831-ci ildə 47, 1905-ci ildə 470, 1914-cü ildə 556 nəfər azərbaycanlı əhalisi olub.1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələri kənd əhalisinin sayca xeyli azalmasına gətirib çıxarmışdı.
  •  

  • KYARD (GƏRD, KİRT, 1991-ci ildən KARD)-Ermənistan SSR Qafan rayonunda, Qafan şəhərindən 33 km qərbdə, Geği çayının sol qolu Gərd çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1897-ci ildə 60, 1926-cı ildə 71, 1931-ci ildə 115, 1970-ci ildə 61 nəfər olmuşdur. 1988-ci ildə erməni quldurların azərbaycanlı yerli əhaliyə qarşı vəhşilikləri nəticəsində camaat kəndi tərk etmişdir.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova