Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

  • ABDURRƏHMAN (ABDULRƏHMAN) - İrevan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Eçmiadzin rayonundakı Dzaxkunk kəndi tərkibində, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 30 nəfər azərbaycanlı əhalisi olub. Onlar gonşu Aylanlı kəndinə köçdükdən sonra kənd kürdlərlə məskunlaşmışdır.
  •  

  • AVAN - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Əştərək rayonunda, Ələyəz dağının cənub ətəyində, Əştərək şəhərindən km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. Азярбайжанлы ящалиси 1831-ci ildə 104, 1873-cü ildə 327, 1905-ci ildə 300, 1914-ci ildə 301, 1916-cı ildə 556 nəfər olub. Buraya 1918-1920-ci illər soyqırımı zamanı Türkiyənnin Sasun, Muş, Bitlis, Van, Qars əyalətlərindən ermənilər köçürülmüşdür. Bununla kəndin milli tərkibi tam dəyişmiş, 1931-ci ildə 522 nəfər, 1979-cu ildə 640 nəfər erməni qeydə alınmışdı
  •  

  • AVSARLI (OVSARLI) - Ermənistan SSR Qafan rayonunda, Kacaran şəhərindən 17 km cənubda, Oxçu çayının golu Avsarlı çayının sol sahilində, azərbaycanlılar yaşamış kənd. Азярбайжанлы ящалиси 1897-ci ildə 92, 1926-cı ildə 71, 1959-cu ildə 101 nəfər olub. Onlar 1960-cı ildə qonşu Müsəlləm kəndinə köçürülmüş,1988-ci ilin qanlı olayları zamanı doğma yurdlarından qovulmuşlar.
  •  

  • AVŞAR (KƏLBƏLAVAN) - Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə yerləşmişdi. Азярбайжанлы ящалиси 1831-ci ildə 80, 1897-ci ildə 1166, 1906-cı ildə 1094, 1914-cii ildə 1107 nəfər olub. 1931-ci ildə 608 nəfər azərbaycanlı, 327 nəfər erməni qeydə alınmışdır. 1914-1931-ci illər müddətində yerli əhali olan azərbaycanlıların 3 dəfə azalmasının səbəbi 1918-1920-ci il soyqırımıdır. Onların qalan hissəsi 1948-1950-ci illərdə Azərbaycana deportasiya olunmuşlar. Ermənilər buraya Birınci Dünya Müharibəsindən sonra Van və Şadax gəzalarından, 1930-cu illərdə isə Ermənistan SSR Sisyan, Sevar, Vardenis rayonlarından köçürülmüşlər.
  •  

  • AQARAK (AKARAK) - Ermənistan SSR Meğri (Miğri) rayonunda, Araz çayının sol sahilində, mis-molibden kombinatının fəhlə gəsəbəsi. 1979-cu ildə 4073 nəfər erməni, rus, azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
  •  

  • AĞAZOR (1946-cı ildən KATNAXBYUR) –lrəvan quberniyası İrəvan gəzasında, Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayonunda, rayon mərkəzindən 5 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. Азярбайжанлы ящалиси 1831-ci ildə 27, 1873-cü ildə 14, 1905-ci ildə 16 nəfər olub. Buraya köçürülmüş ermənilərin təzyiqi altında onlar kəndi əsrin əvvəllərində tərk etmişlər. 1831-ci ildə 42 nəfər, 1905-ci ildə 170 nəfər erməni əhalisi olub.
  •  

  • AĞASLI (AĞASIBƏYLİ) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, Vedidən 15 km cənub-şərqdə Xosrov çayının orta axını yanında kənd. Əhalisi, əksəriyyəti azərbaycanlılar olmaqla, 1897-ci ildə 142, 1906-cı ildə 208, 1914-cü ildə 211 nəfər təşkil edib. 1931-ci ildə burada 11 nəfər kürd, 2 nəfər azərbaycanlı qeydə alınıb. Azərbaycanlı əhali 1918-1920-ci illərdə Andranikin başkəsənləri tərəfindən məhv edilmiş və qovulmuş, kənd XX əsrin 30-cu illərində ləğv edilmişdir.
  •  

  • AĞBAŞ VERİN (YUXARI AĞBAŞ, AĞBAŞ , XARABA AĞBAŞ, 1949-cu ildən ABOVYAN) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 12 km şimalda kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 132, 1914-cü ildə 172, 1931-ci ildə 89 nəfər olub. Ermənilər 1828-29-cu illərdə Xoydan və Salmastdan köçüb burada məskunlaşmış, XX əsrin 40-cı illərində azərbaycanlıları bütünlüklə kənddən sıxışdırıb çıxarmışlar.
  •  

  • AĞBULAQ (1946-cı ildən LUSAXBYUR) - Qars vilayəti Şoragəl məntəqəsində, Mokyuz kənd icması tərkibində, Ermənistan SSR Spitak (Hamamlı) rayonunda kənd. Azərbaycanlı əhalisi 1886-cı ildə 198 nəfər, 1905-ci ildə 500 nəfər olub. Sonrakı illərin rəsmi sənədlərində kənddə azərbaycanlı əhalinin yaşaması qeyd olunmamışdı.
  •  

  • AĞBULAQ - Ermənistan SSR Gorus rayonunda, rayon mərkəzindən 15 km cənubda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1926-cı ildə 66 nəfər, 1931-ci ildə 88, 1939-cu ildə 146, 1970-ci ildə 355 nəfər olub. 1988-ci ilin qanlı olayları zamanı azərbaycanlıların hamısı qovulmuşdur.
  •  

  • AĞBULAQ (1991-ci ildən AXPURAK) - Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 11 km cənub-qərbdə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 136 nəfər, 1897-ci ildə 806, 1905-ci ildə 940, 1914-cü ildə 1134, 1926-cı ildə 1229, 1931-ci ildə 1932, 1959-cu ildə 1141, 1970-ci ildə 1563 nəfər olub. Azərbaycanlılar buraya İrəvan quberniyası Nor-Bayazet qəzası (sonralar Kamo rayonu) Dəligardaş kəndindən, həmin kənddə 1828-ci ildə Bayazet qəzasından köçürülmüş ermənilər yerləşdikdən sonra gəlmişlər. 1988-ci ilin qanlı olayları zamanı azərbaycanlıların hamısı qovulmuşdur.
  •  

  • AĞVERƏN - Ermənistan SSR Hrazdan (Dərəçiçək- Axta) rayonunda, Zəngi (Hrazdan) çayının sağ sahilində Zəncirli dağı ətəyində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 243, 1906-cı ildə 416, 1914-cü ildə 762 nəfər olub. 1931-ci ildə isə 129 nəfər azərbaycanlı, 195 nəfər erməni qeydə alınmışdır. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımı zamanı 700 nəfəra yaxın azərbaycanlı məhv edilmişdir. Kənd 1966-cı ildə ləğv edilmiş, azərbaycanlılar kənddən köçürülmüş, ərazisində Ermənistanın rəhbər işçiləri üçün istirahət zonası yaradılmış, kotteclər tikilmişdir.
  •  

  • AĞQALA (1991-ci ildən BERDKUNK) - Ermənistan SSR Kamo (Nor-Bayazet – Kəvər) rayonunda, rayon mərkəzindən 12 km şimal-qərbdə, Sevan gölü sahilində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 65, 1897-ci ildə 331, 1914-cü ildə 507 nəfər olub. 1918-ci ildə Andranik Ozanyanın qoşun bölmələri Sevan-Martuni yolu ilə Dərəlayəzə doğru gedərkən yol üstə olan bu kəndin 112 azərbaycanlı ailəsində birləşən 658 nəfəri kənddən qovmuş, onların xeyli hissəsini məhv etmişdilər. Əhalinin qırğından qurtaran hissəsi 1922-ci ildə kəndə qayıtmışdır. 1931-ci ildə 202 nəfər azərbaycanlı, 111 nəfər erməni, 55 nəfər kürd əhalisi var idi. Azərbaycanlılar və kürdlər kəndi 1948-1949-cu illərdə məcburi tərk etmişlər.
  •  

  • AĞDƏRƏ -İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 78 nəfər azərbaycanlı əhalisi olub. Kənd əsrin sonlarında ləğv edilib.
  •  

  • AĞZIBİR (1945-ci ildən LCAP) - Ermənistan SSR Kamo (Nor-Bayazet -Kəvər) rayonunda, Sevan(Göycə) gölü sahilində, rayon mərkəzindən 15 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. Kəndin adı Sevan gölünə uzanan yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə əlagədardır. Yarımadada qədim Alban tayfaları tərəfindən tikilmiş qalanın qalıqları var idi. Tədqiqatlar göstərmişdir ki, tikintidə istifadə olunan əhəng yumurta ağı ilə qarışdırılmışdır. Azərbaycanlı əhalisi 1897-ci ildə 557, 1906-cı ildə 755, 1914-cü ildə 1068 nəfər olub. 1918-ci ildə Andranik Ozanyanın qoşun bölmələri Türkiyə cəbhəsində məğlubiyyətdən sonra Dərələyəz istiqamətində gedərkən həm bu kəndi, həm də ətrafda olan bütün kəndləri dağıdıb viran qoymuşdu. Sağ qalan əhali 1922-ci ildə geri qayıdıb təsərrüfatlarını bərpa etməyə başlamışdı. 1931-ci ildə kənddə 295 nəfər azərbaycanlı, 365 nəfər erməni əhalisi, 1947-ci ildə 600 nəfərdən çox azərbaycanlı əhalisi olub. 1948-ci ildə azərbaycanlılar Azərbaycan SSR Ağdaş rayonuna məcburi köçürülmüşdü.
  •  

  • AĞKƏND (1968-ci ildən AĞNCADZOR) - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan - Keşişkənd) rayonunda rayon mərkəzindən 20 km şimal-qərbdə Səlim çayı sahilində azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə burada 39 ailədə 222 nəfər azərbaycanlı əhali var idi. Ermənilər buraya XIX əsrin 30-40-cı illərində Xoydan və Salmastdan gəlmişlər. Azərbaycanlı əhalisi 1897-ci ildə 620, 1906-cı ildə 918, 1926-cı ildə 300 nəfər olub. 1906-1926 illər arasında əhalinin 3 dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımın nəticəsidir. 1931-ci ildə burada 167 nəfər azərbaycanlı, 197 nəfər erməni var idi. Azərbaycanlılar XX əsrin 40-cı illərində kənddən məcburi köçürülmüşdür.
  •  

  • AĞKİLSƏ (1978-ci ildən ÇİÇƏKBUNAR, 1991-ci ildən CERMAKAVAN) - Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 30 km cənubda, azərbaycanlılar yaşamış kənd. Polad meşə təsərrüfatına birləşdirilmişdir. Azərbaycanlı əhalisi 1906-cı ildə 79, 1931-ci ildə 166, 1970-ci ildə 222 nəfər olub.
  •  

  • AĞKİLSƏ - Ermənistan SSR Ararat (Vedi) rayonunda, Vedi çayının yuxarı axını yanında, Zimmi dərəsindəki meşəlikdə yerləşən kənd. Azərbaycanlı əhalisi 1873-cü ildə 111, 1886-cı ildə 152, 1905-ci ildə 553, 1916-cı ildə 259 nəfər olub. 1905-1916 illər arasında əhalinin 2 dəfə azalması 1905-1906-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımın nəticəsidir. Kəndlərın "iriləşdirilməsi" ilə əlaqədər bu kənd 1940-cı ildə ləğv edilmişdir.
  •  

  • AĞKİLSƏ - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Şərqi Arpa çayının sol qolu, Yelpin çayının yuxarı axını zonasında, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan - Keşişkənd) rayonunda kənd. Azərbaycanlı əhalisi 1873-cii ildə 65, 1886-cı ildə 89, 1914-cü ildə 110, 1922-ci ildə 8 nəfər olub. 1905-1916 illər arasında əhalinin 12 dəfə (!) azalması 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımın nəticəsidir. Kənd 1934-cü ildə ləğv olunmuşdur.
  •  

  • AĞKİLSƏ (1935-ci ildən AZAD) - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 14 km şərqdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1897-ci ildə 389, 1905-ci ildə 173, I914-cü ildə 515, 1931-ci ildə 307. 1959-cu ildə 276, 1976-cı ildə 540 nəfər olub. 1897-1905-ci və 1914-1931-ci illər arasında əhalinin 1,5 - 2 dəfə azalması 1905-1906-ci və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların nəticəsidir.Göyçəli Aşıq Ələsgər bu kənddə doğulmuş, yaşayıb yaratmışdır. 1988-ci ilin qanlı olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.
  •  

  • AĞNATUN (AĞAVNATUN) - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 7 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə burada 21 nəfər azərbaycanlı geydə alınıb. 1828-29-cu illərdə Xoydan 159 nəfər erməni kəndə köçürdülmüşdü. 1979-cu ildə onların sayı 2296 nəfərə çatmışdır. Ermənilərin sayı artdıqca azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışlar.
  •  

  • AĞHAMZALI (AĞ QƏMZƏLI, 1978-ci ildən MARMARAŞEN) - Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayon mərkəzindən 6 km cənub-şərqdə, Yerevan-Artaşat avtomobil yolunun üstündə kənd. Əhalisi 1831-ci ildə 232 nəfər azərbaycanlı, 203 nəfər İrandan gəlmiş erməni, 1905-ci ildə 455 nəfər azərbaycanlı, 398 nəfər erməni, 1914-cü ildə 740 nəfər azərbaycanlı, 650 nəfər erməni olub. 1918-1920-ci illərdə azərbaycanlıların xeyli hissəsi həlak olmuş, 1931-ci ildə azərbaycanlı əhalinin sayı 3,5 dəfə azalaraq 207 nəfər olmuşdur. XX əsrin 40-cı illərində azərbaycanlılar bütiünlüklə kənddən çıxaılmışlar.
  •  

  • AĞUDİ (1991-ci ildən AQİTU) - Ermənistan SSR Sis¬yan (Qarakilsə) rayonunda, Varotan (Bazarçay) çayının sol sahilində, rayon mərkəzindən 7 km şər1də, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 60, 1873-cü ildə 450, 1907-ci ildə 1345, 1914-cü ildə 1070, 1931-ci ildə 496, 1959-cu ildə 828, 1970-ci ildə 1222 nəfər olub. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən soy¬gırımı zamanı azərbaycanlı əhalinin yarıdan çoxu məhv edilmiş, qalan hissəsi 1988-ci ildə qovulmuşdur.
  •  

  • AĞCA (AĞCAKƏND) - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, Qndevaz kəndi yaxınlığında, Göydağ dağının ətəyində azərbaycanlılar yaşamış kənd. X1X əsrin sonlarında burada 15 azərbaycanlı ailəsi, 1905-ci ildə 213 nəfər azərbaycanlı yaşa¬mışdı. Kənd 1918-1920-ci illərdə dağıdılıb. Kəndin xarabalıqları son vaxtla¬radək qalırdı.
  •  

  • AĞCA ARX (1946-cı ildən AREVİK) - Ermənistan SSR Hoktemberyan (Sərdərabad - Qurdqulu) rayonunda, rayon mərkəzindən 7 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi  1831-ci ildə 129, 1873-cü ildə 508, 1905-ri ildə 720, 1914-cü ildə 747 nə­fər olub. Sonrakı illərdə kənddə azərbaycanlıların ya­şaması qeydə alınmamışdır. 1918-ci ildə buraya Türkiyənin müxtəlif vilayətlərinlən ermənilər köçürülmüşlər.  1931-ci ildə onların sayı 682 nəfərə çatmışdı.
  •  

  • AĞCAQIŞLAQ - Irəvan quberniyası İrəvan qə­zasında, Ermənistan SSR Hrazdan (Dərəçiçək- Axta) rayo­nunda, İrəvan şəhərindən 7 km cənub-şərqdə, Hrazdan (Zəngi) çayı sahilində azərbaycanlılar yaşamış kənd. (Masis rayonundakı Ağ­caqışlagla garışdirmamalı). XX əsrin əvvəllərində burada 26 azərbaycanlı ailəsi yaşayıb, Kənd XX əsrin birınci onilliyində dağıdılıb.
  •  

  • AĞCAQIŞLAQ (GEDAPNYA) - Ermənistan SSR Ma­sis (Zəngibasar  Uluxanlı)  rayonunda, Hrazdan (Zəngi) çayının sol sahilində, rayon mərkəzindən 12 km şimalda azərbaycanlılar yaşamış kənd. Geğanist (Göygümbat) sovxozu ilə birləşdirilmişdir. Azərbaycanlı əhalisi  1831-ci ildə 70, 1906-cı ildə 186, 1914-cü ildə 220 nəfər olub. Ermənilər buraya 1918-ci ildə Sürməli qəza­sından gəlmişlər. 1931-ci ildə kənddə 102 nəfər azərbaycanlı, 305 nəfər erməni əhalisi var idi. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən soy­gırımı zamanı azərbaycanlı əhalinin yarıdan çoxu məhv edilmişdir. Qalan hissəsi 1940-1947-ci illərdə məcburi köçürülmüşdür.
  •  

  • AĞCAQALA (1978-ci ildən DZAXKALANC) - İrevan quberniyası Eçmiadzin qəzasında,  Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 7 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi  18-ci ildə 79, 1873-cü ildə 38, 1905-ci ildə 18 nəfər olub. Sonrakı illərdə kənddə azərbaycanlıların yaşaması qeyd olunmamışdır. 1828-29-cu illərdə buraya Xoy və Salmastadan 102 nəfər erməni köçürülmüşdür. 1905-ci ildə 402 nəfər erməni geydə alınmışdır.
  •  

  • AĞCAQALA AŞAĞI (1946-cı ildən BAZMABERD NERKİN) - Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 12 km cənub-şərqdə, Yerevan-Leninakan yolu üstündə, Araqatz (Alagöz) dağının cənub-qərb ətəyində azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi  1831 -ci ildə 53, 1897-ci ildə 617, 1905-ci ildə 315, 1914-cü ildə 315 nəfər olub. 1918-20-ci il soyqırımından sonra kənddə azərbaycanlıların yaşaması qeydə alın­mamışdır. 1915-18-ci llərdə buraya Muş əyaləti Sasun qəzasının Aruzvik, Qrmav, Kdzank, Kaşkşenk kəndlərindən ermənilər gəl­mişlər. 1926-cı ildə kənddə 426 nəfər erməni geydə alınmışdır.
  •  

  • AĞCAQALA YUXARI (1946-cı ildən BAZMABERD VERİN) -  Ermənistan SSR Talin rayonunda, rayon mərkəzindən 11 km cənub-şərqdə Araqatz (Alagöz) dağının cənub-gərb ətəyində, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 70, 1897-ci ildə 498, 1905-ci ildə 300, 1914-cü ildə 406 nəfər olub. 1918-20-ci ildən sonra kənddə azərbaycanlıların  yaşaması qeydə alınmamışdır. 1915-18-ci illərdə buraya  Sasun qəza­sının Ağbik, Daşdadem, Xaskyuq, Hatenk kəndlərindən, Mosul və Muş bölgələrinin Arağ, Havadorik, Sinanerk, Dalhasev kəndlərindən ermənilər köçürülmüşlər. 1926-cı ildə onların sayı 242 nəfərə çatıb
  •  

  • AGYOXUŞ - Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, ra­yon mərkəzindən 14 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd.  1831-ci ildə burada 192 nəfər azərbaycanlıəhalisi olub. Kənd XİX əsrin sonunda ləğv olunmuş, sonra bərpa edilmişdir. 1970-ci il­də 341 nəfər azərbaycanlı əhalisi var idi. 1988-ci ilin qanlı olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • ADATƏPƏ – lrəvan quberniyası Nor-Bayazet qəzasında, Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, Şorca kəndindən 4 km şimal-şərqdə, Sevan (Göyçə) gölündəki yarımadada, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 22 evdə 129 nəfər olub. Onlar kəndi sonrakı illərdə tərk etməyə məcbur olmuşlar.
  •  

  • ADATƏPƏ - Ermənistan SSR İcevan (Karvansara) rayo­nuda azərbaycanlılar yaşamış kənd. 1926-cı ildə 16 nəfər azərbaycanlı əhalisi olub. XX əsrin 30-cu illərində kənd ləğv edilib.
  •  

  • AZADAŞEN - Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı)) ra­yonunda, rayon mərkəzindən 10 km şimalda kənd. Ermənilər buraya 1929-cu ildə köçmüşlər. 1931-ci ildə 36 nəfər azərbay­canlı, 140 nəfər gəlmə erməni var idi. Azərbaycanlılar kəndi 1940-cı ildə tərk etmişlər.
  •  

  • AYAZLI (AYASLI, 1935-ci ildən AYGESTAN) - İrəvan quberniyası İrəvan qəzasında, Ermənistan SSR Artaşat (Qəmərli) ra­yonunda, rayon mərkəzindən 9 km şimalda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1831-ci ildə 43, 1905-ci ildə 21, 1914-cü ildə 32 nəfər olub. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən soy­gırımı zamanı azərbaycanlı əhali qovulmiş və məhv edilmişdir. 1828-29-cu illərdən sonra Xoy və Urmiyadan 150 nəfər erməni gəl­mişdi. Bu kənd qonşuluqda yerləşən QULAM ƏLİ BÜZAVAND kən­di ilə birləşdirilmiş, yeni inzibati vahid Aygestan ad­landırılmışdır. Burada 1831-ci ildə 18 evdə 86 nəfər azər­baycanlı yaşayıb.
  •  

  • AYAR (1946-cr ildən AQARAKADZOR) - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Yeğeq­nadzor (Mikoyan – Keşişkənd) rayon mərkəzindən 3 km cənubda, azər­baycanlılar yaşamış kənd. 1831-ci ildə burada 30 nəfər azər­baycanlı əhalisi olub. 1828-29-cu illərdə Xoydan, Samsundan, Makıdan 86 nəfər erməniköçürülmüşdü. Onların sayı artdıqca azər­baycanlılar sıxışdırılıb çıxarılmışlar.
  •  

  • AYARLU (AYARLI, ƏYƏRLİ, 1978-ci ildən LERNA­MERDZ) - Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 13 km şimal-gərbdə azərbaycanlılar yaşamış kənd. Azər­baycanlı əhalisi 1831-ci ildə 38, 1905-ci ildə 353, 1914-cü ildə 361 nəfər olub. 1918-1920-ci illərin soy­gırımı zamanı azərbaycanlı əhalinin əksəriyyəti məhv edilmişdir.  1919-cu ildə burada 120 nəfər kürd, 92 nəfər erməni yaşayırdı.
  •  

  • AYLANLU (AYLANLI) – Irəvan quberniyası Eçmiadzin gəzasındakı Nerkin Ağcagala (Aşağı Ağcaqala) kənd icma­sı tərkibində,  Ermənistan SSR Əştərək rayonunda, azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi  1873-cü ildə 196, 1905-ci ildə 115, 1914-cü ildə 215 nəfər olub. 1918-20-ci il­lərin soy­gırımı zamanı kənd dağıdilıb. Eçmiadzin gəzasında daha iki - Yuxarı və Aşağı Aylanlı - kəndləri olmuşdur ki, onlarda ermənilər yaşamışdır.
  •  

  • AYLU XARABA (AYLI XARABA) - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Əştərək rayonunda, azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 106, 1916-cı ildə 201, 1926-cı ildə 44 nəfər azərbaycanlı əhalisi olub. 1916-1926-cı illər arasında əhalinin 5 dəfə (!) azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın nəticəsidir.Kənd 1930-cu ildə ləğv olunub.
  •  

  • AYRIVƏNK (AYRİVANK, ƏYRİVƏNK, 1991-ci ildən HAYRAVAN) - Ermənistan SSR Kamo (Nor-Bayazet – Kəvər) rayo­nunda, Sevan (Göycə) gölünün qərb sahilində, rayon mərkəzindən 12 km şimal-qərbdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 65, 1873-cü ildə 326, 1906-cı ildə 708, 1914-cü ildə 896, 1931-ci ildə 17 nəfər azərbaycanlı əhalisi olub. 1914-cu və 1931-ci illər arasında əhalinin 53! dəfə azalması 1918-20-ci illərdəki soyqırımının miqyasının sübutudur. Sağ qalan azərbaycanlılar kəndi 1930-cu ildə tərk edib Ağqala kəndinə köçmüşlər. Kəndin adının Ayrıvənk ad­lanması dəniz sahilində, yüksək təpə başında albanlar tərəfindən tikilmiş məbədlə əlaqədardır.
  •  

  • AYRUM - Ermənistan SSR Noyemberyan (Barana) rayonunda, rayon mərkəzindən 22 km məsafədə yerləşən  şəhər tipli qəsəbə 1966-cı ildə təşkil edilib. 1970-ci ildə burada ermənilərlə yanaşı  188 nəfər azərbay­canlı yaşayıb. 1988-ci ilin  olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • AYRUM BÖYÜK (BÖYÜK AYRUM) - Ermənistan SSR Tumanyan (Allahverdi) rayonunda, rayon mərkəzindən 17 km şimal­-şərqdə, Yerevan-Tiflis dəmir yolunun sol tərəfində kənd. Şnoğ sovxozu ilə birləşdirilmişdir.  1886-cı ildə 171, 1897-ci ildə 223, 1926-cı ildə 387, 1931-ci ildə 391 nəfər azərbaycanlı əhalisi olub. 1970-ci ildə 815 nəfər əhalinin  əksəriyyətini ermənilər təşkil edib.  1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • AYRUM KİÇİK (KİÇİK AYRUM) - Ermənistan SSR Tumanyan (Allahverdi) rayonunda, Allaverdi şəhərindən 12 km şimal-şərqdə, Debet çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 390, 1926-cı ildə 88, 1931-ci ildə 154, 1939-cu ildə 207 nəfər azərbaycanlı əhalisi olub. Sonrakı illərdə əhalinin əksəriyyətini ermənilər təşkil edib.  1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • AYSASl (1946-cı ildən QIZILGÜL, 1991-ci ildən ARATES) - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, rayon mərkəzindən 20 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. 1905-1914-cü illərdə 412, 1931-ci ildə 288 nəfər azərbaycanlı əhalisi olub. 1914-1931-cı illər arasında əhalinin 1,5 dəfə  azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın nəticəsidir. Kənd Qovuşuq sovxozu ilə birləşdirilmişdi. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • AKARAK (AKERAQ, ƏKƏRƏK, EKƏRƏK) -  Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 7 km qərbdə, Yerevan-Ləninakan (Gümrü) avtomobil yolu üstündə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 166, 1897-ci il­də 633, 1906-cı ildə 629, 1914-cü ildə 720, 1931-ci ildə 32 nəfər azərbaycanlı əhalisi olub. 1917-18-ci illərdə Vandan, Qavaşdan, Bitlisdən köçürülmüş ermənilar kəndə sahib olmuşlar. Qırğından qurtulan soydaşlarımız 1930-cu illərdə Azərbaycana köç­müşlər. 1914-1931-cı illər arasında əhalinin 22,5 dəfə ! azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımıntəzahürüdür.
  •  

  • ALAVERDI (müxtəlif vaxtlarda ALLAHVERDİ, MA­NASQOM, MANAS, MADAM PRİTİK adlanıb) -  Ermənistan SSR Tumanyan (Allahverdi) rayonunda kənd. 1930-cu ildən rayon mərkəzi, 1939-cu ildən şəhər, 1963-cü ildən respublika tabeliyində şəhər. 1831-ci ildə 24, 1873-cü ildə 143, 1931-ci ildə 272 nəfər azərbaycanlı, 535 nəfər erməni, 70 nəfər rus, 1281 nəfər baş­qa millətlərin nümayandələri yaşayıb. Əhalinin internasional tərkibi Alaverdi mis ınədəninin fəaliyyəti ilə əlaqədard olub. 1905-ci ildə mədənlərdə çalışanların ailələrində 1565 nəfər yunan, 1285 nəfər iranlı olub. 1970-ci il­də 22113 nəfər ahalidən 278 nəfəri azərbaycanlı idi. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • ALAPARS - Ermənistan SSR Hraz­dan (  Dərəçiçək- Axta) rayonunda, rayon mərkəzindən 12 km məsafədə yerləşən kənd. 1831-ci ildə 182 nəfər azərbaycanlı əhalisi olub. 1828-29-cu illərdə buraya Makıdan, Xoydan, Samsundan, Vandan, Alaşkertdən 83 nəfər erməni köçürülmüş, tədricən yerli əhalinin hamısını sıxışdırıb çıxarmışdır. 1979-cu ildə burada yaşayan ermənilərin sayı 2046 nəfərə çatmışdı.
  •  

  • ALLAR - Ermənistan SSR Gorus rayonunda, Varotan (Bazarçay) çayının sol sahilində, Tatev kəndindən 5 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. Onlar kəndi 1914-cü ildə məcburi tərk etmişlər.
  •  

  • ALAÇIQ (ALAÇIQ QAYA) - Ermənistan SSR Dilican Şəhər Soveti tabeliyində Gedik çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 85, 1919-cu ildə 166, 1931-ci ildə 119 nəfər, 1939-cu ildə 120, 1970-ci ildə 278 nəfər azərbay­canlı əhalisi olub. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşlar.
  •  

  • ALDƏRƏ - Ermənistan SSR Meğri (Miğri) rayonunda, Araz çayının sol sahilində, Meğri-Zəngilan yolu üstündə, rayon mər­kəzindən 12 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 131, 1873-cü ildə 911, 1907-ci ildə 1505, 1914-cü ildə 1987, 1931-ci ildə 490, 1970-ci ildə 831, 1979-cu ildə 784 nəfər azərbaycanlı əhalisi olub. 1919-20-ci illərdə erməni millətçilərinin təşkil etdiyi gırğnı zamanı 1500 ! nəfər­dən çox azərbaycanlı məhv edilmişdir.
  •  

  • ALİMƏHMƏD (ALİM ƏHMƏD) - İrəvan quberniyası İrəvan gəzasında, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda azərbaycanlılar yaşamış kənd. 1905-ci ildə 990, 1931-ci ildə 373 nəfər azərbaycanlı əhalisi olub. 1930-cu illərdə Dvin sovxozu nəzdinda gəsəbə­yə çevrilmişdi. Azərbaycanlılar kəndi XX əsrin 40-cı illərində tərk etməyə məcbur olmuşlar. 1918-20-ci illərdə erməni millətçiləri tərəfindən törədilən qırğın zamanı 750 ! nəfərdən çox azərbaycanlı hə­lak olmuşdur.
  •  

  • ALİMƏHMƏD QIŞLAĞI (ALİM ƏHMƏD QIŞLAĞI, ALMAMED) -  Erməni vilayəti İrəvan əyaləti Vediba­sar mahalında, Arazın sol sahilində,  Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 102, 1873-cü ildə 607, 1914-cü ildə 1003, 1922-ci ildə 293 nəfər azərbaycanlı əhalisi olub. Kənd 1930-cu iilərdə ləğv edilmişdir. 1919-20-ci iilər soyqırımı zamanı 700! nəfərdən çox azərbaycanlı həlak olmuşdur.
  •  

  • ALIQRIX (ƏLIQRIX, 1948-ci ildən BLRAŞEN) -  Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Böyük Gilanlar kəndindən 10 km cənub-gərbdə, azərbaycanldar yaşamış kənd. Əhalisi 1873-cü ildə 110, 1906-cı ildə 202, 1914-cü ildə 253 nəfər azərbaycanlı, 1931-ci ildə 46 nəfər azərbaycanlı, 79 nəfər erməni olub. 1914-1931-cı illər arasında əhalinin 5 dəfə  azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın nəticəsidir.Azərbaycanlılar XX əsrin 40-cı illərində kəndi tərk etməyə məcbur olmuşlar. Kənd 1960-cr illərdə ləğv olunmuşdur.
  •  

  •  AL1MƏRDAN (ƏLIMƏRDAN, ƏLİ MƏRDAN, ALI MƏRDAN) - Ermənistan SSR Ararat (Vedi) rayonun­da, Araz çayının yuxarı axını yanında, Artaşat şəhərindən 25 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 52, 1897-ci ildə153, 1914-cü ildə221, 1926-cı ildə 41, 1931-ci ildə 65 nəfər azərbaycanlı olub. 1914-1926-cı illər arasında əhalinin 5 dəfə  azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın nəticəsidir. 1948-ci ildə əhali Azərbaycana məcburi köçürülüb, kənd ləğv olunub, ərazisi qonşu erməni kəndlərinin mal-qarası üçün örüş və əkin yerinə çevrilib.
  •  

  • ALIMAMED (ALİMUHAMMED QIŞLAQI, QIŞLAQ) – İrəvan quberniyası İrəvan qəzasında, Ermənistan SSR Ararat (Vedi) rayonunun Avşar kəndindən cənubda, Araz çayının sol sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1893-cü ildə 708, 1905-ci ildə 441, 1929-cu ildə 284 nəfər azərbaycanlı olub. 1905-cı və 1929-cu illərdə əhalinin təxminən 2 dəfə azalması 1905-1906-cı il və 1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın təzahürüdür. XX əsrin 30-cu illərındə kənd ləğv edilmişdir,  əhali məcburi Azərbaycana köçürülmüşdür.
  •  

  • ALIÇALI YUXARI (MOLLALI, YUXARI ALIÇALI, 1968-ci ildən ARDZVANİST) -Ermənistan SSR Martuni (Aşağı Qaranlıq) rayonunda, Sevan (Göycə) gölünün cənub sahilində, rayon mərkəzindən şi­mal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 99, 1891-ci ildə 505, 1906-cı ildə 838, 1914-cü ildə 921, 1931-ci ildə 205 nəfər azərbaycanlı olub. 1914 -1931-ci illər  arasında əhalinin 4,5 dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın təzahürüdür. Azərbaycanlılar kəndi XX əsrin 30-cu illərində tərk etməyə məcbur olmuşlar.
  •  

  • ALIÇALI AŞAĞI ( QARASAQQAL, QARASAQQAL QIŞLAĞI. 1968-ci ildən ARDZVANİST) - Ermənistan SSR Martuni (Aşağı Qaranlıq) rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə kənd. 1831-ci ildə əhalisi 10 nəfər azərbaycanlı olub. 1829-31-ci il­lərdə Alaşkertdən, əsasən Qorun və Muson kəndlərindən gə­lən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar Yuxarı Alı­çalı kəndinə köçmüşlər. 1968-ci ildə Yuxarı və Aşağı Alıçalı kəndləri birləşdirilib Ardzvanist adlandırılmışdır.
  •  

  • ALIŞAR (ALIŞAR, ƏLIŞAR) - Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, Dəs­təkert qəsəbəsindən 2-3 km şimal-qərbdə, Ayri (Əyri) çayı sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 138, I914-cü ildə 214, 1931-ci ildə 135, 1939-cu ildə 108 nəfər azərbaycanlı olub. Kənd 1939-cu ildə ləğv olunub, əhali qonşu Sofulu və Qı­zılşəfəq kəndlərinə köçürülüb.
  •  

  • ALMALIX (ALMALI) - Ermənistan SSR Qafan rayo­nunda, Ujanis kəndindən 3 km cənub-şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1897-ci ildə 81, 1914-cü ildə 465, 1931-ci ildə 31, 1939-cu ildə 68 nəfər azərbaycanlı olub. 1914 -1931-ci illər  arasında əhalinin 15 (!) dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımınmiqyasından xəbər verir. Əhali 1948-ci ildə Ujanis kəndinə, sonra isə Yuxarı Gödəkli kəndinə köçürülmüş, bu kənd isə ləğv edilmişdir.
  •  

  • ALMALI - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Yelpin kəndinin şimal-şərq istiqamətində Heşin çayı sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 172, 1905-1914-cü illərdə 315, 1931-ci ildə 145 nəfər azərbaycanlı olub. Kənd 1939-cu ildə ləğv edilmişdir.
  •  

  • ALPAVA (ALBAVA, 1945-ci ildən LUSAKERT, 1967-dən NŞAVAN) - İrəvan quberniyası İrəvan qəzasında,  Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Gərnibasar çayının sağ sahilində, rayon mərkəzindən 4 km şimalda kənd. Əhalisi 1831-ci ildə 97, 1905-ci ildə 186, 1914-cü ildə 305, 1931-ci ildə 51 nəfər azərbaycanlı olub. 1914 -1931-ci illər  arasında əhalinin 6 dəfə azalması 1918-1920-ci illərdə azərbaycanlılara  qarşı törədilmiş soyqırımın təzahürüdür İrandan köçürülmüş ermənilər kənddə yerləşdirildikdən sonra sağ qalan azərbaycanlılar kəndi tərk etməyə məcbur olmuşlar.
  •  

  • ALXANPƏYƏSİ (ALIXAN PƏYƏSİ) - lrevan quberniyası Şərur-Dərələyəz gazasında, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonu Qladzor kəndindən 5 km qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 18, 1906-1914-cü illərdə 175 nəfər azərbaycanlı olub. 1917-18-ci illərdə kənd dağıdılıb, bir daha bərpa olunmayıb.
  •  

  • AMAĞU - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Rayon mərkəzindən 16 km cənub-qərbdə, Qnişik (Amağu) çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci il­də 31, 1873-cü ildə 198, 1908-ci ildə 350, 1931-ci ildə 131, 1979-cu ildə 491 nəfər azərbaycanlı olub. 1908-ci ildən sonra azərbaycanlıların 3 dəfə azalması 1918-1920-ci illərin soyqırımının əks-sədasıdır. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • AMASİYA (Ağbaba) - Ermənistan SSR-də şəhər tipli qəsəbə, eyni adll rayonun mərkəzi. Azərbaycanlılar yaşayan Daşkörpü ilə birləşdirilmişdir. Əhalisi 1907-ci ildə 502, 1914-cü ildə 564 nəfər azərbaycanlı, 1931-c ildə 237 nəfər azərbaycanlı, 401 nəfər erməni olub. 1980-ci ildə isə 3175 nəfər əhalinin  əksəriyyəti erməni idi.. 1914-cu ildən sonra azərbaycanlı əhalinin 2 dəfə azalması 1918-1920-ci il soyqırımının nəticəsidir. Ermənilər buraya 1929-cu ildə Basendən və Qarsdan köçüb yerləşdirilmişlər. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • AM­RAKAR (PAYDAKAR) – Ermənistan SSR Meğri(Miğri) rayonunda, rayon mərkəzindən 8 km şimal-şərqdə, Meğri çayının sol sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 68 nəfər, 1959-cu ildə 19 nəfər azərbay­canlı olub. Kənd 1960-cı ildə ləğv olunmuşdur.
  •  

  • ANGERSAK (ANQRSAK) - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Əştərək rayonunda, Əştərək şəhərindən 7 km şimal-qərbdə, Əştərək-Abaran yolunun sol tərəfində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 133, 1886-cı ildə 140, 1905-ci ildə 209, 1914-cü ildə 214 nəfər azərbaycanlı olub. 1918-1920-ci illər soyqırımından sonra kənddə kürdlər yerləşmişlər. Kənd 1959-cıi il­də ləğv olunmuşdur.
  •  

  • ARAVUS (ARAVSA, ƏRƏFSƏ, ARAFSA, 1968-ci il­dən AREVİS) -  Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, rayon mərkəzindən 20 km cənub-qərbdə, Vorotan çayının (Bazarçay) sağ qolu Sisyan çayının sol sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 19, 1873-cü ildə 168, 1906-cı ildə 440, 1922-ci ildə 151, 1931-ci ildə 225, 1970-ci ildə 551, 1979-cu ildə 476 nəfər azərbaycanlı olub. 1906-cı ildən sonra əhalinin 3 dəfə azalması1918-1920-ci illər soyqırımının təzahürüdür.  1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • ARAVİS (RAVİS, İRİMİS, GERANİS, RAMİS) - Yelizavetpol (Gəncə) quberniyası  Zəngəzur qəzasında  Sisyan polis rayonunda,  Ermənistan SSR Sisyan (Qarakilsə) rayonunda, Uz kəndindən 7-9 km cənub-şərqdə, Vorotan çayının (Bazarçay)  sağ sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 270, 1914-cü ildə 616 nəfər azərbaycanlı olub. 1918-20-ci illər soyqırımı zamanı kənd dağıdılmışdır.
  •  

  • ARALIX – İrəvan quberniyası Eçmiadzin qəzasının Ta­lin kənd icması tərkibində, Ermənistan SSR Talin rayonunda, Araqatz (Alagöz) dağının qərb ətəyində ararbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 16, 1905-ci ildə 193, 1914-cü ildə 193 nəfər azər­baycanlı olub. 1918-20-ci il soyqırımından sonra rəsmi sənədlərdə kəndin adı çəkilmir.
  •  

  • ARALIX (ARALIX KOLANLI, KOLANI, 1978-ci ildən QRİBOYEDOV) – Ermənistan SSR Eçmiadzin rayonunda, rayon mərkəzindən 6 km cənub-qərbdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 284, 1873-cü ildə 676, 1906-cı ildə 768, 1914-cü ildə 887 nəfər azərbaycanlı, 1931-ci ildə 294 nəfər azərbaycanlı, 446 nəfər erməni olub.1914-cü ildən sonra azərbaycanlı əhalinin 3 dəfə azalması 1918-1920-cı illərdə törədilmiş soyqırımın nəticəsidir. Ermənilər buraya 1920-ci ildə Türkiyənin İgdir vilayətin­dən köçürülmüşlər.
  •  

  • ARALIX (1945-ci ildən YERAZQAVORS) - Ermənis­tan SSR Axuryan (Düzkənd) rayonunda, rayon mərkəzindən 18 km cənub-qərbdə, Axuryan (Arpa) çayı sahilində, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 501, 1907-ci ildə 441, 1914-cü ildə 510 nəfər azərbaycanlı olub. Onlar kənddən 1918-1920ci illərdə govulmuşlar. Ermənilər buraya 1921-ci ildə Yerazqavors və Mşo Ardonk kəndlərindən köçmüşlər.
  •  

  • ARAMLI (HARAMLI) - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənis­tan SSR Eçmiadzin rayonunda, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 17, 1873-cü ildə 46, 1886-cı ildə 63, 1906-cı ildə 84, 1914-cü ildə 102 nəfər azərbaycan­lı olub. 1917-ci ilin sonlarında dağıdılmış, yenidən bərpa edilməmişdi.
  •  

  • ARBAT - Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı)  rayonunda, rayon mərkəzindən 20 km şimal-qərbdə kənd. Əhalisi 1831-ci ildə 264 nəfər azərbaycanlı, 1828-29-cu illərdə İranın ermənilər ya­şayan vilayətlərindən köçürülüb gətirilən 127 nəfər erməni olub. 1873-cü ildə 497, 1905-ci ildə 754, 1914-cü ildə 780 nəfər azərbaycanlı, 1931-ci ildə 356 nəfər azərbaycanlı, 263 nəfər erməni var idi. 1914-cü ildən sonra azərbaycanlıların sayının 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının nəticəsidir. Azərbaycanlı əha­li 1948-50-ci illərdə Azərbaycana məcburi köçürülmüşdür.
  •  

  • ARDANIŞ (ADATƏPƏ) - Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, ra­yon mərkəzindən 13 km cənubda, Sevan (Göycə) gölü sahilində  azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 119, 1897-ci ildə 788, 1906-cı ildə 1000, 1914-cü ildə 1209, 1931-ci ildə 1246, 1979-cü ildə 2037 nəfər azərbaycanlı olub. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • ARDARAS (ARDARAZ, ARDALAS) - Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda, Yelpin kəndindən 5 km qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 30, 1873-cü ildə 2I9, 1905-ci ildə 353, 1916-cı ildə 507, 1931-ci ildə 151 nəfər azərbaycanlı olub. 1916-cı ildən sonra azərbaycanlıların sayının 3,3 dəfə azalmasının səbəbi 1918-20-ci illərin soyqırımı olmuşdur.  Kənd XX əsrin 40-cı il­lərində ləğv olunmuş, əhali Azərbaycana məcburi köçürülmüşdür. Ərazi Yelpin kəndinin mal-qarası üçün otlaq sahəsinə çevrilmişdir.
  •  

  • AREVİK NOR (1931-ci ilədək GÜL, XUL, HUL) - Ermənistan SSR Meğri (Miğri)rayonurda, rayon mərkəzindən 14 km şi­mal-qərbdə, Meğri çayının sağ sahilində kənd. 1831-ci ildə burada 6 nəfər azərbaycanlı olub. Əhali əksəriyyəti azərbaycanlı olmaqla 1897-ci ildə 60, 1926-cı ildə 135, 1959-cu ildə 139 nəfər idi. Kənd XX əsrin 60-cı illərində ləğv edilmişdir.
  •  

  • ARZALAR - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, Ara­rat şəhərindən 25 km cənub-şərqdə, Mil çayının vadisində azərbaycanlılar yaşamış kənd. Əhali 1950-ci illərdə Azərbay­cana məcburi köçürüldükdən sonra kənd ləğv edilmişdir.
  •  

  • ARZAKƏND (ƏRZƏKƏND, 1968-ci ildən ARZA­KAN) - Ermənistan SSR Hrazdan (Dərəçiçək –Axta) rayonunda, Hrazdan şəhərin­dən 15 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 33, 1905-ci ildə 593, 1914-cü ildə 786 nəfər azərbaycanlı olub. 1918-1920-ci illərin soyqırımından sonra kənddə azər­baycanlıların yaşaması qeydə alınmamışdır. Ermənilər buraya 1828-30-cu illərdə Makudan, Xoydan, Bayazetdən və Muşdan köçmüşlər. 1931-ci ildə ermənilərin sayı 1422 nəfərə çatmışdır.
  •  

  • ARZNİ (ARZNİ AYSORZİK, ƏRZNİ, SARCALI) - Ermənistan SSR Abovyan (Kotayk – Ellər) rayo­nunda, Hrazdan çayının sol sahilində kənd.  Arzni kurort şəhəri ilə birləşdirilib. Əhalisi 1873-cü ildə 262 nəfər olub, o cümlədən 96 nəfər azərbaycanlı, 71 nəfər erməni, 95 nəfər aysoru; 1905-ci ildə 216 nəfər azərbaycanlı, 423 nəfər aysoru; 1914-cü ildə 300 nəfər azərbaycanlı. Azərbaycanlıar buradan 1918-ci ildə govulublar.
  •  

  • ARİNC - Ermənistan SSR Vayk (Əzizbəyov –Paşalı) rayonunda, Her-Her çayının sağ sahilində, azər­baycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 177, 1897-ci il­də 210, 1906-cı ildə 264, 1926-cı ildə 104, 1931-ci ildə 171, 1939-cu ildə 174 nəfər azərbaycanlı olub. 1948-50-ci illərdə onlar məcburi  Azərbaycana köçürülmüşdür.
  •  

  • ARMUTLU (TÜRK ARMUTLUSU, 1935-ci ildən DANZUT) – Irəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Hoktemberyan (Sərdərabad – Qurdqulu) rayonunda, Araz çayının sol sahilində azərbay­canlılar yaşamış kənd. Kənd erməni Armutlu kəndi ilə birləş­dirildikdən sonra Danzut adlandırılıb. Əhalisi 1831-ci ildə 72, 1879-cu ildə 318, 1906-cı ildə 309, 1914-cü ildə 258 nəfər azərbaycanlı olub. 1917-ci ildə Türkiyə cəbhəsindəki məğlubiyyət­dən sonra geri qayıdan erməni birləşmələri kəndi dağıtmış, əhalinin çox böyük lıissəsini məhv etmişlər.
  •  

  • ARMİK (AŞAĞI ARMİK, AŞAĞI ƏRMİK, ƏRMİK) - Ermənistan SSR Ararat (Vedi) rayonunda, XX əsrin 40-cı illərində ləğv edilmiş Qarabağlar rayonu ərazisində, Vedi çayının yuxarı axınında, Haxıs su bulaqları yanında azərbaycanlılar yaşamış kənd. Əhalisi 1886-cı ildə 312, 1897-ci ildə 192, 1906-cı ildə156, 1923-cü ildə 44 nəfər azərbaycanlı. 1906-cı ildən sonra azərbaycanlıların sayının 4 dəfə azalmasının səbəbi 1918-20-ci illərin soyqırımı olmuşdur.   Kənd 1949-cu ildə ləğv edilmiş, əhali Azərbaycana məcburi köçürülmüşdür.
  •  

  • ARMİK YUXARI (YUXARI ƏRMİK) - Ermənistan SSR Ararat (Vedi) rayo­nunda, Aşağı Ərmik kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 44, 1873-cü ildə 412, 1891-ci ildə 554, 1897-ci ildə 159, 1926-cı ildə 85, 1931-ci ildə Aşağı Ərmiklə birlikdə 170 nəfər azərbaycanlı olub. Əhalinin əsrin sonunda 3,5 dəfə və 1926 il ərəfəsində 2 dəfə azalması   1905-ci və 1918-1920-ci il­lər soyqırımının nəticəsidir. Kənd 1949-cu ildə ləğv olunmuş, əhali Azərbay­cana məcburi  köçürülmüşdür.
  •  

  • ARKYAZ (ARQYAZ, ƏRKƏZ, AR­QEZ) –lrəvan quberniyasl Şərur-Dərələyəz qəzasında, Ermənistan SSR Yeğeqnadzor (Mikoyan – Keşişkənd) rayonunda,  azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 198, 1897-ci ildə 587, 1905-ci ildə 745, 1926-cı ildə 80, 1939-cu ildə 50 nəfər azərbaycanlı. Əhalinin 1905-ci ildən sonra 9 dəfə ! azalması   1905-ci və 1918-1920-ci il­lər soyqırımının nəticəsidir. 1940-cı illərdə kənd ləğv edilmiş, əhali Azər­baycana məcburi köçürülmüşdür.
  •  

  • ART'İZ (1946-cı ildən GEĞART) - Ermənistan SSR Abovyan ( Kotayk – Ellər) rayonunda, Azad çayının mənbəyi yaxınlığında, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 221, 1906-cı ildə 292, 1914-cü ildə 480, 1931-ci ildə 74 nəfər azərbaycanlı olub. 1914-1931-ci illər arasında əhalinin 6,5 dəfə azalması 1918-20-ci illər soyqırımının təzahürüdür. 1915-1918-ci illərdə Van, Berkli, Qars vilayətlərindən gələn ermənilər kəndə sahib olmuşlar. Azərbaycanlılar kəndi 1940-cı ildə məcburi tərk etmişlər.
  •  

  • ARXUSTİ – Yelizavetpol (Gəncə) quberniyası Zəngə­zur qəzasında,  Ermənistan SSR Qafan rayonunun Yuxarı Girətağ kəndi yaxınlığında, azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə buranın 24 nəfər azərbaycanlı əhalisi olub. XX əsrin birınci onilliyində kənd ləğv olunmuşdur.
  •  

  • ARÇUQ- Ermənistan SSR Quqark (Kirovakan – Böyük Qarakilisə) rayonunda, Kirovakan şəhərindən 6 km qərbdə, Kiro­vakan-Spitak yolunun sağ tərəfində azərbaycanlılar yaşamış kənd. qədimdən tikilmiş məscid binası son vaxtlaradək ya­rarlı idi. Əhalisi 1897-ci ildə 574, 1906-cı ildə 636, 1914-cü il­də 759 nəfər azərbaycanlı; 1931 -ci ildə 876 nəfər azərbaycanlı, 10 nəfər erməni; 1970-ci ildə 2003, 1979-cu ildə 2172 nəfər azərbaycanlı olub.  1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • ASSAR - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR  Hoktemberyan (Sərdərabad – Qurdqulu) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 92, 1906-cı ildə 113, 1914-cü ildə 134 nəfər azərbaycanlı olub. 1918-ci ildə kənd bütünlüklə dağıdilmış, əhali məhv edilmişdir.
  •  

  • ASNİ - İrəvan quberniyası İrəvan gəzası Vedibasar ma­halında, Ermənistan SSR Ararat (Vedi) rayonunda  azərbaycanlılar yaşamış kənd. 1914-cü ildə 168 nəfər azərbaycanlı əhalisi olub. 1917-18-ci illərdə kənd dağıdılıb.
  •  

  • ATQIZ - Ermənistan SSR Qafan rayonunun Kacaran şə­hərindən 1 km şimal-şərqdə, azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 37, 1897-ci ildə 241, 1905-ci ildə 198, 1914-cü ildə 36, 1926-cı ildə 74, 1939-cu ildə 123 nəfər azər­baycanlı olub. Əhalinin 5,5 dəfə azalması 1905-1906-cı illərin soyqırımının nəticəsidir. 1959-cu ildə kənd Kacaran şəhərinə birləşdirilmiş, ərazisi Lernadzor sovxozunun mal-qarası üçün otlaq yerinə çevrilmişdi. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • AXTA - Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda, rayon mərkəzindən 15 km cənub-şərqdə azərbaycanlılar yaşa­mış kənd. Kabud süd-əmtəə sovxozuna birləşdirilmişdi. Əhalisi 1831-ci ildə 187, 1897-ci ildə 426, 1905-ci ildə 458, 1926-cı ildə 131, 1931-ci ildə 119, 1970-ci ildə 379 nəfər azərbaycanlı olub. Azərbaycanlıların sayının 3,5 dəfə azalması 1918-1920-ci illər soyqırımı ilə bağlıdır. 1948-49-cu illərdə əhalinin bir hissəsi Azərbaycana məcburi  köçürülüb. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • AXTALA -  Ermənistan SSR Tumanyan (Allahverdi) rayonunda 1939-cu ildə təşkil olunmuş şəhər tipli qəsəbə. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1959-cu ildə 524 nəfər əhalinin 16,1 faizi, 1970-ci ildə 661 nəfər əhalinin14,8 faizi azərbaycanlı olub. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • AXTALA NERKİN (AŞAĞI AXTALA, GÜMÜŞXANA) - Ermənistan SSR Tu­manyan (Allahverdi) rayonında, Debet çayının sol sahilində kənd. 1887-ci ildə 69 nəfər, 1926-cı ildə ildə 140 nəfər yunan və azərbay­canlı, 1931-ci ildə 114 nəfər erməni, 124 nəfər yunan, 10 nəfər azərbaycanlı əhalisi olub. 1940-cı ildə Axtala şəhər tipli qo­səbəsinə birləşdirildikdən sonra azərbaycanlı əhali oranı tərk edib.
  •  

  • AXTALA VERİN (YUXARI AXTALA, KÖHNƏ AX­TALA) -  Ermənistan SSR Tumanyan (Allahverdi) rayonunda Alaverdi şəhərindən 10 km şimal-şərqdə, Axtala-Şamlıq yolu üstündə kənd. Əhalisi 1886-cı ildə 76, 1922-ci ildə 104 nəfər azərbaycanlı va yunan, 1931-ci ildə 199 nəfər azərbaycanlı, 30 nəfər yunan olub. 1988-ci ilin  faciəli olayları zamanı azərbaycanlıların hamısı  qovulmuşdur.
  •  

  • AXİS (1935-ci ildən HAXS, 1949-cu ildən DZORAP) - İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Əştərək rayonunda, rayon mərkəzindən 7 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 93, 1906-cı ildə 365, 1914-cü ildə 920 nəfər azərbaycanlı olub. Kənd 1918-ci ildə dağıdilmış, əhalisi məhv edilmişdir. Sağ qalan olubsa da, daha bu kəndə gayıtmayıb. Kənddə Türkiyədən köçürülmüş ermənilər yerləşdirilib.
  •  

  • AXİLLU (AĞILLI) - İrəvan quberniyası Şərur-Dərələyəz qəzasındakı Martiros kənd icması tərkibində, Ermənistan SSR Vayk (Əzizbəyov – Paşalı) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 11, 1905-ci ildə 36, 1914-cü ildə 36 nəfər azərbaycanlı. 1918-ci il­də kənd dağıdılm.
  •  

  • AÇAXLI (AÇIXLI) - Ermənistan SSR Qafan rayonun­da, Qafan şəhərindən 6 km şimal-qərbdə, Bərgüşad dağ silsi­ləsinin Qaraqala dağı ətəyində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1897-ci ildə 126, 1926-cı ildə 98, 1931-ci ildə 120, 1963-cü ildə 300 nəfər azərbaycanlı olub. Onlar 1988-ci ilin  faciəli olayları zamanı bütünlüklə qovulmuşdur.
  •  

  • ACIBAC (1991-ci ildən ACABAC) - Ermənistan SSR Qafan rayonunda, Bərgüşad dağ silsiləsinin cənub-qərb ətəyində, Geği çayı sahilində, rayon mərkəzindən 40 km şimal-şərq­də, azərbaycanlılar yaşamış kənd. Geği kənd sovxozu ila birləşdirilmişdi. Əhalisi 1886-cı ildə 202, 1926-cı ildə 90, 1931-ci ildə 115 nəfər azərbay­canlı olub. Onlar 1988-ci ilin  faciəli olayları zamanı bütünlüklə qovulmuşdur.
  •  

  • ACILI - Ermənistan SSR Qafan rayonunda, Qafan şə­hərindən 14 km cənub-qərbdə, Oxçu çayının sağ qolu Ərəfsə çayının sağ sahilində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cii ildə 134, 1886-cı ildə 153, 1905-ci ildə 340, 1914-cü ildə 100, 1931-ci ildə 78, 1959-cu ildə 69 nəfər azərbaycanlı. 1905-ci ilin soyqırımı nəticəsində əhali 3 dəfə azalmış, qalan hissəsi  1988-ci ilin  faciəli olayları zamanı bütünlüklə qovulmuşdur.
  •  

  • AŞİRZALAD (ƏŞİRZALAD) -İrəvan quberniyası İrəvan qəzasında, Vedibasar mahalında azərbaycanlılar yaşamış kənd. 1920-ci ildə 30 nəfər azərbaycanlı əhalisi olmuş, kənd 1930-cu illərdə ləğv edilnıişdir.
  •  

  • AŞİRABAD (ƏŞİRA­BAD) -  İrəvan quberniyası Qırxbulaq mahalında, Ermənistan SSR Nairi rayonunda, Arzni şəhəri yaxınlığında azərbaycanlılar yaşamış kənd. 1873-cü ildə 136, 1897-ci ildə 206, 1914-cü ildə 281, 1926-cı ildə 47 nəfər azərbay­canlı, 1931-ci ildə 138 nəfər kürd əhalisi olub. 1914-cü ildən sonra əhalinin 6,5 dəfə azflması 1918-20-ci illər soyqırımının nəticəsidir. Kənd 1940-cı illərdə ləğv olunmuşdur.
  •  

  • AŞNAK (EŞNAK) – Irəvan quberniyası Eçmiadzin qəzasında, Araqadz (Alagöz) dağının cənub-qərb ətəyində, Ermənistan SSR Talin ra­yonunda, rayon mərkəzindən 12 km cənubda, Yerevan-Talin yolunun sol tərəfində azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 62, 1873-cü ildə :363, 1905-ci ildə 477, 1914-cü ildə 677 nəfər azərbaycanlı olub. 1918-ci ildə kənd dağıdılmışdır. Sasun qəzasının Pirşən, Mşgəğ, Dalverık, Kacrəng, Dalhər, Koşa, Blsenk və başqa kəndlərdən köçürülmüş ermənilər burada məskunlaşmışlar.

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova