Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • BABAYAQUBLU – Yelizavetpol (Gəncə)  quberniyası Zəngə­zur qəzasındakı Gavart kənd icması tərkibində, Ermənistan SSR Qafan rayonunda, azərbaycanlılar yaşamış kənd. Rəsmi sanədlərdə kəndin adı 1825-ci ildən qeyd olunur. Əhalisi I886-cı ildə 145, 1917-ci ildə 190, 1914-cü ildə 179 nəfər azə'rbaycanlı olub. 1918-20-ci illər faciəsindən sonra kəndin adı rəsmi sənədlərdə göstərilmir.
  •  

  • BABACAN (BABACAN DƏRİSİ, QIZIL BULAQ, QIZIL KƏND, 1991-ci ildən TSAPATAX) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, Sevan dağ silsiləsinin cənub-­şərq ətəyində, rayon mərkəzindən 24 km şimal-qərbdə, azər­baycanlılar yaşamış kənd. 1831-ci ildə 212, 1906-cı ildə 259, 1914-cü ildə 265, 1931-ci ildə 373 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • BABAKİŞİ (BUJAKAN) - Irəvan quberniyası Qırxbulaq mahalında, Ermənistan SSR Nairi rayonunda, Əştərək şəhərindən 27 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 72, 1905-ci ildə 483, 1914-cü ildə 573 nəfər azərbaycanlı olub. 1918-ci ildə kənd dağıdılmış, əhalisi böyük itki vermişdir. Bitlis, Alaşkert, Muş, Sasun, Xoy, Salmast rayonlarından gələn ermənilər 1922-ci ildə kəndə sahib olmuşlar.
  •  

  • BAĞIRBƏYLİ – Yelizavetpol (Gəncə)  quberniyası Zəngəzur qəzasında, Həkəri çayının yuxarı axını yanında, Ermənistan SSR Gorus şəhərin­dən 21 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1907-ci ildə 836 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1918-20-ci illərdə da­ğıdılmış, sonradan bərpa olıınmamışdır.
  •  

  •  BAYANDUR (1940-cı ildən VAĞATUR) - Ermənistan SSR Gorus rayonun­da, rayon mərkəzindən 9 km şimalda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 830, 1914-cü ildə 409 nəfər azərhaycanlı olub. 1918-20-ci illər soyqərəməndan sonra kənddə azərbay­canlıların yaşaması qeyd olunmamışdır. Ermənilər buraya 1918-ci ildən sonra gəlmişlər. Əhalisi 1931-ci ildə 533 nəfər erməni olub.
  •  

  • BAYBURT - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, ra­yon mərkəzindən 24 km şimal-şərqdə, Azad çayının qolu Mil çayı sahilində, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 96, 1887-ci ildə 329, 1914-cü ildə 284, 1926-cı ildə 164, 1931-ci ildə 140 nəfər azərbaycanlı olub. Əhali 1945-49-cu illərdə Azərbaycana məcburi köçürülmüş, kənd ləğv edilmişdir.
  •  

  • BAYDAQ - Ermənistan SSR Qafan rayonunda, Qafan şəhərindən 5 km şərqdə, Oxçu çayı sahilində azərbaycanblar yaşamış kənd. 1831-ci ildə 13, 1897-ci ildə 118, 1907-ci ildə 193, 1926-cı ildə 28, 1931-ci ildə 32, 1939-cu ildə 37 nəfər azərbaycanlı əhalisi olub. 1918-20-ci illər qırğınında əhalinin sayı 7 dəfə azalmış, sağ qa­lanlar XX əsrin 40-cı illərində məcburi Azərbaycana köçürülmüşdür.
  •  

  • BAY­DAŞ (BEKDAŞ, BEYDAŞ, 1991-ci ildən XORDZOR) - Ermənistan SSR Qafan rayonunda, rayon mərkəzindən 5 km şi­mal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 37, 1905-ci ildə 100, 1914-cü ildə 230, 1928-ci ildə 27, 1931-ci ildə 40, 1959-cu ildə 60 nəfər azərbaycanlı əhalisi olub. 1914-cüildən sonra əhalinin 8,5 dəfə azalması1918-1920-ci illərin  soyqırımı nəticəsində baş vermişdir. 1970-ci ildə kənd ləğv edilmişdir. Əhalisi Azərbaycana məcburi köçürümüşdür.
  •  

  • BAYNAKAR - Ermənistan SSR Qafan rayonunda, Ujanis kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 98 nəfər azərbaycanlı əhalisi olub. Kənd əsrin əvvəllərində ləğv edilmişdir.
  •  

  • BAYTAR (ALAKİLİSƏ, 1991-ci ildən OVTUN) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 9 km şimal-şərqdə, Axuryan (Qərbi Arpa) çayının sol sahilində kənd. Əhalisi 1831-ci ildə 27 nəfər azərbaycanl olub. Sonrakı illərdə azərbaycanlılarla yanaşı yunanlar da yaşamışdır. Ermənilər buraya 1918-1920-ci illərdə Qars vilayətinin Güleyran kəndindən gəlmişlər. 1979-cu ildə 235 nəfər erməni əhalisi olub.
  •  

  • BALIXLI (1991-ci ildən ZORAKERT) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda, rayon mərkəzindən 21 km şimal-qərbdə, Axuryan (Qərbi Arpa) çayının qərb sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 205, 1905-ci ildə 372, 1914-cü ildə 474, 1922-ci ildə 119, 1931-ci ildə 171, , 1979-cu ildə 472 nəfər azərbaycanlı olub. Qonşu Xançallı kəndinin əhalisi 1930-cu illərdə köçüb bu kəndə gəlmişdir. (1918-20-ci illər soyqırımı zamanı əhali 3 dəfə azalmış, qırğından qurtulub kənddə qalanlar  1988-ci ilin faciəli olayları zamanı azərbaycanlılar bütünlüklə qovulmuşlar.
  •  

  • BARABATUM - Ermənistan SSR Qafan rayonunda, Qafan şəhəri yaxınlığında, onun cənub-şərq tərəfində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 445, 1914-cü ildə 178 nəfər azərbaycanlı olub. Sonrakı illərdə kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır.
  •  

  • BASARKEÇƏR (1969-cu ildən VARDENİS) - Ermənistan SSR Yerevan şəhərindən 163 km məsafədə, Sevan (Göycə) gölü sahilində şəhər tipli qəsəbə. 1831-ci ildə 31 ailə, 178 nəfər azərbaycanlı məskun idi. Ermənilər buraya Qafqaz canişini İ. Paskeviçin göstərişi ilə 1830-cu illərdə Türkiyənin Diadin əyalətindən gətirilib yerləşdirilmişlər. Tədricən ermənilərin sayı artmış, azərbaycanlılar isə başqa kəndlə­rə köçməyə məcbur olmuşlar. 100 il sonra, 1931-ci ildə burada cəmi 19 nəfər azərbaycanlı qalmışdı. 1970-ci ildə 90 nəfər azərbaycanlı, 8077 nəfər erməni var idi.
  •  

  • BAXÇAÇIQ - Ermənistan SSR Talin rayonunda, Araqatz (Ala­göz) dağının cənub-şərq ətəyində,  Verin Sasunaşen kəndindən 4 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 40, 1905-ci ildə 101, 1914-cü ildə 101 nəfər azərbaycanlı olub. 1918-ci ilin soyqırımından  sonra kəndin adı rəsmi sə­nədlərdə qeyd olunmamışdır.
  •  

  • BAXÇACIQ (BAXÇALAR) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, Vedi qəsəbəsindən 23 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 263, 1897-ci ildə 373, 1905-ci ildə 618, 1914-cü ildə 568, 1926-cı ildə 130, 1931-ci ildə 240 nəfər azərbaycanlı olub. 1918-1920-ci illərin qır­ğınından sonra əhali 4 dəfə azalmış,  sağ qalanlar 40-cı illərdə  Azərbaycana köçmüşdü. Kənd 1959-cu ildə ləğv edilmişdir.
  •  

  • BAXÇALI (BAĞÇALI) - Qars vilayəti Ağba­ba bölgəsində, Ermənistan SSR  Amasiya (Ağba­ba) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı. Kənd 1918-20-ci illərdə dağıdılmışdır.
  •  

  • BAHARLI - Ermənistan SSR Qafan rayonunda, Qafan şəhərindən 24 km şimal-qərbdə, Geği çayının aşağı axınının sol sahilində azərbaycanlılar yaşamış kənd. Geği heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1831-ci ildə 62, 1897-ci il­də 74, 1907-ci ildə 132, 1926-cı ildə 113, 1931-ci ildə 122, 1979-cu ildə 358 nəfər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşl.
  •  

  • BAHARLI - Yelizavetpol (Gəncə) quberniyası Zəngə­zur qəzasında Ermənistan SSR Qafan rayonunda, Dzav (Bəsit) çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 432, 1907-ci ildə 455, 1914-cü ildə 970 nəfər azərbaycanlı olub. 1918-1920-ci illərdə əhalinin böyük hissəsi həlak olmuş, kənd dağıdılmış, bir daha  bərpa edilməmişdir.
  •  

  • BAHARLI - Yelizavetpol (Gəncə) quberniyası Zəngə­zur qəzasında, Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, Sisyandan şərq tərəfdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 9, 1897-ci ildə 124, 1914-cü ildə 49 nəfər azərbaycanlı əhalisi olub. 1920-ci ildə Vağudi kəndi ilə birləşdirilmişdi.
  •  

  • BACOĞLU (BACIOĞLU, 1945-ci ildən HAYKAVAN) –  Ermənistan SSR  Axuryan (Düzkənd) rayonunda, rayon mərkəzindən 15 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 391, 1905-ci ildə 546, 1907-ci ildə 600, 1914-cü ildə 698 nəfər azərbay­canlı olub. Azərbaycanlılar 1915-ci ildə qovulmuş, kənd ermənilər­lə maskıınlaşd.
  •  

  • BAŞKƏND (GÖYCƏ BAŞKƏN­Dİ, 1946-cı ildən GEĞARKUNİ) - Ermənistan SSR Kamo (Nor-Bayazet – Kəvər) rayonunda, rayon mərkəzindən 12 km cənubda azərbaycanlılar yaşamış kənd. Ermənilər buraya 1829-30-cu, habelə 1914-19-cu illərdə Türkiyənin Alaşkert, Bulanıx və başqa rayonlarından gəlmişlər. 1905-ci ildə 339 nəfər azər­baycanlı, 576 nəfər erməni, 34 nəfər kürd, 1914-cü ildə 349 nəfər azərbaycanlı, 675 nəfər erməni, 40 nəfər kürd, 1931-ci ildə isə 194 nəfər azərbaycanlı, 1156 nəfər erməni əhalisi olub. Azərbaycanlılar 30-cu illərdə Ermənistan SSR Qara­bağlar rayonuna, rayon ləğv olunduqdan sonra isə Azərbayca­na köçmüşlər.
  •  

  • BAŞNALI (BAŞIN ALI, 1949-cu ildən BAQRAM­YAN) -İrəvan quberniyası İrəvan qəzasında, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km qərbdə azərbay­canlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 30, 1905-ci ildə 68, 1914-cü ildə 71, 1931-ci ildə 7 nəfər azərbaycanlı olub. 1918-20-ci illərin soyqırımı zamanı əhali məhv edilmiş, 10 dəfə azalmış,  sağ qalan azərbaycanlılar əsrin 30-cu illərındə kəndi məcburi tərk etmişlər. 1828-29-cu illərdə Xoydan və Salmastdan köçürülmüş 175 nəfər erməni bu kənddə məskunlaşmışdır.
  •  

  • BAŞSIZ (BAYSIZ) - İrəvan quberniyası Eçmiadzin qəzasında  Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 15 km şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831‑ci ildə 12 nəfər azərbaycanlı olub. XIX əsrin 30-cu illərində burada kürd­lər məskunlaşdıqdan sonra azərbaycanlılar kəndi tərk etmişlər.
  •  

  • BECAZLI (BƏYCİVAZLI, 1945-ci ildən VOSTAN) - İrəvan quberniyası İrəvan qəzasında Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 2 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 102, 1873-cü ildə 23, 1931-ci ildə 11 nəfər azərbaycanlı əhalisi olub. Onlar 30-cu illərdə kəndi məcburi tərk etmişlər. 1828-29-cu illərdə Xoydan və Salmastdan köçürülmüş 250 nəfər erməni  kəndə sahib çıxmışlar.
  •  

  • BƏDƏL (MOLLA BƏDƏL, SƏFİABAD, RƏHİMA­BAD, 1946-cı ildən YEĞEQNUT) - Ermənistan SSR Hoktemberyan (Sərdərabad – Qurdqulu) rayonunda, rayon mə-kəzindən 12 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 300, 1906-cı ildə 335, 1914-cü ildə 341 nəfər azərbaycanlı əhalisi olub. 1918-ci ildə kənd bütünlüklə dağıdılmış, əhalinin xeyli hissəsi həlak olmuşdur. Sağ qalanlardan heç kim bir daha bu kəndə gayıtma­mışdır. Türkiyədən gələn ermənilər kəndə sahib olmuşlar.
  •  

  • BƏRİABAD (1991-ci ildən BAREPAT) - Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 21 km şimal-qərbdə, İcevan-Krasnoselsk yolunun cənub tərəfində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 111, 1926-cı ildə 91, 1931-ci ildə 109, 1939-cu ildə 102, 1959-cu ildə 205 nəfər azərbaycanlı əhalisi olub. 1960-cı ildə Əmirxeyir kəndi ilə birləşdirilmişdi. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • BZOVAND (AXUND BZOVAND, 1945-ci ildən BERDİK) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 9 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 137, 1897-ci ildə 341, 1907-ci ildə 322, 1914-cü ildə 385 nəfər azərbaycanlı, 1926-cı ildə 172 nəfər azərbaycanlı, 19 nəfər erməni olub. Ermənilər buraya Xoy­dan və Salmastdan gəlmişlər. 1918-20-ci illərin soyqırımı zamanı azərbaycanlılar  məhv edilərək 2 dəfə azalmış,  sağ qalanlar  XX əsrin 40-cı illərdə kənddən çıxarılmışdır.
  •  

  •  BİLƏK (AŞAĞI ZİRƏK) - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Zirək çayı sahilində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Keçud su anbarından 3-4 km məsafədə, şimal-şərq istiqamətində xarabalıqları galmış kənd. 1873-cü ildə 244, 1897-ci ildə 357. 1914-cü ildə 536 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1918-ci ildə dağıdilmış, yenidən bərpa edilməmişdir.
  •  

  • BİNA YERİ – Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur qəzasında Bayandur kənd icması tərkibində, Ermənistan SSR Gorus rayonunda, azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 151, 1905-ci ildə 108, 1914-cü ildə 166 nəfər azərbaycanlı əhalisi olub. 1918-20-ci illər faciəsi zamanı kənd dağıdılmışdır.
  •  

  • BİTLİCƏ (1945-ci ildən BARTSRAVAN) - Ermənis­tan SSR Artaşat (Qəmərli) rayonunda, Artaşat şəhərindən 15 km şimalda, Azad çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 198, 1931-ci ildə 85 nəfər azərbaycanlı əhalisi olub. Onlar 1940-cı illərdə Azərbaycana məcburi köçürülüb, kənd ermənilərlə məskunlaşıb.
  •  

  • BIĞLI (BIĞLI HÜSEYN SARACLI) -İrəvan quberniyası Nor-Bayazet qəzasında, Ermənis­tan SSR  Kamo (Nor-Bayazet – Kəvər) rayonundakı Lcap (Ağzıbir) kəndindən Sevan ra­yonu istiqamətində 14-15 km məsafədə, Sevan (Göycə) gölü sahilində azərbaycanlılar yaşamış kənd.  Əhalisi 1831-ci ildə 26, 1873-cü ildə 356, 1897-ci ildə 646, 1906-cı ildə 658, 1914-cü ildə 846, 1931-ci ildə 53 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımı zamanı əhali məhv olaraq 15 dəfə ! azalmışdır. Qalanları  kəndi 1930-cu illərin sonlarında tərk etmişlər.  Kənd ləğv olunmuş, xarabalıqları qalmışdır.
  •  

  • BOZQALA (ŞİNDİLƏR) - Ermənistan SSR Amasiya (Ağbaba) rayonun­da azərbaycanlılar yaşamış kənd. 1908-ci ildə 139, 1914-cü il­də 159, 1926-cı ildə 55, 1931-ci ildə 94, 1939-cu ildə 104 nə­fər azərbaycanlı əhalisi olub. Kənd 1940-cı ildə ləğv edilmiş­dir.
  •  

  • BOZKOSA - İrəvan quberniyası İrəvan qəzasında Baş-Gərni kənd icması tərkibində, Üçtəpələr dağı ətəyində, Ermənis­tan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, Aşağı Goxt kənd sovet­liyi tərkibində, azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 99, 1886-cı ildə 141, 1905-ci ildə 154, 1914-cü ildə 225 nəfər azərbaycanlı əhalisi olub. 1918-ci ildə kənd dağıdılmış, 1931-ci ildə əhalinin siyahıyaalınmasından sonra bərpa olunmuş, 1940-cı il­lərdə ləğv edilmişdir.
  •  

  • BUĞAKAR - Ermənistan SSR Meğri  (Miğri) rayonunda, Ra­yon mərkəzindən 12 km şimal-şərqdə, Meğri çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1897-ci ildə 139, 1908-ci ildə 194, 1914-cü ildə 96, 1922-ci ildə 44, 1931-ci il­də 41, l 939-cu ildə 53 nəfər azərbaycanlı olub. Kənd 30-cu illərdə ləğv edilib, əhalisi Lehvaz kəndinə köçürülmüşdü.
  •  

  • BULAXLAR - Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Her-Her kəndindən 4 km cənubda, bulaqlarla əhatə olunmuş tə­pədə yerləşən kənd. 1906-cı ildə 130, 1914-cü ildə 132, 1931-ci ildə 63 nəfər azərbaycanlı əhalisi olub. Onların Azərbayca­na köçürülməsi ilə əlaqədar kənd 1949-cu ildə ləğv edilmişdir.
  •  

  • BURCALI - Ermənistan SSR Qafan rayonunda, Kaca­ran şahərindən 3 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 97, 1931-ci ildə 93 nəfər azərbaycanlı əhalisi olub. Kacaran kombinatının genişlənməsi ilə əlaqədar kənd ləğv edilmişdir.
  •  

  • BÜLBÜLOLAN (KAHA) - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Keşişkənd kənd icması tərkibində, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 67, 1905-ci ildə 398, 1914-cü ildə 378 nəfər azərbaycanlı olub. 1918-1920-ci illərin soyqırımından sonra kənd ləğv olunmuşdur.
  •  

  • BCNİ (BJNİ)- Ermənistan SSR Hrazdan (Dərəçiçək - Axta) rayonunda, ra­yon mərkəzindən 13 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 232, 1873-cü ildə 426, 1905-ci ildə 826, 1914-cü ildə 1176, 1931-ci ildə 64 nəfər azərbaycanlı əhalisi olub. Kənddə 1831-ci ildə Türkiyənin Qars vilayətindən və Irandan köçürülmüş ermənilər də yaşamışdır. 1914-cü ildən sonra əhalinin 18 dəfə azalması azərbaycanlıların 1918-1920-ci illər soyqırımı zamanı kütləvi məhvinə dəlalət edur. Azərbaycanlılar kəndi XX əsrin 40-cı illərində məcburi tərk etmişlər.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova