Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • DAYLAXLI (TATAR DAYLAXLI) -Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, rayon mərkəzindən 7 km şərqdə, 1918-ci ilədək azərbaycanlılar yaşamış kənd. 1873-cü ilc.ə 87, 1886-cı ildə 184 nəfər azərbaycanlı, 1905-ci ildə 50 ııəfər azərbaycanlı, 168 nəfər erməni əhalisi var idi. Azərbaycanlılar kəndi 1918-ci ildə məcburi  tərk etmişlər.
  •  

  • DAMAGİRMƏZ (DANAGİRMƏZ, 1946-cı ildən HOVİD, 1967-ci ildən NİQAVAN) – İrəvan quberniyası Qırxbulaq mahalında, Ermənistan SSR Nairi  ra­yonunda, Araqadz (Alagöz) dağı ətəyində, rayon mərkəzindən 7 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 387, 1914-cü ildə 474 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illər faciəsindən sonra kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır. Ermənilər kəndə 1829-cu ildə İrandan gəlmiş­lər.
  •  

  • DARABAS (1946-cı ildən DARBAS) - Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən 11 km cənub-şərq­də azərbaycanlılar yaşamış kənd. Darabas kənd ic­masının mərkəzi olmuş, azərbaycanlılar yaşayan 6 kəndi əhatə etmişdir 1905-ci ildə 440, 1907-ci ildə 440, 1914-cü ildə 1128 nəfər, 1931-ci ildə 1 nə­fər azərbaycanlı əhalisi olub. 1914-cü ildən sonra əhalinin 1000 dəfə! azalması göstərir ki,  1918-1920-ci illər soyqırımı zamanı azərbaycanlı əhali bütünlüklə kənddən qovulmuş və məhv edilmişdir.
  •  

  • DARĞALI (keçmişdə DƏRƏKƏLİ, 1949-cu ildən ANAS­TASAVAN, 1957-ci ildən AYGEZARD) - lrəvan guberniyası İrəvan qəzasında, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 3 km şərqdə azərbaycaıilılar yaşamış kənd. Sonralardan Aşağı Darğall və Yuxarı Darğalı kəndlərinə bölünmüşdür. Aşağı Darğalıda ermənilər yaşamışdır. Yuxarı Darğallda 1831-ci ildə 125, 1873-cü ildə 22, 1905-ci ildə 29, 1914-cü ildə 29, 1931-ci ildə 5 nəfər azərbaycanlı əhali olmuş­dur. Ermənilər buraya 1828-1830-cu illərdə İranın Xoy və Sal­mast şəhərlarındən gəlmişlər və, əhalinin azalmasından göründüyü kimi, öz təcavüzkar siyasətlərini yeritməyə başlamışdılar. 1831-ci ildəki 228 nəfər ermənilərin sayı artıb 1931-ci ildə 1380 nəfərə çatmışdı.
  •  

  • DAŞ ABDALLAR (ABDALLAR, 1946-cı ildən HAT­SAVAN) -  Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 15 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 131, 1931-ci ildə 6 nəfər azərbaycanlı, 24 nəfər kürd, 1918-ci ildən sonra gələn 378 nəfər erməni əhalisi olub. 1918-1920-ci illər soyqırımı zamanı azərbaycanlı əhali bütünlüklə kənddən qovulmuş və məhv edilmişdir, gəlmə ermənilər kəndə sahib ol­muşlar.
  •  

  • DAŞBAŞ - Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 65 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
  •  

  • DAŞKƏND (1991-ci ildən HAYRİK) –  Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 8 km cənub-şər­qdə azərbaycanlılar yaşamış kənd.. 1831-ci ildə 357, 1897-ci ildə 816, 1905-ci ildə 816, 1914-cü ildə 1389, 1931-ci ildə 1230 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı onlar hamısı  buradan qovulmuşdur.
  •  

  • DAŞKÖRPÜ - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 3 km məsafədə azərbaycanlılar ya­şamış kənd. Amasiya heyvandarlıq sovxozuna birləşdirilmişdi. 1905-ci ildə 396, 1914-cü ildə 431, 1931-ci ildə 233 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı onlar hamısı  buradan qovulmuşdur.
  •  

  • DAŞLI (1968-ci ildən DAŞDAKAR) -  Ermənistan SSR Ararat (Vedi) rayonunda, Vedi çayı yaxınlığında, rayon mərkəzindən 3 km şərqdə azərbaycanlılar yaşamış kənd. Vedi kolxozu ilə birləşdirilmişdi. Əhalisi 1831-ci ildə 84, 1906-cı ildə 338, 1914-cü ildə 239, 1931-ci ildə 117 nəfər azərbaycanlı, 78 nəfər erməni olub. Soydaşlarımız kəndi 1940-cı ildə tərk edib məcburi Azərbaycana köçmüşlər. Ermənilər buraya 1918-1920-ci il soyqırımından sonra gəlmişlər.
  •  

  • DAŞNOV - Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 72 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
  •  

  • DAŞNOV – Yelizavetpol(Gəncə) quberniyası Zəngəzur qəza­sında, Xələc kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonunda, azərbaycanlılar yaşamış kənd. 1886-cı ildə 31, 1905-ci ildə 47, 1914-cü ildə 39 nəfər azərbaycanlı əhalisi olub. 1918-ci ildə ermənilərın törətdikləri Zəngəzur qırğınından sonra rəsmi sənədlərdə kəndin adı göstərilmir.
  •  

  • DVİN (AŞAĞI DVİN) - İrəvan quberniyası İrəvan qəzasında,  Ermənistan SSR Artaşat  (Qəmərli) rayonunda, rayon mərkəzindən 12 km məsafədə azərbaycanlılar yaşamış kənd. 1831-ci il­də 51, 1873-cü ildə 99 nəfər azərbaycanlı əhalisi olub. Ermənilər buraya 1828-ci ildə İranın Xoy və Salmast şəhərlərından gəlmişlər.
  •  

  • DƏVƏLI (1935-ci ildən ARARAT) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, Yerevan-Naxçıvan yolu üstündə kənd. 1831-ci ildə 28, 1905-ci ildə 259, 1914-cü ildə 263, 1931-ci ildə 41 nəfər azərbaycanlı əhalisi olub. Kənddə kürdlər də yaşamışdır. Ermənilən  buraya 1828-29-cu illərdə İranın Makı  və Salmast gəzalarının Aslanik, Dirişk və başqa kəndlərindən gəlmişlər. İlk erməni karvanı 101 ailə, 639 nəfər olub. 1979-cu ildə ermənilərin sayı 6227 nəfərə çatmış, azərbaycanlılar isə 1940-cı illərdə kəndi tərk etmişlər.
  •  

  • DƏVƏ XARABASI (1925-ci ildən AVAD) - Ermənis­tan SSR Abovyan (Kotayk – Ellər)  rayonunda, Kotan dağının şərq ətəyində azər­baycanlılar yaşamış kənd. 1873-cü ildə 161, 1905-ci il­də 406, 1914-cü ildə 475 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı əhalisi olub. Kənddə kiirdlər də yaşamışdır. 1918-1920-ci illər soyqırımı nəticəsində azərbaycanlı əhali 118 dəfə ! azalmış, 1918-ci ildən sonra gəlmiş ermənilər kəndə sahib ol­muşlar. Kənd 1976-cı ildə ləğv olunmuşdur.
  •  

  • DƏDƏQIŞLAQ (1939-cu ildən AXUNDOV) - Ermənistan SSR Hrazdan(Dərəçiçək–Axta)  rayonunda, Marmarik (Misxana) çayının sol sahilində, rayon mərkəzindən 23 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Hankavan heyvandarlıq sovxozu ilə bir­ləşdirilmişdi. Əhalisi 1831-ci ildə 23, 1897-ci ildə 341, 1905-ci ildə 428, 1914-cü ildə 541, 1926-cı ildə 238, 1931-ci ildə 305 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı nəticəsində əhali 2 dəfə azalmışdır. 1948-1950-ci illərdə kənddə qalanlar Azərbaycana məcburi köçüriilmüşdü. Onların bir hissəsi geri qayıtmış, 1988-ci ilin  faciəsini yaşamış və bir daha doğma yurdlarından qovulmuşlar.
  •  

  • DƏLLƏKLİ (1948-ci ildən ZOVAŞEN) -  Ermənistan SSR Abovyan (Kotayk – Ellər)  rayonunda, rayon mərkəzindən 13 km şimal-şərqda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1906-cı il­də 396, 1914-cü ildə 445, 1931-ci ildə 40 nəfər azərbaycanlı olub. 1918-1920-ci illərdə kənd dağıdılmış, əhalisi didərgin salınmış, xeyli hissəsi məhv edilmişdir. Azərbaycanlılar kəndi bütünlük­lə 1930-cu illərdə tərk etmişlər. Ermənilər buraya 1918-1920-ci illərdə Van və Sürməli qəzalarından gəlmişlər.
  •  

  • DƏLLƏKLİ – Yelizavetpol(Gəncə) quberniyası Zəngəzur qəzasında azərbaycanlılar yaşamış kənd. 1907-ci ildə 336, 1914-cü ildə 276 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1918-ci ildə darmadağın edilib, onun xarabalıqları Ermənistan SSR Qafan rayo­nu Dzav kəndindən 2 km qərbdədir.
  •  

  • DƏLLƏR - İrəvan quberniyası Nor-Bayazet qəzasında­kı Ərzəkənd kənd icması tərkibində, Ermənistan SSR Hrazdan (Dərəçiçək– Axta) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 181, 1897-ci ildə 303, 1905-ci ildə 385, 1914-cü ildə 594 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı zamani kənd dağıdılmışdır.
  •  

  • DƏLİLƏR (BÖYÜK DƏLİLƏR, 1935-ci ildən DA­LAR) -  Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 5 km şimal-qərbdə Gərniçay suvarma arxı yanında azərbaycanlılar yaşamış kənd. Naxçıvan-İrəvan poçt yolunun yanında yerləşən bu kənd 1810-1828-ci illər müharibəsi zamanı xeyli zərər çəkmiş, əhali ev-eşiklərıni tərk etmişdir. 1831-ci ildə 46, 1873-cii ildə 115, 1886-cı ildə 124, 1931-ci ildə 4 nəfər azərbaycanlı əhalisi olmuşdıır. Ermənilər buraya 1828-ci ildə İranın Xoy şəhərindən gəlmişlər. Bu kəndin yaxınlığında Kiçik Dəlilər kəndi də olmuş və orada gəlmə ermənilər yaşamışlar.
  •  

  • DƏMİRÇİLƏR (1991-ci ildən QOQAVAN) - Ermənistan SSR Taşir (Kalinino – Vorontsovka - Qaraisa) rayonunda, rayon mərkəzindən 9 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Evli kolxozu ilə birləşdirilmişdi. Əhalisi 1905-ci ildə 420, 1931-ci ildə 144 nəfər azərbaycanlı olub. 1905-1931 illər kəsiyində əhalinin 3 dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın nəticəsidir.  1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
  •  

  • DƏMİRÇİLƏR – Irəvan quberniyası, Şərur-Dərələyəz qəzasındakı Martiros kənd icması tərkibində,  Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Buzxana dağı ətəyində azərbay­canlılar yaşamış kənd. 1905-ci ildə 96, 1914-cü ildə 96 nəfər azərbaycanlı əhalisi olub. 1918-1920-ci illərdən sonra rəsmi sənəd­lərdə kəndin adıgöstərilmir.
  •  

  • DƏRƏ (1991-ci ildən DARANAK) -  Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, Vardenis-Şorca yolu üstündə, rayon mər­kəzindən 22 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Əsası 1921-ci ildə Nor-Bayazet gəzasının Ağzıbir, Hacı Mu­xan, Ağqala, Əyrivənk kəndlərinin gaçgın azərbaycanlı əhalisi tərəfindən qoyulmuşdur. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • DƏRƏKƏND - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Martiros kənd icması tərkibində, Ermə­nistan SSR Vayk (Əzizbəyov- Paşalı) rayonunda, Hrazdan (Axta) çayı sahilində azərbaycanlı­lar yaşamış kənd. Əhalisi 1905-ci ildə 105, 1914-cü ildə 105 nəfər azərbaycanlı. 1918-1920-ci illər faciəsindən sonra rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • DƏSTƏKERT (DASTAKERT, DOSTAKİRT) -   Ermə­nistan SSR Sisyan(Qarakilsə) rayonunda azərbaycanlılar yaşamış kənd. Rayon mərkəzindən 17 km cənubda yerləşir. Dəstəkert mis- molibden kombinatı gəsəbəsinin genişlənməsi ila əlagədar onun tərkibinə daxil olmuşdur. İndi şəhər tipli gəsəbədir. 1905-ci ildə 510, 1914-cii ildə 400, 1931-ci ildə 434, 1959-cu ildə 714, 1970-ci ildə  656 nəfər azərbaycanlı əhalisi var idi.  1988-ci ilin qanlı olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
  •  

  • DƏHNƏZ - Ermənistan SSR Ararat (Vedi) rayonunda azər­baycanlılar yaşamış kənd. 1905-ci ildə 306 nəfər azərbaycanlı, 79 nəfər kürd, 1914-cü ildə 310 nəfər azərbaycanlı, 79 nəfər kürd, 1931-ci ildə 60 nəfər azərbaycanlı, 36 nəfər kürd əhalisi olub. 1914-1931 illər kəsiyində əhalinin təxminən 5 dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın nəticəsidir. Kənd 30-cu illərdə ləğv olunmuş, əhalisi başqa yerlərə köçmüşdür.
  •  

  • DİAN - Ermənistan SSR Talin rayonunda, Araqadz (Alağöz) dagının cənub-qərb atəyində, rayon mərkəzindən 18 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 32, 1905-ci ildə 272 nəfər azərbaycanlı olmuşdu.
  •  

  • DİLİCAN (DƏLİCAN) - Ermənistan SSR-də şəhər. Qədim sənədlərdə Dəlican (Dəlijan) kimi də yazılmışdır. Bu­rada erməni və ruslarla yanaşı, azərbaycanlılar da yaşamışdır. 1959-cu ildə 475, 1970-ci ildə 314 azəıbaycanlı əhalisi var idi. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • DIĞIR - İrəvan quberniyası Eçmiadzin qəzasında  Koş kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 35 nəfər azərbaycanlı əhalisi var idi. Ermənilər buraya Türkiyənin müx­təlif vilayətlərindən gəldikdən sonra azərbaycanlılar kəndi tərk etmişlər. Kənd 1950-ci ildə ləğv olunmuşdur.
  •  

  • DOVRUS - Ermənistan SSR Qafan rayonunda rayon mərkəzindən 9 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Noraşenik heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. 1905-ci il­də 208, 1914-cü ildə 297, 1931-ci ildə 171 nəfər azərbaycanlı əhalisi olub. 1914-1931 illər kəsiyində əhalinin təxminən 1,5 dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın nəticəsidir. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
  •  

  • DOQQUZ (1945-ci ildən KANAÇUT) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Azad çayının sağ sahilində, rayon mər­kəzindən 6 km şimal-şərqdə kənd. 1831-ci ildə 127, 1905-ci ildə 191, 1914-cü ildə 182, 1931-ci ildə 97 nəfər azərbaycanlı əhalisi var idi. Onlar 1930-cu illərdə kəndi tərk etmişlər. 1830-cu ildə burada İrandan gəlmiş 80 nəfər erməni məskunlaşmışdır.
  •  

  • DONQUZYEYƏN (DONQUZGÜDƏN, 1935-ci ildən ZƏNGİLƏR, 1991-ci ildən ZORAK) - Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə, Hrazdan (Zəngi) çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 355, 1891-ci ildə 1012, 1905-ci ildə 1131, 1914-cü ildə 1068, 1931-ci ildə 518 nəfər azərbaycanlı. 1914-1931 illər kəsiyində əhalinin təxminən 2 dəfə azalması azərbaycanlılara  qarşı1918-1920-ci illərdə törədilmiş soyqırımın nəticəsidir. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
  •  

  • DULUS (DOLORS, TOLORS) – Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında, Axlatyan kənd icması tərkibində,  Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, Aşotavan (Ağkənd) kənd sovetliyi tərkibində, rayon mərkəzindən 3 km məsafədə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 176 nəfər azərbaycanlı. Sonrakı illərdə azərbayəanlıların yaşama­sı qeyd olunmamışdır. Kənddə ermənilər məskunlaşmışlar.
  •  

  • DÜZKƏND (TÜRK DUZKƏNDİ) – Irəvan quberniyası Aleksandropol qəzasında  Hacı Xəlil kənd icması tərkibində, Ermənistan SSR Aparan(Abaran) rayonuda  azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 713, 1914-cü ildə 872 nəfər azəbay­canlı. 1918-1920-ci illər faciəsi zamanı azərbaycanlılar kənd­dən qovulmuş, xeyli hissəsi məhv edilmişdir. Kənddə kürdlər yerləşmişlər. Kənd 1959-cu ildə ləğv olunmuşdur.
  •  

  • DÜZKƏND (1945-ci ildən AXURYAN) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, Axuryan (Qərbi Arpaçay) çayının sağ sahilində, rayon mərkəzindən 13 km şimalda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1907-ci ildə 638, 1914-cü ildə 722, 1931-ci ildə 468, 1970-ci ildə 516 nəfər azərbaycanlı. 1914-1931 illər kəsiyində əhalinin təxminən 2 dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın nəticəsidir. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova