Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • ÇAYKƏND (1991-ci ildən DİRABAK) - Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, Gedik çayı sahilində, rayon mərkəzindən 22 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 409, 1914-cü ildə 677, 1931-ci ildə 662 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ÇAYKƏND ( 1991-ci ildən GETİK)- Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Şərqi Arpa çayının yuxarı axarında, rayon mərkəzindən 12 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 78, 1905-ci ildə 129, 1914-cü ildə 129, 1931-ci ildə 151 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ÇAMIRLI(ÇAMURLU)- İrəvan quberniyası Nor-Bayazet qəzasındakı Gözəldərə kənd icması tərkibində, Ermənistan SSR Martuni (Aşağı Qaranlıq) rayonunda, Alagöl çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 499, 1914-cü ildə 632 nəfər olub. 1918-120-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı zamanı kənd tamamilə dağıdılmışdır.
  •  

  • ÇANAXÇI (YUXARI ÇANAXÇI, 1935-ci ildən HORTUN)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, rayon mərkəzindən 25 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 300, 1914-cü ildə 301, 1931-ci ildə 264 nəfər olub. Əhalisi SSRİ hökumətinin ədalətsiz qərarı ilə 1940-cı ildə Azərbaycana köçürülüb. Kənd ermənilər yaşayan Nerkin Çanaxçı kəndi ilə birləşdirilib.
  •  

  • ÇARBAX YUXARI - İrəvan quberniyasının İrəvan qəzasında, İrəvan şəhəri yaxınlığında azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 31, 1905-ci ildə 347, 1914-cü ildə 386, 1931-ci ildə 264 nəfər olub. İrəvan şəhərinin genişləndirilməsi tədbirləri ilə əlaqədar olaraq kənd ləğv edilib.
  •  

  • ÇATMA (ÇATMADAĞI)- Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda Çatmadağ yüksəkliyində azərbaycanlılıar və kürdlər yaşamış kənd. 1905-ci ildə 51, 1914-cü ildə 178 nəfər azərbaycanlı, 115 nəfər kürd, 1931-ci ildə 37 nəfər azərbaycanlı və 115 nəfər kürd olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.
  •  

  • ÇAXMAX (1991-ci ildən KAMXUT) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 7 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 360, 1914-cü ildə 406, 1931-ci ildə 4,5 dəfə azalaraq 89, 1970-ci ildə 197 nəfər olub. Ermənilər bu kəndə 1918-ci ildə Türkiyənin Qars vilayətindən gətirilib. 1931-ci ildə 179 nəfər erməni var idi. Onlar ötən əsrin 80-ci illərində Leninakana(Gümrüyə) köçmüşdülər.
  •  

  • ÇİVİNLİ (1991-ci ildən YEĞNACUR) –Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 27 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 270, 1914-cü ildə 350, 1931-ci ildə 324 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ÇİVƏ – Ermənistan SSR Yeğeqnadzor (Mikoyan–Keşişkənd) rayonunda, rayon mərkəzindən 13 km cənub-qərbdə Yelpin çayının hər iki sahilində yerləşən azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 29, 1873-cü ildə 294, 1905 və 1914 –cü illərdə 562, 1931-ci ildə 367 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ÇİVİXLİ(ÇIVIXLI) – Ermənistan SSR Krasnoselsk(Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 13 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə azərbaycanlı əhalisi 132 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulmuşdur.
  •  

  • ÇİLİXANLI ( ÇİNAXANLI) - Ermənistan SSR Artaşat(Qəmərli) rayonunda Gərniçayın Araz çayına qovuşan yerində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 155, 1897-ci ildə 569, 1905-ci ildə 264 nəfər olub. Kənd ötən əsrin 40-cı illərində ləğv edilib və əhalisi Azərbaycana köçürülüb.
  •  

  • ÇİKDAMLI( 1945-ci ildən AZATAVAN))- Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 5 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 166, 1905-ci ildə 120, 1914-cü ildə 114 nəfər olub. Əhali 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində məhv edilib və yur-yuvasından didərgin salınıb. Ermənilər(368 nəfər) bu kəndə 1828-1829-cu illərdə Türkiyənin Salmast vilayətindən köçürülüblər.
  •  

  • ÇIRAXLI- İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasındakı Martiros kənd icması tərkibində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda Terp çayı sahilində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci və 1914-cü illərdə 41 nəfər olub. Kənd 1918-ci ildə ləğv edilib.
  •  

  • ÇİRİŞ - Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə 95 nəfər azərbaycanlı əhalisi olub. Kənd 30-cu illərdə ləğv edilmişdir.
  •  

  • ÇİÇƏKLİ( TSAXKUNK)- İrəvan quberniyasının Nor-Bayazet qəzasında, Ermənistan SSR Sevan (Yelenovka) rayonunda rayon mərkəzindən 9 km məsafədə, azərbaycanlılar yaşamış kənd. Dilican –İrəvan yolu üstündə yerləşən bu kənd 1826-1828-ci illərdə Rusiya-İran müharibəsi zamanı dağıdılmış, azərbaycanlı əhali kəndi tərk etmişdir. 1831-ci ildə kənddə cəmi 18 nəfərdən ibarət 4 ailə qalmışdı.Türkiyə və İrandan gətirlilən ermənilər bu kənddə yerləşdirilmişdi. Sonrakı illərdə azərbaycanlılar kəndi bütünlüklə tərk etmişdilər. 1914-cü ildə 1914 nəfər erməni var idi.
  •  

  • ÇOBANLI- Ermənistan SSR Qafan rayonunda, Noraşenik kənd soveti tərkibində, sovetliyin mərkəzindən 3 km məsafədə azərbaycanlılar yaşamış kənd. 1886-cı ildə 96 nəfər, 1914-cü ildə 156 azərbaycanlı yaşamış bu kənd ötən əsrin 40-cı illərində ləğv edilib.
  •  

  • ÇOBANKƏRƏ (ÇOBANKİRƏ) –İrəvan quberniyasının Eçmiadzin qəzasında, Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda, Mehmandar kəndi yaxınlığında, Qarasu və Hrazdan( Zəngi) çaylarının aşağı axarı ərazisində, Yuxarı Qarxun–Eçmiadzin yolu üstündə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1897-ci ildə 2487, 1905-ci ildə 2411, 1914-cü ildə 3089 nəfər olub. Türkiyə ilə müharibə zamanı rus qoşunları sırasında məğlubiyyətə düçar olduqdan sonra 918-ci geri qayıdan erməni qoşun birləşmələri 1918-ci ildə kəndi tamamilə dağıtmış, əhalinin xeyli hissəsi qətlə yetirilmişdi. Kənd sonralar bərpa olunmamış, yerində müdafiə zonasının yeraltı hərbi obyektləri yerləşdirilmişdi.
  •  

  • ÇOBANGƏRƏKMƏZ ( 1978-ci ildən AVŞEN) - İrəvan quberniyasının Nor- Bayazet qəzasındakı Kənkan kənd icması tərkibində, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonu ərazisində, Hədis dağı ətəyində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 88, 1914-cü ildə 97 nəfər olub. Kənd birinci dəfə 1827-ci ildə, ikinci dəfə isə 1918-ci ildə erməni vandalları tərəfindən dağıdılıb. Sonra bu kənddə kürdlər yaşayırdı.
  •  

  • ÇOPUR ƏLİ( ÇOPUR ALI)- İrəvan quberniyasının Nor-Bayazet qəzasında, Ermənistan SSR Hrazdan (Dərəçiçək –Axta) rayonunda, Qorçulu və Dədəqışlaq kəndləri arasında, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 7 ailədə 25 nəfər azərbaycanlı olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
  •  

  • ÇULLU - Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 85, 1914-cü ildə 110, 1931-ci ildə 69 nəfər olub. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova